Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   41   42   43   44   45   46   47   48   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 112 -
yazılarkən kompozisiyanın mərkəzindəki Qaba Ağacın (Dirilik Ağacı, Həyat 
Ağacı)  –  qədim  türk  xalqlarının  ortaq  inancına  görə,  yaranışın  mənbəyi 
hesab olunan müqəddəs bitkinin mifoloji mahiyyəti açılsa da, digər rəmz və 
işarələrin yozumunda müəyyən təhriflərə yol verilmişdir. 
Quba-Şirvan xalçasında Qaba Ağac və rəmzlər
Məqalədə Qaba Ağacın aşağı hissəsindəki rəmzlər   və 
 
«ikiqanadlı 
əfsanəvi məxluqun - qoruyucu tanrıların təsviri» kimi təqdim olunmuşdur. 
Üstəlik,  həmin  ideyanın  İran  mifologiyası  ilə  bağlanmasına  cəhd  edilərək 
«Avestada rast gəlinən və Sasani dövrünün dekorativ sənətində geniş əks 
olunan qanadlı it - Saenomereq, Senmurv, Simurq obrazı» kimi təqdim 
olunur.
  Halbuki,  Qaba Ağac  təsvirinin  və  xalçadakı  digər  «ornamentlərin» 
nə Sasani dövrünün mifik təsəvvürləri, nə də «qanadlı it obrazı» ilə əlaqəsi 
vardır.  Bu  rəmzlərin  həqiqi  semantikası  tamamilə  fərqli  olan  və  əski  türk 
inanclarına  söykənən  yozum  üzərində  qurulmuşdur.  Birincisi,  Əbülqazi 
Bahadur  xan  Xivəlinin  «Şəcəreyi-Tərakimə»  əsərindəki  damğa,  təsnifata 


Damğalar, rəmzlər… mənimsəmələr
- 113 -
əsasən, içərisindən Qaba Ağac ucalan «naxış»   nüfuzlu oğuz boylarından 
biri olan alayuntlu tayfasına məxsusdur. İlkin semantikası «baltavar» (ikiağızlı 
balta, vassal titulu), «ikibaşlı qartal» olsa da, sonralar xarici bənzərliliyinə 
görə qıpçaq tayfaları (noqaylar, Krım tatarları) arasında «qazan» kimi izah 
olunub.  Bu  damğa  işarəsi  öz  növbəsində  müasir  dövrümüzə  gəlib  çatan 
qədim xalça süjetinin həm etnik, həm də tayfa mənsubiyyətinin göstəricisidir. 
Digər tərəfdən, bu damğa qıpçaqlarda, məsələn, noqaylarda «qazan» adlansa 
da, onun semantikası islamaqədərki dini təsəvvürlərdən - Göytürk mifoloji 
baxışlarından irəli gələn ikibaşlı qartal (Tenqri xanın hər iki dünyaya yayılan 
hökmü) mifologeminin, Həyat-Ölüm, İşıqlı Dünya-Qaranlıq Dünya arxetipinin 
və qədim xaqanlıq prinsipinin – onun dünyəvi və dini hakimiyyəti öz əlində 
cəmləşdirməsinin  xalça  ilmələri  ilə  ifadə  olunmuş  vizual  təzahürüdür. 
Yəni  yozuma  görə,  xalça  üzərində  məhz  alayuntlu  tayfasının  nəsil-şəcərə 
ağacı  təsvir  olunmuşdur.  İkincisi, 
  işarəsinin  də  abstrakt  «ikiqanadlı 
əfsanəvi  məxluqla»  heç  bir  əlaqəsi  yoxdur.  Üç  seqmentdən  ibarət  olan  bu 
damğanın  variantlarına  hun,  xəzər  tayfa-nəsil  nişanlarında,  Qazaxıstandakı 
Sidak  qayaüstü  təsvirlərində  də  (V-VIII  əsrlər)  rast  gəlinir.  Seqmentlərdən 
biri   Tenqri xanın rəmzlərindən olan və müxtəlif türk xalqlarında «gün», 
«çənbər», «Nurullah», «baybike», «döngələk», «domalaq», «halqa», «altun 
top» və «altun alma» adlandırılan Günəş damğasıdır. İkinci rəmz də tanrıçılıq 
dinində baş ilahi ilə bağlı olan və «qoçkar», «qoşqar», «koskar», «kaçkar», 
«koçmüyüz» (qoç buynuzu) adları altında tanınan 
 işarədir. 
Rəmzin  bütövlükdə  semantikası  Tenqri  xanın  hər  iki  dünyaya  yayılan 
hökmünü  ifadə  edir.  Bu  işarənin  Mərkəzi  Asiyada  «aça»  (xaç),  «koçkar» 
və  «tört  kulaq»  (dörd  qulaq)  adlanan  təkmil  tipləri,  Azərbaycan  xalça 
ornamentində çoxsaylı variantları   
 vardır. Bundan başqa, xalça üzərində 
türk tayfalarına məxsus     - «daraq»,   - «qoşa damğa» işarələri və Tenqri 
açasının  (xaçının)  stilizə  edilmiş  variantı  da    əks  olunmuşdur.  «Qanadlı 
it»  təsvirinə  gəldikdə  isə  burada  da  müəyyən  yanlışlıq  vardır.  Məlumdur 
ki,  oğuz  tayalarında  totem  canlılardan  biri  qurd  (canavar),  qıpçaqlarda  isə 
köpək olmuşdur. Hətta qırğızlar Qırmızı köpəyi özlərinin ulu əcdadı hesab 
etmişlər. «Kitabi-Dədə Qorqud» eposundan da məlumdur ki, oğuz tayfaları 
itə mifoloji rəmz kimi rəğbətlə yanaşmamış, başqa inanca tapınan qıpçaqların 
tayfa  başçılarına  (Qıpçaq  Məlik)  həqarətlə  «Mərə  köpək»  deyə  müraciət 
etmişlər. Bu baxımdan, oğuzlara məxsus xalça kompozisiyasında müqəddəs 


Damğalar, rəmzlər… mənimsəmələr
- 114 -
Qaba  Ağacın  yanında  itin  təsviri  süjetə  sonralar  əlavə  olunmuş  element 
kimi dəyərləndirilməlidir. Ya da xalça üzərindəki həmin canlı həqiqətən də 
oğuzların totem varlığının - qurdun stilizə olunmuş (təhrif edilmiş) təsviridir. 


Damğalar, rəmzlər… mənimsəmələr
- 115 -
II HİSSƏ
Bəzi populyar türk damğa və 
rəmzlərinin semantikası
«Dünyanı ideya və fikirlər deyil, rəmz və işarələr idarə edir».
Konfutsi
Ortaq mifoloji təsəvvürlərdən, həyat tərzindən, dövlətçilik ənənələrindən, 
hərb  sənətindən  qaynaqlanan  damğa  işarələri  qədim  dövrlərdə  qəbilənin, 
tayfanın, tayfa birləşmələrinin statusunun, onun müstəqillik və ya digərlərindən 
asılılıq  rəmzinə  etnik  və  dini  identikasiyasının  göstəricisi,  fərqləndirmə  və 
mülkiyyət  nişanı,  ən  nəhayət,  bu  barədə  qrafik  informasiyanın  mübadiləsi 
vasitəsi  olmuşdur.  Müasir  türk  xalqlarının  heraldika  rəmzlərində,  tətbiqi 
sənət ornamentlərində bu gün də geniş istifadə edilən damğa işarələri zaman 
keçdikcə  ilkin  semantikasını,  daşıdığı  informasiya  yükünü  itirmiş,  «milli 
naxışlar» kimi tanınmağa başlamışdır. Aşağıda bəzi qədim damğa təsvirlərinin 
semantik yozumunu təqdim edirik:
 
XAN  DAMĞASI,  ELTƏBƏR,  BALTAVAR.  Ümumtürk 
simvolizm ənənələrinin, milli ornamentlərin genezisinin öyrənilməsi, onların 
mənimsənilməsi səylərinin qarşısının alınması, etnik mənşəyi hələ də qızğın 
mübahisələr doğuran bir sıra qədim tayfaların mənşəyinin müəyyənləşdirilməsi, 
ortaq  dövlətçilik  atributlarının,  titulların  (eltəbər/iltəbər,  baltavar,  elbəyi  və 
s.), hərb sənətinin tədqiqi kontekstindən əhəmiyyətli damğa işarələrindəndir. 
Bu damğa, eyni zamanda, müasir türk xalqlarının etnogenezini qədim tayfa və 
tayfa birləşmələri ilə (məsələn, saka-skiflərlə) bağlayan mühüm siyasi-mədəni 
irs  nümunələrindən  biri  sayılmaqdadır.  Xan  damğasının  tədqiqi  qədim  və 
orta əsrlər türk xalqlarının dövlətçiliyi, onun ənənələri barədə xeyli qaranlıq 
məqamlara  aydınlıq  gətirmək  imkanına  malikdir.  Onun  müxtəlif  qrafik 
variantları olduğu qədər fərqli semantik yozumları da vardır. Bu müxtəliflik ayrı-
ayrı tayfa və tayfa birləşmələrinin yaşam tərzi və mifik təsəvvürlərinin spesifik 
xüsusiyyətləri, statusu, iyerarxiya pillələri, hərb sənəti kimi etnomədəni və 
etnosiyasi amillərlə əlaqəlidir. Həmin səbəbləri bir-birinə bağlayan xüsusiyyət 
isə onun semantik izahında dayanan yay-ox, balta, aybalta, sənək/ayır (ikidişli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə