Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   42   43   44   45   46   47   48   49   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 116 -
və  üçdişli  döyüş  yabaları),  süngü  (nizə),  Togrul  qartal/ikibaşlı  qartal,  qoç/
təkə  buynuzu  və  s.  anlayışlarının  hər  birinin  qədim  dövlətçilik  rəmzləri 
olmasıdır.  Bu  işarə  Qızıl  Orda  dövlətində  «Böyük  İskəndərin  nişanı»  da 
adlandırılır və bir sıra türk xalqlarının bayraqlarında altıguşəli ulduzla yanaşı 
təsvir  olunurdu. 
«Qədim  bulqarlar  bu  rəmzi  Hindistan  və  Fələstindən 
tutmuş Almaniya  və  İtaliyayadək  nəhəng  bir  ərazidə  yaymışlar».
1
  Yeri 
gəlmişkən, xan damğasının   üç aləmə, dörd stixiyaya (torpaq, hava, su, 
od) və ya dörd cəhətə (şimal, cənub, şərq, qərb) istiqamətlənmiş bərabərtərəfli 
Tenri xan rəmzi - aça (haça, xaç)    ilə birliyinin qrafik təzahürü 
 bu 
gün dini mənsubiyyətindən asılı olmayaraq, bütün türkdilli xalqların tətbiqi 
sənətində geniş yayılan etnik ornamentlərdəndir. Yalnız orta əsrlərdə xristian 
dininin rəmzlərindən birinə çevrilən həmin işarəyə Şərqi Avropanın pravoslav 
məbədlərində, məsələn, Bolqarıstandakı Müqəddəs Məryəm kilsəsinin (XIV 
əsr) daşları üzərində də rast gəlinir.
2
 Azərbaycan, Anadolu, Mərkəzi Asiya, 
Krım,  Tatarıstan  xalçaçılıq  sənətində  «daraq»  kimi  tanınan  işarənin  həm 
də  «xan  damğası»,  «baltavar»,  «eltəbər»,  «daraq  damğa»,  «quşlu  damğa» 
(ikibaşlı qartal) adları altında tanınması onun digər damğa işarələri arasında 
üstün  statusa  malik  olmasının  göstəricisidir.  Burada  bir  vacib  məqamı 
vurğulamaq  istərdik.  Ortaq  olaraq  «xan  damğası»  adlandırılan  və  çoxsaylı 
variantları olan bu işarə   qədim türk tayfalarında fərqli semantikaya malik 
idi. Məsələn, hun və xəzərlərdə, qıpçaqlarda vassallığı təcəssüm etdirirdisə, 
orta əsrlərdə oğuzlarda ali hakimiyyəti, dini və dünyəvi hakimiyyətin bir əldə 
cəmləşdirilməsini (bax: «Quşlu damğa») bildirirdi.             
Azərbaycanın Quba, Şirvan və Qarabağ xalçalarında «xan damğası», 
«daraq» və ya «baltavar» ornamenti 
3
1   
«Древнобългарската митология», 4 част, http://atil.blog.bg/history/2012/01/20/drevnobylgarskata-mitologiia-4-
chast.886479
2   Н.Соболева. «Очерки истории Российской символики: От тамги до символов государственного суверените-
Н.Соболева. «Очерки истории Российской символики: От тамги до символов государственного суверените-
та», http://www.rumvi.com

 «Azərbaycan xalçaları», сild 2, №4, 2012


Damğalar, rəmzlər… mənimsəmələr
- 117 -
Qədim  türklərin  dövlətçilik  iyerarxiyasında  mühüm  yer  tutan 
«eltəbər» 
titulu  mərkəzi  hakimiyyətə  tam  və  ya  qismən  tabe  olan  vassal  hakimlərə, 
məliklərə, müasir terminologiya ilə desək, «vali», «qubernator» funksiyalarını 
icra  edən  xan  və  sərkərdələrə  verilən  rütbə  idi.
  Bəzi  mənbələrdə  onun 
«iltəbər», «yaltavar», «ışbara» kimi variantlarına da təsadüf olunur. Bu gün 
İranda  yaşayan  qaşqaylar  (etnik  azərbaycanlılar)  arasında  «tayfa  başçısı», 
«nəslin ağsaqqalı» anlamında işlədilən və «eltəbər» sözünün törəməsi olan 
«ilbəgi» (elbəyi) titulu hələ də qalmaqdadır.  Qədim Çin mənbələrinə görə, 
648-ci  ildə  Xanbalıq  (Pekin)  şəhərinə  göndərilən  qırğız  elçisi  «eltəbər» 
titulunu daşıyırdı və bu, çinlilərin türk sərkərdələrinə ünvanladıqları «şe-li-
fa»  və  ya  «xsie-li-fa»  kimi  rütbələrin  analoqu  sayılırdı.  Başqa  bir  qənaətə 
əsasən, eltəbər/baltavar titulu Atillanın qurduğu Hun imperiyası dönəmində 
də mövcud olmuş, sonralar Xəzər xaqanlığında da geniş yayılmışdır. Tarixi 
mənbələrdə Qafqaz hunlarının başçısı Alp İltəbər, Xarəzm xanı Xatimolteber 
(?), Volqaboyu Bulqar dövlətinin başçısı Baltavar haqqında məlumatlar vardır. 
VII  əsrə  aid  qədim  salnamələrdə  uyğur  hökmdarlarından  Tumidu  xaqanın 
(Uluq Eltəbər), Yabqu Eltəbərin adları çəkilir.
4
 X əsrdə yaşamış ərəb səyyahı 
və diplomatı Əhməd ibn Fədlan Volqaboyunda olarkən buradakı bulqar-suvar 
tayfa  birliyinin  başçısı  Eltebər Almuşda  (əl-Həsən  ibn  Baltavar)  haqqında 
da ətraflı söz açır. VII əsrdə yaşamış alban tarixçisi Musa Kağankatlı (erm.: 
«Kaqankatvaüi»,
 türkcə: «Xaqanın şəhərindən olan») «Alban ölkəsinin tarixi» 
əsərində Xəzər  dövlətinin eltəbəri Alp  İltəbərin də adını çəkir.  Salnamənin 
erməni dilinə tərcüməsində onun titulu «iltuverutyun» şəklində qeyd olunur. 
Bildirilir ki, Xəzər xaqanı bu titulu ona «pativ» (qədim İran dillərində olan 
«pati»  sözündəndir  və  «başçı»,  «yüksək  çin»  anlamında  işlədilirdi)  kimi 
vermişdir. Türk xalqlarında hökmdar öz adı ilə çağırılmadığı üçün ona «Alp 
İltəbər»  deyirdilər. VII  əsrdə  Xəzər  imperiyasının  tabeliyinə  keçən  Qafqaz 
hunlarının ilk eltəbəri «Alp Bulu» kimi tanınan Bulu Şad («şad»: Türk və Xəzər 
xaqanlıqlarında varislik hüququ olmayan şahzadəyə verilən rütbə) olmuşdur. 
O da məlumdur ki, Qafqaz Albaniyasının katalikosu Viro ölkəsini hunların 
basqınlarından qorumaq üçün 631-ci ildə onun hüzuruna gəlmiş və salnamədə 
«yırtıcı aslan balası Şat» kimi də xatırlanan Alp İltəbərə Albaniyanın  tarixən 
hun əraziləri olduğunu bəyan etmişdir.
5

 А.Камалов. «Древние уйгуры. VIII-IX вв.». Алматы: «Наш мир». 2001.

 К.Алиев. «Великий князь Алп-Илитвер. К эпической биографии правителя кавказских гуннов 
(гуннуг-ундуров) // газета «Ёлдаш/Времена», 22 июль 2011 г.


Damğalar, rəmzlər… mənimsəmələr
- 118 -
Bir sıra mülahizələrə əsasən, «eltəbər» kəlməsi «el» (ölkə), gücləndirici 
«ta» və «bar» (bütün) sözlərinin birləşməsindən yaranmışdır. Macar linqvisti 
A.Bombaçi bunu əsas götürərək, «eltəbər» titulunun «xalqın, tayfanın başçısı» 
anlamı verməsi qənaətinə gəlmişdir.
6
 Kül tigin mətnlərində 
«eltəbərliğ bodun» 
(eltəbəri/rəhbəri olan xalq) ifadəsinə rast gəlinir. Bu gün «vətən», «coğrafi 
mənşə ərazisi» anlamını verən «el» kəlməsi qədim türk dillərində «tayfa ittifaqı» 
mənasında işlədilirdi. Saka-skif dilinin daşıyıcılarından biri sayılan çuvaşların 
dilində «təbər» sözü indinin özündə də «başçı», «rəhbər» kimi izah olunur. 
Lakin titulun ilkin semantikasının qədim dövlətçilik atributları kontekstindən 
təhlili sözün kökündə fərqli mənanın dayandığını göstərir. Məsələn, damğa 
işarəsinin qrafik təsvirinin   bəzi deşici və doğrayıcı silahlara bənzərliyinə 
söykəndiyini bildirən tatar tədqiqatçıları, zənnimizcə, haqlı olaraq «baltavar» 
sözünün qədim türk dövlətçilik rəmzlərinin adlarından - «balta» (tək və ya 
ikiağızlı  balta)  ilə  «ber»  (yay-oxun  nadir  işlədilən  etnik  adı)  kəlmələrinin 
birləşməsindən  yarandığını  bildirirlər.  Fikrimizcə,  əgər  bu  titulun  yay-oxla 
əlaqələndirilməsi istisna olunarsa, onun qədim sakral rəmzlərdən olan «balta» 
işarəsi ilə bağlanması həqiqətə uygun ola, bu rütbənin ilkin semantikasının 
bərpasında açar rolunu oynaya bilər. 
Bu qənaəti - «eltəbər» və ya «iltəbər», «baltavar» titullarını 
«el/il + təbər», 
«balta + ber/var» söz birləşmələrindən yaranmasını əsaslandırmağa çalışaq. 
Dünyanın  bir  sıra  qədim  xalqlarında  balta  ilahilərin  solyar  rəmzlərindən 
biri kimi qəbul edilmişdir. Bu qorxunc silah bir tərəfdən ilahi qəzəbi, cəza 
atəşini, şimşəyi, digər tərəfdən isə mütləq gücü, hakimiyyəti, məhsuldarlığı 
və tanrıların insanlara yardımını təcəssüm etdirirdi. İkiağızlı (ikibaşlı) balta 
ilkin dövrlərdə Göy tanrısı və Yer ilahəsi arasında izdivacı, Yaranışı simvolizə 
etsə də, sonralar «ikibaşlı qartal» rəmzinin arxetiplərindən biri olaraq dövlət 
idarəçiliyində  dini  və  dünyəvi  hakimiyyətin  vəhdətini  ifadə  etmişdir.  O  da 
maraqlıdır ki, türk xalqlarının damğa təsnifatında həmin semantikanı verən 
bir sıra damğa işarələrinin adları müxtəlif olsa da («qoşa balta», «baltavar», 
«ikibaşlı qartal», «Ay-Günəş»/»Ay-ulduz», «yay-ox» və s.), təsvirləri eynidir. 
Əski türklərin qam-şaman oyunlarında (ayin rəqslərində) balta ilahi qüvvələr 
və  ruhlarla  ünsiyyət  yaratmaq  vasitələrindən  biri  sayılırdı.
7
  Bu  sakral  silah 
vaxtilə Şumer, Hett, Akkad, Qədim Misir, Assuriya, Manna, Midiya, Urartu 

 Yenə orada
7   З.Наурзбаева. «Семь ипостасей Коркута», http://www.otuken.kz/index.php/mythzira/48-korkut


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə