Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   51   52   53   54   55   56   57   58   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 142 -
, altıguşəli   və səkkizguşəli   ulduzlar kimi təqdim olunmasından irəli 
gəlir. Onu da qeyd edək ki, bu rəmzlərin prototiplərinə Qobustan, Gəmiqaya, 
Qərbi Azərbaycan petroqlifləri, qutilərin, mannalıların və midiyalıların maddi-
mədəniyyət  nümunələri  arasında  geniş  təsadüf  olunması  uzaq  keçmişdə 
bu  torpaqlarda  yaşamış  əhalinin Ay  və  Günəşə  etiqad  etməsindən,  onların 
kosmoqonik təsəvvürlərində həmin səma cisimlərinin aparıcı obrazlar kimi 
özünəməxsus  yer  tutmasından  xəbər  verir.  Qədim  miflərdə  Günəş  qadın, 
Ay  kişi  başlanğıcını,  Günəş  ananı,  Ay  isə  atanı,  Günəş  istini,  Ay  soyuğu, 
Günəş cənubu, Ay şimalı və s. təcəssüm etdirirdi. Əski türklər qoruyuculuq 
funksiyasının  Tanrı  tərəfindən  Günəşə  və  xaqanlara  verildiyinə  inanmış, 
onların  rəmzlərini  eyniləşdirmiş  və  müqəddəsləşdirmişlər.
61
  “Oğuz  xaqan” 
dastanına  diqqət  yetirək:  Burada  Oğuzun  anası  Ay  xaqan,  oğlanlarından 
ikisinin adları isə Gün xan və Ay xandır. Bu mifoloji yanaşma təkcə Ay-Günəş 
rəmzində deyil, haqqında az sonra bəhs olunacaq ikibaşlı qartal simvolunda 
da əksini tapmışdır. 
XIII əsrə aid Avropa miniatürü. 1299-cu ildə monqolların məmlüklər üzərində qələbəsinin 
təsviri. Məmlük bayrağı üzərində Ay-Günəş rəmzi. Xovlu  «Nadir şah» xalçasından 
(Təbriz qrupu, 1870-ci il) fraqment. Nadir şah Əfşarın taxtında  Ay-Günəş  rəmzi 
62
 
Dünyanın  bir  sıra  xalqlarının  mifik  təfəkküründən,  bu  baxışların  qrafik 
inikası olan damğa işarələrindən, ideoqrafik təsvirlərdən qaynaqlanan aypara-
ulduz rəmzi bu gün bir sıra müsəlman dövlətlərinin bayraq və gerblərini bəzəsə 
də, onun yaranışı islamaqədərki dövrlərə təsadüf edir. Ay-Günəş rəmzinin türk 
61 
 B.Ögel. «Türk Mitolojisi», cild 2. Ankara, 1995.
62 
 «Azərbaycan xalçaları. Təbriz qrupu». Bakı: «Elm», 2013.


Damğalar, rəmzlər… mənimsəmələr
- 143 -
tayfaları  arasında  da  özünəməxsus  yeri  vardır.  Mərkəzi Asiyada  aparılmış 
arxeoloji qazıntılar zamanı tapılan və eramızın VI-VII əsrlərinə aid olunan 
Göytürk  sikkələrinin  üzərində  xaqanın  təsviri  ilə  yanaşı  üç  belə  qoruyucu 
rəmz  həkk  edilmişdir.
63
  Həmin  təsvirlərdə  diqqəti  cəlb  edən  amil  «Günəş» 
anlamı verən «ulduzların» altıqollu   olmasıdır.
Türk xalqlarının məskunlaşdıqları ərazilərdəki qayaüstü təsvirlərdə bəzi ortaq damğa 
işarələrinin                  prototiplərinə - Tanrı/Günəş rəmzlərinə əsasən asa/xaç 
rəmzinin genezisini və semantikasını müəyyənləşdirmək mümkündür: 1-3.Azərbaycan - Qobustan 
(Cingirdağ), Cəmiqaya və Kəlbəcər petroqlifləri. Petroqriflərdən biri (3) islamdan sonrakı 
dövrlərdə «qayçı» adlanan və eyni semantika daşıyan damğa işarəsini   xatırladır. 4.Tanrının 
dörd tərəfə yayılan hökmü. (Qərbi Azərbaycan, Göyçə qayaüstü təsvirlərindən fraqment) 5-6. 
Tenqri-Günəş mifologeminin təsviri (Qazaxıstan. Tamqalı-tas). 7. Şumerlərin solyar rəmzlərindən 
biri. Bu işarə qazax milli ornamentləri arsında «dan yerinin sökülməsi», «sübh şəfəqi» anlamlarını 
verən «Ay işığı» adlanır.
64
 8.Manna mədəniyyətinə aid qızıl cam (Urmiyə, Hasanlu) üzərində 
eynitipli təsvir. 9. İbrahim Peyğəmbərin vətəni və Ay tanrısı Sinin baş ziyarətgahı olan Harran 
şəhərində (indiki Şanlı Urfa) aparılan qazıntılar zamanı aşkar olunmuş metal sikkə üzərində «Ay-
Günəş» rəmzi. 10.Dərbənd qalasının daş kitabələrində ornament.
Qeyd olunduğu kimi, sonralar stilizə edilərək müasir «ulduzlara» çevrilən 
və  eyni  zamanda  semantik  izahı  da  tamamilə  dəyişən  «Günəş-Ay»  sakral 
təsvirlərinin ən müxtəlif variantlarının ümumiləşdirilmiş ilkin yozumlarının 
arxasında Tenqri xanın rəmzləri - «Günəş» və ya «Qartal» (ikibaşlı qartal)
63 
  Göktürk Sikkelerinde Ay Yıldız. Türkler ay-yıldız motifini İslamiyetten önce de kullanıyormuş. // 
TRT-Haber, 2005.
64 А.Мукаева. «Казахский национальный орнамент», 
 А.Мукаева. «Казахский национальный орнамент», http://www.rusnauka.com/11_EISN_2011/Tecnic/12_84935.doc.htm
1.  
2.   
3.  
4.   
5.
6.  
7.  
8. 
9. 
10.


Damğalar, rəmzlər… mənimsəmələr
- 144 -
«Qoç»  (dağ  keçisi,  dağ  qoçu/arxar,  koçkar,  qoşqar),  «Yay-ox»  kimi  mifik 
obrazlar dayanmaqdadır. Məsələn:
Tanrı/Günəş -                     
Günəş/Tanrı -                  
Günəş (Tanrı)/Ay -                
Tanrı/Qoç -    
Tanrı/Yay-ox -         və s.
Mövzuya  ortaq  türk  maddi-mədəni  irsinin  başqaları  tərəfindən 
mənimsənilməsi  müstəvisindən  yanaşsaq,  yuxarıdakı  damğa  və  rəmzlərdə 
geniş yer alan dağ keçisi buynuzu   və burma qoç buynuzu 
 
 təsvirləri 
üzərində bir qədər dayanmağa zərurət vardır. Xatırladaq ki, ilkin dövrlərdə 
əski türklər «qoçkar», «koçkar», «kuçkar», «kaçkar» və ya «qoşqar» dedikdə, 
əsas  etibarilə,  qoyunu  deyil,  zoologiya  elmində  «arxar»  (lat.  Ovis  ammon) 
adlandırılan  dağ  qoçunu  nəzərdə  tuturdular.  Bu  ad  erməni  dilinə  «kaçkar» 
kimi  keçmiş  və  sonralar  «xaçkar»  (erməni  etimologiyasına  görə:  xaç-daş) 
şəklində təhrif olunmuşdur. Halbuki, Tenqri xan açalarında (xaçlarında)   
«koçkar» nişanı ümumi təsvirin deyil, yalnız onun bir seqmentinin - çarpaz 
xətlərin  uc  hissəsindəki  buynuz  işarəsinin 
  adı  olmuşdur.  Bu  qənaət 
Qobustan  petroqlifləri  arasındakı  sakral  dağ  keçisi  təsvirində  (1)  də  öz 
illüstrativ təsdiqini tapmışdır. Ümumiyyətlə, həmin qayaüstü rəsm dünyanın 
ən qədim Tanrı/Qoç rəmzinin təsviridir. 
İndi  isə  Ay-Günəş  rəmzinin  qədim  semantikası  əsasında  onun  şumer-
türk  mədəni  irsi  ilə  bağlılığına  diqqət  yetirək.  Qədim  şumerlərin  mifoloji 
təsəvvürlərinə  əsasən,  dəfn  olunmayan  insanların  ruhları  hər  iki  dünyada 
sakitlik,  rahatlıq  tapa  bilmədikləri  üçün  ətrafdakılara  bədbəxtlik  gətirirlər. 
Dini ayinlərlə torpağa tapşırılanların ruhları isə Orta Dünya və Ruhlar Dünyası 
arasındakı sərhəddə olan çayı qayıqla keçərək əcdadlarına qovuşurlar. Odur 
ki, Günəş ilahisi Uti (akkadlarda – Şamaş)   Ayı 
 özünə qayıq edərək 
hər  səhər  Şərqdən  Qərbə  doğru  səmt  götürüb  mərhumların  ruhlarını  qarşı 
taya çatdırır və yol boyu Orta Dünyanı işıqlandırırdı. Axşamlar isə yenidən 
dağların arxasına çəkilərdi. Gecələr Utu Ay-qayıq vasitəsilə Yeraltı Dünyaya 
– qaranlıq ruhlar səltənətinə enərək, buradakı ruhlara işıq, su, qida çatdırar, 
onların  əzablarını  azaldardı.  Azərbaycanın  qayaüstü  rəsmlərinə  istinadən 
cəsarətlə belə bir fikir irəli sürmək olar ki, şumerlərin bu mifi qədim Aratta 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə