Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   54   55   56   57   58   59   60   61   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 151 -
edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini (belə) izah edir ki, 
bəlkə, Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız».
74
 
-  «Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua 
edin.  Onun  adları  barəsində  küfr  edənləri  («əziz»  sözündən  «Uzza», 
«Allah»  sözündən  «əl-Lat»,  «mənnan»  sözündən  «Mənat»  kimi  adlar 
düzəldib  haqq  yoldan  azanları) 
tərk  edin.  Onlar  etdikləri  əməllərin 
cəzasını alacaqlar!»
75
 
-  «Gecə  və  gündüz,  Günəş  və Ay  Onun  əlamətlərindəndir.  Günəşə  və 
Aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin! Əgər Ona ibadət 
edirsinizsə (heç bir şərik qoşmadan ibadət edin)!
76
 
-  «(Ey  müşriklər!) 
Bir  deyin  görək  (sizin  ibadət  etdiyiniz)  Lat  və  Uzza 
nəyə  qadirdirlər?!  Digər  üçüncü  (büt)  olan  Mənat  da  həmçinin?! 
Məgər  oğlanlar  sizin,  (bəyənmədiyiniz)  qızlar  Onundurmu?! 
(Allahındırmı?!)».
77
 
Bundan başqa, Qurani-Kərimdəki «Qəmər» surəsində təsvir olunan hadisə 
-  Məhəmməd  peyğəmbər  tərəfindən  Ayın  parçalanması  (şəqqül-qəmər), 
əslində, Yerin təbii peykinin fiziki olaraq ikiyə bölünməsi kimi deyil, məhz 
Aya – əl-Lata tapınan bütpərəst icmanın parçalanması, onların islam dininə 
dəvət olunması kimi başa düşülməlidir. 
Ay təsvirinin xristian simvolizminə daxil olmasına gəldikdə isə bu, həmin 
dinin sinkretik mahiyyətindən, onun daha əski inanclardan, o cümlədən qədim 
yunan panteonundan geniş bəhrələnməsinin bariz nümunəsidir. İş burasındadır 
ki, Ay  (Aypara) Yunanıstanda  Olimp  ilahələrindən  biri  -  ovçuların,  hamilə 
qadınların, amazonların himayəçisi sayılan bakirə Artemidanın (onun qardaşı 
Apollon  Günəşi  təcəssüm  etdirirdi)  rəmzi  olmuşdur.  Eramızdan  əvvəl  339-
cu ildə isə Aypara təsviri Vizanti (Bizans, indiki İstanbul) şəhərinin rəmzinə 
çevrilmişdir. Rəvayətə görə, həmin il Makedoniya hökmdarı Filipin (Böyük 
İskəndərin  atası)  qoşunları  gecə  vaxtı  səssizcə  Vizantiyə  yaxınlaşarkən, 
qəflətən  buludların  arxasından  çıxan  bədirlənmiş  Ay  ətrafı  işıqlandırmış 
və  keşikçilər  düşmən  hücumunun  qarşısını  ala  bilmişlər.  Eramızın  330-cu 
ilində imperator Konstantin şəhərin adını «Konstantinopol»a dəyişmiş, onun 
74 
 Гуран. 13:2
75 
 Гуран. 7:180
76 
 Гуран. 41:37
77 
 Гуран. 53:19-21


Damğalar, rəmzlər… mənimsəmələr
- 152 -
himayəçisinin  Artemida  deyil,  Məryəm  Ana  olduğunu  elan  etmişdir.  Eyni 
zamanda, antik ilahənin bəzi xüsusiyyətləri ilə yanaşı, Aypara rəmzi də İsa 
Məsihin anasına aid edilmişdir. O da xüsusi vurğulanmalıdır ki, milli, dini 
qarşıdurmanı, irqi ayrı-seçkiliyi təbliğ edən xristian ədəbiyyatında «lövbəli 
xaç» işarəsi   və ya   əksər hallarda «İsa Məsihin, yəni xaçın   islam (Ay) 
 üzərində qələbəsi» və ya «İsa tərəfdarları ilə Məhəmməd hümməti arasında 
barışmaz mübarizənin təcəssümü» kimi yozulur. Halbuki, obyektiv xristian 
simvolikası bunu dini düşmənçilikdən kənar şəkildə, Ayın - Məryəm Ananın 
bətnindən doğulan xaçın – İsa Məsihin rəmzi kimi izah edir. Onu da xüsusi 
vurğulayaq ki, Avropada ilk xristian kilsəsi sayılan Kiş məbədi (Azərbaycan, 
Şəki) qədim Ay ilahəsinə aid ziyarətgahın təməli üzərində inşa edilmişdir. 
 
 
 
 
AND.  Türk  dillərində,  o  cümlədən  Azərbaycan 
türkcəsində bu gün də geniş istifadə edilən elə qədim ideomatik ifadələr var 
ki, müasir yozumda «məntiqsizlik» təsirini bağışlayır. Onlardan biri də orta 
statistik  vətəndaşda  «Axı,  and  maye  deyil!»  təbii  etirazını  doğuran 
«and 
içmək» ifadəsidir. Bu söz birləşməsinin etimoloji izahı qədim türk tayfalarında 
«and» adlandırılan ortaq qardaşlaşma, əbədi müttəfiqlik mərasimi ilə bağlıdır. 
Onun qrafik təzahürü olan (dairə içərisində üç nöqtə) eyni adlı damğa işarəsi 
mərasimdə istifadə edilən əsas atributları - süd (qımız, şərab) dolu kasanı və 
içərisindəki andlıların (and içənlərin) qan damlalarını   ifadə edir. Qədim 
türk damğa işarələri təsnifatında bu nişan «qan qardaşı olmaq», «qana and 
ismək»,  «əhd  etmək»,  bütövlükdə  «qanla  müqavilə  bağlamaq»  -  ayrı-ayrı 
insanların,  qəbilə  və  tayfaların  sarsılmaz  birliyinin  təməlinin  qoyulması 
kimi  yozulurdu.  Nöqtələrin  üçbücaq  təşkil  etmələrini  isə,  əski  türk  mifik 
təsəvvürlərinə əsasən, sakral işarə - Humay Ananın – döyüşçü ruhlarının, ailə 
və körpələrin himayəçisi olan ilahənin «tumar» 
 rəmzi ilə əlaqələndirilir. 
Belə  hesab  edilirdi  ki,  and  mərasimi  nəticəsində  qazanılan  yeni  qohumluq 
genetik  yaxınlıqdan  daha  möhkəmdir.  Ortaq  türk  etnomədəniyyətinin 
varisləri  olan  bütün  xalqlarda  bu  müqəddəs  ayinin  leksik  elementləri,  adət 
və ənənələrdə izləri bu gün də qalmaqdadır. Diqqət çəkən məqamlardan biri 
də  müasir  qaraçay  dilində  qardaşlaşmaya  «ant»  deyilməsidir.  Akademik 
Zelik Yampolski Azərbaycan xalqının mental xüsusiyyətləri içərisində «qana 
and içmək» mərasimini vurğulayaraq qeyd edir
: «Bu baxımdan insanların 
doğmalaşması (qardaşlaşması, himayəyə götürülməsi) adəti xüsusi önəm 


Damğalar, rəmzlər… mənimsəmələr
- 153 -
kəsb edir. İki nəfər əllərini çərtərək qanlarını qarışdırır, bir-birinə etibar 
nişanəsi olaraq silahlarını dəyişir və özlərini qardaş elan edirdilər».
78
XVI əsrə aid saxsı qab üzərində and 
damğası   (Türkiyə, İznik muzeyi)
79
 
Qədim inanclara görə, hər bir canlının ruhu onun damarlarında axan qanda 
yaşayır. Hətta islam və iudaizm dinlərində heyvan qanı və onunla bişirilən 
qidaların haram elan olunması bu mifdən qaynaqlanır. Maraqlıdır ki, Tövratda 
Nuh peyğəmbərin Tufandan sonra qurban kəsib tonqalda yandırmasının və 
islam dinində İbrahim peyğəmbərin Allaha qoç qurbanı kəsməsinin kökündə 
də bəndə ilə Rəbb arasında əhd bağlamaq, bu birliyi qanla möhkəmləndirmək 
fəlsəfəsi dayanmaqdadır. İslamın və iudaizmin vacib buyurduğu əməl – oğlan 
uşaqlarının sünnət olunması (ivr. - brit-mala) ayini də bir tərəfdən onun dini 
icmaya daxil olunmasının tam təsdiqi, digər tərəfdən isə əməli-saleh bəndə 
olması  barədə  Yaradanla  qan  vasitəsilə  bağlanan  əhdi  kimi  dəyərləndirilir. 
Maraqlıdır  ki,  Tövratda  Rəbb-bəndə  ittifaqı  «brit»  (ivr.-  qan  çıxanadək 
kəsmək) adlanır. Orta əsr türk dövlətlərində hökmdar ailəsinə mənsub şəxslərin 
78 
 Я.Ямпольский, «О древнейщих исторических свидетельствах обычая побратимствакровью и 
оружием на Кавказе» // Известия Азерб. Филиала АН СССР, № 1-2. Баку, 1944.
79 
 «Osmanlı uyarlığı». İstanbul, 2002.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə