Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   55   56   57   58   59   60   61   62   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 154 -
edam cəzası zamanı 
«qanın yerə tökülməməsi» (bu gün də yaşayan daha bir 
ideomatik ifadə) və ruhun bədəni sərbəst tərk edə bilməsi üçün boynu vurulmur, 
kiriş və ya çilə (dəri, heyvan bağırsağı, yaxud ipək saplardan hörülmüş yay 
qaytanı) ilə boğdurulurdu. Qədim türk savaş sənətində, o cümlədən sak-skif, 
massaget  tayfalarında  qatı  düşmənin 
«qanını  içmək»  (növbəti  ideomatik 
ifadə)  onun  ruhunun  əbədi  məkanında  dinclik  tapmasını  əngəlləmək, 
«qan 
qarışdırmaq» isə indiki kimi insanlar arasında bədən, ruh və əcdad birliyinə 
nail olmaq demək idi. 
Sak/skiflərin andiçmə mərasimi. Küloba, Krım
Hələ qədim sak və hunlardan qalan «and içmək» mərasimi zamanı tərəflər 
bir-bir ovuclarını çərtib qanını kasadakı at, inək, dəvə südünə, qımıza və ya 
şəraba damızdırır, ağaqqallardan ibarət şahidlərin iştirakı ilə «qan qardaşı» 
kimi bağlanmış əhdə əbədi sadiq qalacaqlarını bəyan edərək, növbə ilə ondan 
içirdilər. Belə hesab edilirdi ki, and içməklə yaranan qohumluq bağları daha 
möhkəm  və  qırılmazdır.  Həmin  mərasimdə  içilən  süd  ortaq  ana  südünün 
rəmzi olduğu üçün yeni qan-süd qardaşlarının ailələri arasında nigah halları 
yolverilməz  idi  və  böyük  günah  sayılırdı.  İstənilən  halda  andı  pozanı, 


Damğalar, rəmzlər… mənimsəmələr
- 155 -
ona  xəyanət  edəni  ən  ağır  cəza  -  ölüm  hökmü,  «qanının  yerə  tökülməsi» 
gözləyirdi. Bu hökm isə məhz digər andlılar tərəfindən icra olunurdu. Heredot 
sak-skiflərin andiçmə mərasimini belə təsvir edir: 
«Böyük gil qaba müqavilə 
iştirakçılarının qanı ilə qarışdırılmış şərab tökülür. Sonra həmin qabın 
içərisinə  hərə  öz  döyüş  silahını  –  qılıncını,  oxu,  baltanı  və  mizrağını 
qoyur. Daha sonra uzun-uzadı dualar oxunur və iştirakçılar - müqavilə 
bağlayanlar,  mərasimdə  olan  ağsaqqallar  o  şərabdan  içirdilər».
80
  Ak/
skiflərin  andiçmə  mərasimi  Krımdakı  Küloba  skif  kurqanında  (e.ə.  IV  əsr) 
aşkar olunmuş qızıl lövhə üzərində də təsvir olunmuşdur. 
Elə isə mərasim zamanı silahlarının kəsici-deşici hissələrini südün və ya 
şərabın  içərisinə  batırıb  and  içərkən,  görəsən,  nə  deyirdilər?  Sak-skiflərin 
söylədikləri and mətni qorunub-saxlanılmasa da, onun variantlarından, daha 
dəqiq  desək,  deyim  tərzlərindən  birinə  «Kitabi-Dədə  Qorqud»  eposunda 
rast  gəlirik.  «Uşun  Qoca  oğlu  Səgrək  boyu»nda  silah  və  andlı  arasında 
yaranan bağlılıq, şəxsi silahın şahid və cəza vasitəsi kimi göstərilməsi belə 
ifadə  olunur: 
«Mən  qılıncıma  doğranayım,  oxuma  sancılayım!  Oğlum 
doğmasun, doğarsa, on yaşına varmasun…». Qılıncla bağlı and dastanın 
«Qanlı Qoca oğlu Qanturalı boyu»nda da vardır.
81
 Amerikalı türkoloq Piter 
Qolden  əski  türklərin  və  irandilli  xalqların  analoji  andiçmə  mərasimləri 
arasında fərqi belə izah edir: 
«And içməyə fars dilində «sokand xurdan» 
deyilir. Bu, daha qədim olan «sovkand xvartan» (kükürd yemək) ifadəsinin 
törəməsidir. Görünur, qədim iranlıların adətinə görə, əhd bağlanarkən 
bəzi acı maddələr yeyilərdi. Türklər isə əhdi (andı) bilavasitə içirdilər».
82
 
P.Qoldenin  bu  fikirləri  sak-skif  mərasimlərinin  kökündə  qədim  türk  adət-
ənənələrinin dayandığını bir daha göstərir. 
Cənubi  Azərbaycandakı  «Qızqapan»  mağara-məbədindəki  barelyef  tarixi 
Azərbaycan  torpaqlarında  andın,  xüsusilə  silaha  and  içmənin  qədim  tarixi 
köklərə  malik  olduğunu  əyani  şəkildə  göstərir.  Barelyefdə  Midiya  və  skif-
sak  hökmdarlarının  qədim  türk  ənənələrinə  uyğun  andiçmə  və  silah  (yay-ox) 
mübadiləsi mərasimi təsvir olunmuşdur. Maraqlıdır ki, hər iki  hökmdar əllərində 
kompozit (qatı) saka yayı tutmuşdur. Qeyd edək ki, Heredot Araz çayı sahillərində 
yaşayan massagetləri skiflərlə eyniləşdirmiş, onların bir çox adət və ənənələrinin 
80 
Геродот.  «История», ОЛМА-ПРЕСС Инвест, 2004
 
81 
 «Dədə Qorqud Kitabı. Ensiklopedik lüğət».  Bakı, 2004.
82 
 П.Голден. «Религия кипчаков средневековой Евразии. Степы Европы в эпохи Средневековья», 
Т.6. Донецк, 2008.


Damğalar, rəmzlər… mənimsəmələr
- 156 -
ortaq olduğunu bildirmişdir. Strabon isə «Coğrafiya» əsərində sak və massagetlərin 
«kobud, döyüşkən, lakin təmizqəlbli və anda sədaqətli» olduqlarını yazırdı. 
Cənubi Azərbaycandakı «Qızqapan» mağara-məbədindəki
 barelyefin sxematik  təsviri
Başqa  bir  misal.  XII  əsrin  sonlarında  yəhudi  səyyahı  Regensburqlu 
Petaxiya  Dnepr  çayı  sahillərində  qıpçaqların  bəzi  adət-ənənələri,  eləcə  də 
onların  «yadellilər»  -  digər  xalqların  nümayəndələri  ilə  bağladıqları  and 
müqavilələrini təsvir etmişdir. Səyyah belə müqavilələrlə özünə yerli bələdçi 
seçərkən  tanış  olmuşdur: 
«Bu  ölkədə  heç  kəs  bələdçisiz  gəzmir.  Bələdçi 
tutarkən aralarında belə bir müqavilə bağlanır. Yola çıxan kəs iynə ilə 
barmağını  qan  çıxanadək  deşib  bələdçisinə  uzadır.  O  isə  barmaqdan 
qanı sormaqla sahibi ilə qan qardaşı olur. Bu xalqın başqa bir andiçmə 
adəti  də  vardır.  İnsan  sifəti  görkəmində  olan  mis  və  ya  dəmir  qab 
maye ilə doldurulur. Səyyah və bələdçi növbə ilə həmin qabdan içirlər. 
Bundan sonra bələdçi heç vaxt sahibinə xəyanət etməyəcəkdir».
83
 Qeyd 
edək ki, skiflərdə müxtəlif mərasimlər zamanı insanın (qatı düşmənin) kəllə 
sümüyündən hazırlanmış piyalələrdən də istifadə edilərdi. 
Semantika  baxımından  «müttəfiqlik»  bildirən  «qoşa  ox»    damğa 
83 
 А.Юрченко. «Клятва на золоте: тюркский вклад в монгольскую дипломатию» // Тюркологиче-
ский сборник, 2007–2008. М., 2009.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə