Damğalar, rəmzlər… mənimsəmələr
- 88 -
görə, yəhəri və minicinin ayaqlarını, «s» səsini bildirən nişanı damğalarda
süngünü (nizəni),
təsviri (art, arta) iki dağ arasındakı dərəni, «ot»
anlamını verən işarəsi torpaqdan baş qaldıran otu ifadə edir. «Bitik» (əski
türkcə: yazı), «tumar» Azərbaycanın bəzi bölgələrində «pitik» (metal, dəri və
ya parçadan hazırlanmış üçkünc dua qabı) adlanan işarəsi isə körpələri,
ailəni, xəstələri, şəhid döyüşçülərin ruhlarını himayə edən Humay Ananın
rəmzi sayılırdı. Buradan belə qənaətə gəlmək olar ki, Azərbaycan türkcəsində
«sığallamaq», «nəvaziş göstərmək» anlamında işlədilən «başa tumar
çəkmək», «tumarlamaq» ideomatik ifadələrinin etimoloji yozumu da məhz
Humay Ananın qoruyucu funksiyasına söykənir. İki bitik damğasından ibarət
işarə və onun çoxsaylı variantları Mərkəzi Asiyada «uyğur», «kos tumarşa»
(qoşa tumar) kimi tanınır. Azərbaycanda və Anadoluda isə həm damğa, həm
də nəzərlik xassəli xalça ornamenti kimi «saçbağı», müasir anlamda desək,
«qız-gəlinlərin hörüklərinin ucuna vurulan bant» adlanır. Köçəri yaşam
tərzi sürənlər bir sıra totem canlılara mistik keyfiyyətlər verirdilər. Məsələn,
canavarın aşıq sümüyü (diz qapaqlarından çıxan oynaq sümüyü) sürünü
canavar basqınlarından və oğrulardan qoruduğu üçün çobanlar onları yəhərdən
asırdılar. Canavarın diz qapağı sümük xəstəliklərindən və nəzərdən, bayquşun
caynaqları isə uşaqları bəd ruhlardan qoruyurdu.
134
Azərbaycanda «qarmaq»,
Anadoluda «qurd izi», noqaylarda «çapxanaçı» (qılıncla döyüşən)
135
adlanan
damğa işarəsi də bir rəmz olaraq, xalçaçılıq ornamentləri sırasında nəzərlik
xarakteri daşayırdı. «Qurd izinin» digər variantı isə
sakral rəmz olaraq
evi, təsərrüfatı yırtıcılardan hifz edirdi.
Bundan başqa, - oğuzların qayı, - dögər boylarını, - hunların aşina,
- dulo tayfalarını, - suvarları, (ama, ana, abak) – Krımda türkmən,
Qazaxıstanda abak tayfalarının, (and) - Əmir Teymurun damğasını, və
rəmzləri Cənubi Qafqazda, Türkmənistanda, Qazaxıstanda, Özbəkistanda
yaşamış alpan/alban tayfasının işarəsini və Çingiz xanın nəsil damğasını, burma
qoç buynuzlarını xatırladan
qrafik işarəsi kumukların qoçxar (koçkar,
qoçkar, qoşqar, koçkarok) nəslini, - Krım tatarlarının və qazaxların jalayır
(cəlayir) tayfalarını, - noqaylarda saraylar tayfasını və s. bildirir. Krım
tarixçisi Həsən Ortəkinin qələmə aldığı qədim rəvayətə görə, əski türklərin
134
И.Богословская, «Зооморфные мотивы каракалпакского орнаментального искусства», http://
www.sanat.orexca.com/rus/archive/2-09/irina_bogoslovskaya.shtml
135 Р.Керейтов, С.Червонная. «Эпиграфика Ногайской степи», Татарская археология. 2002-
2003, №1-2(10-11) - http://tataroved.ru
Damğalar, rəmzlər… mənimsəmələr
- 89 -
Ulduz xan adlı hökmdarlarının nəvəsi Alanku xanın üç oğlu vardı. Krım
türklərinin taraq/daraq damğasının hər dişi bu övladlardan birini təcəssüm
etdirir. Daraq başdakı düzəni sahmanladığı kimi, bu damğa da türk tayfalarını
birləşdirib araya gətirmişdir.
136
Tayfa damğalarının semantikasına gəldikdə isə
Mahmud Kaşğarinin təsnifatına əsasən, oğuz tayfalarının çavuqlur boyunun
fərqləndirmə nişanı «atlı»
işarəsindən, qaraevli boyunun damğası,
adından bəlli olduğu kimi, «ev» anlamı verən «qapı» və «atlı» rəmzlərinin
birləşməsindən
, salur boyunun damğası ox dəmrəsi və tayfanın
onqonu olan qartal caynağının qrafik təsvirindən yaranmışdır.
Uzaq Şərqdən, Mərkəzi və Ön Asiyadan tutmuş Yaxın Şərqə, Avropanın
içərilərinə doğru uzanan böyük bir coğrafi məkanda
aparılan arxeoloji
və etnoqrafik tədqiqatlar nəticəsində aşkar edilən qədim damğa işarələri
prototürk və türk hüquq sisteminin genezisi barədə unikal informasiya
mənbəyi olmaqla yanaşı, hərb sənətinə də nüfuz etmiş, tanınma və
fərqləndirmə nişanları, mistik qoruyucu rəmzlər funksiyasını da daşımışdır.
Türk xalqlarının məskunlaşdıqlara ərazilərdə, o cümlədən Ön və Mərkəzi
Asiyada, Şimali Qafqazda, Çində bir sıra toponimlər, məsələn, «Tamqalı»,
«Tanbalı», «Damğalı», «Tamqalıtaş», «Nişanlı», «Nişantaş», «Yazılıdaş» və
s. buradakı qayaüstü qədim damğa təsvirlərinə görə belə adlandırılmışdır.
Müasir etnoqrafların və damğa tədqiqatçılarının ümumi qənaətinə görə, ilk
dövrlərdə sakral əhəmiyyət daşıyan bu işarələr sonradan etnonimlərə (sak,
oğuz, qıpçaq, saxa, tirkeş və s.), eləcə də tayfa və nəsil adlarına çevrilmişdir.
Məsələn, Azərbaycan, Türkiyə, Şimali Qafqaz, Krım, Şərqi Avropa, Tatarıstan,
Mərkəzi Asiya və Sibirdə yaşayan türk xalqlarında - «üç ox», - «on ox»,
- «baltalı», - «çemişli (çömçəli), - «abaklı», «yaylı»,
- «taraqlı»
(daraqlı),
- «koşqar», «koskar», «tumarlı», - «nayzalı» (nizəli),
-
«cəlayır» (jalayır/yabalı), - «bosaqalı» (qapı çərçivəsi), - «oxçulu»,
- «dəvəli» və s. nəsil və tayfaların adları məhz damğa təsvirlərindən
götürülmüşdür.
Tayfa və nəsil adları ilə bağlı belə toponimikaya tarixi Azərbaycan
ərazilərində də geniş rast gəlinir. Onların bəzilərinin adlarını və ənənəvi
damğa işarələrini təqdim edirik.
Azərbaycan Respublikası ərazisində: Bəlkə - «nişan», «nişangah»
anlamı verən «bəlgə», «bilgə» sözünün təhrif olunmuş forması
- Naxçıvan
136
Ö.Ömer, Köstence, Romanya, http://www.yalquzaq.com/?p=1038.
Dostları ilə paylaş: |