Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   56   57   58   59   60   61   62   63   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 157 -
işarəsindən fərqli olaraq, «əbədi birlik» kimi yozulan «and»   damğasının 
sadə variantları -     işarələrinə Qərbi Azərbaycandakı Göyçə (Geğam) 
qayaüstü  təsvirlərində,  hun,  sarmat,  qazax,  özbək,  krım  tatarlarının  damğa 
nişanlarında da geniş rast gəlinir. Bu gün də Azərbaycanın cənub hissəsində 
-  Muğan  düzündə  yaşayan,  eləcə  də  Qərbi Azərbaycan  mənşəli  olan  yaşlı 
qadınların alın, bilək və qollarında bu damğanın döymə təsvirlərinə   hələ də 
təsadüf olunmaqdadır. Yaşlı insanlar onu «Allahın nəzəri həmişə üstümüzdə 
olsun» kimi yozurlar.
Qədim  türklərdə  and  mərasiminin  sadələşdirilmiş,  insan  qanı  ilə  deyil, 
qurbanlıq heyvanların kəsilməsi ilə kifayətlənən variantları da mövcud idi. 
XII-XIII  əsrlərə aid olan «Yuan-çao bi-şi» («Monqolların gizli tarixi») Çin 
salnaməsində türk tayfalarında bu mərasimin icrası haqqında bildirilir: 
«Xan 
Tuğrul özü ilə yüz döyüşçü götürüb kereylərin yaxşı tanıdıqları Yesukey 
bahadırın  düşərgəsinə  yollandı.  Onlar  Tula  çayının  sahilində,  Tünek 
meşəsində ayğır kəsdilər, bir-biri ilə əbədi dost olacaqlarına and içdilər. 
Beləliklə, And  (andı,  andlı)  oldular».
84
 Yuxarıdakı  sitat  «and»  kəlməsinin 
etimoloji  izahına  da  müəyyən  aydınlıq  gətirir,  məhz  qardaşlaşan,  qanla 
möhkəmlənən  müttəfiq  tərəflərin  belə  adlandırıldıqlarını  göstərir.  Qurban 
kəsib  (qan  töküb)  ətini  şahidlərə  paylamaqla  müşayiət  edilən  «qan  qardaşı 
olmaq» mərasimi Azərbaycan, Anadolu, kumık, qaraçay və balkar türklərində 
bugünədək qorunub-saxlanılmışdır.
İbtidai  hüquq  sistemi  ənənələri  və  əski  inanclar  əsasında  yaranmış  bu 
işarənin tərsinə çevrilmiş variantı Mərv hakimi Arqun xanın şəxsi damğası 
olmuşdur. Sonralar türk tayfalarının birgə andı – sarsılmaz birliyi sayəsində 
böyük zəfərlər qazanmış Əmir Teymurun möhür və bayrağını da bəzəmişdir. 
1403-cü  ildə  Kastiliya  və  Leon  kralı  III  Henrixin  səfiri  Rui  de  Klavixo 
Teymurun  sarayında  olarkən  bu  rəmzi  görmüş  və  onu  belə  şərh  etmişdir: 
«Möhürdəki  hər  bir  dairə  dünyanın  tərəflərini,  onun  sahibinin  həmin 
torpaqlara  hökmranlığını  bildirir».  Macar  alimi Armini  Vamberi  (1832-
1913) «Əmir Teymur» əsərində hökmdarın bayrağı üzərində həmin damğanın 
təsvir olunduğunu və altında «Güc ədalətdədir» sözlərinin yazıldığını qeyd 
etmişdir. Sonralar bu damğanın tərs çevirilmiş variantı Səmərqənd şəhərinin 
gerbi 
  olmuşdur.
85
  «And»  işarəsinin  daşıdığı  sakral  məna  görkəmli  rus 
84 
 И.Кабышлы. «Тюркский мир. История тюрко-монголских народов». Алматы, 2007.
85 
 «Гералдика Самарканда», http://www.e-samarkand.narod.ru/gerb.htm.


Damğalar, rəmzlər… mənimsəmələr
- 158 -
rəssamı  və  ezoteriki  Nikolay  Rerixin  (1874-1947)  də  diqqətini  cəlb  etmiş, 
«Sülhün  bayrağı»  əsərində  həmin  damğanın  təsvirini  vermişdir.  Görünür, 
rəssam bu işarə ilə Mərkəzi Asiyaya və Tibetə ekspedisiyaları zamanı tanış 
olmuşdur.
1. Səmərqənd şəhərinin gerbində and damğası (1890-cı il). 
2.Nikolay Rerix. «Sülhün bayrağı». 1931-ci il.
Qədim türk dillərində kökündə «and» sözü dayanan və onun etimologiyası 
ilə  əlaqəli  olan  «anta»,  «anda»,  «andi»,  «andı»  kəlmələri  «qorumaq», 
«mühafizə  etmək»,  «keşik  çəkmək»  anlamlarını  verir.
86
  Qərbi  Azərbaycan 
ərazisindəki çoxlu sayda türk toponimləri arasında kökündə «and» kəlməsi 
dayanan yer adları da vardır. Tarixi Azərbaycan torpaqlarında «and» mərasimi 
ilə əlaqəli toponim haqqında ilk məlumata Assuriya hökmdarı II Sarqonun 
(e.ə. 720-705-ci illər) kitabələrində rast gəlirik. Burada Cənubi Azərbaycanda, 
indiki Qızılüzən çayı hövzəsində Andiya əyalətinin adı çəkilir. Erməni tarixçisi 
Favst Buzand (V əsr) Alagöz dağının ətəklərində Andzin kəndinin olduğunu 
bildirir. Naxçıvandakı Əndəmic (And-Əmiç) kəndinin adının yozumunda da 
«and» sözü dayanır. Qərbi Azərbaycanın Vedibasar və Dərəçiçək mahallarında 
da Andi kəndləri mövcud olmuşdur.
87
And damğa işarəsinə xristian dini rəmzləri içərisində   və 
  şəklində 
rast  gəlinir.  Maraqlıdır  ki,  onların  kilsə  yozumları  işarənin  qədim  türk 
semantikasına çox yaxındır və «Ata, Oğul, Müqəddəs ruh» (üç unqum) arasında 
əbədi ittifaqın simvolu» kimi izah edilir. Bundan başqa, xristianlığın əsas kilsə 
86 
 Э.Севортян. «Этимологический словарь тюркских языков», том I. Москва, 1974.
87 
 B.Budaqov, Q.Qeybullayev. «Ermənistanda Azərbaycan mənşəli toponomlərin izahlı lüğəti». Bakı, 1998.


Damğalar, rəmzlər… mənimsəmələr
- 159 -
ayinlərindən olan efxaristiya (yun.- minnətdarlıq) zamanı dindarların çörək 
və şərab dadması da and ittifaqını - «İsa Məsihin bədəni və qanı ilə mənəvi 
birləşməni» təcəssüm etdirir.
 
BİTİK (PİTİK), TUMAR, NƏZƏRLİK, TİLSİM. Bu gün Mərkəzi 
Asiya ölkələrində və Qafqazda ortaq türk etnomədəniyyəti ilə əlaqəli olan, 
sovet dönəmində isə unutdurulan qədim kult elementləri, o cümlədən bitik-
tumarlar  –  üçkünc  bəzək  əşyaları  şəklində  hazırlanmış  nəzərliklər  yenə  də 
dəbdədir. Çin istehsalçılarının fərasəti sayəsində içərisində müxtəlif təyinatlı 
dualar çap olunmuş vərəqələr qoyulan metal, dəri və plastik tumarları indi hətta 
qəzet köşklərindən də əldə etmək mümkündür. Kənd yerlərində isə paltarın 
iç tərəfinə sancaqla bərkidilən, boyundan asılan, yaxaya, körpənin yastığına 
tikilən və içərisinə çox vaxt Allahın müqəddəs adları, Quran ayələri yazılmış 
vərəqlər  qoyulan,  bəzən  isə  maral,  pişik  tükü,  üzərlik  toxumu,  dağdağan 
yonqarı və kim bilir daha nələr doldurulan üçkünc parça pitiklərə hələ də rast 
gəlmək mümkündür. Bunu xurafatın yeni dalğasının sağlam dini təsəvvürləri 
üstələməsi kimi qavrayanlar da, onu keçmişin milli ənənələrinə qayıdış kimi 
dəyərləndirənlər  də  haqlıdırlar.  Əslində,  bu  nəzərliklərin  islam  dini  ilə  elə 
bir  əlaqəsi  yoxdur  və  qədim  türklərin  tanrıçılıq  inancının  dövrümüzə  gəlib 
çatan  əks-sədasıdır.  O  da  maraqlıdır ki, Yaxın  və  Orta  Şərq  ölkələrində də 
yayılan bu «bütpərəstlik təzahürü» - dua yazdırıb onu yaxada, qolbağ, qolçaq 
(bazubənd)  içərisində  gəzdirmək  ənənəsi  ərəb  və  farslara  məhz  türklərdən 
keçmişdir. İslam dininin qaydalarına əsasən, bu, küfrün çirkin bir formasıdır. 
Din yalnız bir halda müsəlmanın tumar gəzdirməsinə göz yuma bilər: o şərtlə 
ki, həmin insan yardım istəyəndə onu nəzərlikdən deyil, rəhmli və mərhəmətli 
Allahdan diləsin. 
Yüksək keyfiyyətli dəridən, ipək parçadan tikilən, qızıl və gümüşdən 
hazırlanan  tumar-pitiklər,  adətən,  üçkünc  formada  olsalar  da,  onların 
dördkünc,  kvadrat  və  silindrvari  variantları  da  yayılmışdır.  Əvvəllər  bu 
qabların içərisinə savaşa gedən döyüşçüləri, körpələri, hamilə qadınları ev 
və alaçıqları şər ruhlardan qoruyan «alqışlar» (dualar) qoyulardu. Tumar 
ənənəsi vaxtilə Çində də geniş yayılmışdır. Məsələn, çinlilərin «san tzyao-
fu» adlandırdıqları nəzərlik üzərinə dua mətni də üçkünc şəkildə qatlanan 
kağız  vərəqdən  ibarət  idi.  Aşağı  hissəsindən  «qılınclar»  asılan  tumar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə