Damğalar, rəmzlər… mənimsəmələr
- 148 -
müstəvisində poetik yozumuna diqqət yetirsək, Səfəvi bayrağındakı Ay-Günəş
təsviri və qızılbaşların ideologiyasının dini əsasları arasında bağlılıq haqqında
da müəyyən qənaətə gələ bilərik. Belə ki, Şah İsmayılın şeirin sonunda onu
«dini-islam yolunu azmaqda» ittiham edən opponentlərinə cavab olaraq
ünvanladığı «Bax, nəzər eylə də, həmən arif ol» deməsi heç də təsadüf xarakteri
daşımır. Xətayi bu ifadə ilə bayrağdakı Ay-Günəş rəmzinə verdiyi dini yozumu
önə çəkməklə antisəfəvi mövqeyində dayanan, qızılbaş ideologiyasını məqsədli
şəkildə təhrif edən, onların Həzrət Əlini (ə.s.) Məhəmməd peyğəmbərdən (s.ə.s.)
üstün tutmaları barədə mənasız fikirlərini puça çıxarır. Şah İsmayıl Rəsuli-
əkrəmi Günəş, İmam Əlini isə Ay obrazı ilə təcəssüm etdirməklə nəinki onları
eyniləşdirmir, əksinə İslam peyğəmbərinin hər hansı bir müqayisədən kənar,
daha uca məqamda olduğunu xüsusi vurğulayır. Belə nəticəyə gəlmək olar ki,
Səfəvi dövlətinin qırmızı və yaşıl bayraqları üzərindəki Ay və Günəş obrazları
Osmanlının ay-ulduzlu rəmzində olduğu kimi yanaşı deyil, əksinə, islam
dininin, sufi təsəvvürlərinin iyearxiyasına uyğun şəkildə – Peyğəmbəri üstün,
ali mövqedə təsvir edilmişdir. Maraqlıdır ki, bu forma Göytürk dövlətindəki
xaqanlıq institutunun qrafik inikasının - Ay-Günəş rəmzinin təkrarıdır və onun
ilkin tiplərinə qədim türk damğa işarələrində və s. rast gəlinir. Bu
isə bir daha Səfəvi dövlətinin qədim türk dövlətçiliyi – xaqanlıq prinsipləri
üzərində yarandığını aydın şəkildə göstərir. Bütün bunlara əsasən, aşağıdakı
bayraq təsviri variantlarını Şah İsmayılın dövlət rəmzi kimi nəzərdən keçirmək
mümkündür.
Şah İsmayıl Xətayinin qurduğu Səfəvi dövlətinin «Ay-Günəş» bayrağı (müəllifin təxmin etdiyi
təsvirlər) Azərbaycan Respublikasının ay-ulduzlu Dövlət bayrağının prototiplərindən biridir.
XATIRLATMA. Təkcə Azərbaycanın deyil, türk xalqlarının dövlətçilik
tarixində silinməz iz qoymuş Şah İsmayıl Xətayinin türk etnik mədəniyyətinin
intibahında və qorunmasında, milli özünüdərk hissinin inkişafında, xalqımızın
ictimai-siyasi və mədəni yüksəlişində müstəsna xidmətləri olmuşdur.
Onun hakimiyyətdə olduğu illər ərzində Azərbaycan dövlətinin hüdudları
Damğalar, rəmzlər… mənimsəmələr
- 149 -
Qaraqoyunlu və Ağqoyunlu dövründəki sərhədləri aşıb keçmiş, Səfəvi xanədanı
Avropanın tarixi qaynaqlarında «Qızılbaş-Midiya dövləti» kimi tanınmışdır.
Qərb salnaməçilərinin bu etirafları Şah İsmayıl ilə başlanan Səfəvi dövlətinin
tarixi Azərbaycan torpaqlarında Midiyadan sonra yaranan ən qüdrətli dövlət
olduğunu təsdiq edir.
70
Türkiyənin bəzi üzdəniraq tarixçilərinin Şah İsmayılın
fəaliyyətini din amili, məzhəb ədavəti ilə bağlamaq cəhdləri isə primitiv
qısqanclıq hissindən, məlumatsızlıqdan qaynaqlanmaqla, müasir türkdilli
xalqlar arasında dostluq və qardaşlıq tellərinin zəiflədilməsinə yönəldilmişdir.
Qədim oğuz dövlətçilik ənənələrinin bərpasına dair digər sübuta gəldikdə
isə Şah İsmayıl dünyəvi və dini hakimiyyəti öz əlində cəmləşdirməklə
xaqanlıq prinsipini möhkəmləndirmiş və bu təsisatın vizual atributlarından
olan ikibaşlı qartal təsvirini dövlət rəmzlərindən biri kimi qəbul etmişdir
(bax: «Quşlu damğa»). O, Azərbaycan hərb sənətində qədim oğuz ordu
prinsiplərinə tamamilə cavab verən qızılbaşlar institutunu təsis etmişdir. Bu
baxımdan, qızılbaşları da din, məzhəb amili ilə bağlamaq böyük yanlışlıqdır.
Türkdilli xalqların hərb tarixində qızılbaşların - mobil, peşəkar hərbi hissələrin
prototiplərinə saka-skif dönəmindəki atlı döyüşçülərin - xorsarların (farsca:
qızılbaşlar), Mərkəzi Asiyadakı qızılbaş, qızılbörklü, konurbörklü, konurbaş
(qonurbaşlar) və sarıbaşların, sarmatların (V.Abayevə görə, «qara başlılar»),
qarapapaqların, qaraqalpaqların, «Kitabi-Dədə Qorqud» eposunda adları
çəkilən qarabörklülərin timsalında rast gəlirik. Odur ki, birmənalı şəkildə dərk
olunmalıdır ki, Şah Xətayi haqqında süni mənfi münasibəti formalaşdıran
məşum Çaldıran döyüşündə nə Sultan Səlim qalib gəlmiş, nə də Şah İsmayıl
məğlub olmuşdur. Məğlub olan, zəifləyən Osmanlı və Səfəvi dövlətləri, türk
xalqları arasındakı bağlar idi. Qardaş savaşında qalib gələn isə bu dövlətlər
arasında hərbi-siyasi müttəfiqliyin qarşısını almaq üçün ən müxtəlif vasitələrə
əl atan Avropa olmuşdur. Səfəvi dövləti tərəfindən təməli qoyulan oğuz
intibahı haqqında indi müxtəlif və bəzən ziddiyyətli fikirlər səslənsə də, onun
ən dəqiq və ən səmimi qiymətini Şah İsmayılın müasiri və müridi olmuş aşıq
Qurbani vermişdir:
Bu dünyada bir haq divan,
O dünyada cənnətməkan,
Qoy var olsun türki-zəban (türk dili),
Şah Xətayi, Şah Xətayi!
71
70
Yenə orada
71
Qurbani. Bakı Universitetinin nəşriyyatı, 1990.
Damğalar, rəmzlər… mənimsəmələr
- 150 -
Ay-Günəş işarəsinə qayıdaq. Xüsusilə vurğulamaq lazımdır ki, «Ay-Günəş»
rəmzinin tarixən islam dininin ehkamları ilə əlaqəsi barədə hələ də birmənalı
rəy yoxdur. Qərb alimləri müsəlmanların bu sakral rəmzin bizanslılardan
götürdüklərini iddia etsələr də, Mərkəzi Asiyada və Monqolustanda aşkar
olunmuş maddi-mədəniyyət nümunələri – bəzək əşyaları, qayaüstü təsvirlər,
sikkələr, dini atributlar və s. həmin rəmzin türk tayfalarına islamdan əvvəlki
dövrlərdə də məlum olduğunu təsdiqləyir. Görkəmli Rusiya şərqşünası Vasili
Bartold (1860-1930) «Ayparanın islam rəmzi olması məsələsi haqqında»
məqaləsində yazır ki, «İslam dininin bu rəmzi erkən qəbul etməsinə dair
faktlara baxmayaraq, ayparanın məscid gümbəzlərinə taxılması və xristian
xaçına qarşı qoyulması sonrakı dövrlərə aiddir və geniş yayılmamışdır». Alim
xəlifə I Ömərin Məkkəyə göndərdiyi iki aypara rəmzinə də toxunaraq, bunun
həmin dövrdə dini mahiyyət daşımadığını da bildirir.
72
Əksinə, islamiyyətin
ilk illərində Ayın təsvirinə tapınmaq bütpərəstliyin, kafir inanclarının
əlamətlərindən sayılırdı. Cahiliyyə dövründə ərəblərin, o cümlədən
qureyşilərin bir hissəsi əl-Lat, əl-Uzza və Mənat kimi bütlərə tapınırdılar. Digər
hissəsi isə (Məhəmməd peyğəmbərin ailəsi də daxil olmaqla) hənəf idilər və
Allaha şərik qoşmurdular . Əl-Lat (Herodot onun adını «Alilat» kimi yazırdı)
torpağın, məhsuldarlığın hakimi olmaqla ali ilahə hesab olunurdu. Ay təsviri
bu ilahənin rəmzi sayılırdı. Təsadüfi deyildir ki, sonralar islam peyğəmbəri
sərkərdəsi əl-Müğir ibn Şübabı Məkkənin 70 kilometrliyindəki Taif şəhərinə
göndərmiş, burada əl-Latın əsas bütünün və məbədinin dağıdılması əmrini
vermişdir. O da məlumdur ki, islamiyyətin ilk illərində müsəlmanların qoşun
və karvanlarının başı üzərində saya parçalardan ağ, qara və yaşıl bayraqlar
dalğalanırdı. Qurani-Kərimdən götürülmüş aşağıdakı ayələr isə əl-Lata – Ay
təsvirinə və digər bütlərə tapınmağa mənfi münasibəti göstərir:
- «(Ya Rəsulum!)
Həqiqətən, əgər (Məkkə müşriklərindən): «Göyləri
və yeri kim yaratmış, Günəşi və Ayı kim ram (öz əmrinə, insanların
mənafeyinə kim tabe) etmişdir?» –
deyə soruşsan, onlar mütləq: “Allah!”
– deyə cavab verəcəklər. Elə isə onlar (tövhiddən, yalnız Allaha ibadət
etməkdən)
niyə döndərilirlər?».
73
- «Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan,
müəyyən vaxta qədər (göydə) hərəkət edən Günəşi və Ayı (əmrinə) tabe
72
Бартольд В.В. К вопросу о полумесяце как символе ислама.// Бартольд В.В. Работы по истории
ислама и Арабского халифата. – М.: «Восточная литература» РАН, 2002.
73
Гуран. 29:61
Dostları ilə paylaş: |