Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/128
tarix02.10.2017
ölçüsü2,8 Kb.
#2777
1   ...   40   41   42   43   44   45   46   47   ...   128

Damğalar, rəmzlər… mənimsəmələr
- 110 -
edən artuklular (artukoğulları) tayfası oğuzun dögər boyunun 
 
 
 
və 
 tərkibində olmuşdur. Lakin artuqlular Anadoluda yerləşdikdən sonra 
hakim qayı boyu ilə aralarında yaranmış yaxınlaşma yeni birliyə çevrilmişdir. 
Nəticədə, artuqlular qayı boyuna qoşulmuş və onun damğa işarəsini   qəbul 
etmişlər.
Türk  tayfaları  arasında  tarixi  enomədəni  və  etnosiyasi  proseslər  – 
nəsil,  tayfa  ittifaqlarının  yaranması  və  ya  belə  birliklərin  ayrı-ayrı  qollara 
parçalanması,  bir  tayfanın  digərinin  dominatlığını  qəbul  etməsi  damğa 
işarələrinə də təsirsiz ötüşməmişdir. Belə ki, bəzi hallarda müəyyən rəmzlərin 
konkret  olaraq  hansı  tayfaya  məxsus  olduğunu  təyin  etmək  problemli 
məsələyə çevrilir. Məsələn, Mahmud Kaşğarinin təsnifatında oğuzların əfşar 
boyunun rəmzi kimi göstərilən damğa işarəsini   görkəmli noqay etnoqrafı və 
maarifçisi Əbdülhəmid Canıbəyov (1879-1955) «bodrak» adı ilə noqayların 
kanqlı tayfasına aid edir.
167
 Xatırladaq ki, «bodrak» etnonimi türkmənlərdə, 
qazax və başqırdlarda, noqay və ağnoqaylarda mövcud olmuş böyük tayfa-
nəsil birliklərindən birinin adı idi. Dəqiq yozumu olmasa da, bəzi mənbələrdə 
«budrak» kəlməsi «azad», sərbəst», «müstəqil» kimi izah edilir.
168
 
Belə damğa mübadilələrinin hansı etnosiyasi hadisələrin nəticəsi olduğunu 
göstərmək üçün yenidən oğuzların əfşar və qıpçaqlara aid olunan kanqlı boyları 
arasında  tarixi  münasibətlərə  müraciət  edək.  Məlum  olduğu  kimi,  müxtəlif 
mənbələrdə kanqlı «kanqha», «kanqdiz», Çin salnamələrində isə «kanqyuy» 
kimi qeyd olunan kanqarlar (kəngərlər) eramızdan əvvəl II əsrdən eramızın IV 
əsrinə kimi Mərkəzi Asiyada qüdrətli türk dövləti yaratmışlar. Onun paytaxtı 
olan  Kanqşa  şəhəri  (indiki  Xarəzm)  «Avesta»  kitabında  Turanın  paytaxtı 
kimi  göstərilmiş,  hökmdarları  isə  oğuzlarda  olduğu  kimi  «yağbu»  titulunu 
daşımışdılar. Bu dövlətin süqutundan təqribən 600 il sonra oğuz və qıpçaqlar 
Xarəzm şəhərindən Volqa çayınadək uzanan nəhəng ərazidə yenidən birləşərək 
XI-XII əsrlərədək mövcud olmuş Kanqlı tayfa ittifaqını qurmuşlar. Təbii ki, 
həmin  tarixi  birliklərə  daxil  olan  əfşar  və  kanqlı  tayfalarının  eyni  damğa 
işarəsinə malik olması aralarındakı etnomədəni və siyasi bağlılıqla izah edilə 
bilər. Osman Akçokraklının təqdim etdiyi Krım damğaları təsnifatında əksini 
tapan buyten, burlak, dair, caytamqalı (yaydamğalı) tayfalarının rəmzləri ilə 
167
  А.-Х. Ш. Джанибеков. «Очерки по Истории Ногайцев», 1935 г., Архив Даг НИИИЯЛ им Г. 
Цадасы, Ф 28, Оп. 1, Д. 2. 
168
  В.А.Бушаков. «Лексичний склад історичної топонімії  Криму», Київ, 2003.


Damğalar, rəmzlər… mənimsəmələr
- 111 -
oğuzun  avşar  tayfasının  tanınma-fərqləndirmə  nişanı  (Əbdülqazi  Bahadur 
xana  görə)  eyni  semantikaya  malik  işarələrdən 
  və 
  ibarətdir. 
«Ocaq» anlamı verən damğa 
 həm Krımın qıpçaq tayfalarında, həm də 
oğuzun  alayuntlu  tayfasında  (yenə  Əbülqazi  Bahadur  xanın  təsnifatında) 
vardır.
169
 Bu yaxınlıq Azərbaycan xalça ornamentlərində də geniş yayılmışdır. 
Bundan başqa, oğuzların bayat -   («Şəcərəye-Tərakimə»), kizik-   («Cami 
ət-Təvarix»),  əfşar  - 
  (yenə  orada),  çəbni  -    («Təvarixi  al-i  Səlcuq») 
boylarına məxsus damğalar paralel olaraq, noqayların manqıt, otar, uymaut, 
saray tayfalarının da rəmzləridir. Eyni ortaqlığa Şimali və Cənubi Qafqazın, 
Anadolunun, Mərkəzi Asiyanın, Volqaboyu türk tayfalarının işarələrində də 
təsadüf edilir. Bundan başqa, xalçalarımızda qazaxların sarıuysun tayfasının 
damğasına  oxşar  naxışlara  da 
 
  rast  gəlinir.
170
  Bütövlükdə,  belə 
bənzərliyin  əsas  səbəbi  türk  tayfalarının  ortaq  inancları,  həyat  tərzləri  və 
mifoloji təsəvvürləridir. 
Oğuz  tayfalarının  damğa  işarələrinin  milli  xalçaçılıq  sənətində  inikası 
ilə bağlı bir önəmli məsələni də diqqətə çatdırmaq istərdik. Qeyd olunduğu 
kimi, ötən əsrlərdə konkret ailəyə, nəslə və ya tayfaya mənsub olan xalça bu 
toplumun  tarixi,  mənşəyi,  məskunlaşdığı  ərazi,  statusu,  hətta  müttəfiqləri, 
qohumlaşdığı  analoji  icmalar  haqqında  qısa  ideoqrafik  «anket  məlumatı» 
verən mənbə olsa da, indi bu işarələri «sətiraltı oxumaq» ənənəsi tamamilə 
unudulmuş, xalça naxışlarının ad və təyinatları əsasən təhrif edilmiş, nəticədə 
estetik  bəzək  ünsürünə,  ən  yaxşı  halda  isə  ziddiyyətli  fərziyyələr  yaradan 
mürəkkəb  kriptoqramlara  çevrilmişdir.  Etiraf  edək  ki,  qədim  xalçaçılıq 
ənənələrinə  malik  Azərbaycanda  belə  «deşifrə»  ənənələrinin  yaddaşlardan 
silinməsi  milli-mədəni  irsin  inkişaf  etdirilməsi,  eləcə  də  mənimsəmələrdən 
mühafizəsi  baxımından  da  bağışlanılmazdır.  Bu  amil  etnomədəni  irsimizi 
dünyaya tanıtmaq, təbliğ etmək üçün onları öyrənmək, ortaya təkzibolunmaz 
sübutlar  qoymaq  üçün  əvəzsizdir.  Sübutlar  isə  onların  etnomədəniyyətə, 
milli  mifoloji  təsəvvürlərə,  yaşam  tərzinə  üzvi  şəkildə  bağlı  olan  damğa 
və  rəmzlərin  semantikasında,  etimologiyasında,  işlənmə  və  ya  hazırlanma 
texnologiyasındadır.  Məsələn,  Azərbaycan  xalqının  maddi-mədəni  irsini 
uğurla təbliğ edən nəşrlərin birində aşağıdakı Quba-Şirvan xalçası haqqında 
169
  О.Акчокраклы. «Старокрымские и отузские надписи 13 - 15 вв.» / / Известия Таврического 
общества истории, археологии и этнографии, 1927.
170
 А.Е. Рогожинский. «Роль номадов в формировании культурного наследия Казахстана». Алматы, 2010. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə