Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   59   60   61   62   63   64   65   66   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 165 -
çıxan Dirilik Ağacı arxetipi kosmoqonik məzmun baxımından daha da inkişaf 
etdirilmiş  və  paralel  olaraq  Tenqri  xanın  səlahiyyətlərini  nümayiş  etdirən 
simvola çevrilmişdir. Belə ki, işarənin   digər semantik yozumlarına görə, 
onun üç qolu Tenqrinin üç stixiyaya – Suya, Torpağa və Havaya, eləcə də üç 
məkana – Göyə, Orta Dünyaya və qaranlıq Ruhlar Dünyasına olan hökmünü 
bildirir  və  bərabərtərəfli  Tenqri  xan  açasının  (xaçının)    bir  variantıdır. 
Həmin işarənin bərabərtərəfli Tenqri açası (xaçı) ilə birləşdirilməsi isə Tenqri 
xanın təkcə üç stixiya və məkana deyil, həm də dünyanın dörd tərəfinə yayılan 
iradəsinin təcəssümüdür. 
İslamaqədərki ortaq türk mifik təsəvvürlərinə əsasən, Tenqri məkanı olan 
Göy, Orta Dünya və Yeraltı Dünya bir-biri ilə həmişəyaşar ağacın budaqları, 
gövdəsi və kökləri ilə bağlıdır. «Bayterek» adlandırılan bu möhtəşəm ağac 
insanları Tanrı məkanına aparan, körpə ruhlarını – kutları ana bətninə çatdıran 
müqəddəs  körpü  funksiyasını  daşıyırdı.  Tanrıçılıq  dininə  şamanizmdən 
nüfuz olunan inanca görə, bütün Yer üzünün Baytereki Altaylarda, Göytəpə 
dağının zirvəsində qol-budaq atmışdır. Məhz buna görə türklər onlara Dünya 
Ağacını  -  Baytereki  xatırladan  əzəmətli  ağaclara  həmişə  sitayiş  etmişlər.
99
 
Bu ağacın hər yarpağı bir körpənin, bir canlı varlığın ruhudur. Vaxtı çatanda 
budaqlardan ayrılaraq parlaq ulduzlara çevrilir və Humay Ananın vasitəsilə 
Ruhlar  dünyasından  Orta  dünyaya  gətirilir. Ağacın  dibindən  axan  bol  sulu 
bulaqlar  dünyanın  nəhəng  çaylarını  cana  gətirir.  Lakin  şimala  doğru  səmt 
götürən  çayların  missiyası  isə  ağırdır.  Onlar  ölmüş  insanların  ruhlarını 
soyuq  və qaranlıq səltənətə aparırlar.  Bayterekin sıx  budaqları arasında isə 
müdrik qarğa gələcək qam-şamanların körpə rühlarına müdriklik dərsi keçir. 
Ağacın  zirvəsinə  qonmuş  nəhəng  qartal  isə  iti  gözləri  ilə  insanların Tenqri 
xanın əmrlərinə necə riayət etdiklərini diqqətlə izləyir. Azərbaycanın müxtəlif  
bölgələrində  islam  dini  ilə  «ortaq  məxrəc  tapmış»  ağac  kultu,  müqəddəs 
sayılan ağac pirlərinə inam bu günədək qalmaqdadır.  
Əski inanclara əsasən, hər bir tayfanın, nəslin öz müqəddəs ağacı vardır. 
Eramızın  587-ci  ilinə  aid  edilən  Çin  yazılı  mənbələrindən  birində  Göytürk 
xaqanlarının soy-kökü möhtəşəm ağaca bənzədilmişdir: Böyüklər bu ağacın 
gövdəsi, gənclər isə onun budaqları və yarpaqlarıdır.
100
 Qədim uyğurlar ağacı 
əcdadlarını dünyaya gətirən ilahi bir varlıq kimi təsəvvür edirdilər. O həm də 
99   A.Бисенбаев. «Мифы древних тюрков»,  http://www.eurasica.ru.
100
 E.Esin. «Ötüken Yıs», «Türk Sanatında ikonografik motifler». İstanbul, 2004.


Damğalar, rəmzlər… mənimsəmələr
- 166 -
qəbilə üzvlərinin rifahının, sağlamlığının qoruyucusu sayılırdı. Töz (totem) 
sayılan ağacın kökünü qəsdən qurutmaq öz soylarını ona bağlayan insanları 
labüd ölümə məhkum etmək kimi dərk edilirdi. Övladı olmayan qadınlar nəsil 
ağaclarının altına ağ at dərisi sərərək üzərində dua edər, niyyətlərini diləyər, 
nəzir deyərdilər.
101
 Movses Kağankatlı salnamələrində Alban hökmdarlarının 
xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı çağırış edikləri, ağac totemləri 
kəsib  atmaları  barədə  məlumat  verirdi.  Bu  qədim  inancın  işartıları  təkcə 
xalça  naxışlarımızda  deyil,  Azərbaycan  şifahi  xalq  ədəbiyyatında  hələ  də 
qalmaqdadır.  Ötən  əsrdə  Azərbaycan  folklorçularının  Qubadlı  bölgəsinə 
ekspedisiyası zamanı topladıqları miflərin birində deyilir: «O dünyada bir ağac 
var. Onun hər bir yarpağı bu dünyadakı bir adamındır. O yarpaq saralıb yerə 
düşəndə adam ölür. Yarpaq düşəndə başqa yarpaqlara dəyib onları tərpədirsə, 
bu dünyadakı yarpaq sahiblərinin qulağı cingildəyir».
102
 Totemizm, şamanizm, 
tanrıçılıq və islam dininin qeyri-adi şəkildə vəhdət təşkil etdiyi «Kitabi-Dədə 
Qorqud» dastanının əksər boylarının sonunda ağzı dualı ulu ozanın dilindən 
belə  bir  alqış  səslənirdi: 
«Kölgəlicə  Qaba  Ağacın  kəsilməsin!».  Yəni 
kölgəsini nəslin, tayfanın üzərinə salan, onu himayə edən Qaba Ağac məhv 
olmasın, soy kəsilməsin. Bu mifoloji ideya eposun «Qam Börənin oğlu Bamsı 
Beyrək»  boyunda  özünü  daha  qabarıq  göstərir.  Kafir  əsarətindən  qurtulan 
Bamsı  Beyrək  yurduna  qayıdanda  bacısı  əvvəlcə  onu  tanımır,  qardaşının 
öldüyünü belə xəbər verir: 
«Kölgəlicə Qaba Ağacım kəsilibdir, ozan, sənin 
xəbərin yox». Elə həmin boyda Banuçiçək nişanlısı Beyrəyin sağ qayıtması 
xəbərini  onun  atasına  çatdıranda  nəsil  ağacının  yenidən  canlanmasını  belə 
ifadə edir: 
«Qaba Ağacın qurumuşdu, yaşardı axır!». Eposun «Qazan xanın 
bəy oğlu Uruz bəyin dustaq olması» boyunda Boyu uzun Burla xatun oğlunu 
ölmüş  bilib  Qazan  xana  tənə  ilə  belə  deyir: 
«Kölgəsincə  Qaba  Ağacımı 
kəsən  Qazan».  Başqa  bir  misal,  «Uşun  Qoca  oğlu  Səgrək»  boyunda  illər 
uzunu  kafir  qalasında  əsir  saxlanılan  oğlunun  evə  dönməsi  xəbərini  eşidən 
ana sevincini belə bildirir: 
«Qaba Ağacda tal-budağın qırılmışdı, yaşarıb 
göyərdi axır».
103
 
Qeyd edək ki, qıpçaqların əsasən «Bayterek», oğuzların isə «Qaba Ağac» 
adlandırdıqları totem (palıd, şam, çinar, dağdağan, qayınağacı, qovaq, ardıc və 
s.) kultunun qədim elementləri dini etiqadından asılı olmayaraq, türk xalqları 
101
  A.İnan, «Müslüman Türklerde Samanizm Kalıntıları». Ankara 1952.
102
  «Azərbaycan mifoloji mətnləri». Bakı:  «Elm», 1988.
103
 «Dədə Qorqud Kitabı. Ensiklopedik lüğət». Bakı, 2004.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə