Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   38   39   40   41   42   43   44   45   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 105 -
Məsələyə  türk  xalqlarının  birliyi  kontekstindən  yanaşılanda  «Turan» 
anlayışı  təkcə  məhdud  coğrafi  ərazi  ifadə  etmir.  O,  daha  geniş  sahələri 
əhatə  edən  etnomədəni  məkan  kimi  qəbul  olunmalıdır.  İranşünasların  və 
avrosentrizm  nəzəriyyəsi  tərəfdarlarının  formalaşdırdıqları  mövqeyə  görə, 
türklər Qafqazın, Ön Asiyanın avtoxton sakinləri deyil, yalnız eramızın ilk 
əsirlərində  buraya  işğalçı  qismində  gəlmiş  və  yerli  mədəniyyətləri  məhv 
etmiş köçəri tayfalar olmuşlar. SSRİ dönəmində də türk xalqlarının tarixinin 
obyektiv  öyrənilməsinə  və  onların  milli  mədəniyyətlərinin  təbliğinə  qarşı 
yönəldilən  ciddi  maneələrin  dərin  siyasi  kökləri  vardır.  Təməli  hələ  Çar 
Rusiyası tarixçiləri tərəfindən qoyulan belə münasibət, təəssüf ki, bu gün də 
davam etməkdədir. Məsələn, Rusiya İmperiyası Elmlər Akademiyasının 1855-
ci ildə nəşr olunmuş illik hesabatında tədqiqatçılar üçün nəzərdə tutulmuş belə 
bir təlimat açıq şəkildə yer almışdır: «Türklər dünya tarixində heç vaxt yüksək 
mövqe  tutmamalıdırlar».
160
  Bu  ənənə  sovet  hakimiyyəti  illərində,  xüsusilə 
SSRİ-nin süqutu ərəfəsində geniş vüsət almışdır. 
Digər  bir  misal.  Rusiyalı  akademik  B.Rıbakovun  rəhbərliyi  altında 
işıq  üzü  görmüş  «SSRİ  meşə  zolağında  tunc  dövrü»  əsərində  burada 
qədim  dövrlərdə  məskunlaşmış  etnik  qruplar  arasında  türk  tayfalarının 
nəinki  adları  çəkilmiş,  hətta  onların  bu  regionda  tarixən  mövcudluğuna 
da  toxunulmamışdır.  Kitabda  bu  «unutqanlığın»  səbəbi  belə  izah  olunur: 
«Məlumdur  ki,  Tunc  dövrü  ərzində  müasir  türkdilli  və  monqoldilli 
xalqların  əcdadları  Şərqi  Sibirin  aşağı  hissəsində,  Baykal  gölünün 
cənubunda  məskunlaşdıqları  üçün  nə  Sibirin,  nə  də  Şərqi Avropanın 
etnik tarixində fəal rol oynamışlar».
161
 Başqa bir əsərdə - T.Qamkerilidzenin 
və V.İvanovun SSRİ-nin ali - Lenin mükafatına layiq görülən «Hind-avropa 
dilləri  və  hind-avropalılar»  kitabında  da  regionun  qədim  tarixi  irandilli 
etnik  qrupların  xeyrinə  məqsədli  şəkildə  saxtalaşdırılmışdır.
162
  1980-ci 
ildə  Daşkənd  şəhərində  keçirilmiş  III  Ümumittifaq  Türkoloji  Konfransda 
tanınmış tatar türkoloqu Mirfatah Zəkiyev belə yanaşma tərzinə qəti etirazını 
bildirərək  demişdir: 
«Türk  xalqlarının  hunlara  qədər  olan  dövrlərə  – 
skif-saklara,  sarmatlara,  kuşanlara  və  digərlərinə  aid  olan  linqvistik 
materiallarının etimologiyasının əsas etibarilə iranşünaslar tərəfindən 
160
  «Ученые записки», СПб,1855.
161
  «Эпоха бронзы лесной полосы СССР», изд.Институт Архиологии АН СССР, 1987.
162
  «Индоевропейский язык и индоевропейцы», Тбилиси, 1984.


Damğalar, rəmzlər… mənimsəmələr
- 106 -
öyrənilməsi  nəticəsində  həmin  xalqlar  məqsədli  şəkildə  «irandilli» 
elan  edilmişlər.  Nəticədə,  Şimali  Qafqazda,  Volqaboyu  və  Uralda, 
Şərqi  Sibirdə,  Mərkəzi  Asiyada,  Qazaxıstanda  aşkar  edilmiş  unikal 
arxeoloji mədəniyyətlər türk kontekstindən çıxarılaraq İran etnosuna 
aid  edilmişdir».  Dağıstan  alimləri  Qazi  Laypanov  və  İsmayıl  Miziyevin 
etnoqrafik  tədqiqatlarının  da  əsas  məqsədi  Turan  etnomədəni  məkanının 
öyrənilməsində birtərəfli yanaşmaları, türkdilli xalqların tarixinin məqsədli 
şəkildə  saxtalaşdırılmasını,  onların  maddi-mədəni  irsini  mənimsəmə 
səylərini  ifşa  etməkdir.  Araşdırmalar  zamanı  süni  maneələr  və  siyasi 
xarakterli təzyiqlərlə üzləşən «millətçi», «pantürkist» və «turançı» stereotip 
ittihamlarına məruz qalan tədqiqatçılar yazırlar: 
«Bir çox tarixçi türklərin 
sosial-iqtisadi  və  mədəni  inkişafını,  onların  dünya  sivilizasiyasına 
töhfələrini məqsədli şəkildə inkar etməkdədir. Hətta eramızdan əvvəl 
I minillikdə Qazaxıstan, Mərkəzi Asiya ərazilərində yaşamış sakların 
mənşə  etibarilə  türk  olmaları  barədə  mütəxəssislərin  qənaəti  hələ  də 
müəyyən  dairələrdə  qıcıq  oyatmaqdadır.  Belələri  türklərin  yaradıcı 
deyil,  dağıdıcı  xalq  olduğunu  bəyan  edir,  Sibir, Altay,  Mərkəzi Asiya 
və  Qazaxıstandakı  türk  tayfalarının  qədim  mədəniyyət  nümunələrini 
istisnasız  olaraq  irandilli  qəbilələrin  nailiyyətləri  kimi  tanıdırlar. 
Onların fikrincə, türklər bu torpaqlara yaxın dövrlərdə Şərqdən gəlmiş 
və  «yerli  İran  tayfalarını»  sıxışdırıb  türkləşdirmişlər. Axı,  o  da  yaxşı 
məlumdur ki, nə İranda yaşayan çoxsaylı azərbaycanlılar farsları, nə də 
Volqaboyu tatarları qonşu xalqları assimilyasiya etmişlər».
163
 
Digər saxtakarlıq səyləri türk xalqlarının etnogenezini bir xalq olaraq 
XI-XII  əsrlərdə  müxtəlif  tayfalar  əsasında  formalaşan  monqollarla 
bağlamaq,  Avropanın  tarix  və  mədəniyyətində,  etnik  mənzərəsində 
türk  tayfalarının  izlərini  gizlətməkdir.  Bu  tipli  səylərə,  eləcə  də  Çingiz 
xanın yürüşlərini şərti «monqol-tatar basqınları» adlandırmaq cəhdlərinə 
qarşı çıxış etmiş görkəmli qazax maarifçisi, türkoloq Sarsen Amanjolov 
(1903-1958) vurğulayırdı: 
«Bu gün hər kəsə yaxşı aydındır ki, tatarlar 
(qıpçaqlar)
  türk  xalqıdır,  onları  monqollarla  eyniləşdirmək  düzgün 
deyildir. Onlar arasında qan qohumluğu yoxdur. Yəni biri türk, digəri 
isə monqol dilində danışır və bir-birilərini başa düşmürlər. Bununla 
163
  К.Лайпанов, И. Мизиев. «О присхождении тюркских народов». Черкеск, 1993.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə