20
Düşünən İnsan, Sentyabr 2016
www.dasdovru.elmisaytlar.com
Fransa, İspaniya, İtaliya, Çin, Hindistan
və Afrikanın müxtəlif bölgələrində, bir sözlə,
dünyanın müxtəlif yerlərində tapılan bir çox
mağara rəsmi qədim insanın mədəni səviyyəsi
haqqında çox vacib məlumatları təqdim edir. Bu
rəsmlərdə istifadə edilən üslub və boya texnikası
tədqiqatçıları çaşdıracaq keyfiyyət və üstünlüyə
malikdir. Darvinist alimlər bu rəsmləri ön
mühakimə ilə qiymətləndirir, çaşqınlıq içərisində
olmalarına baxmayaraq, həmin əsərləri təkamül
hekayələrini bəzəmək üçün qərəzli şəkildə
şərh edirlər. Müasir insanın bədən quruluşuna
sahib olmayan varlıqların olduqca ibtidai şərtlər
daxilində yaşadıqları mağaralarda qorxduqları və
ya ovladıqları heyvanların şəkillərini çəkdiklərini
bildirirlər. Halbuki, bu əsərlərdə istifadə edilən
texnikalar həmin şəkli çəkən sənətkarların çox
dərin qavrayışa, qavradıqlarını təsirli şəkildə
əks etdirmək qabiliyyətinə sahib olduqlarını
göstərir. İstifadə edilən rəngləmə texnikası
isə heç də təxmin edildiyi kimi ibtidai şəraitdə
yaşamadıqlarının başqa bir göstəricisidir. Bundan
əlavə, mağara divarlarına çəkilmiş bu şəkillər
dövrün insanlarının mağaralarda yaşadığını
göstərən bir dəlil deyil. Bu əsərləri meydana
gətirən sənətkarlar yaxınlıqda bir evdə yaşaya,
lakin əsərlərini sözü gedən mağara divarlarında
çəkməyi üstün tutmuş ola bilərdi. Nəyi çəkəcəyini
hansı hiss və düşüncə ilə seçəcəyi isə sənətkara
məlumdur. Belə rəsmlər üzrə bir çox şərh verilə
bilər, lakin veriləcək şərhlərdən həqiqətə ən çox
zidd olanı isə onların ibtidailikdən təzəcə çıxmış
varlıqlar tərəfindən çəkilmiş olmalarıdır. Bundan
əlavə, BBC-nin internet vasitəsi ilə yayımlanan
elmi səhifəsində yer alan 22 fevral 2000-ci il tarixli
xəbərdə mağara rəsmləri ilə əlaqədar olaraq
aşağıdakı sətirlər dərc edilmişdir:
Bunların ibtidai insanlar tərəfindən çəkildiyi
güman edilirdi... Lakin iki alimin apardığı
araşdırmalara görə, antik rəssamlarla bağlı bu
qənaət tamamilə yanlışdır. Onlar bu şəkillərin
mürəkkəb olduğunu və müasir cəmiyyətin dəlilləri
olduğunu düşünürlər.
2
1. Roger Lewin, The Origin of Modern
Humans, W.H.
2. BBC News, 22 fevral 2000
Kueva de las Manos, Argentina, 15.000 il
21
Düşünən İnsan, Sentyabr 2016
Düşünən İnsan, Sentyabr 2016
Müasir incəsənət anlayışının bir sıra əsəri də minlərlə il sonra eyni məntiqlə
dəyərləndirilə bilsəydi, 21-ci əsr cəmiyyətinin ibtidai qəbilə və yaxud inkişaf etmiş
mədəniyyət olması bir sıra mübahisələrə səbəb ola bilərdi. Bundan 5000 il sonra
müasir rəssamların tabloları heç bir zərər görmədən tapılsa və müasir dövrümüzə
aid heç bir tarixi dəlil qalmamış olsa, həmin dövrün insanları dövrümüz haqqında nə
düşünərdi? Van Qoqun və ya Pablo Pikassonun əsərlərini tapan gələcəyin insanları
təkamülçü məntiqə görə hərəkət etsələr, müasir cəmiyyətimiz üçün neçə şərhlər
verərdilər? Mənzərə şəkli çəkən Klod Mone üçün “sənaye hələ inkişaf etməmiş, insanlar
əkinçiliklə məşğul olurdular” və ya Kandinskinin abstrakt rəsmlərinə “hələ yazıb oxuya
bilməyən, inkişaf etməmiş insanlar müxtəlif qaralamalarla bir-birini anlayırdılar”
şərhini vermək hazırkı dövrümüz haqqında onları doğru nəticələrə aparacaqmı?
Düşünən İnsan, Sentyabr 2016
Düşünən İnsan, Sentyabr 2016 21
Pablo Pikasso, Salvador Dali və Vasili Kandinskinin əsərləri
22
Düşünən İnsan, Sentyabr 2016
www.dasdovru.elmisaytlar.com
Pireney yarımadasının Fransaya aid hissəsində
yerləşən Nio (Niaux) mağarası qədim dövrdə
yaşayan insanların çəkdikləri biri digərindən effektli
rəsmlərlə doludur. Nio mağarasındakı rəsmlər
1906-cı ildə aşkar edilmiş və o zamandan bu yana da
təfsilatlı olaraq tədqiq edilir. Mağaranın ən bəzəkli
hissəsi “Qara salon” olaraq adlandırılan qaranlıq bir
yerdə yerləşən yüksək bir oyuqdan ibarət küncdür.
Bizon, at, maral və dağ keçisi rəsmlərinin olduğu
bu bölümlə əlaqəli olaraq “Müasir insanın mənşəyi”
kitabında Rocer Levin belə şərh vermişdir: “...
kompozisiyaların yaradılması zamanı yaradıcılıq
və şüurun təsiri müşahidə edilir”.
1
Bu rəsmlərlə əlaqədar alimlərin diqqətini cəlb
edən ən vacib ünsürlərdən biri də istifadə edilən boya
texnikasıdır. Aparılan araşdırmalar bu rəsmlərdə
təbii və yerli qaynaqları bir yerə toplayaraq xüsusi
qarışıqların əldə edildiyini göstərir. Şübhəsiz ki,
bu ibtidailikdən təzəcə çıxmış varlıqların edə
bilməyəcəyi düşünmə, planlaşdırma və istehsal
bacarığının göstəricisidir. Rocer Levin bu boyama
texnikasını belə izah edir:
Boyanın düzəldilməsində istifadə edilən maddələr
(piqmentlər) və mineral aşqarlar, Üst Paleolit
dövrünün insanları tərəfindən seçilərək xüsusi
bir qarışıq əldə etmək üçün 5-10 mikronadək
xırdalanırdı. Qara rəngli boya təxmin edildiyi kimi,
odun kömürü və manqan 4-oksid idi. Lakin diqqət
ən çox aşqarlar üzərinə yönəlmişdi. Aşqarlar, yəni
doldurma materialları daha çox rənglərə canlılıq
ÜSTÜN BOYA TEXNİKASI
Bizon rəsmi, 17.000 il, İspaniya, Altamira mağarası
23
Düşünən İnsan, Sentyabr 2016
Düşünən İnsan, Sentyabr 2016
verdiyi kimi, adından da göründüyü kimi, boyanın
qatılaşmasını da təmin edir. Dörd müxtəlif növü
olduğu müəyyən edilən bu maddələri tədqiqatçılar
birdən dördə qədər sıralamışlar: talk, barit, qələvi
çöl şpatı və biotit (mika) tərkibli qələvi çöl şpatı. Klot
(Clottes) və həmkarları bu aşqarları özləri də sınaqdan
keçirmiş və çox effektiv olduğunu görmüşlər.
2
Göründüyü kimi, istifadə edilən texnika olduqca
inkişaf etmişdir. Bu da açıq şəkildə həqiqəti bir
daha əks etdirir: keçmişdə ibtidai adlandırılan
hər hansı varlıq yaşamamışdır. İnsan ilk olaraq
var olduğu gündən bəri düşünmə, danışma,
anlama, qavrama, qiymətləndirmə, plan qurma
və istehsal qabiliyyəti olan üstün bir varlıqdır.
Şəkilləri rəngləmək üçün aşqardan istifadə edən,
bu aşqarları hazırlamaq üçün talk, barit, qələvi çöl
şpatı və biotit kimi kimyəvi maddələri birləşdirən
insanların guya meymunluqdan yeni çıxmış, hələ
mədəniləşməmiş varlıqlar olduqlarını iddia etmək
ağıla və məntiqə ziddir.
1. Roger Lewin, The Origin of Modern Humans, W.H.
Freeman and Company, New York, 1993, səh. 193
2. Roger Lewin, The Origin of Modern Humans, W.H.
Freeman and Company, New York, 1993, səh. 193
Qərbi Avstraliya, Bredşou qaya təsvirləri.
Tarix: 17.000 ildən - 70.000 ilə qədər
(təxminən 1.5 milyon təsvir var)
Dostları ilə paylaş: |