Dastan yatir



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə8/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   4   5   6   7   8   9   10   11   ...   65

                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
53 
 
GÜLBƏNĠZ 
 
Gözəllikdə lap əlasan, 
Yanaqların al, Gülbəniz.  
Danış yenə şirin-şirin, 
Sal boynuma qol, Gülbəniz. 
 
 
Siyah zülfün dəstə-dəstə, 
Səni görüb oldum xəstə.  
Yanağında, qaşın üstə, 
Xub yaraşır xal, Gülbəniz. 
 
Hüseyn həsrətini çəkər, 
Sənsiz yanar, qan-yaş tökər.  
Ağzın, dilin qəndi-şəkər, 
Dodaqların bal, Gülbəniz. 


Hüseyn Saraçlı 
 
 
54 
 
GÜLLÜZARIN 
 
Qulluğuna heyran oldum, 
Özü şirin Güllüzarın.  
Mərifətdə tayı yoxdu, 
Düzü, şirin Güllüzarın. 
 
Düz iyirmi yaşındadı, 
Ağlı, huşu başındadı.  
Gözəlliyi qaşındadı, 
Üzü şirin Güllüzarın. 
 
Hallavarın elindədi, 
Gümüş kəmər belindədi. 
Saraçlının dilindədi, 
Sözü şirin Güllüzarın. 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
55 
 
ULDUZ 
 
Ağbabada gördüm səni, 
Özün günəş, adın Ulduz.  
Şirin dilli, əhli-halsan, 
Haram deyil zatın, Ulduz. 
 
Belin incə, boyun bəstə
Səni görən düşər xəstə.  
Gözəllər var dəstə-dəstə, 
Tayın olar çətin, Ulduz.  
 
Qaş kamandı, kirpik oxdu, 
Həsrətini çəkən çoxdu.  
Saraçlının məlul vaxtı, 
Könlün aldın satın, Ulduz.  
 


Hüseyn Saraçlı 
 
 
56 
 
DÜġÜBDÜ 
 
Gözəl, sənin vaxtın keçib, 
Saçlarına dən düşübdü.  
Neçə öylər sən yıxıbsan, 
Üstündə çox qan düşübdü. 
 
Daha gözdən sən qalıbsan, 
Cavanlıqda kam alıbsan.  
Hayıf, sən də qocalıbsan, 
Cavanlıq da yan düşübdü.  
 
Saraçlı da tərif yazmaz, 
Tellərini şana üzməz.  
Bal-pətəksən, zanbur gəzməz, 
Dodaqlardan şan düşübdü.  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
57 
 
 MÜXƏMMƏSLƏR  
 
ÇƏKƏR 
 
Adam var ki, insan kimi 
Yaşamağa can çəkər.  
Əyri yoldan üzü dönməz, 
Doğru yolda qan çəkər.  
Adam var ki, heç açılmaz 
Başı dava-şavadan.  
Desələr ki, nanəcibsən, 
And üçün Quran çəkər.  
 
Adam var ki, ucalıqda 
Olmaz ariflərə tay.  
Adam var ki, səxavətsiz, 
Umar özgələrdən pay.  
Adam var ki, el içində 
Salar gündə hay-haray, 
Düz dolanmaz qonşularnan, 
Həmişə üsyan çəkər.  
 
Adam var ki, sapa yatmaz, 
Göydən enməz inadı.  
Adam var ki, heç bilinməz 
Nədi ağzının dadı.  
Adam var ki, naqqallıqda 
Əyilməzdi qanadı. 
Bunları görən Saraçlı 
Qəmlənib qəlyan çəkər!  
 


Hüseyn Saraçlı 
 
 
58 
 
XƏNGƏLĠN 
 
Cücəkənddə  qaynənəmin  qonağıydıq.  Xəngəl  biĢirmək  istədilər. 
Dedim:  doğrudu,  mən  də  xoĢduyuram,  amma  bir  az  cəfalıdı,  dedilər, 
zaral yoxdu. BiĢirdilər, amma yeməli olmadı. Sazı götürdüm, dedim:  
 
Sizə dedim bişirməyin,  
Çoxdu cəfası xəngəlin.  
Ununa çoydar qarışıb, 
Yoxdu vəfası xəngəlin. 
Dedik yeyək, ləzzət alaq, 
Tutuldu yası xəngəlin.  
Aşıq sazı alsın ələ, 
Çəkilsin bəhsi xəngəlin.  
 
Bu səbəb Hümbətdən oldu
Axtardı yağı, dolandı. 
Qonşulara elan verdi, 
Saldı sorağı, dolandı.  
Məhlələrdən yığılan yağ 
Sinəmdə dağı dolandı.  
Əvvəlini mən bilirəm, 
Nədi sonrası xəngəlin?  
 
Qollarını çirmələdi, 
Xamırı Hürü yoğurdu.  
Usdadına bərəkallah, 
Sanki ustadı yoğurdu. 
Hey tükü, pambığı, yunu, 
Qatıb hər zadı yoğurdu. 
Sinəmdə bir nişan etdi, 
Dağı, yarası xəngəlin. 
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
59 
Altını çox qaladı, 
Beçərə Hava neyləsin? 
Nə pişdi, nə də qaynadı, 
Qalındı tava, neyləsin? 
Yarımçıq düşürəcək, 
Qopacaq dava, neyləsin?  
Əlaman, Allah, aman, 
Nədi çarası xəngəlin? 
 
Gəzmişəm hər bir yanı, 
Bundan əvvəl, görməmişəm. 
Otuz altı yaşındayam, 
Belə xəngəl görməmişəm.  
Saraçlıyam, qaldım məəttəl,   
Belə xəngəl görməmişəm.  
Nə hörrədi, nə də xəngəl, 
Açıldı pası xəngəlin.  
 
 


Hüseyn Saraçlı 
 
 
60 
MARALIM 
 
Artıb dərdin, həddən aşıb, 
Al qələmi yaz, maralım.  
Eşitmişəm, savadlısan, 
Gəl eyləmə naz, maralım. 
İşarət eyləsən mənə, 
Anlayaram tez, maralım. 
Sən Əslisən, mən də Kərəm, 
Alışdırar köz, maralım. 
Bir yaxın gəl, həmdəm olaq, 
Qoy üzümə üz, maralım. 
 
Qaranlıqda işıq saçan 
Şəmsi-qəmərdi camalın.  
Hər baxanı heyran edir,  
İxtilatın, pür kamalın.  
Lalənin al bağrıdı, 
Yanaqdakı güllü xalın.  
Səndən ayrı düşər olsam, 
Öldürəcək bu məlalın.  
Boyun bənzər sürahıya, 
Sallanıban gəz, maralım.  
 
Gümüş qotazlı kəmərin, 
Çəkibsən incə belinə.  
Dodağına bal bələnib, 
Şəkər tökübsən dilinə.  
Özümü xoşbəxt sanaram, 
Əlim çatarsa əlinə. 
Siyah zülfün pərişandı, 
Külək toxunar telinə.  
Qorxuram qeyri kəslərdən, 
Sənə dəyər göz, maralım.  


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə