Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   57   58   59   60   61   62   63   64   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 160 -
  ortaq  türk  xalça  sənətində  təsirli  nəzərlik  («bəd  nəzərə  şiş  batsın» 
ideomatik ifadəni yada salaq) təsviri kimi yozulsa da, Çində qiyam rəmzi 
sayılırdı. Azərbaycan, Anadolu, Şimali Qafqaz, Dağıstan, Krım, Mərkəzi 
Asiya nəzərlikləri bir-birindən yalnız forma, işlənmə üsulları və adları ilə 
fərqlənir. Ona «nəzərlik», «tumar», «baytumar», «həmayıl», «bitik» və ya 
«pitik»  deyirdilər.  Son  dövrlərədək  özbəklər  arasında  tumarın  içərisinə 
dua əvəzinə quru ilan qabığı qoyub tikmək və uşağın yaxasından asmaq 
adəti qalmışdı. Bu, onu bəd nəzərdən qorumalı idi.
88
 Bununla belə, türk 
xalqları arasında islam dini yayıldıqdan sonra digər sakral rəmzlər kimi 
bitik-tumar  nəzərlik  xassəsini  saxlasa  da,  onun  bəzi  variantları  yozum 
dəyişikliyinə  məruz  qalmışdır.  Məsələn,  Azərbaycan  və  Mərkəzi  Asiya 
xalçaçılıq  sənətində  beş  «qılıncı»  yuxarıya  doğru  istiqamətlənən  tumar 
«Fatimei-Zəhranın  əli»  (İslam  peyğəmbərinin  sevimli  qızı)  adı  altında 
tanınmışdır. Əgər beş qılınc  və ya yuxarıya qaldırılan əlin beş barmağı 
sünni məzhəbində islamın beş vacib şərti (şəhadət kəlməsi, namaz, oruc, 
Həcc  ziyarəti  və  zəkat)  ilə  əlaqələndirilirdisə,  şiə  məzhəbində  əlavə 
olaraq, Hz. Məhəmmədi (s.ə.s.) və Əhli-beyt üzvlərini – Hz.Əlini (ə.s.)
Hz.Fatiməni  (ə.s.),  Hz.Həsəni  (ə.s.)  və  Hz.Hüseyni  (ə.s.)  də  təcəssüm 
etdirirdi.
89
 
Bununla belə, ötən əsrin 30-cu illərindən etibarən, bitik/tumar gəzdirmək 
ənənəsi  tədricən  unudulmuş,  yalnız  keçmiş  Sovetlər  Birliyinin  türkdilli 
respublikaları  dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra  yenidən  gündəmə 
gəlmişdir.
90
  Məsələn,  son  illər  Qazaxıstanda  görünməmiş  tumar  bumu 
yaşanmaqdadır.  Evdə,  avtomobildə,  iş  otağında,  hətta  yaxada  açıq  şəkildə 
tumar asmaq ucqar dağ kəndlərindən tutmuş, mərkəzi dövlət idarələrini də əhatə 
etmişdir.  Qazaxlar  tumarın  artan  populyarlığını  ilk  növbədə  milli  özünüdərk 
hissinin  kütləviliyi,  qədim  türk  adətlərini  və  atributlarını  bərpa  etmək,  etnik 
mədəniyyətin təbliğində yararlanmaq istəyi ilə izah edirlər. Hətta Qazaxıstan 
prezidenti Nursultan Nazarbayev də amerikalı həmkarı Barak Obama ilə görüşü 
zamanı onu bəd nəzərlərdən qorumaq üçün tumar təsviri bağışlamışdır.  
88  
Н.Рзаев. «Искуство Кавказской Албании. IV в. до н.э. VII в. Н.э.». изд «Элм», 1976
89  
«Символика изображений на коврах», http://www.art-carpets.ru/part/izocarpets.html
90  
Л.Чвырь. «Сравнительный очерк традиционных украшений уйгуров и соседних народов Сред-
ней Азии // Восточный Туркестан и Средняя Азия в системе культур древнего и средневекового 
Востока». Москва, 1986.


Damğalar, rəmzlər… mənimsəmələr
- 161 -
Bu nəzərliklərin ilkin ümumtürk adı «bitik» olmuşdur. Göytürk (Kül tigin) 
mətnlərində 
 kimi həkk olunan «bitik» sözü  qədim türk dillərində 
ilkin olaraq «yazı», «məktub» anlamını vermiş, sonralar isə «yazılı kağız», 
«dua», «kitab», «fərman» mənalarında da işlədilmişdir. Bu sözə Azərbaycan 
klassik poeziyasında və aşıq ədəbiyyatında da rast gəlinir və Qafqazın, Krımın 
türk  mənşəli  xalqlarının  dillərində  bu  gün  də  işlədilir.  Məsələn,  Kül  tigin 
abidəsində yazılır: 
«Bengü taş togitdim bitidim» (Mən daş qoydurdum və 
yazdım). Turfan yazılarında isə əski uyğur dilində belə bildirilirdi: 
«Qutliy 
bolzun  bu  bitik  idisi»  (Bu  yazının/bitiyin  sahibi  xoşbəxt  olsun).  Bu  gün 
«yazıçı»  dediyimiz  kəsləri  isə  qədim  dövrlərdə  «bitikçi»  adlandırırdılar.
91
 
Dilləri Azərbaycan türkçəsinə daha yaxın olan Krım karaimləri (kara və ya 
karaylar) bu gün də «kitab» sözü əvəzinə «bitik» kəlməsindən istifadə edirlər. 
1916-cı ildə Yevpatoriyada açılmış ilk karaim kitabxanası da «Karay Bitikliyi» 
adlanırdı.
92
 Azərbaycanın müxtəlif bölgələrində bu gün də işlədilən «pitik» 
kəlməsi,  əslində,  «bitik»  sözünün  fonetik  təhrif  olunmuş  formasıdır.  Şah 
İsmayıl poeziyasına müraciət edək: «Yazdım bitiki, «əlif», «hey» yazdım». 
Və ya «Öz halımı ərzü faş qıldım, Yaşımca bitigi yaş qıldım».
93
    Dünyanın  bir  çox  qədim  xalqlarının  rəmzləri  sırasında  sadəliyi  qədər 
sakral məna daşıyan həndəsi fiqur - bərabərtərəfli üçbucaq işarəsi də vardır. 
Bir qayda olaraq, uc hissəsi yuxarıya istiqamətlənən üçbucaq 
 müqəddəs 
dağ, qadın başlanğıcı, mükəmməl ideya anlamını verən Məhəbbət-Həqiqət-
Müdriklik,  Yer-Göy-İnsan,  Ata-Ana-Övlad,  Can-Ruh-Cəsəd,  Ata-Oğul-
Müqəddəs  Ruh  və  bu  kimi  triadaların  təcəssümü,  əks  istiqamətə  yönələn 
fiqur  isə 
  kişilik  simvolu  hesab  edilir.  Qeyd  edək  ki,  ortaq  türk  mifik 
təsəvvürlərində  də  yuxarıya  baxan  üçbucaq  qrafem  Yaranışı  hifz  edən 
ilahənin - Humay Ananın rəmzlərindən biri kimi damğa işarələri içərisində də 
geniş yer almışdır. Onun antipodu
 isə qoruyucu mahiyyətini saxlayaraq, 
«qalxan» rəmzi kimi yozulur. Yeri gəlmişkən, antik salnamələrə və təsvirlərə 
əsasən, Qafqaz Albaniyasının atlı döyüşçüləri bu tipli qalxanlardan istifadə 
etmişlər. Qədim Şumer və Aratta dövlətlərinin qadın ilahəsinin - İnannanın 
əski  türk  variantı  olan  Humay  Ana  (Umay  Xatun,  Umay  ene,  May  enesi, 
May Ana və s.), inanclara görə, Tanrı/Tenqri xanın ömür-gün yoldaşıdır və 
körpələri, döyüşçüləri, ailəni, eləcə də İlahinin Yer üzündə təcəssümü olan 
91  
Н.Дмитриев. «О тюркских элементах русского словаря». Лексикографический сборник. Москва, 1958.
92  
О.Прик. «Очерк грамматики караимского языка (крымский диалект)». Махачкала, 1976.  
93  
Xətai. Seçilmiş əsərləri. Bakı, 2005


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə