Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   52   53   54   55   56   57   58   59   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 145 -
dövləti  vasitəsilə  Azərbaycan  ərazilərinə  də  yayılmışdır.  Məsələn,  ruhları 
Ay-qayıqla daşıyan Günəş ilahəsi haqqında rəvayət Qobustan qayalarındakı 
(Böyükdaş) eramızdan əvvəl III minilliyə aid edilən gəmi təsvirində özünün 
dəqiq  illüstrativ  həllini  tapmışdır.  Qayaüstü  rəsmdəki Ay-gəminin 
  baş 
tərəfindəki səkkizqollu Günəş rəmzi   məzmun və kompozisiya baxımından 
qədim  türklərin  Günəş-Ay  təsvirli  damğasının    semantikası  ilə  tamamilə 
səsləşir. Təsvirdəki qayığın «sərnişinləri» isə Qaranlıq Dünyaya köç edən kişi, 
uşaq və qadın ruhlarıdır. Təsadüfi deyildir ki, Qobustanı «qədim insanların 
bacarıq  və  düşüncəsini  rəsmlər  vasitəsilə  bizə  çatdıran  məkan»  adlandıran 
norveç alimi, ibtidai sivilizasiyaların tanınmış tədqiqatçısı Tur Heyerdal bu 
sujetli  təsvirin  məhz  şumer  mifologiyasından  qaynaqlanan  ən  qədim  gəmi 
illüstrasiyası  olduğunu  bildirmişdir.  Digər  yaxınlığı  isə  qədim  Yaxın  Şərq 
dilləri üzrə tanınmış mütəxəssis, çex alimi Bedrjik Qroznı göstərir: 
«Şumer 
dili  bir  tərəfdən  Altay,  türk-tatar,  digər  tərəfdən  bəzi  hind-Avropa 
dillərinin cizgilərini özündə əks etdirirdi».
65
Qobustan qayalarındakı (Böyükdaş dağının yuxarı səkisi) rəsmdə Günəş-Tanrı  , Ay/qayıq   
rəmzləri və Qaranlıq dünyaya köç edən ruhların təsvirləri. 
Digər  maraq  doğuran,  şumer  dini  təsəvvürləri  ilə  paralellik  təşkil  edən 
məqamlardan  biri  Qobustandakı  gəmi-qayıq  məzmunlu  petroqliflərin  qadın 
(ilahə,  protoana)  təsvirləri  ilə  yanaşı  olmasıdır.
66
  Heç  də  təsadüf  xarakteri 
daşımayan  bu  yaxınlıq  yenə  də  öz  izahını  şumer  mifologiyasında  və 
ideoqramlarında  tapır.  Belə  ki,  protoşumer  ideoqrafik  təsvirləri  təsnifatında 
Dingir (Tenqri) rəmzinin   ilkin variantı   işarəsi olmuş və sonralar «Ay 
rəmzi»  kimi  tanınmışdır.  Həmin  rəmzin  daha  mükəmməl  variantı  isə  təkcə 
Ayı  deyil,  həm  də  bu  səma  cismini  özündə  təcəssüm  etdirən  ilahə  İnannanı 
65  З.Мирфатахов. Курс лекций по истории татарского народа. Лекция 3, Происхождение етнонима «булгары», 
http://s155239215.onlinehome.us
66 
 M.Fərəcova. «Azərbaycan qayaüstü incəsənəti». Bakı: «Aspolqraf»,   2009.


Damğalar, rəmzlər… mənimsəmələr
- 146 -
(Nanna, protoana, qədim türklərdə Humay Ana)   simvolizə edirdi. Fonetik 
baxımdan ilahənin adı tam şəkildə 
NA-AN-NA kimi oxunur və «Ay», «səma 
cismi»,  «səma  daşı»,  «səma  varlığı»,  «səmadan  gələn»  anlamlarını  verirdi.
67
 
Onu da qeyd edək ki, şumer gil kitabələrində digər rəmzlərin - «yay-ox» və 
«həyat» sözlərinin həm fonetik səsləndirilməsi, həm də qrafik təsvirləri demək 
olar ki, eynidir. Yəni əski türk damğaları içərisində də geniş yer alan   və 
 işarəsi və ya səkkizqollu xaç (Günəş) nişanı   «ti», «tir» və «tiri» kimi 
oxunurdu. Bu sözlərin ortaq türk dillərindəki «diri», «tiri» (canlı), «tir» (ox), 
«tirkeş» (oxçu, sadaq) kəlmələri, eləcə də Mərkəzi Asiyada, Qafqaz və Cənubi 
Qafqazda, Anadoluda, Krım və Altaydakı damğa işarələrinin             
    yozumu ilə yaxınlığı göz qabağındadırHəmin mifoloji sistem əsasında 
qurulan, şumerlərdə Günəşi, sübhü, sökülən dan yerini bildirən «tin» kəlməsini 
(türk dillərində – tan, dan) özündə əks etdirən   işarəsi, əslində,  qədim və 
müasir türk dövlətlərinin «ay-ulduz» rəmzinin, eləcə də xristian dinində eyni 
təsvirli  «qayıq»  (İsa  Məsihin  həvariləri  ilə  mindiyi  qayıq),  «lövbərli  xaç» 
nişanlarının  prototipi  sayıla  bilər.  Şumerlərdən  sonra  Babil  və  Assuriyanın 
simvolizmində baş ilahi Şamaşın (Günəşin) rəmzi bərabərtərəfli xaç   və onun 
stilizə olunmuş variantı - dördguşəli «ulduz»   idi. Daha sonra bu təsvir akkad 
mifologiyasında da geniş yer alaraq, eramızdan əvvəl 559-cu ilə kimi Günəş 
ilahisi Aşşurun və onun xatunu olan Ay ilahisinin - Sinin birliyinin rəmzinə   
 çevrilmişdi. Göründüyü kimi, bu gün xristianlıq və islam dininin simvolikası 
ilə bağlanan həmin universal işarələrin tarixi daha qədim dövrlər ilə bağlıdır. 
Qədim Zəngəzurda, o cümdədən Laçındakı qədim qəbirüstü daşların üzərinə 
həkk olunmuş Günəş və aypara təsvirləri bu fikri təsdiqləyir. Strabon da yazırdı 
ki, albanlar Zevsə, Heliosa (Günəşə) və Selenyaya (Ay) sitayiş edirlər.
Azərbaycanda  Səfəvi  dövlətinin  təşəkkülü  ilə  iki  təsvir  –  yaşıl  və 
qırmızı bayraqların üzərindəki Ay və səkkizguşəli «ulduz», döyüş tuğlarının 
ucluqlarındakı ikibaşlı qartal nişanları da dövlət rəmzləri kimi qəbul edilmişdir. 
1524-cü ildə qələmə alınmış «Cahanarayi-Şah İsmayıl Səfəvi» salnaməsində 
Şah İsmayılın 1508-ci ildə Bağdada daxil olması təsvir edilərkən bildirilir: 
«Şah İsmayıl ay-ulduzlu bayrağı altında Bağdada yaxınlaşdı. İraq əhalisi 
yüyrək  addımlarla  onu  qarşılamağa  çıxdı».  Mənbələrə  əsasən,  bu  rəmz 
Şah I Təhmasibin hakimiyyət illərinə kimi dövlət bayrağı üzərində qalmış, 
sonralar yaşıl parça üzərində qızıl qoç və arxasında səkkizşüalı Günəş təsviri 
67 
 Т.Гудава. «До i после Бiблii», http://www.netslova.ru/gudava/sumer/gl16.html


Damğalar, rəmzlər… mənimsəmələr
- 147 -
ilə  əvəz  olunmuşdur.
68
  Bu  faktın  özu  də  tarixi  Azərbaycan  ərazilərində 
  və 
  işarələrinin  semantikasının  «Günəş»  mifologemi  ilə  bilavasitə 
bağlı  olduğunu  təsdiqləyir.  İslam  dininin  beş  və  səkkizguşəli  «ulduzları» 
qəbul  etməsinin  səbəbi  isə  onların  alleqorik  şəkildə  səma  cisimləri  ilə 
əlaqələndirilməsindən  savayı,  dini  ehkamlar  və  hədislərlə  bağlanmasıdır. 
Məsələn, beşguşəli «ulduzun» qolları islamın beş şərtini, səkkizguşəli işarə 
isə  mömin  müsəlmanın  səkkiz  əməlini,  cənnətin  səkkiz  qapısını  və  Əhli-
Beyt üzvlərini təcəssüm etdirir. Şah Xətayi də əslində bu rəmzi «Ay-ulduz» 
ittifaqı  kimi  deyil,  qədim  oğuzların  dövlətçilik  ənənələri  və  kosmoqonik 
təsəvvürlərindən qaynaqlanan «Ay-Günəş» birliyi şəklində təqdim edir, bəlkə 
də, o dövrün siyasi mülahizələrinə görə həmin təsvirə Məhəmməd Peyğəmbər 
(s.ə.s.) və Həzrət Əli (ə) ilə bağlı yeni yozum verirdi. O, şeirlərinin birində 
rəmzin daşıdığı mənanı belə açıqlayır: 
Xətai der: rəhm etməzəm yalana,
Özün təslim edər özü gələnə,
Ay Əlidir, Gün Mühəmməd bilənə,
Bax, nəzər eylə də, həmən arif ol.
69
Əslində,  bu  şeir  parçasını  səfəvilərin  dövlət  bayrağındakı  rəmzin  «poetik 
obrazlarla  kodlaşdırılmış  təsviri»  də  adlandırmaq  olar.  Yəni  Şah  İsmayılın 
təbirincə desək, «Həqiqət bir gizli sirdir, aça bilirsən gəl bəri». Yuxarıdakı şeir 
parçası  bir  tərəfdən  orta  əsr Azərbaycanında  «Ay-ulduz»  təsvirindən  istifadə 
olunmasını  bir  daha  təsdiqləyir,  digər  tərəfdən  isə  psevdodini  hərəkatlara 
yarınmaq  istəyən  bəzi  üzdəniraq  tarixçilərin  və  siyasətçilərin  din  amilini 
qabardaraq, guya Şah İsmayılın «İslam qaydalarına zidd məzhəb xanədanı», 
«teokratik məmləkət» qurması barədə əsassız iddialarını heçə endirir. Halbuki, 
Şah İsmayıl region tarixində ilk dəfə və Osmanlı imperiyasından fərqli olaraq, 
qədim  Göytürk,  oğuz  dəyərlərinə,  dövlətçilik  ənənələrinə  söykənən  dövlət 
quruluşunu bərpa etmişdir. Fikirlərimizi arqumentləşdirməyə çalışaq. Əvvəla, 
yuxarıdakı şeir bəndindən də aydın görünür ki, Göytürk simvolizmi ənənələrinə 
sadiq qalan Səfəvi hökmdarı rəmzin semantikasının ilkin məzmununu özünə 
qaytarmış, onu «Ay-Ulduz» birliyi ilə deyil, daha qədim və daha dəqiq olan 
«Ay-Günəş» mifologemi ilə əlaqələndirmişdir. İkincisi, həmin artefaktın islam 
68 
 C.Bayramlı. «Qızılbaşlıq və ay-ulduz təsviri», http://www.yenicag.az
69 
 Şah İsmayıl Xətayi. Əsərləri. «Şərq-Qərb», Bakı-2005


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə