Nəğməli sinəmdə yüz dastan yatır
43
GƏLDĠM
İstisuya səfər etdim,
Yaxşı hala düşdüm, gəldim.
Çoxlu hörmət-izzət gördüm,
Ətirli çay içdim, gəldim.
Sabah-sabah çıxdım yola,
Gül döşənib sağa, sola.
Qəlbi dağlar – hasar qala,
Yamacları keçdim, gəldim.
Gah dumanda, gah da sisdə,
Saz da çaldım çəmən üstə.
Məclislərdə söhbət üstə,
Gecələri açdım, gəldim.
Yüz naz-nemət dada-dada,
Nə dərd gördüm, nə də qada.
Saraçlıyam, bu obada,
Dost-tanışı seçdim, gəldim.
Hüseyn Saraçlı
44
“ BULAQ”
“Bulaq” veriliĢinə
Kərəm dinər, Əsli dinər,
“Bulaq”, səndə, “Bulaq”, səndə.
Aşıqların nəsli dinər,
“Bulaq”, səndə, “Bulaq”, səndə.
Azərbaycan – Odlar yurdu!
Gur çeşmədən axan nurdu.
Övladların məclis qurdu,
“Bulaq”, səndə, “Bulaq”, səndə.
Bu dünya bir bağ olubdu,
Dədəm Qorqud sağ olubdu.
Xəstə Qasım sağalıbdı,
“Bulaq”, səndə, “Bulaq”, səndə.
Ələsgərin “qoca baxtı”,
Saraçlının sayrı vaxtı,
Şimşəklərdən qanad taxdı,
“Bulaq”, səndə, “Bulaq”, səndə.
Nəğməli sinəmdə yüz dastan yatır
45
DAĞLARDA
Köç eyləyər yenə aran,
Haray qopar bu dağlarda.
Neçə məclis, neçə külfət,
Çadırlanar bu dağlarda.
Dağdan-dağa keçənlərin,
Özünə yar seçənlərin,
Eşq badəsi içənlərin,
Qəlbi yanar bu dağlarda.
Kəkliklər ötər yazıynan,
Bülbül dönər avazıynan.
Saraçlı da öz sazıynan,
Qanadlanar bu dağlarda.
Hüseyn Saraçlı
46
GƏTĠRDĠM
Borçalının havasında,
Neçə şirin söz gətirdim.
Nəfəsimdə müşkü-ənbər,
Gül-çiçəkli yaz gətirdim.
Yerim-yurdum Gürcüstandı,
Dostum-yarım nər, astandı.
Ürəyimdə yüz dastandı,
Deməyin ki, az gətirdim.
Saraçlıdı mənim adım,
Şennik, İbrahim ustadım.
Budu sizə ilk sovqatım –
Sinəm üstə saz gətirdim.
Nəğməli sinəmdə yüz dastan yatır
47
ƏZĠZ NOVRUZ BAYRAMINDA
Hamı şaddı, xoşəhvaldı,
Əziz Novruz bayramında.
Ürəklərə sevinc doldu,
Əziz Novruz bayramında.
Mərd özünü salar oda,
Namərd ömrü verər bada.
Qəhrəmanlar düşər yada,
Əziz Novruz bayramında.
Saraçlı da çalar sazı,
Ellər duyar bu avazı.
Gözəl keçər ömrün yazı,
Əziz Novruz bayramında.
Hüseyn Saraçlı
48
GÖZƏL BAKI
Yurdumuzun çırağısan,
Yaşa səni, gözəl Bakı.
Gələcəyin növrağısan,
Yaşa səni, gözəl Bakı!
Ağ günlərin ağı sənsən,
Yağılara yağı sənsən.
Elimin dayağı sənsən,
Yaşa səni, gözəl Bakı!
Yurdumun açılar yazı,
Unudar bu sərt ayazı.
Saraçlının telli sazı,
Deyər yaşa, gözəl Bakı!
Nəğməli sinəmdə yüz dastan yatır
49
AZƏRBAYCAN
Borçalıdan qonaq gəldim,
Ana yurdum, Azərbaycan!
Növrağına könül verdim,
Ana yurdum, Azərbaycan!
Bir tərəfdə mavi Xəzər,
Şux qoynunda el şən gəzər.
Həsrətinə, de, kim dözər,
Ana yurdum, Azərbaycan!
Sazım, sözüm qalır səndə,
Yer verərsən gen sinəndə.
Tərif deyər Hüseyn də,
Ana yurdum, Azərbaycan!
Hüseyn Saraçlı
50
XALQIMIZIN
Ucalıbdı ulduzlara,
Şan-şöhrəti xalqımızın.
Yayılıbdı hər diyara,
Sədaqəti xalqımızın.
Çəmənlərdə gül sayrışır,
Var-dövləti aşıb-daşır.
Sürfə-sürfə el dolaşır,
Bol neməti xalqımızın.
Saraçlıyam, sazımnan mən,
İlham aldım bu Vətəndən.
Azadlıqdır əzəl gündən,
Hər niyyəti xalqımızın.
Nəğməli sinəmdə yüz dastan yatır
51
GÜRCÜSTANIM
Aylar, illər başa vurdu,
Min yaşasın Gürcüstanım.
Özü üçün büsat qurdu,
Min yaşasın Gürcüstanım!
Şair Şota dildə gəzir,
Söz-söhbəti eldə gəzir.
Tazyanam da teldə gəzir,
Min yaşasın Gürcüstanım!
Çal sazını, Aşıq Hüseyn,
Elin, oban gülsün bütün.
Sənətinlə sən də öyün,
Min yaşasın Gürcüstanım!
Hüseyn Saraçlı
52
ELƏ GEDƏR
Çay qırağı məhsul əkmə,
O bitsə də, selə gedər.
Bir oğul ki bədəsildi,
Günü-gündən dala gedər.
Zimistanda çıxma dağa,
Qışda baxmaz dağ qonağa.
Qalmağallı bir yığnağa,
Salam vermə, yelə gedər.
Saraçlıyam, deyim düzü,
Budu ataların sözü.
Qoca kişi, cavan qızı,
Alar olsa, elə gedər.
Dostları ilə paylaş: |