Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   58   59   60   61   62   63   64   65   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 162 -
xaqan  xatunlarını  himayə  edən  xeyirxah  ilahədir.  Miflərə  əsasən,  dünyanın 
yaranışı da Humay Ananın adı ilə bağlıdır. 
Ardıcıllıqla:  Müasir metal tumar; Mingəçevirdə arxeoloji ekspedisiya zamanı aşkar 
olunmuş «tumar» formalı qızıl sırğa (Qafqaz Albaniyası, e.ə. VII – V əsrlər). Azərbaycan 
alimi Nəsir Rzayev bu bəzək əşyası haqqında yazırdı: «Şimali Qafqazdakı xəzər türkləri də 
analoji sırğalar hazırlayırdılar»;
94
  Dördkünc tumar - Quran qabı ilə sinə bəzəyi (Şirvan, 
XIX əsr. Milli Azərbaycan Tarixi Muzeyinin fondundan); Xarəzm sırğa-tumarı (XIX əsr);
95
 
Türkmən nəzərliyi:
96
 Qazax tumarı
Qədim zamanlarda bütün Yer üzü suya qərq olanda ağ quş (qu quşu, akkuş, 
su gəlini, ak kaz) cildində olan Humay Ana nəhayətsiz dənizin dərinliyinə baş 
vuraraq dimdiyi ilə onun dibindən torpaq götürmüşdür. Sonralar həmin torpaq 
parçası üzərində dağlar, çaylar, meşələr yaranmışdır. Digər qədim rəvayətdə 
94  Н.Рзаев. «Искуство Кавказской Албании. IV в. до н.э. VII в. Н.э.». изд «Элм», 1976
95 Э. Гюль. «К вопросу о генезисе амулетниц-тумаров», http://www.kyrgyz.ru/?page=309
96   http://www.turkmenistan.gov.tm/photo/culture/2013/261013-1.jpg


Damğalar, rəmzlər… mənimsəmələr
- 163 -
isə bildirilir ki, bütün dünya Humay adlı qu quşunun yumurtasından çıxmışdır. 
Başqa əsatir variantına görə, insanın ruhu (kut) dünyaya gəlməmişdən öncə 
Tanrı məkanında – göyün dördüncü qatında dolaşır. Bu ruh ana bətnindəki 
körpənin bədəninə uca qayın ağacının zirvəsində yaşayan Humay Ana vasitəsilə 
gətirilir. Bəzi Altay xalqlarında uşağın hələ «kuta» çevrilməmiş körpə ruhuna 
da «humay» deyilir. Əgər «ruhun humay dövründə» uşaq xəstələnərsə, qam-
şaman  bədəni  tərk  edən  humayın  geri  dönməsi  üçün  xəstənin  olduğu  evin 
və ya çadırın önünə qayın ağacı budağı basdırır, dibinə süd tökür və Humay 
Anaya  alqışlar  (dualar)  edirdi.  Bu  baxımdan,  indi  «əzizləmək»,  «nəvaziş 
göstərmək» kimi yozulan «başa tumar çəkmək», «tumarlamaq» ifadələri ilkin 
anlamda  sakral  xarakter  kəsb  etmiş,  «bədnəzərdən  qorumaq»,  «xeyir-dua 
vermək» mənalarını daşımışdır.
Ağ  paltarlı,  gümüşü  saçları  yerədək  uzanan,  yaşı  bilinməyən  və  Dirilik 
Ağacının  (Qaba  Ağacın)  əbədi  sahibi  olan  Humay Ananın  başını  üç  ədəd 
iri üçbucaqdan ibarət sehirli tac bəzəyir. Leonid Kızlasov həmin üç ucluqlu 
tacın qədim türk dini ayinlərində tanrıların və şamanların başlıca fərqləndirmə 
atributu  olması  qənaətindədir.
97
  Buna  əsasən,  tumarın  üçbucaq  formasının 
məhz  həmin  tacı  simvolizə  etdiyini  düşünmək  olar.  Başqa  bir  fərziyyəyə 
əsasən, tumarın üçbucaq forması özündə ocağın arxaik görkəmini və üzərinə 
qazan qoyulan metal üçayağı əks etdirir. Türk xalqlarında ocaq evin müqəddəs, 
sakral guşələrindən sayılırdı. Məsələn, «Kitabi-Dədə Qorqud» dastanının söz 
dünyasında «ocaq» kəlməsi ailə, el-oba, tayfa, nəsil anlamlarında da işlədilirdi. 
Bu məna bu gün də qalmaqdadır. Humay Ananın digər rəmzlərinin -   (Ay), 
  (qayçı),      (açamay/haça  Umay),    (yay-ox),    (ox),    (yoncalı 
xaç/aça) hər birinin öz təyinatı olsa da, onların içərisində tumar   özünün 
universal xarakteri ilə seçilir.
98
 Türk dillərində «tumar» kəlməsi ilkin olaraq 
«xan fərmanı», «fərmanla verilmiş torpaq sahəsi» (məsələn, Van gölündəki 
Ağtomar adası), «kitab», «üçkünc şəkildə bükülmüş vərəq» və ən nəhayət, 
«nəzərlik» anlamında işlədilirdi. Bu gün də əhali arasında nəzərlik, nəzər duası 
kimi qalan bu qoruyucu elementin stilizə olunmuş təsvirlərinə Azərbaycanın, 
Anadolunun,  Qafqazın,  Mərkəzi  Asiyanın  xalça  məmulatlarında,  bəzək 
əşyalarında rast gəlinir. 
Monoteist dinlərin, o cümlədən islamın türk xalqları arasında yayılmasından 
sonra,  təbii  ki,  onların  Humay Ana  haqqındakı  təsəvvürləri  də  dəyişilmiş, 
97 
 K.Кызласов. «К истории шаманских верований на Алтае». КСИИМК, вып. XXIX, 1949.
98 
 А.Бисенбаев. «Мифы древних тюрков». Алматы, «Ан-Арыс», 2008


Damğalar, rəmzlər… mənimsəmələr
- 164 -
yeni dinin elementləri ilə zənginləşmişdir. Tanrıçılıq ilahəsinin ilkin obrazı, 
rolu, hətta onun rəmz və atributları tədricən mifoloji əhəmiyyətini itirərək öz 
yerini yeni dini obrazlara İslam peyğəmbərinin sevimli qızı Fatimeyi-Zəhraya 
və  Məryəm Anaya  vermişdir.  Eyni  zamanda,  müsəlman  və  xristian  türklər 
vasitəsilə nəzərlik-tumar, eləcə də Humay Ananın digər rəmzləri də tədricən 
həmin dinlərə transformasiya edilmişdir.
İslamın  yayılmasından,  eləcə  də  türk  tayfalarının  Yaxın  Şərqdə  geniş 
məskunlaşmasından  sonra  dua-bitik  gəzdirmək  ənənəsi  ərəblər  arasında  da 
yayılmış və onlar nəzərliyin adını kalka şəklində dəyişərək «tumar» (ərəbcə 
- yazı) kəlməsinə çevirmişlər. Məsələn, Məhəmməd Füzuli deyir: «
Yazanda 
Vamiqü  Fərhadü-Məcnun  vəsfin  əhli-dərd,  Füzuli  adını,  gördüm,  səri-
tumarə yazmışlar». Burada «tumar» sözü «yazı», «səri-tumar» isə mətnin 
başlığını bildirir. Orta əsr xəttatlıq sənətinə görə, yazının başlığı xüsusi tərtibatı 
ilə seçilirdi.
 Bu gün Mərkəzi Asiya xalqlarında nəzərliyin «bakıt tümarı» (bəxt 
tumarı) və «boy tümar» (boylu, hamilə qadınlar üçün yazılan dua) növləri daha 
geniş yayılmışdır. Tədricən «tumar» sözü ilkin adı üstələmiş və nəzərliklər 
türk  xalqları  arasında  da  belə  adlandırılmışdır.  Orta  əsrlərdə  döyüşçülər 
belə  nəzərlikləri  boyunlarından  asar  və  bir  qayda  olaraq,  onun  içərisinə 
«Cövşəni-Kəbir»  (Böyük/Ali/Möhkəm  Zireh,  Zireh  duası)  duası  yazılmış 
vərəqəni qoyardılar. İnsanı pisliklərdən, xəstəliklərdən, cəhənnəm atəşindən, 
düşmən məkrindən qoruyan, lakin «əməli-hökm» olmayan bu duanı oxumaq 
və ya gəzdirmək fərz sayılırdı. Əhli-Beyt rəvayətlərinə görə, Rəsuli-Əkrəm 
(s.ə.s.) döyüşlərdə ağır və bədənini rahatsız edən zireh geyinərdi. Günlərin 
birində  Mələk  Cəbrayıl  (ə.s.)  nazil  olaraq  İslam  Peyğəmbərinə  demişdir

«Ey Məhəmməd, Rəbbin sənə salamı var. O, əynindəki zirehi çıxarıb bu 
duanı oxumağı buyurur. Bu dua səni və ümmətini qoruyacaqdır». Onu da 
xatırlamaq yerinə düşərdi ki, Şah İsmayıl Xətayinin qızılbaş döyüşçülərinin 
bir çoxu şahın iştirak etdiyi döyüşlərdə zireh geyməzdilər.
 
 
QABA  AĞAC,  TÖZ  AĞAC,  BAYTEREK,  BAYTÖRƏ.  Qədim 
türklər  totem  saydıqları  ağacları  ulu  əcdadlarının  anası  bilir,  onlara  sitayiş 
edirdilər. Tarixi mənbələrə görə, hunlar da belə ağaclara tapınır, onlara qurban 
kəsirdilər.  Ağac  kultu  oğuz  boyları  arasında  da  geniş  yayılmış,  bu  inanc 
müəyyən damğa işarələrinin              və s. yaranmasına və yayılmasına 
öz  təsirini  göstərmişdir.  Tanrıçılıq  inancında  qismən  totem  çərçivəsindən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə