Dastan yatir



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə6/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   2   3   4   5   6   7   8   9   ...   65

Hüseyn Saraçlı 
 
 
34 
 
TƏZDƏN 
 
Görüşdük, qəlbimə od saldın mənim,  
Göynədi köhnəlmiş yaralar təzdən.  
Bir daha könlümə dəymə, əzizim,  
Sənin də qəlbini paralar təzdən.  
 
Xoşdu söylədiyin şirin kəlmələr,  
Amma nizə kimi sinəmi dələr.  
Bir sözün alovdu, bir sözün gövhər, 
Yanıb ürəyimdə qor olar təzdən.  
 
Sənin həsrətindən dünyanı gəzdim,  
Dəryanı axtarıb, ümmanı gəzdim.  
Məhəbbət dərdinə dərmanı gəzdim, 
Odur ki, irəngim saralar təzdən.  
 
Həmişə sən oldun umudum, andım,  
Tək səni könlümün sirdaşı sandım.  
Bir eşqnən yanmışdım, yenə də yandım, 
Saraçlıya olmaz çaralar təzdən.  
 
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
35 
 
DÖNDÜ 
 
Aldım sorağını bu gəlişiyin, 
Boranlı bir qışım bahara döndü.  
Çünki yolçusuyam düz məhəbbətin
Yolum səni kimi dildara döndü.  
 
Bağladı yolumu ayrılıq, hicran, 
Gecəli, gündüzlü kəsdi çən, duman.  
Ölümdən qorxmuram, qorxuram addan, 
Onunçün günlərim ah-zara döndü.  
 
Yad ovçu ovumu apardı əldən, 
Yetmədim vüsala, ayrıldım güldən.  
Saraçlı deyər ki, mən canı-dildən, 
Gülmüşdüm, yığvalım dübara döndü.  


Hüseyn Saraçlı 
 
 
36 
 
DEDĠ 
 
İxtilat istədim gül yanaqlıdan, 
Əl çək bu istəkdən, vermərəm, – dedi.  
Dedim, eşq yoluna gəl çiçək səpək,  
Heç bircə qönçə də sərmərəm, – dedi.  
 
Görən, əl çəkərmi gen qaçmağından, 
Bircə pay verərmi bal dodağından.  
Dedim, gəl gül dərək ömrün bağından, 
And olsun Allaha, dərmərəm, – dedi. 
 
Saraçlı, eşqindən olma bədgüman, 
Sənsiz onun könlü gülməz heç zaman.  
Dedim, hör zülfünü, etmə pərişan, 
İxtiyar mənimdi, hörmərəm, – dedi. 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
37 
 
GƏLMƏDĠ 
 
Biz ilqar eylədik, peyman bağladıq,  
Vədə verdin saat üçə, gəlmədin.  
Beybafa, mən sənə niyə inandım, 
Şər qarışdı, oldu gecə, gəlmədin.  
 
Tək səni könlümün həmdəmi sandım, 
Nahaqdan içdiyin anda inandım.  
Eşqindən Kərəm tək alışıb yandım, 
Almadın aşığı vecə, gəlmədin.  
 
Ellər bilir, şirin söhbət-sözəm mən, 
Öz əhdimə, ilqarıma düzəm mən.  
Çox çətin ki, belə dərdə dözəm mən, 
Saraçlını atdın necə, gəlmədin?!  


Hüseyn Saraçlı 
 
 
38 
 
ALAGÖZ 
 
Qəfildən qarşıma çıxdın bu dəmdə, 
Ağlımı başımdan aldın, Alagöz! 
İstədim soruşam ərzi-halını, 
Ömrümə baltalar çaldın, Alagöz!  
 
Kəsildi qərarım, dinə bilmədim, 
Qanrılıb geriyə dönə bilmədim.  
Yandım, öz-özümə sönə bilmədim, 
Canıma sən alov saldın, Alagöz!  
 
Kəlağayın lalə üzə bükülmüş, 
Siyah zülfün çox pərişan tökülmüş.  
Sinəsinə çarpaz dağlar çəkilmiş
Saraçlını qonaq aldın, Alagöz!  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
39 
 
SOLMAZ 
 
Aləmi-röyada yetdim vəslinə, 
Tək tez-tez gələydin yanıma, Solmaz!  
Sevən sevdiyini atarmı belə, 
Necə qəsd edirsən canıma, Solmaz!  
 
Sənsiz bu dünyada gəzə bilmərəm, 
Bu gülü, qönçəni üzə bilmərəm.  
Vallah, həsrətinə dözə bilmərəm, 
Hicrin bais olur qanıma, Solmaz!  
 
Aşıq Saraçlını atma, amandı, 
Sevib, sevilməmək mənə yamandı. 
Bu necə dövrandı, necə zamandı, 
Həsrətəm sən təki xanıma, Solmaz!  


Hüseyn Saraçlı 
 
 
40 
 
ADSIZ MƏKTUBA CAVAB 
 
Bir adsız məktubun düşdüm izinə, 
Bilmədim dünyanın harasındadı.  
Gəzdim el-obanı mən qarış-qarış, 
Dedilər o dağlar arasındadı.  
 
Tamam üç il gəlib keçdi aradan
Görən nə vaxt qəlbim çıxar qaradan?! 
Dar günümdə kömək etsin yaradan, 
Dərdim bir dilbərin çarasındadı.  
 
Saraçlı yolunda qoydu sərini, 
Axtardım dayazı, gəzdim dərini.  
Axır tapdım ünvanını, yerini, 
Gördüm ki, dərdlilər sırasındadı.  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
41 
 
GƏRAYLILAR
 
 
QOCALIĞIM 
 
İstəyirəm sağı tutum,  
Sola çəkir qocalığım.  
İnsan ömrü bir qaladı, 
Daşı sökür qocalığım.  
 
Şux gözəllər gendən baxır, 
Ürəyimi oda yaxır. 
Başım üstdə şimşək çaxır, 
Leysan tökür qocalığım.  
 
Göz tor görür, ağarır saç, 
Taqət qalmır artdıqca yaş. 
Ey Saraçlı, yavaş-yavaş, 
Qəddi bükür qocalığım.  
 


Hüseyn Saraçlı 
 
 
42 
 
DƏDƏ ġƏMġĠR 
 
Havalandı dəli könül
Kəlbəcərdə, Dədə Şəmşir!  
Qocalırsan, neçə dözüm, 
Belə dərdə, Dədə Şəmşir! 
 
Bu dünyada möhlət azdı, 
Xudam özü belə yazdı. 
Umudumuz telli sazdı, 
Bu yerlərdə, Dədə Şəmşir! 
 
Ələm görməz ömrün, günün, 
Sənətdi imanın, dinin.  
Qoy ucalsın səsin, ünün, 
Pərdə-pərdə, Dədə Şəmşir! 
 
Söz sinəndə coşa görüm
Öz sazınla qoşa görüm. 
Səni yüz il yaşa, görüm, 
Mərdsən mərdə, Dədə Şəmşir! 
 
Hüseyn desin həzin-həzin, 
Heç düşməsin gücdən dizin.  
Qayalarda qalsın izin, 
Sözün sərdə, Dədə Şəmşir! 
 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə