Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   44   45   46   47   48   49   50   51   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 121 -
ci ildə fransız alimi E.Ami təsvirdəki insanın antropoloji tipini Azərbaycanın 
Şuşa  şəhərində  yaşayan  etnik  azərbaycanlılarla  eyniləşdirmişdir.  Digər 
fraqmentdə isə (2) tarixi Azərbaycan ərazisində (Urmiyə gölünün cənubunda) 
ilkin etnosiyasi birliklərdən olan lullubi tayfa ittifaqının hökmdarı Anubaninin 
zəfər yürüşü əks etdirilmişdir (e.ə II minilliyin ikinci yarısı)
14
 Rəqib dövlətin 
hökmdarını məğlub edən Anubani bir əlində balta, digər əlində ox tutmuş, 
çiyninə isə kaman keçirmişdir. Qədim türk dövlətçilik simvolizmində balta 
və  yay  «hökmdar»,  «hakimiyyət»,  ox  isə  «vassallıq»,  «tabeçilik»  rəmzi 
sayılırdı.  Hökmdarın  əlində  ox  tutması  məğlub  tərəfə  vassallıq  təklifi  kimi 
anlaşılmaqdadır. Sadakın (yay-ox çantasının) icad olunmadığı dönəmdə (onu 
ilk dəfə regiona saka-skiflər gətirmişlər) kamanın bu cür çiyində daşınması 
qaydası «Kitabi-Dədə Qorqud» dastanında «yayı qarusuna keçirmək» adlanır. 
Anubaninin başı üzərindəki ilahi rəmzə   və onun sadələşdirilmiş variantına 
 Şumer simvolizmində (Günəş), Azərbaycanın Gəmiqaya, Göyçə, Mərkəzi 
Asiyanın və Şimali Qafqazın qayaüstü təsvirlərində, Manna, Midiya, saka-
skiflərin, hun və xəzərlərin, qədim türk sakral işarələri sırasında (Tenqri xan 
Günəş rəmzi kimi) geniş rast gəlinir. 
Kuti sərkərdəsi və lullubilərin hökmdarı Anubani
Tanınmış fin diplomatı və linqvisti Qustav von Ramstedin (1873-1955) 
və  alman    türkoloqu  Karl  Henrix  Mengesin  (1908-1999)  qənaətlərinə 
14 
 Yenə orada


Damğalar, rəmzlər… mənimsəmələr
- 122 -
əsasən,  müxtəlif  türk  dillərində  bir  sıra  fonetik  variantları  (balğa,  balqa, 
baltu, baldu, balğu və s.) olan «balta» sözünün vətəni  Dəclə və Fərat çayları 
arasındakı  qədim  ərazilərdir.  Şumerlər  həmin  silah  və  ya  məişət  alətinə 
«balaq» deyirdilər.
15
 Onların yazılı mətnlərində sakral «balta» anlamı verən 
işarələrdən biri təkağızlı baltanın   rəmzi idisə, digəri isə qoşaağızlı baltanı 
 ifadə edirdi. Maraqlıdır ki, ikinci işarəyə «nəzərlik» ornamentinin bir 
variantı ximi Azərbaycan xalçaçılıq sənətində də rast gəlinir. Diqqət edin, 
türk damğa nişanları təsnifatında   işarəsi də «balta» adlanır. Həmin nişan 
qrafem olaraq Göytürk əlifbasında (Yenisey mətnlərində) incə saitli sözlərdə 
«u»  səsini  bildirirdi.  Cənubi  Qafqazda,  Anadoluda,  Mərkəzi  Asiyada, 
Krımda  bu  damğa  işarəsini  daşıyan  bəzi  tayfa  və  nəsillər  «baltalı»  adı 
ilə  fərqləndirilirdilər.  Qədim  türk  damğa  təsnifatına  əsasən,  «çəkic»  kimi 
tanınan işarənin   başqa bir adı isə «balta» olmuşdur. Məsələn, qazaxların 
jetiru  tayfasına  daxil  olan  jaqabaylı  nəslinin  rəmzi  kimi.
16
  Görünür,  bu, 
damğanın  ya  ilkin  adı  olmuş,  ya  da  sonralar  ikiağızlı  baltaya  bənzərliyi 
nəzərə alınmışdır. Mərkəzi Asiyada «baltalı» adını daşıyan bəzi nəsillərin 
tanınma-fərqləndirmə  nişanının  bərabərtərəfli  «Tenqri  açası»  (Tenqri 
haçası/xaçı)    olması  da  eyni  yozuma  –  ikiağızlı  baltaya  söykənir. Yeri 
gəlmişkən,  Azərbaycanda,  o  cümlədən  Qərbi  Azərbaycanda,  «baltalı» 
nəsil/tayfaları  da  vardır.  Borçalıda  da  «Baytalı»  adında  qışlaq  olmuşdur. 
Bundan başqa, Anadoluda dəyirman daşının ortasındakı xaçşəkilli hissəyə 
indi də «baltacıq» deyirlər. Əski oğuz simvolizmində isə həmin ümumtürk 
rəmzləri ilə yanaşı   işarəsi həm ikiağızlı baltanı, həm də eyni mifologemə 
söykənən  ikibaşlı  qartalı  simvolizə  edirdi.  Yəni  onun  müxtəlif  tərəflərə 
yönəlmiş başlıqları dünyəvi və dini hakimiyyətlərin bir liderin (xaqan, xan, 
şah) əlində cəmləşməsi anlamını ifadə edirdi. Əli Yazıçıoğlunun (XV əsr) 
«Təvarixi al-i Səlcuq» əsərindəki təsnifata görə, oğuzların alkaevli tayfası 
da bu damğanı daşıyırdı və ona Azərbaycanın xalça naxışları içərisində bu 
gün də rast gəlmək mümkündür. 
Yuxarıda  qeyd  olunduğu  kimi,  bir  çox  hallarda  həm  «xan  damğası 
(baltavar),  həm  də  «quşlu  damğa  (ikibaşlı  qartal)  müxtəlif  adlar  altında 
yayılsalar da, əsasən eyni şəkildə təsvir olunurdular. Məsələn: 
 
 
 
 
 
   
 
   və s. Volqaboyu bulqarları «baltavar», «eltəbər» 
15  
K.Menges. Zwei mesopotamische Leimw. Srter., 1955
16   «Тамга (Родовой знак) и Уран (Родовой клич)», http://www.history.kz/ru.php


Damğalar, rəmzlər… mənimsəmələr
- 123 -
titullarından yararlansalar da, Qızıl Ordanın süqutundan sonrakı dönəmlərdə 
adı çəkilən damğa işarəsində   ilahi baltanın deyil, üçdişli çəngəlin - döyüş 
yabasının əlamətlərini görürdülər. Və bu rəmz xalq arasında «baransar» (qoç 
başı), «baysanak» (böyük sənək) və ya «xəzər» kimi də adlandırılırdı. Onlar bu 
işarənin semantikasında Tanrının gərilmiş yay-oxunu, Xəzər döyüşçülərinin 
dəbilqələrindəki  təkə  buynuzlarını,  ayparanı  və  bunçuk  (hökmdar  əsası) 
başlığını görürdülər.
17
 Mütəxəssislərin qənaətinə görə, istənilən damğanın, 
o cümlədən baltavar/quşlu damğasının üzüaşağı çevrilmiş təsviri 
 
  
 
 
 
 
 bir siyasi məna olaraq, onun daşıyıcısı olan tayfanın 
(dövlətin,  xanlığın,  bəyliyin)  digərinin  hakimiyyəti  altına  keçməsinin, 
yəni  vassallığının  qrafik  göstəricisi  kimi  qəbul  edilirdi.  Adətən,  şahların 
tacqoyma mərasimlərində, rəsmi keçidlərdə vassal bəylərdən (məliklərdən) 
biri  hökmdarın  rəmzi  baltasını  daşıyırdı.  Qeyd  edək  ki,  orta  əsrlərdə 
regionda əsasən Osmanlı, Azərbaycan və məmlük balta tipləri yayılmışdır. 
Dünyanın  bir  sıra  muzeylərində,  o  cümlədən  Milli  Azərbaycan  Tarixi 
Muzeyində  onun  müxtəlif  nümunələri  qorunub-saxlanılmaqdadır.  Səfəvi 
və Osmanlı dövlətlərində atlı döyüşçülər üçün nəzərdə tutulmuş bir və ya 
ikiağızlı təbərlər kiçik ölçülü olub atın yəhərindən asılırdı. İkiağızlı baltaları 
zərbə zamanı əldə tarazlaşdırmaq çətin olduğu üçün hərb sənətində ondan o 
qədər də geniş istifadə olunmurdu. Ağqoyunlu və Səfəvi şahlarının piyada 
mühafizə korpusu – təbərçilər isə çiyinlərində uzunsaplı, enliağızlı, başlığı 
isə nizə ucluğunu xatırladan baltalar (aybalta) daşıyırdılar. Rəvayətə görə, 
Osmanlı ordusunda yeniçəri korpusunun təməlini və adını da sufi təriqəti 
olan bektaşilərin başçısı şeyx Timurtaş Dədə qoymuşdur. Bu orduda bektaşi 
dərvişlərin müasir terminologiya ilə desək, «ideoloji işçi» qismində xidmət 
göstərdikləri barədə xeyli tarixi qaynaqlar vardır.
Osmanlı  yeniçəriləri  arasında  balta  kultu  ilə  bağlı  maraqlı  bir  adət  də 
mövcud idi: Əgər yeniçəri döyüşçüsü tikilməkdə olan ev görsəydi və baltasını 
(sultanın və şeyxin hakimiyyət rəmzini) onun hazır divarından assaydı, bina 
sahibi tikintini dərhal dayandırmalı və balta sahibi üçün hədiyyə tədarükünə 
başlamalı idi. İnşaat işləri yalnız yeniçəri əsgəri hədiyyəni qəbul etdikdən və 
baltasını geri götürdükdən sonra davam etdirilə bilərdi.
18
 
17  Ф.Г.-Х. Нурутдинов. «Важнейшие символы и гербы родов, городов и губерний булгар», http://
atil.blog.bg 
18    Г.Введенский. «Янычары».
 изд. Атлант2003.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə