Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   45   46   47   48   49   50   51   52   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 124 -
Nizami Gəncəvinin «Sultan Səncər və qarı» əsərinə illüstrasiyada 
sultanın önündə gedən təbərçi təsvir olunmuşdur (Soltan Məhəmməd,
XVI  əsr, Təbriz miniatür məktəbi, Britaniya muzeyi)
Əslində,  baltadan-baltaya  da  fərq  var.  Bu  gün  ümumiləşdirib  «balta» 
adlandırdığımız  məişət  əşyası  onun  yalnız  bir  növü,  görkəmcə  saka-skif 
sakarisini  xatırladanı,  yəni  ağzı  düz  və  ensiz  olanıdır.  İkibaşlı,  qövsvari  iti 
ağzı ayparanı xatırladanlara isə əski türklər «baltay» (balta+ay), «aybalta»  
deyirdilər. Görkəmcə orta əsr Şərq döyüş vasitələrində ensiz ucluqlu döyüş 
baltalarını  xatırladan  sakaris  yaxın  təmas  döyüşlərində  düşmənin  qalxan, 


Damğalar, rəmzlər… mənimsəmələr
- 125 -
dəbilqə və zirehini dəlmək üçün effektiv silah sayılırdı. Təsadüfi deyildir ki, 
qədim  silah  mütəxəssisləri  sakarisi  türk  savaş  sənətində  geniş  populyarlıq 
qazanan, Yaxın və Orta Şərqə, Avropaya da yayılan «şekan» (ruslarda: çekan), 
«aybalta»,  «təbərzin»,  külüngə  bənzəyən  başlığı  olan  «bozdoğan»  (silahın 
içəriyə  doğru  əyilmiş  iti  ucluğu  yırtıcı  bozdoğan  quşunun  əyri  dimdiyini 
xatırlatdığı üçün belə adlanır), eləcə də ikiağızlı balta kimi silahların prototipi 
hesab  edirlər.  Yeri  gəlmışkən,  Azərbaycanın  Laçın  rayonunda  Bozdoğan 
kəndi vardır. İkiağızlı saka-skif təbərzini sonralar ölçülərini və görkəmini bir 
qədər dəyişərək qədim Midiya, Parf və Sasani dövlətlərinin cəbbəxanasına 
«saqaris»,  orta  əsrlərdə  Rusiya  knyazlıqlarının  ordusuna  isə  «sekira»  kimi 
daxil olmuşdur. Səlib yürüşlərindən sonra uzun saplı türk aybaltası Avropaya 
«alebarda» adı altında ayaq açmışdır. Arxeoloji tədqiqatlar nəticəsində əldə 
edilmiş maddi nümunələr sakaris-təbərzinin tarixi Azərbaycan ərazilərində də 
hazırlanmasını və hərb sənətində geniş tətbiqini əyani şəkildə sübuta yetirir. 
Hərb sənətindən fərqli olaraq, irfan fəlsəfəsində dərviş təbərzini tamamilə 
fərqli,  dinc  və  sakral  mahiyyət  daşıyırdı.  Hələ  XX  əsrin  əvvəllərinə  kimi 
Azərbaycanda təbərzin və kəşkül ilə gəzən dərvişlərə past gəlmək mümkün 
idi. Sufi dərvişlərinin rəmzi baltası da «kəsərli» idi, lakin məhz özünün ilkin, 
sakral təyinatını qoruyub saxlamış, Allah-Təalanın hər iki dünyaya yayılan 
hökmünün təcəssümünə transformasiya etmişdir. Digər tərəfdən isə o, tərki-
dünya  həyat  tərzi  sürən  zahidin  öz  nəfsi,  fani  dünyanın  nemət  və  həzləri 
üzərində qələbəsini simvolizə edirdi. Azərbaycanın böyük dövlət xadimi və 
sərkərdəsi, sufi şairi Şah İsmayıl Xətayinin yazdığı kimi:
Mürşid oldur talibini bişirə,
Əlin alıb azmaqlıqdan devşirə,
Gündə min gəz 
təbər vursa başinə,
«La» deməyə ver nəsibin alana.
19
       
      Şərti izahı: «Əsl mürşid gərək tələbəsini (müridini) yetişdirə, onun 
əlindən tutub yolunu azmaqdan qoruya. Gündə başına min dəfə təbər (dərviş 
təbərzini) dəysə də, nəfsinə «yox» deməyi bacara».  
19  
Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, 2005.


Damğalar, rəmzlər… mənimsəmələr
- 126 -
           
Ardıcıllıqla: Osmanlı dövlətinin yeniçəri ordusunda bektaşi dərvişi
 ikiağızlı aybalta/təbərzin və kəşkül ilə (Avropa rəssamının qravyurası);
20
 
XVIII-XIX  əsrlərdə və XX əsrin əvvəllərində Cənubi Azərbaycanda sufi dərvişlər.
21
 
İlahə  İnannanın  rəmzinin  dövlət  atributu  kimi  ortaq  türk  arealında 
yayılmasına  gəldikdə  isə  eramızdan  900-750  il  əvvəllərə  aid  edilən  kimer 
tayfalarının metal dəmrələrinin (ox ucluqlarının) üzərindəki damğa işarəsi   
onun çevrilmiş variantı olmaqla Mərkəzi və Ön Asiyanın, Şimali Qafqazın, 
Krımın, Azərbaycan və Anadolunun qədim və orta əsr dövlət atributlarında 
geniş  rast  gəlinir.  Bu  «ornamentin»  müxtəlif  qrafik  tipləri  qədim  Midiya 
dövlətinin, Arsakilər sülaləsinin -   ; Qafqaz Albaniyasının -    ; Xəzər 
xaqanlığının -     
   ; Çingiz xanın -   (bəzi mənbələrə əsasən, onun 
əcdadlarının nəsil damğası    və ya 
 şəklində olmuşdur); Hülaki xanın - 
; Krım xanlarından Dövlət Gireyin - 
 ; Menqi Girey və Şahin Gireyin 

 ; Şadi xanın -   ; XIII əsr Çağatay xanlığının -  ; Qızıl Ordanın -   
   
 ; Polşa-Litva tatarlarının -   ; Səfəvi xanədanının -        və s. möhür, sancaq və 
döyüş bayraqlarını bəzəmişdir. Bu işarənin bir variantına Qaraqoyunlu dövlətinin 
sikkələrində də 
 təsadüf olunur və semantikası «bir tayfanın (sülalənin) 
hakimiyyəti»  kimi  yozulur.  Digər  varianta  isə  Qafqaz Albaniyasının  əlifba 
işarələri arasında (Matenedaran əlyazması), «ç» səsini bildirən 
 işarəsində 
rast gəlirik. 1960-1962-ci illərdə Şimali Qafqazda - Rusiyanın Qaraçay-Çərkəz 
Respublikası ərazisində yerləşən və VIII-XI əsrlərə aid olan Xumarin (qədim 
20 
 А.Кныш. «Мусульманский мистицизм». Москва-С.П, 2004
21 
 http://www.darvishi.ru/index.php/kollektsiya-izobrazhenij-dervishej


Damğalar, rəmzlər… mənimsəmələr
- 127 -
türk dilində: xumaru – «irs», «vərəsə», «miras kimi verilmiş» anlamındadır)
22
 
şəhəri xarabalıqlarında aparılmış arxeoloji qazıntılar zamanı qala divarlarının 
daşları və buradan tapılan maddi-mədəniyyət nümunələri uzərində xeyli sayda 
analoji rəmz təsvirləri sırasında baltavar nümunələri də 
   
   
 
         
 
  aşkar edilmişdir. Rusiyalı arxeoloq Y.Alekseyeva 
onların vaxtilə Şimali Qafqazda məskunlaşmış bulqarlara və xəzərlərə məxsus 
damğa işarələri olması qənaətinə gəlmişdir.
23
 Eyni tipli damğaların və onların 
variantlarının,  məsələn,   
 
   
 
     
 
   
   
müasir  Bolqarıstan  ərazisində  də  yayılması  faktı
24
  bu  ərazidə  nəinki  türk 
tayfalarının məskunlaşmasını, eləcə də ölkənin adından göründüyü kimi, ilk 
bolqar dövlətçiliyinin məhz onlar tərəfindən yaradılmasını və bu dövlətlərin 
hüquqi vəziyyətini (vassallığını) bir daha təsdiq edir. Bolqarıstanda müxtəlif 
dövrlərdə hakimiyyətdə olmuş Asenilər, Terteroviç, Şişmanoviç çar və knyaz 
sülalələrinin  bulqar-kuman  mənşəli  olmaları  bu  gün  heç  kəsə  sirr  deyildir. 
Misal üçün Şişmanlar sülaləsini götürək. Bolqar mənbələrinə görə, onun adı 
da türk mənşəlidir və knyaz sülaləsinin təməlini qoymuş Vidin despotu (yunan 
dilində:  «hakim»)  həddən  ziyadə  kök  olduğuna  görə  bu  ləqəbi  daşımışdır. 
1422-ci  ildən  etibarən  Osmanlı  dövlətinin  vassalı  (baltavarı,  eltəbəri)  olan 
Şişmanların sülalə rəmzləri də işarələri üzü aşağıya doğru çevrilmiş baltavar 
 idi. Yeri gəlmişkən, «Şişman» soyadı Krımda, analoji damğa işarələri 
 
«xan damğası» adı ilə karaimlərin arasında da yayılmışdır.   
Ukraynalı tarixçi V.Juk orta əsrlərdə baltavarın rus knyazlıqlarının rəmzinə 
     çevrilməsinin səbəblərini türk və slavyan tayfaları arasındakı tarixi 
əlaqələrdə axtarır. O yazır: 
«Bizim torpaqlar (Ukrayna nəzərdə tutulur) Hun 
tayfa ittifaqının tərkibində olanda Dnepr çayının sol sahilləri Atillanın 
böyük qardaşı və «Bulut Şud» kimi də tanınan Bledin hökmranlığı altında 
idi.  434-cü  ildə  hər  iki  qardaş  hun  dövlətində  hakimiyyəti  ələ  aldılar. 
Həmin  il  Bled  indiki  Poltava  şəhərinin  yerində  şəhər-qala  inşa  etdirdi 
və  adını  «Baltavar»  qoydu».
25
  Digər  fərziyyəyə  görə,  Poltava-Baltavar 
şəhərinin təməlini VII əsrdə bulqar hökmdarı, dulo (dulat) tayfa birliyindən 
olan  baltavar  (eltəbər)  Kubrat  xan  qoymuşdur.  Xüsusilə  qeyd  edək  ki,  adı 
22  «
Древнетюркский словарь»,  под ред. Наделяева В.М., Насилова Д.М., Тенишева Э.Р., Щербака 
А.М. - Ленинград: Наука, 1969
.
23  
Е. Алексеева. «Древняя и средневековая Карачаево-Черкесия». М., 1971
24  
Х.Биджиев, «Хумаринское городище». Черкесск, 1983.
25  В.Н. Жук. «Из седой древности. Очерки из истории Украины и Полтавщины  (VII тс. до н.э. - 
XVI ст. н.э.)», http://sespel.com.ua/korni/trezub/


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə