Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   61   62   63   64   65   66   67   68   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 170 -
kəsirlər»
109
 Qədim Tunc dövründən etibarən Qobustan, Gəmiqaya və Göyçə 
qayaüstü  təsvirlərində  Günəş  ilahisinin  rəmzlərinə 
    ,  o  cümlədən 
dairə işarəsinə   rast gəlinir. Bundan başqa, Qız qalasının, əslində, müdafiə 
tikilisi deyil, qədim Günəş məbədi olması barədə elmi mülahizələr də getdikcə 
öz  təsdiqini  tapmaqdadır. Altay  dağlarından  Balkanlaradək  uzanan  nəhəng 
ərazidə  geniş  yayılmış
  bu  damğa  işarəsinin  «on»,  «döngələk»,  «domalaq», 
«Gün belgisi» (Gün nişanı), «Domalaq ana», «Gün domalaq», «Sarı baybişe», 
«Baybike», «Nurullah», «Altun top», «Altun alma» kimi adları vardır. Onun 
digər semantikası isə bədirlənmiş Ay ilə bağlıdır və bəzi türk xalqlarında bu 
işarəyə «Aydamğa» da deyilməkdədir. «Dəftəri-Çingiznamə» əsərində bu ad 
haqqında belə yazılır: 
«Sonra Çingiz xan Konrat bəyin oğlu Sengdeyə dedi 
ki, ey Sengde, qoy sənin ağacın (tös, totem) alma ağacı olsun, quşun laçın 
olsun, uranın (nəsil çağırışın) «Konrat» olsun, damğan Ay damğa olsun, 
şəkili də budur - 
».
110
 Əbu Əli Əhməd ibn Rusta (IX əsrin sonu - X əsrin 
əvvəlləri) «əl-Əlak ən-Nəfisa» əsərində Xəzər ordusunun rəsmi keçidini təsvir 
edərkən  ucunda  qızıl  kürə  olan  tuğ  (bayraq)  barədə  yazırdı: 
«Qoşundan 
xeyli  irəlidə  hökmdar  gedirdi.  Onun  önündə  isə  atlılar  bəzilərinin 
«çətir», «dəf», «dairə» adlandırdıqları və bizə dəqiq məlum olmayan bir 
qurğu  aparırdılar».
111
  Orta  əsr  mənbələrinə  əsasən,  Xəzər  xaqanının  ipək 
çadırının üzərini də qızılı dairə rəmzi bəzəyirdi. Adam Oleari Şimali Qafqazda 
olarkən buradakı türklərin (kumıkların) qızıl alma vasitəsilə özlərinə şamxal 
seçdiklərindən yazırdı. Tanınmış türkiyəli alim Fəxrəddin Kırzıoğlu isə yazır 
ki,  xəzərlər  qızıl  alma  vasitəsilə  seçilən  şahlarını  «altın  alma  padşahları» 
adlandırırdılar.
112
 Qeyd edək ki, siqmentlərindən biri dairə   olan damğaların 
bir  çoxunun  məhz  Günəş-Alma  rəmzindən  törəndiyi  ehtimal  edilir.  Türk 
xalqlarının rəsmi simvolizminə, nağıl və dastanlarına nüfuz edən «qızıl alma»  
mifoloji obrazı kök etibarilə əski inanclara – totemizmə söykənməkdədir. Belə 
ki, mifik təsəvvürlərə görə, alma bəd ruhu olmayan, insanlara yardım göstərən 
sehirli ağacdır. İlkin orta əsrlərdə uyğurlarda tuğ (bayraq) başlıqlarına alma 
budağı asardılar. Bir qayda olaraq, baxşilərin (baxıcıların, dini həkimlərin) 
109
  Геродот. «История в девяти книгах». Ленинград: «Наука», 1972.
110
  F.Toprak. «Defter-i Çengiz-nāme’de boy nişanlari ve damgalar», Turkish Studies- International Peri-
odical For The  Languages, Literature and History of Turkish or Turkic Volume 6/1 Winter 2011.
111
  Ибн Руста. «Ал-Алак ан-нафиса», пер. В.Минорского. 1963.
112
  К.Алиев. «Тамга-знаки Дагестана. По материалам кумыков и их предков». // КНКО: Вести. 
Махачкала, № 8-10, 2003.


Damğalar, rəmzlər… mənimsəmələr
- 171 -
əlində  də  alma  ağacından  əsa  olardı.
113
  Türkiyəli  professor  Əsma  Şimşək 
(Fırat Universiteti) yazır ki, 
«Bir çox dastan, rəvayət və məsəllərdə Xızır 
peyğəmbər (pir, dərviş) tərəfindən butalılara verilən alma «övlad motivi», 
«nəslin  davamlı  olması»  kimi  dəyərləndirilirdi.  Bəzi  bölgələrdə  bəyin 
gəlinin başı üzərinə atdığı alma şəfa diləyi ilə övladı olmayan qadınlar 
tərəfindən yeyilirdi. Yeri gəlmişkən, bu adət, eləcə də gəlin ata evindən 
köçərkən şah bəzəmək və ona alma taxmaq Azərbaycanda, Ərzurumda, 
Ərzincanda, Tuncəlidə, Elazığda bu gün də qalmaqdadır».
114
Lakin  Günəş  rəmzi  xəzərlərdən  xeyli  əvvəl  hun  hökmdarı  Atillanın  və 
oğlu  Ərnakın  (İrnik)  damğası 
  olmuşdur.  Atillanın  mənsub  olduğu  dulo 
(Mərkəzi Asiyada «dulat» və ya «dulu», «tulu») tayfalar ittifaqına daxil olan 
digər boyların fərqləndirmə işarələri də türklərin damğayaratma iyearxiyasına 
uyğun olaraq, onun aparıcı seqmenti – dairə əsasında yaradılmışdır. Məsələn, 
batbayların -    , albanların (adbanların) və suvanların (suan, suvar)     
   və s. tayfaların damğaları kimi.
115
 Qədim mənbələrdə «dulu», «dulo», 
bəzən isə «tulu», Çin salnamələrində isə «tu-li» kimi qeyd olunan tayfanın adı 
türk mənşəlidir və «cəsur», «dəliqanlı» kimi izah olunur. «Koroğlu» dastanında 
qəhrəmanlara verilən «dəli» ayamasının və Azərbaycan dilindəki «dəli-dolu» 
ifadəsinin  kökündə  də  həmin  semantik  yozum  dayanır. Azərbaycanın Ağsu, 
Balakən, Saatlı, Şəmkir və Göygöl bölgələrindəki Dəllər, Tulu, Tullar kəndlərinin 
adları da dulo etnonimi ilə bağlıdır. Dulo/dulatların etnik mənşəyi dəfələrlə elmi 
müzakirələrə  səbəb  olsa  da,  tanınmış  tarixçi-türkoloqlar  Nikoloy Aristov  və 
Sarsen Amanjolov onların türk kökənli olmasını sübuta yetirmişlər. Qədim yazılı 
mənbələrin tədqiqi nəticəsində bu tayfa Qərbi Türk Xaqanlığına (VI əsr) daxil 
olmuş beş boyun ittifaqından yaranmışdır. Tatarıstanda nəşr edilmiş «Bulqar 
xalqının xəzinəsi» kitabında yazılır: 
«Atilla dulo tayfasındandır. Bu tayfanın 
törəmələri  V-VII  əsrlərdə  Bulqar  dövlətinin  xanları  olmuşlar.  Onların 
arasından  Kubrat,  Bat-Boyan,  Şambat  və  Asparux  kimi  hökmdarlar 
çıxmış, Qara Bulqar, Volqa Bulqar, Dunay Bulqar və Kiyev Rus dövləti 
kimi güclü türk-slavyan məmləkətlərini qurmuşlar»
116
 Hər şeydən bir pay 
113  
Abdulkerim Rahman. «Uygur Folkloru», çev. Soner Yalçın-Erkin Emet, Kültür. Bakanlığı Yayınları, 
Ankara, 1996
114  E.Şimşek. Ölümsüzlük il�ci elma”, Turkish Studies International Periodical For the Languages
E.Şimşek. Ölümsüzlük il�ci elma”, Turkish Studies International Periodical For the Languages, 
Literature and History of Turkish or Turkic Volume 3/5 Fall 2008
115
  C.Плетнева. «Древние болгары в восточноевропейских степях»// Татарская археология, 1997, №1.
116
  «Сокровиша булгарского народа», Вып. 1, Этногенез, История. Култура. Под редакцией 
академика   Ю.Вегунова. Санкт-Питербург, 2007.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə