Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   33   34   35   36   37   38   39   40   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 92 -
birləşdirən ittifaqın rəmzi   - Ay damğası ilə əlaqəlidir. Daşkənd vilayətindəki 
osamayli tayfasına isə, adından bəlli olduğu kimi,    - açamay (Humay açası/
xaçı)  işarəsi  məxsusdur.  Eyni  zamanda,  özbəklərdə    -  «balqalı»  (baltalı), 
  -  «qoştamqalı»  (qoşa  damğalı),    -  «sirqali»  tayfaları  da  öz  adlarını 
damğa təsvirlərindən götürmüşlər.
141
Başqa  bir  misal.  «Qıpçaq»  etimologiyasına  dair  müxtəlif  fikir  və 
mülahizələr  mövcudddur  və  onların  bir  çoxu  qədim  rəvayətlər  üzərində 
qurulmuşdur. Fəzlullah Rəşidəddinin «Oğuznamə» əsərinə əsasən, bu kəlmə 
«kabuk»  (ağac  qabığı)  sözündən  yaranmışdır.  Rəvayətə  görə,  qıpçaqların 
ulu  babası  körpə  ikən  ağac  koğuşunda  tapılmışdır.  Digər  tədqiqatçılar 
qıpçaqların böyük hissəsinin ağbəniz və açıq saçlı olduğu barədə mülahizələrə 
söykənərək, sözün kökündə «kuba», yəni «sarışın» kəlməsinin dayandığını 
iddia edirlər. Başqa bir qənaətə əsasən, etnonim qədim türk kəlməsi olan 
və  sonralar  hun  hərb  sənətində  də  yayılan  «kapçaq»  (mühasirəyə  alan, 
darmadağın  edən)  sözündən  törənmişdir.  Oljas  Suleymenov  isə  onun 
etimologiyasını  bilavasitə  damğa  işarələri  ilə  əlaqələndirir.  Məlumdur  ki, 
«süngü» adlanan rəmz   bir tayfa, iki nizə işarəsindən ibarət   damğasının 
semantikası isə «iki tayfanın birliyi» kimi yozulur. Bu məntiqə əsaslansaq, 
Hun  və  Xəzər  imperiyalarının  tərkibində  olan  arqun  tayfasının  damğa 
işarələrindən  birini    «konfederasiya»,  «tayfa  ittifaqı»  kimi  izah  etmək 
mümkündür.  Oğuzlar  bu  işarəni  «qoşa  ox»  adlandırırlar.  O.Suleymenov 
bu  damğanın  Mərkəzi Asiyada,  Şimali  Qafqazda,  noqay  çöllərində  geniş 
yayılmış  adını  -  «eki  pşak»  (iki  bıçaq)  ifadəsini  əsas  götürərək,  tayfa 
birləşmələri əsasında yaranmış «qıpçaq» sözünü həmin işarə ilə bağlayır.
142
Əcdad (Atalar) kultu, ulu babaların ruhuna ehtiram göstərmək, tapınmaq, 
onların  adına  qurbanlar  kəsmək  ənənəsi  qədim  türk  inanclarının  aparıcı 
elementlərindən  biri  idi.  Mərkəzi  Asiya  və  Şərqi  Sibirin  türk  tayfaları 
arasında yayılmış adətə görə, keçə, parça və ya dəridən, ağacdan əcdadların 
fiqurları - uyuqlar düzəldilir, içərisi yun, at tükü ilə doldurulur, onların üzərinə 
tanınma və fərqləndirmə nişanları - mənsub olduqları tayfanın, nəslin damğa 
işarələri  həkk  olunurdu.  Altaylarda  və  uyğurlarda  belə  fiqurlar  (uyuqlar) 
«mənşə», «kök» anlamı verən «töz» və ya «tös», «tösün», «tanqara» (damğa), 
141
 «Tопонимы Угам-Чаткальского Национального Парка», http://www.orexca.com/rus/toponyms_ty-
an-shan.shtml
142
  О.Сулейменов. «Аз и Я. Книга благонамеренного читателя». М., изд. Грифон, 2005. 


Damğalar, rəmzlər… mənimsəmələr
- 93 -
«kuqurcaq»  adlandırılır,  evin  yuxarı  başından  asılır,  köç  zamanı  isə  böyük 
ehtiramla  xüsusi  torbalarda  daşınırdı.  Əbülqazi  Bahadur  xan  Xivəli  (1603-
1664)  uyğurların  bu  adəti  haqqında  belə  yazırdı: 
«Bir  kimsənin  yaxını 
öldüyü  zaman onun  surətini düzəldər və evdə saxlardılar». Uyğur ova 
çıxarkən bu surətin önündə baş əyər, «əcdadların ruhları mənə kömək 
olsun» deyib, tösünün dodaqlarına yağ çəkərdi». Nə qədər qəribə səslənsə 
də,  bu  gün  bostan  və  meyvə  bağlarında,  tarlalarda  uyuqların  qoyulmasının 
ənənəsinin  kökündə  də  həmin  ayinin  unudulmuş  elementləri  -  məhsulun 
mühafizəsi  üçün  onu  əcdadlara  tapşırmaq  istəyi  dayanır.  Bu  inancın  bəzi 
işartıları Azərbaycan  xalçaçılıq  sənətində  istifadə  olunan  ornamentlərdə  bu 
gün də qalmaqdadır. 
1.Azərbaycan xalçaçılığında əcdad kultu elementi. Haşiyə ornamentində nəslin ulu 
əcdadı, baş hissəsində Qaba Ağacın (Dirilik ağacı, Həyat ağacı) rəmzinin   stilizə olunmuş 
variantı, sinəsində isə mənsub olduğu tayfanın damğası   («At» - yəhər+ minici) təsvir 
olunmuşdur. Bu işarə həm də oğuzların qaraevli tayfasına məxsus damğanın elementlərindən 
biridir. Aşağı hissədə nəslin törəmə qollarının sayını göstərən dörd bərabərtərəfli çəpəki 
açanın   təsvirləri  verilmişdir. 2.Azərbaycanın xalça sənətində əcdad kultuna dair daha bir 
ornament. Təsvirin  mərkəzində Humay Ananın rəmzlərindən olan «tumar»   və «daraq» 
 damğa işarələri əks olunmuşdur.
Azərbaycanın Qobustan, Gəmiqaya, Kəlbəcər, Quşçu, Abşeron, Göyçə 
qayaüstü  təsvirlərindən,  qədim  maddi-mədəniyyət  nümunələrindən,  Şərqi 
Sibir və Mərkəzi Asiya ərazilərindəki yazılı kitabələrdən, məzar daşlarından 
göründüyü kimi, ibtidai damğalar sadə həndəsi fiqurlar (kəsişən və paralel 
xətlər,  dairə,  üçbucaq,  dördbucaq  və  s.)  şəklində  olmuş,  zaman  keçdikcə 
onların  sırasına  ezoterik  məna  daşıyan  piktoqramlar  –  totem  quş,  heyvan 
və ağacların qrafik obrazları, silah və məişət əşyalarının, səma cisimlərinin, 
mifik canlıların təsvirləri və s. əlavə edilmişdir. Qeyd olunduğu kimi, damğa 


Damğalar, rəmzlər… mənimsəmələr
- 94 -
işarələrinin semantik izahı tarixi və etnoqrafik araşdırmalar üçün zəngin və 
ən  obyektiv  məlumat  qaynaqlarındandır.  Şimali  və  Cənubi  Qafqaz,  Şərqi 
Anadolu  ərazilərindəki  qədim  maddi-mədəniyyət  nümunələri,  qayaüstü 
təsvirlər üzərindəki damğa işarələri və Şərqi Avropa, Yaxın və Uzaq Şərq, 
Krım,  Mərkəzi Asiya,  Şərqi  Sibirdəki  petroqliflər  arasında  paralellər  türk 
xalqlarının tarixən məskunlaşdığı nəhəng etnomədəni məkanın hüdudlarını 
göstərməkdədir. Eyni damğa tiplərinin fərqli regionlarda aşkar olunmasına 
və  ya  onların  müxtəlif  zaman  kəsiklərində  fərqli  tayfaların  və  ya  tayfa 
birliklərinin rəmzlərinə çevrilməsinə gəldikdə isə qeyd etmək lazımdır ki, 
bu, türk xalqlarının yaşayış məskənləri, onların miqrasiya istiqamətlərinin və 
ayrı-ayrı tarixi olayların – hərbi-siyasi məqsədlər naminə konfederasiyaların 
yaranması prosesinin göstəricisidir. Zaman keçdikcə bəzi sakral damğaların 
populyarlığı, mistik gücünə inam o dərəcədə artmışdır ki, hətta ayrı-ayrı nəsil 
və tayfalar onların adlarını daşımağa başlamışlar. Məsələn, Krım tatarlarının 
«caytamqalı» (caytamqa/yay damğası 
), noqaylarda
 «sırğalı» anlamını 
verən serkeli (serke/sırğa  ), toyirmalı (toyirma/doyurma – iri qazanlarda 
aş/xörək bişirmək üçün əyri qulplu çömçə  ), qazaxlarda aşamay (Humay 
Ananın açası/xaçı  ) və taraqlı (taraq/daraq, dırmıx 
 
tayfalarının 
və s. adları məhz damğa işarələri əsasında yaranmışdır. 
Qeyd edildiyi kimi, mnemonik rəmz kimi türk damğalarını digər xalqların 
tanınma-fərqləndirmə  nişanlarından  fərqləndirən  əsas  xüsusiyyət  onların 
lakonikliyi,  əksər  hallarda  bir  və  ya  iki  fraqmentdən  ibarət  olmasıdır. 
Bundan başqa, onların özəlliklərindən biri islam və xristianlığın türk xalqları 
arasında  yayılmasından  sonra  semantikalarının  dəyişməsi,  əksər  hallarda 
qrafik oxşarlığa görə ayrı-ayrı predmetlərin adlarını daşımalarıdır. Nəticədə, 
müxtəlif  xalqlarda  eyni  damğa  işarəsinə  fərqli  adların  verilməsinin  şahidi 
oluruq. Aşağıda geniş yayılmış türk damğa işarələrinin təsvirlərini, tiplərini, 
bəzilərinin isə oğuz və qıpçaq adlarını diqqətə çatdırırıq: 
Kosmoqonik  (kainatın,  dünyanın  yaranışı)  və  dini  inanclarla  əlaqəli 
damğalar:           - Tenqri, Humay rəmzi, haça, aça, aşa, sarakay, haç, 
xaç, aşamay, sarakay, elşən;   - Günəş;     - Günəş, Nurullah, baybike, 
döngələk, domalaq, xalxa/halqa, altun top;          - Ay;   
- quyruqlu Ay, 
       - Günəş, təkər, batbay;                  - Dirilik/Həyat ağacı; 
               - Ay-Günəş (Ay-ulduz);   - balalı Ay;   - hörüklü Ay; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə