Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   43   44   45   46   47   48   49   50   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 119 -
dövlətlərində, etrusklarda, türklərdə, çinlilərdə, eləcə də Misir sivilizasiyasının 
bazası əsasında qurulan Krit şahlığında da dini atributlardan biri olmuşdur. 
Amerikalı  antropoloq  Loriston  Şarpın  qənaətinə  görə,  baltanın  mütləq 
hakimiyyət rəmzi kimi üstün statusunun təməli hələ ibtidai icma dövründə 
formalaşmağa  başlamışdır.  Belə  ki,  böyük  zəhmət  hesabına  hazırlanan  daş 
baltalar qəbilənin ümumi mülkiyyəti hesab olunur, onu saxlamaq, başqalarına 
«icarəyə vermək» hüququ yalnız icma başçısına verilirdi. Bununla da balta 
tədricən sosial əhəmiyyət kəsb etmiş və dini-mifoloji çalarlarla zənginləşərək 
hakimiyyətin  (tayfa  başçısının,  hökmdarın)  rəmzinə  çevrilmişdir.  L.Şarp 
fikirlərini  təsdiqləmək  üçün  maraqlı  bir  misal  çəkir: Avstraliya  qitəsi  kəşf 
olunduqdan sonra buraya ayaq açan xristian missionerlər hələ də Daş dövründə 
yaşayan  Yir-Yoront  qəbiləsini  ələ  almaq,  «Məsihin  yoluna  yönəltmək» 
məqsədilə onun üzvlərinin hər birinə dəmir baltalar hədiyyə etmişlər. Nəticədə, 
az keçməmiş icma parçalanmış, onun strukturu və iyerarxiya pilləsi sürətlə 
dağılmağa başlamışdır.
8
  
Saka-skiflərin  mifoloji  təsəvvürlərinə  görə,  tanrıların  onlara  göndərdiyi 
rəmzi  hədiyyələr  arasında  balta  da  vardır.  Herodot  bu  barədə  yazır: 
«
Targitayın  (skif  panteonunda  ilk  insan,  skiflərin  əcdadı)  üç  oğlu  vardı: 
Lipoksay, Arpoksay və Kolaksay. Targitayın Skif ölkəsində şahlıq etdiyi 
dönəmlərdə  göydən  yerə  qızıl  əşyalar  düşmüşdü:  kotan,  boyunduruq, 
sakaris  (balta)  və  şərab  camı.  Böyük  oğul  Lipoksay  yaxınlaşıb  onları 
qaldırmaq istəyəndə həmin əşyaları od bürüdü. İkinci oğul Arpoksay da 
yaxınlaşanda bu əşyalar yenidən alovlandılar. Lakin kiçik oğul Kolaksay 
onlara tərəf gedəndə alov söndü və o, həmin əşyaları evinə apardı. Buna 
görə də böyük oğul atasının şahlığını kiçik qardaşına verməyə razı oldu»
Qeyd edək ki, yunanlar saka-skiflərdə din və hakimiyyət atributlarından olan 
döyüş baltasına, o cümlədən ikiağızlı baltaya «saqaris» deyirdilər. Herodot 
şişpapaq saklar (tiqrahauda) haqqında bunları yazırdı: «
Saklar - onlar həm 
də skiflərdir, başlarına düz şiş uclu papaqlar qoyar, …yay-ox, gödək qılınc 
(akinak) 
və  balta-saqaris  gəzdirirdilər».
9
  Görkəmli  alim,  türk  xalqlarının 
qədim tarix və mədəniyyətinin tədqiqatçısı olmuş Tamara Talbot Rays (1904-
1993)  skiflərin  saqarisə  verdikləri  önəmi  şərh  edərək  bildirir: 
«Doğrudur, 
8   
Sharp L. Steel Axes for Stone Age Australians // Steward J.C., Murphy R.F.: Evolution and ecology
Essays on Social Transformation by Julian H. Steward. University of Illinois Press, Urbana, Chicago, 
London, 1977. 

 Геродот. «История», ОЛМА-ПРЕСС Инвест, 2004
  


Damğalar, rəmzlər… mənimsəmələr
- 120 -
Herodot  skiflər  arasında  yayılmış  balta  kultunu  vurğulamışdır  və 
qiymətli  metallardan  nəfis  şəkildə  hazırlanmış  baltalar  həqiqətən  də 
hökmdarların  müstəsna  hakimiyyətinin  simvolu  olmuşdur.  Lakin 
arxeoloji  qazıntılar  zamanı  skif  məzarlarında  belə  rəmzi  baltalar  adi 
baltalarla müqayisədə gözlənildiyindən az aşkar edilir. Onların ən yaxşısı 
Kelermesdən  (Rusiyanın  Adıgey  vilayətindəki  Kelermes  çayı  sahilindəki 
skif məzarlığı, e.ə. VI əsr) 
tapılan qızıl işləməli baltadır».
10
 Xanım Raysın 
səmimi təəssüf hissinə isə sadə bir məntiqlə cavab verilə bilər: Şahların və 
rəiyyətin sayları bir ola bilməzdi... 
Əslində, yunan dilində «sakaris» (σαγαρι) sözünün ilkin anlamı bu silahın 
daşıyıcıları olan tayfa birləşməsinə – sakalara verilən ad idi. «Saka» və «ar/
ər» (insan, döyüşçü) kəlmələrinin birləşməsindən yaranan «sakar» etnoniminə 
yunan dilində kişi bildirən «is» şəkilçisinin əlavəsi nəticəsində «sakaris» həm 
sakaları, həm də onların qorxunc silahı olan baltanı ifadə edirdi. Qeyd edək 
ki,  hazırda  Türkmənistanda,  Cərcov  rayonunda  sakar  tayfasının  törəmələri 
yaşamaqdadır. Etnoqrafik araşdırmalara əsasən, bu tayfa dörd iri uluqa (tirəyə) 
bölünmüşdür: Məryə, Kızan, Qara Mahmud və Siyədağ Sakar. Bundan başqa, 
sakarların içərisində Altın, Qurd, Pəttə Arıq, Yaycı, Ulu Arıq, Xəzərək nəsilləri 
də vardır.
11
 Maraqlıdır ki, həmin sakar tirələrinə və nəsillərinə Azərbaycanda 
da rast gəlinir. 
Eramızın  VIII  əsrində  Xəzər  dövlətində  tayfalararası  qarşıdurmalar 
nəticəsində  müasir  macarların  etnogenezində  fəal  rol  oynamış  saka-skif 
mənşəli kabar (kəvər) tayfa birləşməsi Dnepr və Karpat dağlarının arasındakı 
«Etelgöz» adlanan ərazidə məskunlaşmışdır. IX əsrdə isə sekey (sekeli, sekuy, 
sekier, sakar) tayfası həmin birlikdən ayrılaraq, buradan  Transilvaniyaya köç 
etmişdir.
12
Aşağıdakı  eyni  süjetli  şəkillərə  diqqət  yetirək.  Onlardan  birində  – 
eramızdan  əvvəl    III  minilliyin  sonlarına  aid  olan  barelyefin  sxematik 
təsvirində (1) Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamış qədim 
etnoslardan olan kutilərin sərkərdəsi (rəmzi yay və qurşağa keçirilmiş balta 
ilə)  təsvir edilmişdir.
13
 Sərkərdənin boynundakı medalyon isə barəsində az 
sonra danışılacaq «abak» adlanan qədim türk damğasının   təsviridir. 1907-
10 
 Тамара Т. Райс. «Скифы. Строители степных пирамид»,
 «Центрполиграф», 2004
11  
Г.И. Карпов. «Родо-племенная структура Туркмен»,  turkmenhistory.narod.ru
12 
 Алексис Шнайдер, «Венгры (мадьяры)», http://www.randevu-zip.narod.ru/europe/east/hungary.htm
13 
 И.Дяконов. «История Мидии». Москва, 1956


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə