29
Düşünən İnsan, Sentyabr 2016
Darvinistlərin iddialarına görə, bu
rəsmləri çəkənlər guya ağacdan
təzəlikcə enən, zehinləri təkmil-
ləşməkdə olan varlıqlardır. Lakin həm
bu rəsmlərin sənətkarlıq baxımından
dəyəri, həm də son tədqiqatların
göstərdiyi nəticələr təkamülçülərin
bu iddialarını əsassız edir. Sözü
gedən rəsmləri çəkənlər həm üstün
estetika anlayışına, həm mütərəqqi
sənətkarlıq texnikasına, həm də
tədqiqatların göstərdiyinə görə elmi
məlumata sahib olan insanlardır.
1. BBC News, 10 yanvar 2002
2. National Geographic, avqust 2001,
səh. 156
3. BBC News, 9 avqust 2000
Mərkəzi Fransada tapılan Lasko
mağaralarındakı məşhur divar rəsmlərində
tarixdən əvvəlki dövrə aid (gecə vaxtı) göyün
xəritəsi kəşf edildi. 16.500 illik tarixə sa-
hib olduğu təxmin edilən xəritə bugünkü
günümüzdə yay üçbucağı (summer triangle)
olaraq tanınan üç parlaq ulduzu göstərir.
Laskodakı cizgilər arasında, ayrıca ola-
raq, Pleyada ulduz kəhkəşanının da xəritəsi
tapıldı... 1940-cı illərdə kəşf edilən divarlar
əcdadlarımızın sənət qabiliyyətlərini göstərirdi.
Lakin bu gün artıq sözü gedən rəsmlərin
atalarımızın elmi biliklərinin səviyyəsini də
göstərdiyi aydın olmuşdur.
3
Düşünən İnsan, Sentyabr 2016
Düşünən İnsan, Sentyabr 2016
U
rfa yaxınlığındakı Göbəkli Təpədəki
qazıntılarda alimlər tərəfindən misilsiz
və bənzərsiz kimi qiymətləndirilən
tapıntılar əldə edilmiş, üzərində heyvan təsvirli
relyeflərin olduğu, diametri 20 metrdən və
hündürlüyü insan boyundan artıq olan nəhəng
“T” şəklində sütunlar aşkarlanmışdır. Bu sütunlar
dairəvi şəkildə düzülmüşdü. Əslində, elm dünyasını
çalxalayan xüsusiyyət isə bu ərazinin yaşıdır: 11
min il əvvəl inşa edilmişdir. Təkamülçü iddiaya
görə, dövrün insanları ibtidai daş alətlərlə bu
görkəmli abidəni inşa etmişdilər. Bu cür yanlışlığa
görə, həmin mühəndislik möcüzəsi bundan 11 min
il əvvəl ən ibtidai vasitələrlə işləyən yığıcılıq və
ovçuluqla məşğul olan insanların əl işidir. Əlbəttə,
bu, inanılması mümkün olmayan bir hekayədir.
Həqiqətən də Göbəkli Təpədə arxeoloji qazıntı
işlərini aparan qrupa rəhbərlik edən prof. Klaus
Şmidt (Klaus Schmidt) də bu həqiqəti aşağıdakı
kimi ifadə etmişdir:
Həmin dövrdə yaşayan insanların sanki bugünkü
insanlardakı kimi düşünmə qabiliyyəti müşahidə
edilir. Onlar bizim həmişə fikirləşdiyimiz kimi
ibtidai insanlar deyil. Onların ağacdan enərək
mədəniyyət qurmağa çalışan meymunabənzər
varlıqlar olduqları düşünülməməlidir. Zəka
nöqteyi-nəzərindən baxsaq, bizə oxşar olduqları
görünür.
1
Arxeoloq Klaus Şmidt bu nəhəng ölçüdəki
daşların həmin dövrün şərtlərində necə daşındığını,
necə formaya salındığını aydınlaşdırmaq üçün
qazıntı aparan qrupla birgə bir sınaq keçirmişlər.
Bu sınaqda maşınların köməyi olmadan, sadəcə
guya tarixdən əvvəlki dövrdə yaşayan insanların
istifadə etdiyi ibtidai alətlərlə böyük bir qaya
bloku üzərində işləməyə başladılar və onu çox
qısa məsafəyə daşımağa cəhd etdilər. Onlar əsl
abidədəki daşlara nisbətən daha kiçik ölçülü bir
qaya bloku üzərində işləməyi üstün tutmuşdular.
Qrupun bir qismi kötük, ip və qol gücü ilə təbii və
sadə vasitələr düzəldərək daş üzərində işləməyə
başlamış, digərləri isə əllərində daşlarla e.ə. 9000 il
əvvəl yaşayan daş ustaları kimi sərt bir yerdə oyuq
oymağa başlamışlar. (Təkamülçü tarix anlayışına
görə, həmin günlərdə metal alətlər olmadığına görə,
daş dövrünün insanlarının sərt və ucu şiş çaxmaq
daşından istifadə edildiyinə inanırlar.) Daşı oymağa
URFADA GÖBƏKLİ TƏPƏDƏKİ
SİVİLİZASİYA İZLƏRİ
30
www.dasdovru.elmisaytlar.com
çalışan işçilərin 2 saat boyunca dayanmadan davam
edən səyləri nəticəsində, ortaya sadəcə bilinməyən
xətt çıxmışdır. Daşı daşımağa çalışan qrupun 4 saatlıq
intensiv fəaliyyəti nəticəsində 12 nəfər ağır qaya
blokunu sadəcə 7 metr hərəkət etdirə bilmişdilər.
Aparılan bu sınaq nəticəsində tək bir daş çevrənin
qurulması üçün yüzlərlə işçinin aylarla işləməsi
zərurətini göstərir. Bu sadə sınaq belə açıq şəkildə
irəli sürür ki, həmin dövrün insanları təkamülçü
alimlərin irəli sürdükləri kimi ibtidai şərtlər altında
deyil, çox böyük ehtimalla olduqca mütərəqqi
imkanlara sahib idilər.
Təkamülçü ideyanın digər bir ziddiyyəti də bu
əsərlərin meydana gəldiyi dövrü “Erkən (akeramik)
neolit dövrü” olaraq adlan-dırmalarıdır. Bu həqiqətə
zidd şərhə görə dövrün insanları hələ dulusçuluq
məmulatlarını hazırlayacaq texnologiyaya sahib
deyildilər. Bu, o demək olur ki, heykəllər düzəldə
bilir, nəhəng daşları daşıya bilir, bunları estetik
nöqteyi-nəzərdən baxımlı edə bilir, bunların
üzərində heyvan təsvirli relyef işləmələr həkk edə
bilir, divarları rəsmlərlə bəzəyə bilir, mühəndislik
və memarlıq elmindən istifadə edə bilir amma,
hələ dulusçuluq məmulatları düzəldə bilmir? Bu,
o deməkdir ki, deyilənlər sadəcə təkamülçü ön
mühakiməsini müdafiə edə bilmək üçün təkidlə
söylənən yalandır. Şübhəsiz ki, sözü gedən əsərlər bu
insanların təxmin ediləndən çox daha mütərəqqi bir
elmə, texnologiyaya və mədəniyyətə sahib olduqlarını
göstərir. Bu “T” şəklindəki böyük sütunların necə
istifadə edildiyinin, həmin yerə necə gətirildiyinin
bir izahı olmalıdır. Bu da həmin insanların iddia
edildiyi kimi, ibtidai olmadıqlarını nümayiş etdirir.
Həqiqətən də, “Bilim ve Teknik” jurnalında dərc
olunan bir xəbərdə Göbəkli Təpədə əldə edilən
tapıntıların bəşər tarixinə dair geniş yayılmış
yanlışlığı aşkara çıxardığı qeyd edilir: “Bu yeni
məlumatlar bəşər tarixinə dair mühüm bir yanlışlığı
ortaya qoyur”.
2
Bu yanlışlıq bəşər tarixinin təkamül
yalanının doğruluğunu şərh etmək üçündür.
1. Daş dövrü həyatı, Terra X sənədli filmi, TRT
2. Bilim ve Teknik jurnalı, sentyabr 2000
Düşünən İnsan, Sentyabr 2016
31
Düşünən İnsan, Sentyabr 2016
Dostları ilə paylaş: |