Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   39   40   41   42   43   44   45   46   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 107 -
belə,  hələ  də  onları  bir  xalq  kimi  təqdim  etməyə  çalışır,  «tatar» 
əvəzinə «monqol» və ya əksini yazır, bəzən isə «monqol-tatar» və ya 
«tatar-monqol»  kimi  eyniləşdirirlər.  Bu  «birləşdirmə»  halları  artıq 
ənənə xarakterini almışdır. Ondan imtina edilməli, hər xalq öz adı ilə 
çağırılmalıdır». Vaxtilə akademik A.Qrekov və professor A.Yakubovski 
də  təəssüflə  bildirmişlər  ki,  Cənub  Şərqi  Avropanın,  xüsusilə  Çindən 
Əndəlisə  (İspaniyada Andaluziya  vilayəti)  doğru  uzanan  Dəşti-Qıpçağın 
etnik  mənzərəsi  haqqında  qüsurlu  təsəvvürlər  mövcuddur.  Çoxları 
elə  düşünür  ki,  Batı  xanın  ordusunun  tərkibində  xeyli  monqol  Dəşti-
Qıpçağa  gəlmiş  və  bu  köçün  içərisində  həmin  xalqın  elementi  üstünlük 
təşkil etmişdir. Halbuki, monqolların əksəriyyəti həmin yürüşlər zamanı 
vətənlərini tərk etmədiyi üçün fəth olunmuş ərazilərin, o cümlədən Qıpçaq 
çölünün «monqollaşdırılmasından» danışmağa dəyməz. Çünki Avropanın 
cənub-şərqində qədim türk elementləri son dərəcədə güclü və müqavimətə 
davamlı idi». S.Amanjolov onu da vurğulayır ki, bu gün tarixşünaslıqda 
və  etnoqrafiyada  ümumiləşdirilmiş  «monqol»  adı  altında  təqdim  olunan 
tayfaların  –  cəlayir,  tatar,  tamqalıq,  tamat,  sünit,  merkit,  kurlut,  tules, 
bulqaşin,  kermuşin,  telenqut,  torqayt,  koqor,  sakait,  oyrat,  barqut, 
uryanxay, kurıkan və s. həmin xalqla heç bir etnik bağlılığı yoxdur, adları 
və etnik tərkibləri də sırf türk kökənlidir.
164
 
Bununla  belə,  türk  xalqlarının  eramızdan  əvvəl  Avropa  ərazilərində 
yaşaması  barədə  qədim  salnamələrdə  olan  dəlilləri  ilk  dəfə  görkəmli  rus 
paleontoloqu,  Kazan  Universitetinin  professoru  Eduard  Eyxvald  (1795-
1876) toplayaraq ümumiləşdirə bilmişdir. O yazırdı: «
Skiflərə müxtəlif türk 
tayfaları da aid edilir… «Skif» adı altında türk tayfalarının da nəzərdə 
tutulmasına dair çoxsaylı sübutlar vardır… Herodot əsərlərində turraqet 
və  turkları  xatırladır…  Dnestr  çayının  yuxarı  hissəsində  ovçuluqla 
məşğul olan turkların yaşadığını qeyd edir… Tiras və ya Töras (Dnestr) 
çayını türklər indiyədək «Tur» adlandırırlar».
165
 Müxtəlif tarixi mənbələrə 
- Mahmud Kaşğarinin «Divani lüğət-it Türk»Fəzlullah Rəşidəddinin (1247-
1318)  «Cami  ət-Təvarix»  («Səlnamələr  toplusu»),  Əli  Yazıçıoğlunun  (XV 
əsr)  «Təvarixi  al-i  Səlcuq»,  Əbülqazi  Bahadur  xan  Xivəlinin  (1605-1663) 
164
  С.Амонжолов. «Заметки о тюркском этноэенезе», http://dalaruh.kz/articles/view/253.
165
  «Путеществия профессора Эйхвольда к Каспийскому морю и Кавказскому краю», Библиотека 
для чтения, СПб., 1838. T. 26. № 2.


Damğalar, rəmzlər… mənimsəmələr
- 108 -
«Şəcəreyi-Tərakimə» və Seyid Loğmanın «Hünərnamə» (XVII əsr) əsərləninə 
əsasən, oğuz boylarının damğa işarələri aşağıdakı kimi təsnif olunur.
Cədvəl 5.  Oğuz boyları və damğaları
Oğuz 
boyları
«Divani 
lüğət-it 
Türk»
«Cami ət-
Təvarix»
«Təvarixi 
al-i Səlcuq»
«Şəcəreyi-
Tərakimə»
«Hünərnamə»
Bozoxlar
Gün xan oğulları
Qayı
Bayat
Alkaevli
Qaraevli
Ay xan oğulları
Yazır
Dögər
Dodurğa
Yaparlı 
yoxdur
Ulduz xan oğulları
Əfşar
Kizik
yoxdur
Bəydili
Karkın
yoxdur
Üç oxlar
Göy xan oğulları
Bayandur
Bəçənə
Çavuldur
Çəbni


Damğalar, rəmzlər… mənimsəmələr
- 109 -
Dağ xan oğulları
Salur
Eymür
Alayuntlu
Ürəgir
Dəniz xan oğulları
İqdır
Bügdüz
Yıva
Kınık
Yuxarıdakı cədvəldən göründüyü kimi, ərəb əlifbasının təsiri nəticəsində 
«Cami  ət-Təvarix»  və  «Şəcəreyi-Tərakimə»  əsərlərində  əks  olunan  oğuz 
damğaları  daha  çox  dəyişikliklərə  məruz  qalmış,  ərəb  xətt  qrafikasına 
uyğunlaşdırılmışdır.  Bundan  başqa,  boyların  ümumi  damğalarından  savayı, 
onların  ayrı-ayrı  qollarının  və  nəsillərinin  də  fərqləndirmə  nişanları  vardı. 
Məsələn,  əfşarların  müxtəlif  dövrlərdə 
     
  damğa  işarələri 
olduğu halda (eyni damğalara Dərbənd qala divarlarının VI əsrə aid hörgü 
daşlarında da rast gəlinir), boyun ayrı-ayrı qolları - bəy əfşarlar 
, toplular 
, İbrahimpaşalar 
, Hacı Mustafalar 
, Haloğullar  , qıllılar 
,  qoçanalılar 
,  qarabudaqlılar 
,  ağdəllər 
,  qaradəllər 
  öz 
nişanlarına  malik  idilər.
166
  Diqqət  yetirdikdə  onların  bəzilərinin  vaxtilə  bir 
siqmentdən   
       ibarət  olduğunu,  zaman  keçdikcə  iki  eyni  və  ya 
fərqli mənşəli nəsillər arasında ittifaqın yaranmasını müşahidə edirik. Bundan 
başqa,  M.Kaşğarinin  təsnifatına  əsasən,  oğuzların  qayı 
  və  Fəzlullah 
Rəşidəddinin sıralamasında karkın   boylarının damğaları arasında yaxınlıq 
birincinin  formalaşmasında  ikincinin  müəyyən  rol  oynadığını  ehtimal 
etməyə əsas verir. Eyni gümanı qaraevli 
 və çuvaldur 
 tayfaları 
haqqında da söyləmək olar. Bir vaxtlar Azərbaycan, İran, Gürcüstan, Türkiyə 
ərazilərində yayılan, Diyabəkir bəyliyini quran, iki il Qüds şəhərinə əmirlik 
166
   Tuncer Gülensoy. «Orhundan Anadoluya Türk damğaları». İstanbul, 1989. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə