Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   46   47   48   49   50   51   52   53   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 128 -
çəkilən birliyin rəmzlərindən biri baltavar - «aşağıya doğru yönəlmiş yay-ox» 
idi   və görünür, həmin nişan Kubrat xanın tayfasının damğası olmuşdur. Bu 
faktın özü də baltavar damğası və Baltavar (Poltava) şəhərinin adları arasında 
bağlılığı bir daha göstərir. Həmin damğa işarəsinin daha qədim variantlarına 
Krım xanlarından Hacı Gireyin, Menqli Gireyin (Sultan Süleyman Qanuninin 
qayınatası), Krım Gireyin, Şahin Gireyin - 
, Dövlət Gireyin - 
 gerb və 
möhürlərində rast gəlinir.
 Tarixi mənbələrə əsasən, Krımda bu damğanı dövlət 
rəmzi olaraq ilk dəfə Hacı  I Gəray xan qəbul etmişdir.Ukraynada, sonralar isə 
Rusiyada da «baltavar» kimi tanınan, əsrlər boyu knyaz və çarların sikkələri, 
bayraqları  üzərində  həkk  olunan  bu  damğa  rus  knyazlıqlarının  dövlətçilik 
atributları sırasında da mühüm yer tutmuşdur. Rusiyalı tədqiqatçı
 A.Qalanin 
«Üçdişli  yaba  hakimiyyət  rəmzi  kimi»  məqaləsində  damğanın  daha  geniş 
ərazilərə, o cümlədən müasir Rusiyanın cənubuna yayılmasının səbəblərini 
belə izah edir: 
«X əsrdə Bulqar hökmdarları cənub ərazilərini – Krımı, 
Don çayı, Qafqaz və Volqa çayı arasında olan torpaqları müdafiə etmək 
məqsədilə  muzdlu  döyüşçulərdən  ibarət  dəstələr  yaratmağa  başladılar. 
Həmin  döyüşçülər  «çirkeş»  (çərkəz)  adlandırılırdılar.  «Çir»  bulqarca 
«azad», «keşi» (kişi) isə «insan» demək idi (fərqli yozuma görə, bu söz «ordu»
«qoşun» anlamı verən «çəri» və «kişi» sölərinin birləşməsindən yaranmışdır 
və «qoşun adamı», «orduya qoşulan» mənasını daşımışdır – 
A.Q.). 1242-ci 
ildə Volqaboyu Bulqar dövlətinin cənub əraziləri monqollar tərəfindən 
işğal  olunduqdan  sonra  çirkeşlər  Noqay  xanın  xidmətinə  keçdilər  və 
tədricən  kazaklarla  birləşdilər.  Ukraynadakı  «üçdişli  yaba»  rəmzi  isə 
onların da gerbinə çevrildi».
26
 Ukraynalı Aleksandr Maslov da bu damğanın 
türk kökənli olması və türk-slavyan birliyini təcəssüm etdirməsi qənaətindədir. 
Lakin  o,  xarici  bənzərliyi  əsas  götürərək  baltavarı  qədim  türklərin  digər 
populyar damğası - «bakan», «baytörə», «bayterek» adlandırılan işarə ilə   
eyniləşdirməklə, onun semantikasını üçdişli nizədə axtarmağa cəhd göstərir. 
A.Maslov damğanın slavyanlar tərəfindən mənimsənilməsi səbəblərini belə 
izah edir: «
Ukraynada iki türk tayfasının taraklı (daraqlı) və jalayırların 
(cəlayirlərin)
  nəsil  nişanı  «üçdişli  yaba»  olmuşdur.  Hələ  XIX  əsrdə 
aydınlaşmışdır ki, adına görə daraq işarəsi    taraklı tayfasına, türklərin 
«ayır» adlandırdıqları üçdişli yaba damğası isə 
 jəlayirlərə məxsus 
idi. Ukraynada köçəri həyat tərzi sürən baqanqalıların (tayfa adı) da öz 
damğaları   vardı. Türk qvardiyası həmişə olmasa da, əksər dövrlərdə 
26 
 А.В. Галанин. «Трезубец как символ власти», http://ukhtoma.ru/traditions3.htm


