Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   62   63   64   65   66   67   68   69   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 172 -
uman ermənilər bu dəfə də həmin hökmdarlardan birinin – Şambat xanın guya 
«hay mənşəli sərkərdə Smbat Bakratuni» olması iddiasındadırlar.
117
 Yuxarıda 
deyilənlərə  əsasən,  Azərbaycanın  bəzi  bölgələrindəki,  məsələn,  Neftçala 
rayonundakı  Beşdəli  kəndinin  adının  mənasını  folklor  səviyyəsində  olan 
«Behişt əhli» və ya «Beş dəli» yozumunda deyil, türk tayfalarının məskunlaşma 
tarixi ilə bağlı olaraq «Baş dulo» və yaxud «Baş tele» etnonimlərində axtarmaq 
daha məqsədəuyğundur.
 
 
ABAK, AMA, ANA. Mahmud Kaşğarinin lüğətinə əsasən, «abak» 
kəlməsi «mühafizə edən», qoruyan anlamını verir.
118
 Qədim türklər insan şəkilli 
nəzərliyə, bütə, uyuğa da «abak» deyirdilər. Bu anlam karayların (karaimlərin) 
ləhcəsində indi də qalmaqdadır. Damğa semantikası üzrə mütəxəssislərin bir 
çoxu  bu  işarəni  mifoloji  «Dünya  yaranışı»nın,  «Ana  və  bətnindəki  övlad» 
anlamının  qrafik  təzahürü  kimi  yozurlar.  Məsələn,  Oljas  Süleymenova  görə, 
abak/ama damğasının ilkin adı «munk» olmuş, müqəddəs canlının (inək, öküz) 
və  yeni  doğulan  körpənin  çıxardığı  səslərin  təqlidindən  yaranmışdır.  Onun 
qənaətinə əsasən, «mu» səsi dairəni, dünyanı, mərkəzdəki nöqtəni ifadə edən 
«nq» isə ana bətnini, həyatın yaranışını, embrionu bildirir.
119
 Digər qazax alimi 
Serikbol Kondıbay bu ideyanı daha da inkişaf etdirərək, həmin damğa təsvirini 
və səs təqlidini «ilkin qrafik və linqvistik material» adlandırmışdır. Tədqiqatçı 
sonralar işarənin yeni mifik yozumlarla zənginləşməsi, «abak» şəklində etnonimə 
transformasiya  olunması,  dairə-nöqtə  birliyinin  qazax  nəsil-tayfa  ittifaqlarını 
(juz)  bildirməsi  qənaətindədir.  Belə  ki,  qədim  türk  xalqlarının  ortaq  mifoloji 
təsəvvürləri əsasında dairə ana bətnini (ama, ana) simvolizə edən mağaranın, 
«nq»  və  ya  «anq»  kimi  oxunan  nöqtə  işarəsi  isə  dünyaya  gələn  varlığın 
təcəssümüdür. Təsadüfi deyildir ki, qazax tayfalarının ilk birliyini yaradan Alaşa 
xan oğlunun adını «Abak» qoymuşdur.
120
 Bu sözün müxtəlif tarixi dövrlərdə 
sinonim və ya omonim olaraq digər mənaları da vardır. Məsələn, sarmat tayfa 
birliyinə daxil olan sirakların (çirak, şirak) eltəbərlərindən biri «Abeak» və ya 
«Obak» adını daşıyırdı.
 Tayfa birliklərini ənənəvi olaraq bu gün də yaşadan 
qazaxlarda Böyük juza (ittifaqa) daxil olan 12 nəsil «abak» adlanır. Qırğızlar 
arasında da bu adda tayfalar vardır. 
117
  С. Айвазян. «История России. Армянский след». Москва, 1998. 
118
  «Divanü Lugat’it-Türk Dizin», TDK, Ankara, 1972.
119
  О.Сулейменов. «Язык письма. Взгляд в доисторию–о происхождении письменности и языка 
малого человечества». Алматы-Рим, 1998.
120
  С.Кондыбай. «Казахская мифология. Краткий словарь». Алматы, 2005. 


Damğalar, rəmzlər… mənimsəmələr
- 173 -
«Amaq» isə eramızdan əvvəl II əsrdə yaşamış sarmat qadın hökmdarlarının 
da adı olmuşdur. 1727-ci ilə aid «Naxçıvan sancağının müfəssəl dəftəri»ndə 
(vergi dəftərində) İrəvan əyalətinin Dərələyəz nahiyəsində «Amaqu» (Amaq-
lu, Amaklı) kəndi haqqında məlumat vardır.
121
 Onun etnik azərbaycanlılardan 
ibarət  əhalisi  1988-ci  ildə  ermənilər  tərəfindən  tarixi  torpaqlarından 
qovulmuşdur.  V  əsrdə  yaşamış  erməni  tarixçisi  Favst  Buzand  Ağrı  dağı 
vadisində  «Amok»  adlı  kəndin  mövcudluğunu  qeyd  etmişdir.    Şimali  Qa-
fqazda  Amaqu-Kor,  Dağıstanda  «Amoki»  kəndi,  Gürcüstanda  isə  Amuqo 
dağı  vardır.
122
  Qədim  türk  dillərində  «amak/omak/apaq»  sözü  «gözəl», 
«gümrah»,  «sağlam»  anlamını  verirdi.
123
  Bundan  başqa,  «abak»  sözü  həm 
də  «əmi»  (atanın  qardaşı)  anlamında  da  işlədilirdi.  Fonetik  cəhətdən  ona 
yaxın olan «Abak»/»Appak» kəlməsi omonim olaraq «ağappaq» kimi də yo-
zulurdu. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyat yoldaşı, qıpçaq 
qızı Appağın adının izahını yada salaq. Nikolay Aristov qazax və qırğızlarda 
«abak» işarəsinin damğa və rəmz kimi daha bir təsvirinin   də yayılmasını 
bildirmişdir.
124
  Bu  ornamentə Azərbaycanın  tətbiqi  sənətində  də  geniş  rast 
gəlinir.  
Türk  xalqlarının  mifologiyasında  «mağara»  anlamının  digər  sakral 
təyinatı haqqında Rusiya Türkoloqlar Komitəsinin üzvü, arxeoloji tipologiya 
və  arxeoloji  türkologiya  üzrə  tanınmış  mütəxəssis  İqor  Kızlasovun  gəldiyi 
qənaət  abak  damğasının  yuxarıdakı  semantik  yozumunu  müəyyən  qədər 
təsdiqləməkdədir. Altaylardakı  qədim  yaşayış  məskənlərində,  xüsusilə  kult 
xarakterli  mağaraların  içərisində  aparılan  arxeoloji  qazıntılar  nəticəsində 
tapılan  xeyli  rəmzi  (döyüşə  yararsız  olan)  metal  və  sümük  ox  dəmrələri 
(ucluqları) burada ən qədim nikah mərasimlərinin icra olunduğunu ehtimal 
etməyə əsas vermişdir. Tədqiqatçı onu da vurğulayır ki, matriarxat dövrünün 
mifologemi olan müqəddəs mağaralar ananı, ox isə kişi başlanğıcını simvolizə 
edirdi.  Mağara  İlahə-Ananın  məskəni,  qadın  bətninin  rəmzi  sayıldığı  üçün 
evlənmə  mərasimində  bəy  Tanrıdan  övlad  niyyət  edib  oraya  ox  atardı. 
Məsələn, Alatau ətəklərində, eramızdan əvvəl 2300-2400-cü illərə aid edilən 
121
 Naxçıvan sancağının müfəssəl dəftəri (27 avqust, 1727). Bakı, 1997.
122
  B.Budaqov,  Q.Qeybullayev.  «Ermənistanda Azərbaycan mənşəli toponomlərin izahlı lüğəti». Bakı, 1998.
123  
«Древнетюркский словарь». изд. «Наука», 1969.
124  Н.Аристов. «Опыт выяснения этнического состава киргиз-казаков Большой Орды и кара-
киргизов на основании родословных сказаний и сведений о существующих родовых делениях 
и о родовых тамгах, а также исторических данных и начинающихся антропологических 
исследований

,
   
http://bizdin.kg.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə