Nəğməli sinəmdə yüz dastan yatır
53
GÜLBƏNĠZ
Gözəllikdə lap əlasan,
Yanaqların al, Gülbəniz.
Danış yenə şirin-şirin,
Sal boynuma qol, Gülbəniz.
Siyah zülfün dəstə-dəstə,
Səni görüb oldum xəstə.
Yanağında, qaşın üstə,
Xub yaraşır xal, Gülbəniz.
Hüseyn həsrətini çəkər,
Sənsiz yanar, qan-yaş tökər.
Ağzın, dilin qəndi-şəkər,
Dodaqların bal, Gülbəniz.
Hüseyn Saraçlı
54
GÜLLÜZARIN
Qulluğuna heyran oldum,
Özü şirin Güllüzarın.
Mərifətdə tayı yoxdu,
Düzü, şirin Güllüzarın.
Düz iyirmi yaşındadı,
Ağlı, huşu başındadı.
Gözəlliyi qaşındadı,
Üzü şirin Güllüzarın.
Hallavarın elindədi,
Gümüş kəmər belindədi.
Saraçlının dilindədi,
Sözü şirin Güllüzarın.
Nəğməli sinəmdə yüz dastan yatır
55
ULDUZ
Ağbabada gördüm səni,
Özün günəş, adın Ulduz.
Şirin dilli, əhli-halsan,
Haram deyil zatın, Ulduz.
Belin incə, boyun bəstə,
Səni görən düşər xəstə.
Gözəllər var dəstə-dəstə,
Tayın olar çətin, Ulduz.
Qaş kamandı, kirpik oxdu,
Həsrətini çəkən çoxdu.
Saraçlının məlul vaxtı,
Könlün aldın satın, Ulduz.
Hüseyn Saraçlı
56
DÜġÜBDÜ
Gözəl, sənin vaxtın keçib,
Saçlarına dən düşübdü.
Neçə öylər sən yıxıbsan,
Üstündə çox qan düşübdü.
Daha gözdən sən qalıbsan,
Cavanlıqda kam alıbsan.
Hayıf, sən də qocalıbsan,
Cavanlıq da yan düşübdü.
Saraçlı da tərif yazmaz,
Tellərini şana üzməz.
Bal-pətəksən, zanbur gəzməz,
Dodaqlardan şan düşübdü.
Nəğməli sinəmdə yüz dastan yatır
57
MÜXƏMMƏSLƏR
ÇƏKƏR
Adam var ki, insan kimi
Yaşamağa can çəkər.
Əyri yoldan üzü dönməz,
Doğru yolda qan çəkər.
Adam var ki, heç açılmaz
Başı dava-şavadan.
Desələr ki, nanəcibsən,
And üçün Quran çəkər.
Adam var ki, ucalıqda
Olmaz ariflərə tay.
Adam var ki, səxavətsiz,
Umar özgələrdən pay.
Adam var ki, el içində
Salar gündə hay-haray,
Düz dolanmaz qonşularnan,
Həmişə üsyan çəkər.
Adam var ki, sapa yatmaz,
Göydən enməz inadı.
Adam var ki, heç bilinməz
Nədi ağzının dadı.
Adam var ki, naqqallıqda
Əyilməzdi qanadı.
Bunları görən Saraçlı
Qəmlənib qəlyan çəkər!
Hüseyn Saraçlı
58
XƏNGƏLĠN
Cücəkənddə qaynənəmin qonağıydıq. Xəngəl biĢirmək istədilər.
Dedim: doğrudu, mən də xoĢduyuram, amma bir az cəfalıdı, dedilər,
zaral yoxdu. BiĢirdilər, amma yeməli olmadı. Sazı götürdüm, dedim:
Sizə dedim bişirməyin,
Çoxdu cəfası xəngəlin.
Ununa çoydar qarışıb,
Yoxdu vəfası xəngəlin.
Dedik yeyək, ləzzət alaq,
Tutuldu yası xəngəlin.
Aşıq sazı alsın ələ,
Çəkilsin bəhsi xəngəlin.
Bu səbəb Hümbətdən oldu,
Axtardı yağı, dolandı.
Qonşulara elan verdi,
Saldı sorağı, dolandı.
Məhlələrdən yığılan yağ
Sinəmdə dağı dolandı.
Əvvəlini mən bilirəm,
Nədi sonrası xəngəlin?
Qollarını çirmələdi,
Xamırı Hürü yoğurdu.
Usdadına bərəkallah,
Sanki ustadı yoğurdu.
Hey tükü, pambığı, yunu,
Qatıb hər zadı yoğurdu.
Sinəmdə bir nişan etdi,
Dağı, yarası xəngəlin.
Nəğməli sinəmdə yüz dastan yatır
59
Altını çox qaladı,
Beçərə Hava neyləsin?
Nə pişdi, nə də qaynadı,
Qalındı tava, neyləsin?
Yarımçıq düşürəcək,
Qopacaq dava, neyləsin?
Əlaman, Allah, aman,
Nədi çarası xəngəlin?
Gəzmişəm hər bir yanı,
Bundan əvvəl, görməmişəm.
Otuz altı yaşındayam,
Belə xəngəl görməmişəm.
Saraçlıyam, qaldım məəttəl,
Belə xəngəl görməmişəm.
Nə hörrədi, nə də xəngəl,
Açıldı pası xəngəlin.
Hüseyn Saraçlı
60
MARALIM
Artıb dərdin, həddən aşıb,
Al qələmi yaz, maralım.
Eşitmişəm, savadlısan,
Gəl eyləmə naz, maralım.
İşarət eyləsən mənə,
Anlayaram tez, maralım.
Sən Əslisən, mən də Kərəm,
Alışdırar köz, maralım.
Bir yaxın gəl, həmdəm olaq,
Qoy üzümə üz, maralım.
Qaranlıqda işıq saçan
Şəmsi-qəmərdi camalın.
Hər baxanı heyran edir,
İxtilatın, pür kamalın.
Lalənin al bağrıdı,
Yanaqdakı güllü xalın.
Səndən ayrı düşər olsam,
Öldürəcək bu məlalın.
Boyun bənzər sürahıya,
Sallanıban gəz, maralım.
Gümüş qotazlı kəmərin,
Çəkibsən incə belinə.
Dodağına bal bələnib,
Şəkər tökübsən dilinə.
Özümü xoşbəxt sanaram,
Əlim çatarsa əlinə.
Siyah zülfün pərişandı,
Külək toxunar telinə.
Qorxuram qeyri kəslərdən,
Sənə dəyər göz, maralım.
Dostları ilə paylaş: |