Damğalar, rəmzlər… mənimsəmələr
- 133 -
bəzi türkdilli ölkələrin dövlət rəmzlərində öz əksini tapmışdır. Əski türklərin
inanclarına əsasən, dünyanın mərkəzində ucalan nəhəng Dirilik Ağacının
zirvəsində yuva quran qartal Tenqri xanın Orta Dünyaya, insanlara nəzarət edən
keşikçisi, baxan gözləridir.
35
Odur ki, təkcə mif və rəvayətlərdə deyil, damğa
işarələrində də bu quş ilahi və Günəşlə ortaq rəmzlərə malikdir. Məsələn,
yuxarıda qeyd olunduğu kimi, nişanı Tenqri xan açası/xaçı olmaqla həm
də qartalı, və işarələri isə Günəş və Tenqridən savayı ikibaşlı qartalı da
simvolizə edir. Bəzi hallarda Günəşin rəmzi - «çərxi-fələk» kimi izah olunan
damğa işarəsini səmada qanad süzən qartalın sxematik təsviri kimi də izah
edirlər. Qədim və orta əsr yazılı mənbələrində alıcı quş adları ilə bağlı olan
«toğrul», «toyan», «çağrıbəy», «tuyqun eltəbər», «turqak» kimi etnonim və
titulların adları qorunub saxlanılmışdır. Yeri gəlmişkən, Çingiz xanın nəslinin
totem
quşu ağsunqur (ağ şahin) olmuşdur.
36
Azərbaycan xalçalarında Tanrı-Günəş-qartal(Togrul) rəmzləri
37
Oğuz tayfalarının da hər birinin alıcı quş onqonları – Tanrı ilə aralarında
daimi vasitəçiləri və himayədarları vardı. Məsələn, qayı və bayandur boylarında
– şahin (
şonqar),
bayat boyunda - kökənək (bayquş, hazırda bəzi dialektlərdə
bayquşun tük tökməmiş balası), bəydili boyunda – quzğun, salur və iğdır
boylarında – qartal, kınık boyunda - ağ qartal, dodurğa boyunda – qızıl qartal,
karkın boyunda – berkut və s. Ağ
(albinos) quşlar daha müqəddəs sayılırdı.
Məsələn, «Kitabi-Dədə Qorqud» eposunda adı keçən ağ sunqur
(şonqar) quşu
kimi. «Kitabi-Dədə Qorqud» dastanında işlədilən «çal qaraquş»
(bozumtul
böyük quş) ifadəsi oğuzların müqəddəs hesab etdikləri iri alıcı quşa – qartala
verdikləri adlardan biridir. O, oğuz tayfalarının əski inanclarında da bütün
35
А.Бисенбаев. «Мифы древних тюрков». Алматы: «Ан-Арыс», 2008
36 Н.Базылхан. «От двуглавого орла до аристократического аксункара», http://kyrgyztoday.kg
37
«Azərbaycan xalçaları», cild 2, №4, 2012.
Damğalar, rəmzlər… mənimsəmələr
- 134 -
quşların hakimi, Tanrıya ən yaxın varlıqlardan biri sayılır. Mərkəzi Asiyada
isə «qaraquş» dedikdə berkut nəzərdə tutulur. Dastanda qartal/qaraquşun
mifik qüdrəti belə tərif olunur:
«Qab qayalar başında yuva tutan, Qadir,
Ulu Tanrıya yaqın (yaxın) uçan…»
38
Bundan başqa, «Qırğız» etnoniminin elmi dairələrdə qüvvədə olan
yozumlarından biri də qartal mifologemi ilə bağlıdır. Yeni etimoloji izahın
müəlliflərindən olan qazaxıstanlı türkoloq Yuri Zuev «qırğız» sözünü
qızılquşkimilər dəstəsinin qırğılar fəsiləsinə aid olan və “Avesta”dakı
«kahrkasa» adı ilə keçən yartıcı quşla
(Azərbaycan dilində: «kərkəs», «ağbaba»)
əlaqələndirmişdir.
39
Xatırladaq ki, Qərbi Azərbaycan torpaqlarında tarixən
Ağbaba bölgəsi mövcud olmuş və 1930-cu ildə toponim dəyişdirilmiş, həmin
ərazisdə Amasiya rayonu yaradılmışdır. Onu da vurğulayaq ki, şaman oyunlarının
(rəqslərində), eləcə də türk xalqlarının məskunlaşdığı geniş ərazilərdə yayılan
solo kişi rəqslərinin əsasında da mifik qartal obrazının məğrur hərəkətləri
(alıcı
quşun gərilmiş qanadlarını xatırladan yana açılan qollar) dayanır. Bu sıraya
qazaxların «burkit bi»
(berkut) rəqsini də əlavə etmək olar. Qadın rəqsləri isə
(qollar çiyindən yuxarı qalxmamaq şərti ilə) Humay Ananın rəmzi olan qu
quşunun
(ak kaz, ak kuş, su gəlini və s.) yerişini xatırladır. Zorxana oyunlarına,
milli güləş yarışlarına başlamazdan əvvəl pəhləvanların qol hərəkətləri ilə
meydan boyu gərdiş etmələri də qartal obrazı ilə bağlıdır.
Tarixi Azərbaycan torpaqlarında yaşamış maqların və kaspların da mifik
təsəvvürlərində alıcı quşlar mühüm yer tuturdular. Onların inancına görə,
bu quşlar Orta Dünya ilə İlahilərin Dünyası arasında vasitəçi olaraq, ölən
insanların ruhlarını qaranlıq dünyaya çatdırırdılar. Strabon yazırdı ki, maqlar
və kasplar cənazələri uzaq çöldə torpağın üzərinə qoyub kənardan müşahidə
edərdilər: Əgər yırtıcı quşlar onun üzərinə qonarlarsa, deməli, ölənin ruhu o
dünyada rahatlıq tapacaqdır. Cənazənin vəhşi heyvanlar və itlər tərəfindən
didilməsi də yaxşı əlamət idi, lakin o qədər də hörmətli sayılmırdı. Yox
əgər, ümumiyyətlə, qurd-quş meyidə yaxın gəlməzsə, həm ölən insan, həm
də onun ruhu bədbəxt hesab edilirdi. Türkmənistan Elmlər Akademiyası
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, professor
Ovez Gündoğdıyev türkmənlərin
(həm də azərbaycanlıların) dilində geniş
yayılmış və «lazımsız», «hörmətsiz», «murdarlanmış» anlamlarını verən
38 «Kitabi-dədə Qorqud», əsil
və sadələşdirilmiş mətnlər, Bakı, Öndər, 2004
39
Ю.Зуев. «Кыргызы-буруты» // Советская этнография, 1970, № 4.