Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   50   51   52   53   54   55   56   57   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 139 -
1. Astara rayonunun Şiyəkəran kəndində (talış dilindən tərcüməsi «Şiələr yaşayan» 
deməkdir. Bölgə  əhalisinin böyük hissəsi sünni məzhəbinə tapındığı üçün bu kənd  belə 
adlandırılmışdır) aşkar olunmuş qızılbaş döyüş hissələrinə məxsus metal tuğ (bayraq) başlığı. 
Başlığın mərkəz hissəsində ərəb əlifbası ilə «Allah» və «Məhəmməd»  sözləri yazılmışdır. 
Həmin başlıq eyni zamanda «xan damğası», «baltavar»    işarələrini və «quşlu damğa» 
rəmzini, ikibaşlı qartal rəmzini    özündə birləşdirir.  2. XX əsrə aid Şirvan kilimində «xan 
damğası» ornamenti. 3. 1524-cü ilə aid Təbriz miniatüründə səfəvilərin döyüş bayrağındakı 
«quşlu damğa» başlığı (Sankt-Peterburq Şərq Xalqları İnstitutu). 
54
Nizami Gəncəvinin «Xəmsə» əsərinə illüstrasiyadan fraqment. Qırmızı bayraq başlığında 
ikibaşlı qartal rəmzi  (Təbriz, XVI əsrin 70-ci illəri)
55
Tatar etnoloqu Dəmir Xayreddinovun fikrincə, hətta Qızıl Orda dövlətinin 
zəifləməsindən və süqutundan sonra da onun pulları Rusiyada dövriyyədə 
olmuşdur.  Hətta 
«Tver  knyazlığı  öz  pullarını  tədavülə  buraxarkən 
əhalini  onların  legitimliyinə  inandırmaq  üçün  üzərinə  Qızıl  Ordanın 
54 
 K.Kərimov. «Azərbaycan miniatürləri». Bakı, 1980.
55 
Yenə orada


Damğalar, rəmzlər… mənimsəmələr
- 140 -
rəmzlərindən  birini  –  ikibaşlı  qartal  təsvirini  həkk  etmişdir.  İvan 
Qroznı da öz pullarını kəsərkən bu üsuldan istifadə etmişdir».
56
 İkibaşlı 
qartal rəmzinin Rusiya heraldikasına nüfuz etdirilməsinin səbəblərini təhlil 
edən numizmat alim V.Potinin fikirləri də maraqlıdır: «
Əldə olunan faktlar 
göstərir ki, 1472-ci ilə kimi həqiqi rus pulları üzərində ikibaşlı qartal 
təsviri  olmayıb.  Şərqi Avropanın  əhalisi  bu  təsvirlə  hələ  XIV  əsrdə  - 
Canibəy xanın (Qızıl Orda) sikkələri vasitəsilə tanış idi. Canibəy xanın 
pullarının  onun  ölümündən  sonra  da  Rusiya  ərazisində  dövriyyədə 
olması  həmin  sikkələrin  populyarlığının  göstəricisidir.  İkibaşlı  qartal 
təsvirli  rus  metal  pullarının  tədavülə  buraxılması  ilə  Qızıl  Orda 
sikkələri arasında isə az qala yüz il fərq vardır».
57
 O da maraqlıdır ki, 
rəmzin  müasir  yozumu  qədim  türklərin  xaqanlıq  təsisatının  prinsiplərinə 
tam cavab verir: 
«Rusiya gerbi üzərindəki ikibaşlı qartal təsvirinin məna 
yükü rəmzi xarakter daşıyır. Belə ki, qartalın başlarından biri hakimin 
(çarın, daha doğrusu, ali dövlət hakimiyyətinin)
 rəmzidir. Digəri isə dini – 
kilsə hakimiyyətini ifadə edir».
58
 
Rusiyada  alternativ  tarix  nəzəriyyəsinin  tərəfdarlarından  olan  akademik 
Anatoli Fomenko və Qleb Nasovski bu mülahizəni əsas götürərək aşağıdakı 
mövqeyə  gəliblər:  Həqiqətən  də  müasir  Rusiya  ərazisində  ikibaşlı  qartal 
rəmzinə  ilk  dəfə  olaraq  XIV  əsrdə  Qızıl  Ordanın  metal  pulları  üzərində 
rast gəlinmişdir. Lakin onların «tarixi həqiqətləri bərpa edən” növbəti elmi 
qənaəti isə heyrət doğurmaya bilməz: 
«Araşdırmalardan sonra bu nəticəyə 
gəlmişik ki, ikibaşlı qartal rəmzi hazırda həm Qızıl Orda, həm də rus 
pulları kimi təqdim olunan sikkələrin üzərində həkk edilmişdir. Bizim 
fikrimizcə, Qızıl Orda, əslində, elə Böyük Rus dövlətidir. «Qızıl Orda» 
dedikdə Volqa  çarlığına  (Bulqar  dövləti)  aid Vladimir-Suzdal  knyazlığı 
nəzərdə tutulmalıdır».
59
Təbii ki, hər yerdə erməni başmağının izlərini axtaran Yerevan tarixçiləri də 
ikibaşlı qartala iddiaçılar sırasından geri qala, bu rəmzi sahibsiz qoya, «bəşər 
sivilizasiyasının  bünövrəsini  ucaltmış  əzabkeş  xalqı»  belə  ali  hakimiyyət 
56 
 Д. Хайретдинов, «Государственные символы и регалии Руси-России мусульманского 
происхождения»,  http://www.idmedina.ru/ 
57 
 В.Потин. «Монеты, клады, коллекции». Саннкт-Питербург: “Искуство”, 1993.
58 
Двухглавый орёл – символ РФ http://gordo-orel.com/dvuglavii.html 
59 
 А.Фоменко, Г.Носовский. «Империя. Русь, Турция, Китай, Европа, Египет. Новая математиче-
ская хронология древности». Москва 1995.


Damğalar, rəmzlər… mənimsəmələr
- 141 -
rəmzindən məhrum edə bilməzdilər. Odur ki, uzun illər davam etmiş gərgin 
araşdırmalardan sonra, nəhayət ki, «qədim erməni sülaləsi»nin - Mamikonların 
gerb və bayraqlarında da ikibaşlı qartal təsvirinin olduğunu bəyan etmişlər. 
Kütləvi informasiya vasitələrində yayılan məlumata görə, tədqiqatçılar erməni 
tarixçisi Favtos Buzandın (V əsr) salnaməsindəki kiçik xatırlatmalar əsasında 
bu  qənaətə  gəlmiş  və  onun  ilkin  görkəmini  bərpa  edə  bilmişlər.  Təbii  ki, 
təsvirdəki «erməni milli qartalı» da digər ikibaşlı həmcinslərindən fərqlənməli 
idi. Belə ki, «bərpa» olunan «qədim erməni rəmzində» mifik varlıq başqaları 
ilə  müqayisədə  caynaqlarında  toğlu  tutmuşdur.
60
  Aşağıdakı  təsvirlərdə  - 
Səlcuq dövlətinin ( XI əsr) rəmzi və «Ermənistanın ilk gerbi» arasındakı aşkar 
oxşarlıq həm də müasir erməni plagiatçılığının növbəti parlaq nümunəsidir. 
1-2.Konya şəhərinin memarlıq abidələrində Səlcuq dövlətinin ikibaşlı
 qartal rəmzinin variantları (Türkiyə, Konya keramika muzeyi). Kaşı lövhədəki  qartalın sinəsi 
üzərində Allahın müqəddəs adlarından biri yazılmışdır.  3. Erməni saxtakarlığının nümunəsi: 
Mamikonların «qədim erməni gerbi»  kimi tanıtdırdıqları plagiat təsvir 
Saxtakarlığın elementləri göz qabağında olsa da, tədqiqatın obyektivliyi 
barədə mübahisə etməkdən uzağıq. Çünki erməni tarixçiləri bu «kəşfləri» ilə 
Mamikonların türk mənşəli olmasını bir daha təsdiqləyir, digər tərəfdən isə 
«erməni dövlətçiliyi rəmzlərinin» hansı etnomədəni mənbədən qaynaqlandığını 
əyani şəkildə sübuta yetirirlər.
 
  AY-ULDUZ, 
  GÜNƏŞ-AY  (ŞƏMS-QƏMƏR).  Bu  rəmz  orta 
əsrlərdə «Ay-ulduz» kimi populyarlaşsa da, əslində, bu ad təsvir oxşarlığından, 
damğalar arasında geniş yayılan beşqollu  , altıqollu   və səkkizqollu   
Günəş (eləcə də ikibaşlı qartal) nişanlarının sonralar stilizə olunaraq, beşguşəli 
60  Исторические флаги Армени, http://www.armeniatravel.ru/flags.htm


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə