Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   60   61   62   63   64   65   66   67   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 167 -
arasında bu gün də yaşamaqdadır. Azərbaycanda da müqəddəs ağaclarla bağlı 
xalq  deyimləri  və  əlamətləri,  ölkənin  müxtəlif  bölgələrindəki  ziyarətgahlar 
həmin  inancın  kollektiv  yaddaş  səviyyəsində  qorunub  saxlanılmasından 
xəbər  verir.  Bu  ağacları  qırmaq,  yandırmaq,  susuz  qoymaq  böyük  günah 
hesab  edilir,  onların  budaqlarından  düzəldilmiş  nəzərliklər  isə  qadın  və 
uşaqları  bədbəxlikdən  qoruyur.  Böyük  Azərbaycan  alimi  Mirəli  Seyidov 
bu  barədə  yazır: 
«Son  vaxtlara  qədər Azərbaycanın  bir  çox  yerlərində 
ağac pirləri olmuşdur. Həmin pirlər əsasən uşaq, doğum pirləri kimi də 
məşhurdur.  Buraya  doğmayan  qadınlar  övlad  arzusu  ilə  gəlib  tapınar, 
səcdəyə düşərmişlər. Ağacın doğum piri olması onun həm dünya ağacının 
atributu olmasına işarədir, həm də bu inamın Umayla mifoloji əlaqəsinin 
təzahürüdür».
104
Əski türk mifoloji təsəvvürlərində «Dünya Ağacı» anlayışı özündə qadın və 
kişi başlanğıclarını əks etdirən iki ayrı-ayrı ağacı birləşdirir. Belə ki, qovaq ağacı 
Ata - kişi başlanğıcı olduğu halda, qayın ağacı Ananı təcəssüm etdirir. Rəvayətə 
görə,  Humay  Ana  Göydən  enərkən  əllərində  iki  qayın  ağacı  tutmuşdur.
105
 
Misal üçün, Altay türklərində müqəddəs dayə-qayın ağacı haqqında rəvayətlər 
mövcuddur. Bu ağac meşəyə atılmış körpələri himayəsinə götürərək, gövdəsinin 
şirəsi-südü ilə onları ölümün cəngindən qurtarır. XVI əsrdə yaşamış qazax küyçüsü 
(dombranın  müşayiəti  ilə  dastan  ifaçısı)  Bayjiqitin  «Kayın  sauqan»  («Qayın 
ağacının sağılması») adlanan küyündə də bu motivə toxunmuşdur. Maraqlıdır 
ki, «tor» (törə) kəlməsi qədim türklərdə təkcə «dövlət», «hakimiyyət», «qanun-
qayda»  deyil,  həm  də  «Dünya Ağacı»  və  kainatdakı  «Süd  Yolu»  (Kəhkəşan) 
anlamını verir. Bəzi türk dillərində «nəsil ağacı» ifadəsinin qədim sinonimi olan 
«tos», «töz» və ya «tös» kəlməsi, eyni zamanda, «qadın sinəsi» kimi izah olunur. 
O da maraqlıdır ki, Azərbaycan dilində «qayın ağacı» sözünün sinonimi olan «toz 
ağacı» kəlməsinin ilkin variantı kimi «töz ağacı» (nəsil ağacı və ya dayə ağacı) 
yozumu da nəzərdən keçirilə bilər. Hətta XI əsrdə yaşamış Mahmud Kaşğari də 
«qayın» kəlməsinin həm ağac, həm də qadın tərəfdən qohum – həyat yoldaşının 
qardaşı  mənalarında  işlənməsinə  diqqət  yetirmişdir.
106
  Azərbaycan  ərazisində 
qədim türklərin Qaba Ağac kultu ilə bağlı xeyli etnonim, hidronim və oykonimlər 
104
  M.Seyidov. «Azərbaycan mifik təfəkkürünün qaynaqları». Bakı: «Yazıçı», 1983.
105
  «Энциклопедия символов, знаков, эмблем».Авт.-сост. В. Андреева и др. М., 2002.
106
 З.Наурзбаева. «Архетип женщины – медиатора в традиционной и современной казахской 
литературе», http://www.otuken.kz. 


Damğalar, rəmzlər… mənimsəmələr
- 168 -
mövcuddur. Məsələn, Sabirabad bölgəsindəki Qalaqayın kəndinin etimologiyası 
totemi  qayın  ağacı  olan  qayın  tayfasının  adı  ilə  bağlıdır.  Mahmud  Kaşğarinin 
«Divani lüğət-it-Türk» əsərindəki atalar sözlərində qayın ağacına insanlara xas 
xüsusiyyətlər  verilir:  «Kayınq  kasınqa»  (Ciddilik  qayın  ağacının  xasiyyətidir)
Ağacəri dağı (Tovuz bölgəsi) oronimi isə qədim ağacəri tayfasının adından («ağac» 
+  «ər»)  götürülmüşdür  və  Şərqi  Sibirdə  yaşayan  meşer  tatarlarının  etnonimi 
ilə eyni mənanı verir. Bizans mənbələrinə görə, hələ eramızın V-VI əsrlərində 
Azərbaycan ərazisində «akasir» hun tayfası yaşamışdır. «Akasir» etnonimi orta əsr 
rus salnamələrində hərfi tərcümə olunaraq, 
«древляне»  (ağac/meşə adamları) 
kimi qeyd edilmişdir. Azərbaycanın Qubadlı, Tərtər, Cəlilabad, Masallı, Salyan 
bölgələrindəki «Qızılağac» oykonim və hidronimləri isə ağaca tapınan qızılağac 
tayfasının adı ilə əlaqələndirilir. Bu adı daşıyan nəsillər (kızılağacı) Türkiyənin 
Antalya,  İsparta,  Budur  bölgələrində  indi  də  yaşamaqdadırlar.
107
  «Kitabi-Dədə 
Qorqud» dastanlarında qəhrəmanlardan birinin – Basatın dilindən səslənən sözlər 
oğuzlarda Qaba Ağaca – Ulu Anaya verilən dəyərin əlamətidir: «Anam adın sorar 
olsan,- Qaba Ağac! Atam adın dersən, - Qağan Aslan! (Tenqri/Günəş)». 
1.Azərbaycan xalça ornamentlərində Bayterek/Dirilik Ağacı. 
2. Qazaxıstanın paytaxtı Astana şəhərində hündürlüyü 105 metrə çatan 
Bayterek monumenti. 3.Çuvaşıstan Respublikasının Dövlət bayrağında 
 Bayterekin stilizə olunmuş təsviri
107  A.Таптыгов. «Мифологические топрнимы, сформировавщиеся на основе культов дерева и 
горы на територии Азербайджана», science.crimea.edu.
1.  
2.  
3.


Damğalar, rəmzlər… mənimsəmələr
- 169 -
«Bayterek»  sözünün  etimologiyası  haqqında  müxtəlif  elmi  mülahizələr 
mövcuddur.  Mərkəzi Asiyanın  və  Volqaboyunun  qıpçaq  kökənli  türk  xalqlarının 
folklorunda  «bayterek»  dedikdə  «Dünya  Ağacı»,  «qovaq  ağacı»,  «evi,  çadırın 
tavanını saxlayan mərkəzi dirək» nəzərdə tutulur.
108
 Altaylılar, xakaslar, tuvalar, 
qazax  və  qırğızlarda  bu  kəlmə  «bay»  (dövlət)  və  «terek»  (qovaq  ağacı) 
sözlərinin  birləşməsindən  yaranmışdır.  Bu  gün  də  Mərkəzi Asiyada  qovaq 
ağacının bir növü (piramida şəkilli) «bayterek» adlanır. Anadolu türklərində 
isə  analoji  məna  verən  «baytörə»  sözü  vardır.  Zənnimizcə,  «baytörə»  sözü 
əski türklərdə şam, qayın, palıd ağacları kimi töz (totem) ağaclardan birini - 
«qovaq» anlamını verməzdən əvvəl «bay/bəy» (ali, böyük) və «törə» (nəsil) 
sözlərinin  birləşməsindən  yaranaraq,  tam  halında  «nəslin  müqəddəs  ağacı» 
mənasında  işlənirdi.  Onu  da  qeyd  edək  ki,  Mərkəzi Asiyada  yaşayan  türk 
xalqlarında «Baytörə» şəxs adı da vardır. 
 
 
GÜN  RƏMZİ,  QIZIL  ALMA.  Bu  solyar  işarə  dünyanın  əksər 
xalqlarında,  o  cümlədən  türklərdə  Günəşin  və  Tanrının  rəmzlərindən  biri 
sayılmaqdadır
.  Qədim  türklər  «Tenqri  xan»  dedikdə  Göyü  və  Günəşi  dərk 
edirdilər. Onlar inanırdılar ki, insanın ruhu Tenqriyə (Günəşə), cismi – bədəni 
isə müqəddəs Yer-Suya məxsusdur. Qədim mənbələrə görə, hunlar dan yeri 
söküləndə əllərini günəşə doğru açaraq onu salamlayır, sübh dualarını edirdilər. 
Bu ayinin bənzərinə bəzi dinlərdə, eləcə də sinkretik din olan yezidilikdə bu 
gün də rast gəlinməkdədir. Günəş şamanizm və tanrıçılıq dinlərində əsas kult 
elementlərindən  biri  olmuşdur.  XVI  əsrdə  yaşamış  İran  tarixçisi  Ruzbexan 
«Mehmanameyi-Buxara» əsərində müsəlman qazaxların Günəşə sitayiş ayini 
barədə  bunları  yazır:  «
Yaz  gələndə  qazax  at  südünü  (kumısı)  içməzdən 
əvvəl üzünü günəşə sarı tutub südün bir qurtumunu Şərqə doğru yerə 
dağıdır və Günəşə təzim edir. Güman ki, bununla yaşıl ot bitirdiyinə, atın 
onu yediyinə və süd verdiyinə görə ona minnətdarlığını bildirir»
Tarixi Azərbaycan  əraziləri  Günəşə  sitayişin  ən  çox  yayıldığı  yerlərdən 
biridir. Əski mənbələrə əsasən, Midiya dövlətində və Qafqaz Albaniyasında 
Günəşə  sitayiş  kultu  geniş  yayılmışdır.  Hələ  eramızdan  əvvəl  V  əsrdə 
yaşamış  yunan  tarixçisi  Herodot  burada  məskunlaşmış  massagetlərin  dini 
inanclarından  bəhs  edərkən  yazmışdır:  «
Onların  tapındıqları  yeganə 
ilahi  Günəşdir.  Onlar  ən  sürətli  ilahiyə  ən  sürətli  canlını  –  atı  qurban 
108
 Р.Ахметьянов. «Общая лексика духовной культуры народов Среднего Поволжья». М., 1981.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə