Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   49   50   51   52   53   54   55   56   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 136 -
tarixçisi Ksenofont (e.ə. IV əsr) bu rəmzdən sonralar sasani hökmdarlarının da 
istifadə  etdiklərini  bildirir.
43
  Türkmənistan  alimlərinin  ümumi  qənaətinə  görə 
isə oğuz xalqlarının ulu əcdadı sayılan Oğuz xaqanın dövlət atributlarından biri 
də ikibaşlı qartal təsviri olmuşdur. Bununla belə, gərgin etnoqrafik və arxeoloji 
araşdırmalara baxmayaraq, onun ilkin təsviri hələ də əldə edilməmişdir. Lakin 
həmin tədqiqatların uğursuzluğuna məhz damğa işarələri kontekstindən yanaşsaq, 
yarımifik-yarıtarixi şəxsiyyət olan Oğuz xaqanın rəmzinin görüntüsünə dair fərqli 
mövqe irəli sürə bilərik. Yuxarıda qeyd olunduğu kimi, təkcə   damğa nişanı 
deyil,  bərabərtərəfli,  səkkizqollu  aça/xaç  işarəsi    də  paralel  olaraq,  Tanrını, 
Günəşi, qartalı və o cümlədən ikibaşlı qartalı (qollardan biri qartalın bədənini, 
digəri quyruğunu, qalanları isə iki başı, iki caynağı və iki qanadı) simvolizə edirdi. 
Belə olan təqdirdə, Oğuz xaqanın dövlət rəmzi kimi həmin damğa işarəsini və ya 
onun əsasında yaradılan səkkizguşəli Günəş (ulduz) variantını   növbəti fərziyə 
qismində təqdim etmək olar. Yeri gəlmişkən, 1996-cı ildə sabiq Türkmənistan 
prezidenti Saparmurad Niyazov prezident bayrağına rəmz seçimində Oğuz xandan 
daha irəliyə getmiş, ştandart üzərində iki deyil, beşbaşlı qartal (türkmən xalqını 
təşkil edən beş tayfanın təcəssümü) təsvirini təsdiqləmişdir. Yaşıl fon üzərindəki 
qartalın caynaqlarında tutduğu ikibaşlı ilan isə daxili və xarici düşmənlər üzərində 
tam və qəti qələbəni simvolizə edir.
44
Tatar alimi Farqat Nuritdinov XIII əsrdə yaşamış Qazi Baracın «Qazi Barac 
tarixi»,  Məhəmməd  Əminin  (XIV  əsr)  «Bulqar  şeyxlərinin  imanlı  yolu  və 
şərafətli əməlləri» əsərlərinə istinadən qədim bulqarların ilk damğa təsvirlərini 
müəyyənləşdirə bilmişdir. Onun araşdırmalarına əsasən, Tenqri xana tapınan 
bulqar tayfalarının ilkin fərqlənmə nişanı ikibaşlı qartalı xatırladan altı qolu 
aça    olmuşdur.  Bulqarların  digər  damğalarında  da  belə  xaç  elementləri 
özünü  aydın  göstərməkdədir.
45
  Yeri  gəlmişkən,  səlib  yürüşlərindən  sonra 
xristian dünyasında populyarlaşan «ikiqat xaç» və ya «səkkizqollu xaç» iki 
bərabərtərəfli xaçdan   ibarət rəmz   öncə Misir məmlüklərinin damğası 
olmuş  və  sonralar  həmin  nişan  əsasında  yaranan  səkkizguşəli  ulduzla  -   
əvəzlənmişdir. 
Həmin prinsip qədim türklərin «sənək», «baltavar», «daraq» kimi damğa 
işarələrində 
 
 
  və  s.  əksini  tapmışdır. Aran  dövlətinin  (Qafqaz 
Albaniyasında)  hökmdarı  Asvagenin  (IV  əsrin  sonu,  V  əsrin  əvvəlləri) 
43 
 А.Самсонов. «11 апреля 1857 г. Александр II утвердил государственный герб России – двуглаво-
го орла», http://topwar.ru/
44 
 Эмблема президента Туркменистана, http://www.heraldicum.ru/turkmen/presid.htm 
45 
Ф.Г.-Х.Нурутдинов. «Важнейшие символы и гербы родов, городов  губерний булгар». bulgarlar.ru 


Damğalar, rəmzlər… mənimsəmələr
- 137 -
möhüründəki  damğa  təsvirinə 
  ikibaşlı  qartalın  stilizə  olunmuş  variantı 
kimi  də  yanaşmaq  olar.  Xəzər  xaqanlığının  Kuban  çayının  sahilindəki 
forpostu olan Xumarin şəhərinin (IX-X əsrlər) qalıqlarında aparılan arxeoloji 
qazıntılar nəticəsində tikili divarları üzərində analoji damğa işarələri   də 
aşkar olunmuşdur.
46
 Azərbaycan hökmdarları arasında ilk dəfə olaraq dövlət 
quruculuğunda qədim oğuz ənənələrini - xaqanlıq prinsipi əsasında dünyəvi 
və  dini  hakimiyyəti  bir  əldə  cəmləşdirən  Səfəvi  Şah  İsmayıl  Xətayinin  də 
«quşlu»  adlandırılan  tuğ  başlığı 
  həmin  semantikanın  qızılbaş  dövlət 
rəmzlərində ifadəsidir.
1.Şumer ikibaşlı qartalı. 2.Hett dövlətinin rəmzi. Midiya (3) və Atabəylər (4) dövlətlərinin 
bayraqlarında ikibaşlı qartal təsviri. 5.Səlcuq dövlətinin rəmzi (XIII əsr. Konya, İncə Minarə 
Muzeyi). 6.Özbək xanın (Krım, 1312-1339) misdən basılmış sikkəsi. 8. Zveniqorod kilsə zəngi 
(XVII əsr) üzərində həkk olunmuş ikibaşlı qartalın təsviri
Bizans  imperiyası  xristian  dinini  qəbul  etdikdən  sonra  bu  rəmz  İsa 
Məsih  ilə  əlaqələndirilmişdir.  Lakin  onun  semantikasında  da  əski  türk 
miflərinin işartıları aydın hiss olunmaqdadır. Belə ki, qartal başlarından biri 
məsihin ilahi (ruhani), digəri isə insani mahiyyətinin təcəssümü kimi qəbul 
edilmişdir. Səlcuq imperiyasında bu təsvir həm də Allahın rəmzi idi. Təsadüfi 
deyildir ki, həmin dövrə aid ikibaşlı qartal təsvirlərinin bir çoxunda mifik 
46 
 А.Леонов, «Из глубины веков под знаком трезубца», http://megamatrix.ru/simbol/trid/trident.htm


Damğalar, rəmzlər… mənimsəmələr
- 138 -
quşun sinəsində ərəb əlifbası ilə Allahın gözəl adlarından biri – «əl-Əzim» 
(«Əzəmətli»)  sözü  yazılmışdır.
47
  Məsələn,  XIX  əsrin  ortalarında  yaşamış 
rus tarixçisi Aleksandr Lakier ilk dəfə olaraq «Rus heraldikası» kitabında 
(1855-ci  il)  ikibaşlı  qartal  rəmzinə  belə  yozum  vermişdir: 
«Hökmdarın 
(qartalın)
 nəzərləri Şərqə və Qərbə doğru dikilmişdir. Əmrləri isə vahid 
bədən verir».
48
 Müstəmləkəçilik ideologiyasına sədaqətdən irəli gələn bu 
fikir sonralar geniş yayılmış və müasir Rusiyanın özündə ikibaşlı qartalın nə 
vaxt və kim tərəfindən gətirilməsi, ölkənin hakimiyyət rəmzinə çevrilməsi 
haqqında hələ də dəqiq qənaət yoxdur. Bəzi mənbələr təsvirin ilk dəfə çar 
İvan  Qroznı  dönəmində  –  1447-ci  ildə  Moskva  knyazlığının  möhüründə 
əks olunduğunu,
49
 digərləri Aleksey Mixayloviçin 1667-ci il tarixli fərmanı 
ilə  rəsmi  rəmz  kimi  qəbul  edildiyini
50
  bir  başqaları  isə  II  Aleksandrın 
hakimiyyətdə  olduğu  dövrdə  -  1855-1857-ci  illərdə  imperiyanın  dövlət 
atributuna çevrildiyini bildirirlər.
51
 Bundan başqa, ikibaşlı qartal təsvirinin 
Bizans  dövlətinin  Paleoloqlar 
52
  sülaləsinin  gerbi  olaraq  Moskva  knyazı 
III İvanın arvadı – XI Konstantin Paleoloqun qardaşı qızı şahzadə Sofiya 
tərəfindən Rusiyaya gətirildiyi və 1497-ci ildə çar möhürü üzərində həkk 
edilməsi
53
  barədə  də  fərqli  fikirlər  vardır.  Lakin  rusiyalı  tədqiqatçıların 
iddialarına baxmayaraq, ikibaşlı qartal təsvirinin guya hələ XIII əsrdə Rus 
knyazlıqlarında yayılması barədə tutarlı fakt yoxdur. Onun şahzadə Sofya 
Poleoloq vasitəsilə Bizansdan «mədəni ixrac» olunması barədə mülahizələr 
isə  hələ  də  təsdiqini  tapmır.  Əksinə,  bu  rəmz  Rusiya  knyazlıqları  ilə  sıx 
təmasda olan və bir çox hallarda onları himayə edən Qızıl Orda vasitəsilə 
yayılmışdır

47 
 Н. Ранчугова. «Децствительно ли двухглавый орел – средневековый монархический символ?»  
http://omskmark.moy.su/publ/essayclub/symbols_russia/2012
48 А.Б. Лакиер. «Русская геральдика», http://www.heraldrybooks.ru/book.php?id=1 
49 
 Yenə orada
50 
Д. Хайретдинов, «Государственные символы и регалии Руси-России мусульманского 
происхождения», http://www.idmedina.ru/ 
51 
 А.Самсонов. «11 апреля 1857 г. Александр II утвердил государственный герб России – 
двуглавого орла», Военная обозрения,  http://topwar.ru/
52 
 Bizans imperiyasının 1261-ci ildən hakimiyyətdə olan son sülaləsi. 1453-cü ildə İstanbulun Sultan 
Mehmet tərəfindən fəthindən sonra onun hakimiyyətinə son qoyulmuşdur.  
53 
 «Двуглавый орел Софьи Палеолог».  Календарь «Святая Русь», http://www.rusidea.
org/?a=25042001
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə