Damğalar, rəmzlər… mənimsəmələr
- 131 -
görünməkdədir».
31
Üstəlik, N.Soboleva digər məqaləsində XIII–XIV əsrlərə
aid etnoqrafik və arxeoloji materialları təhrif edərək,
«türklərin, xüsusilə
Qızıl Ordanın da məhz həmin nişandan istifadə etdiklərini» (?) bildirirdi.
Kiyev şəhərində inşa olunmuş (986-996) kilsələr üzərində
«ikidişli» baltavar təsvirli kaşı plitələr indi də qalmaqdadır
32
Odur ki, məhz Rusiya alimlərinin araşdırmalarına istinadən xatırladaq ki,
IX əsrdə Şərqi Bulqar ölkəsi iki hissəyə – mərkəzi Kiyev olan Kiyev Bulqar
dövlətinə
(sonralar «Kiyev Rus dövləti») və Volqaboyu Bulqariyasına
(Ak
Bulqar) parçalanmışdır. Ak Bulqar 922-ci ildə islam dinini qəbul etdikdən
sonra «bütpərəstliklə» bağlı bütün ayin və rəmzləri qadağan edilmiş, lakin
baltavar rəmzi
ərəb əlifbasında «ba» hərfinə
bənzədiyi üçün
bu bəhanə altında X əsrin sonunadək ölkənin rəmzi olmuşdur. Rusiyalı
tədqiqatçı Aleksey Qalanin araşdırmalarında göstərir ki, Kiyev Rus
dövlətində hakimiyyət Alp Birgünə
(ruslarda: «Perun») sitayiş edən tanrıçı
bulqarların əlində idi. Bu dövlətin hakimləri XII əsrə kimi baltavarı özlərinin
dövlət rəmzi kimi qoruyub-saxlaya bilmişlər. Hətta bulqar hökmdarı Laçın
xaqanın nəticəsi knyaz Vladimir də babalarının ənənələrinə sadiq qalmış,
988-ci ildə xristianlığı qəbul etməsinə baxmayaraq, üzərində həmin rəmz olan
sikkələr kəsdirmişdir. Üstəlik, IX-XI əsrlərə aid salnamələrə əsasən, Kiyev
hökmdarları türk titullarından da geniş istifadə etmişlər. Məsələn: «Xaqan
Vladimir», «Xaqan Yaroslav
(Mudrı) və s. Bununla belə, XII əsrdə Kiyevdə
31 Н.Соболева. «Очерки истории российской символики. От тамги до
символов государственного
суверенитета», Знак, 2006.
32 Н.Соболева. «О загадочном знаке первых русских монет», http://www.staraya-moneta.ru/lib/721/
Damğalar, rəmzlər… mənimsəmələr
- 132 -
türk mədəniyyətinin izlərinin silinməsinə nail olan qrekofil
(yunanmeyilli)
knyaz Vladimir Monomax nəinki «üçdişli yaba» təsvirlərini qadağan etmiş,
hətta salnaməçilərə Kiyev knyazlarının şəcərəsini də dəyişməyi əmr etmişdir.
Nəticədə, Laçın xaqan «Rürixə», onun oğlu Uger isə «İqora» çevrilmişdir.
33
Belə olan təqdirdə, digər Rusiya alimi - arxeoloq və slavyanşünas,
akademik Valentin Sedov türk və slavyan mədəniyyətləri üçün yeni «ortaq
və barışdırıcı» konsepsiyanın elmi dövriyyəyə buraxılması təşəbbüsü ilə
çıxış etmişdir. Onun qənaətinə görə, qədim rus dövlətçiliyi haqqında mövcud
təsəvvürlər, «avtoxton Rusiyanın» axtarışına yönəldilmiş təşəbbüslər guya
IX əsrdə mövcud olmuş «Rus xaqanlığına» (?), Xəzər dövləti ilə slavyan
tayfaları arasında qarşılıqlı əlaqələrə dair konsepsiyanı getdikcə daha fəal
şəkildə aktuallaşdırmaqdadır.
«Yeni məlumatların əldə edilməsi və məlum
faktların təkrar təhlili tarixşünaslıqda ənənəvi fikirlərə alternativ olan
fərziyyələrin, o cümlədən Kiyev dövlətinin təməlinin xəzərlər tərəfindən
qoyulması, rusların ilk dövlətlərindən olan Rus xaqanlığının yaranması
və ərazisi barədə ideyaların meydana gəlməsinə səbəb olmuşdur».
V.Sedov bu fikirdədir ki, «Rus xaqanlığı» Şərqi Avropanın şimal-şərqindən
Dnepr və Don çayları regionunadək böyük bir ərazini əhatə etmiş və onun
inzibati mərkəzi Kiyev şəhəri olmuşdur.
34
TOGRUL, QUŞLU DAMĞA/İKİBAŞLI QARTAL. Qədim
türk xalqlarının mifologiyasında alıcı quşlara xüsusi mistik anlam verilirdi.
Onların lələkləri döyüşçülərin tuğulğalarının
(dəbilqələrinin) yuxarı hissəsinə
taxılır, caynaqları isə nəzərlik kimi yaxadan asılırdı. Əski türklərə aid edilən
qiymətli artefaktlarda da bu quşların təsvirlərinə rast gəlinir. Məsələn, indiki
Mərkəzi Monqolustan ərazisində, Orxon çayının sahilində yerləşən Kül
tikin kompleksindəki
(VII əsr) təsvirdə böyük sərkərdənin baş geyimində
qartal lələyi həkk olunmuşdur. Bu rəmzə Bilgə xaqanın xatirəsinə ucaldılmış
kompleksdə, Qazaxıstan və Qırğızıstandakı «Altın tamqa tarxan», «Kuli-çur»,
«Elgene bulaq», «Anonim-4» kimi arxeoloji abidələrdə də təsadüf olunur.
Qədim türk mifologiyasında azad və qüvvətli olan alıcı quşların, xüsusilə
onların alisi sayılan qartalın sxematik təsvirləri damğa işarələrində, eləcə də
33
А.Галанин. «Арийские традиции. Трезубец как символ власти», http://ukhtoma.ru/traditions3.htm
34
В.Седов. «Русский каганат IX в.»,
Отечественная история,1998. № 4.