Damğalar, rəmzlər… mənimsəmələr
- 129 -
rus knyazlarının, eləcə də çarların dayağı olmuşdur. O da sirr deyildir 
ki, qvardiya çox vaxt «süzrenlərinə» (xidmətində olduqları hökmdarlara) 
öz  «davranış  qaydalarını»,  o  cümlədən  fərqləndirmə  nişanlarını  diktə 
edir».
27
  
Rus «baltavarının», eləcə də dövlətçilik ənənələrinin qalın türk layından 
«təmizlənməsi», daha doğrusu, «baltavar» işarəsinin birdən-birə «üçdişli yaba» 
kimi təqdim edilməsi «sirri» isə rus şair və tarixçisi Nikolay Karamzinin (1766-
1826) adı ilə bağlıdır. Məhz onun tarixşünaslıq sahəsindəki səyləri nəticəsində 
«baltavar»  anlayışı  qəflətən  Rusiya  heraldikasından  birdəfəlik  götürülmüş, 
Rürixlər sülaləsi (rus tarixşünaslığına əsasən, Kiyev Rus dövlətinin təməlini 
qoymuş  norman  konunqu  Rürikin  çar  I  Fyodoradək  davam  etmiş  sülaləsi) 
ilə  əlaqələndirilmiş  və  «üçdişli  yaba»  anlamını  verən 
«trezubeü»  sözü  ilə 
əvəzlənmişdir.  Hələ  sovetlər  dönəmində  N.Karamzinin  kitabına  yazılan  öz 
sözdə müəmmalı şəkildə etiraf edilir: 
«Beləliklə, N.Karamzinin səyləri ilə 
orta  əsr  rus  sikkələrində,  o  cümlədən  knyaz  Yaroslav  Vladimiroviçin 
gümüş  pulu  üzərindəki  məlum  damğa  işarəsi    adını  və  təyinatını 
dəyişmiş,  tarixşünaslığa  «üçdişli  yaba»  kimi  düşmüşdür».
28
  Elə  isə  rus 
dövlətçilik simvolizmində «üçdişli yaba»nın ilkin təyinatı necə olmuşdur?
N.Karamzinin bu təşəbbüsü, bütövlükdə rus tarixşünaslığının «baltavar» 
adından  imtina  edərək  damğa  işarəsini  mənimsəmək  cəhdi  heç  də  həmin 
dövrlərdə  geniş  vüsət  almış  ksenofobiya,  velikorus  millətçiliyi  və  ya  milli 
tarixi  öyrənmək  səyləri  ilə  əlaqəli  deyildir.  Bu  ideya  ilk  növbədə  siyasi-
tarixi  məqsədlər  daşıyırdı.  Belə  ki,  əgər  rus  knyazları  vaxtilə  «baltavar» 
damğasını öz dövlət rəmzləri kimi qəbul etmişdilərsə, bu nişan onların sikkə 
və  bayraqlarında  əksini  tapmışdısa,  normal  məntiqə  görə,  onların  özləri 
də  «baltavar»  və  ya  «eltəbər»  titulunu  daşımış,  Xəzər,  Bulqar,  Qızıl  Orda 
dövlətlərinin təəbəsi və vassalları olmuşlar! Məlumdur ki, Kiyev knyazı Yuri 
Dolqorukinin (1090-1157) bayrağını və şəxsi möhürünü baltavar işarəsi   
bəzəmişdir.  Bundan  başqa,  Rusiya  imperiyasının  ilk  çarı,  «Qroznı»  ləqəbli 
IV İvanın (1530-1584) möhur və gerbində də qıpçaq kökənli Qlinski zadəgan 
sülaləsinin baltavarından   istifadə olunmuşdur. Səbəbi isə bir tərəfdən çarın 
etnik kökü, digər tərəfdən isə babalarının əsrlər boyu baltavar statusu daşıması 
ilə əlaqəlidir. Xatırladaq ki, Kulikov döyüşünün iştirakçısı Mamay xanın və 
27  А.Маслов. «Что формировало Украину: Славяне и тюрки», http://rusmir.in.ua/ist/935-iz-cikla-
chto-formirovalo-ukrainu-slavyane-i.html
28  
Н.Карамзин. «История государства Российского». Т. 2. Москва, 1988


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə