Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   35   36   37   38   39   40   41   42   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 98 -
Bu  gün  Dağıstan  və  Krımdakı  türk  xalqlarının,  Kuban  kazaklarının 
qoyun  dərisindən  tikilmiş  papaqlarının  üst  tərəfindəki  (səmadakı  Tanrının 
öz  döyüçüsünü  fərqləndirməsi  üçün)  «xaçvari»  ornamentləri  –  Tenqri  xan 
və  Humay Ana  rəmzləri      zaman  keçdikcə  xristianlaşdırılsa  da,  ilkin 
semantikalarını (İsa Məsihin göydən öz sadiq bəndələrini müşahidə etməsini) 
qoruyub saxlaya bilmişdir. 
Rusiyalı tədqiqatçı Nikolay Mininkov Kuban kazaklarının etnik mənşəyi 
məsələsinə  toxunmadan  onların  geyimlərində  türk  elementlərinin  olması 
səbəblərini  belə  izah  edir:  «Onların  paltarları,  baş  geyimləri  və  silahları 
digər  tayfalara  və  xalqlara  məxsus  idi.  Uzun  müddət  onların  öz  geyimləri 
olmayıb. Rus, türk, çərkəz, tatar geyimləri, bəzən isə müxtəlif xalqlara aid 
paltar  elementlərinin  məcmusu  qəribə  təəssürat  oyadırdı».
147
  XVIII  əsrdə 
yaşamış etnoqraf İ.Georqi kazakların milli geyimlərini belə xarakterizə edirdi: 
«Bütün  kazaklar  bəzən  polşalılar  sayağı,  əksər  hallarda  isə  tatarlar 
(türklər – A.Q.) 
kimi geyinirdilər… Başlarına qoyun dərisindən dəyirmi 
və kənarları hündür papaqlar qoyurdular».
148
 Tatar alimi, Sankt-Peterburq 
Universitetinin professoru Riza Bariyev isə Kuban kazaklarının milli kimliyi 
barədə  bunları  yazır: 
«Kazakların  etnik  təməlini  tarixən  bu  ərazilərdə 
yaşamış  türk  tayfaları  təşkil  edir.  Əcdadlarımız  monoteist  dinlərə 
–  xristianlıq  və  islama  tapınandan  sonra  bölünmüş,  onlar  arasında 
dini  birlik  qan  qohumluğunu  üstələmiş,  beləliklə,  «rus  kazaklarına» 
çevrilmişlər».
149
 
Onu da qeyd edək ki, ilk türk və ya prototürk tayfalarının, o cümlədən saka/
skiflərin,  sarmatların,  massagetlərin  Şimali  və  Cənubi  Qafqaz  ərazilərində, 
Qara  dənizin  şimal  və  şərq  sahillərində  məskunlaşması  bu  gün  tarixçi  və 
etnoqrafların, antropoloqların müzakirə mövzularından biridir. Vaxtilə Zelik 
Yampolski, Mirfatah Zəkiyev kimi alimlər türklərin bu torpaqlarda hələ bizim 
eradan əvvəl yaşamasını sübut etsələr də, məhz tarix elmini siyasiləşdirmək 
meyilləri  bu  tədqiqatların  inkişafına  ciddi  əngəl  olmuşdur.  Məsələn,  hələ 
1966-cı  ildə  arxeoloji  materiallar  əsasında  bu  qənaətə  gəlinmişdir  ki, 
türklərin  əcdadları  Qafqazda,  o  cümlədən  Azərbaycanda  hələ  miladdan 
əvvəl II-I minilliklərdə yaşamış, yarımköçəri həyat tərzi sürmüşlər. Bundan 
147
  Н.Миннников.  «Донская казачество в эпохе позднего средневековья (до 1671 г.)». Ростов н/Д., 1998.
148
  «Донской народный костюм» Ростов н/Д, 1986.
149
 Р.Барийев. «Казаки – коренные жители юга Росии». http://passion-don.org/kazak/bariev_1.html.


Damğalar, rəmzlər… mənimsəmələr
- 99 -
başqa, eramızdan əvvəl XIV əsrə aid Assuriya mixi yazılarında Urmiyə gölü 
sahillərindəki «turukkular» barədə qeyd olunmuşdur.
150
 
Şimali və Cənubi Qafqaz ərazilərində geniş yayılan türk işarələri hələ 1636-
cı ildə burada səfərdə olmuş alman diplomatı və səyyahı Adam Olearinin də 
diqqətindən qaçmamışdır. Səyyah «Moskoviya və Moskoviyadan keçməklə 
İrana, oradan geriyə səyahətin təsviri» əsərində Azərbaycandakı «Barmak» 
(Beşbarmaq) dağı haqqında təəssüratlarını belə ifadə edirdi: 
«Bu dağ Xəzər 
sahilindən iki muşket mənzili (güllə mənzili) məsafədə yerləşir. Uzaqdan 
görünən dağın əhatəsi dairəvi şəkildədir, yuxarı hissəsi isə getdikcə bütöv 
qayaya  çevrilir...  Qaya  türkcə  «Barmaq»  adlanır.  Sanki  əlin  açılmış 
barmaqları  kimi  dağlardan  yüksəkliyə  ucalır».
151
  Qolştiniyya  elçisi  bu 
dağın ətəyindəki qədim karvansaranın daş divarlarında gördüyü damğaların 
bəzilərinin  təsvirlərini          öz  gündəliyinə  köçürmüş  və  səhvən  onları 
«əlifba  işarələri»  adlandırmışdır.  Olearinin  haqqında  bəhs  etdiyi  etnik  türk 
işarələrinin müxtəlif variantları bu gün Azərbaycanın xalçaçılıq sənətində də 
geniş tətbiq olunur.
Azərbaycan  ərazisindəki  türk  damğalarına  maraq  göstərənlər  sırasında 
Çar  Rusiyasının  dövlət  xadimi,  I  Pyotrun  müstəmləkəçilik  siyasətinin  əsas 
ideoloqlarından  sayılan  Moldova  knyazı  Dmitri  Qantemir  (1673-1723)  də 
vardır.  Vaxtilə  Osmanlı  sarayı  mühitində  böyüyüb-tərbiyə  alan,  türk  adət-
ənənələrini,  rəmzlərin  daşıdığı  mənaları  gözəl  mənimsəyən  knyaz  rus 
ordusunun  1722-ci  il  Qafqaz  yürüşündə  fəal  iştirak  etmişdir.  D.Qantemir 
Dərbənd  qala  divarının  Qiyamət  qapısı  üzərində  həkk  olunmuş  işarələr 
haqqında  bunları  yazırdı:  «
Əminliklə  demək  olar  ki,  bunlar  tatar  (oxu: 
türk – 
A.Q.) damğalarıdır».
152
 Dağıstanlı etnoqraf, Kumık Elm-Mədəniyyət 
Cəmiyyətinin sədri Kamil Əliyev Şimali Qafqazda yaşayan türk xalqlarının 
həyatında  damğaların  əhəmiyyətindən  bəhs  edən  «Dağıstandakı  damğa 
nişanları»  məqaləsində  yazır: 
«Balkarların,  qaraçayların,  noqayların  və 
kumıkların  döyüş  sancaqlarında,  matəm  ələmlərində,  toy  mərasimləri 
bayraqlarında,  bir  qayda  olaraq,  nəsil  damğaları  həkk  edilərdi.  Hətta 
gəlin  ər  evinə  köçürüləndə  toy  karvanının  önündə  qaldırılan  bayraq 
üzərində oğlan evinin damğası qız ailəsinə aid nişandan yuxarıda təsvir 
edilərdi».  Müəllif  haqlı  olaraq  Şimali  Qafqazda  yayılan  qədim  damğaları 
150  
«Вестник древней истории», 1952, № 2.
151
  А.Олеарий. «Описание путешествия в Московию». М. «Русич». 2003.  
152
  Л.И.Лавров. «Историко-этнографические очерки Кавказа». Ленинград, 1978.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə