Dastan yatir



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə65/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   57   58   59   60   61   62   63   64   65

                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
291 
Ələhvər saza baxdı, gözünnən yaş gəldi.  
– Deməh, Avdılla qardaş, o sazı birdə çalajam, hə?!  
Birdən Avdıllanın ağlına gəldi ki, gəl elə bunu əyri sarı, əyri 
pitsin.  Amma  tez  də  ürəyində  dedi,  yüz  elə  qızıl  da  olsa, 
müxənnətdih elləmərəm.  
Ələhvər inildiyif oğlunu çağırdı:   
– Oğul, Teymur. 
– Bəli, ata, nə buyurursan?  
– A, bala gəl bir o sazı endir. Köhlə, bir az çal, sinəmə üç 
kəlmə söz gəldi, dəəjəm.  
Aldı Ələhvər görəh nə dedi:   
 
Gəl sana söylüyüm, Avdılla kişi, 
Qırılıfdı qolum, əl hayıf oldu. 
Qaçmax olmaz, qəza gəldi başıma, 
Daa dəəmmərəm, dil hayıf oldu. 
 
Elə bil ki, bağladılar gözümü, 
Çaşdım yolu, həm itirdim izimi. 
İnnən belə çalammaram sazımı, 
Yas tutufdu sazım, tel hayıf oldu. 
 
Bu dedihcə oğul-uşaq ağladı. Avdılla kişi də ağladı. Amma 
hərdən deyirdi: Ələhvər qardaş, qorxma sağaldajam. Ələhvər də 
dərinnən ah çəkif, axırıncı bəndi görəh nə təəri dedi: 
 
Aman təbib, sən bilirsən halımı, 
Ələhvərəm, istiyirəm ölümü. 
Yaxşı dostdar gözdüyüllər yolumu, 
Ayrıldım məclisdən, əl hayıf oldu. 
 
–  Ah,  Avdılla  qardaş,  görəydim  bir  də  o  sazı  çalajammı, 
yoxsa  öləjəmmi.  Sazdan  ayrıldımmı,  çox  yaşasam,  beş-altı 
ay...ölüf gedəjəm.   


Hüseyn Saraçlı 
 
 
292 
– Ə, Ələhvər qardaş, bir savr elə, gör nə deyirəm. Mana da 
qulağ as. Oğul, Teymur, sazı bəri tut, mən də oxuyajam. Ələhvər 
elə bilir ki, mən oxumax bilmirəm.  
Aldı Avdılla kişi:  
 
Aşıx qardaş, savırlı ol hələlih, 
Qorxmaynan mən tez qurtarram qolunu. 
Qoy kor olsun xain tüşmənin gözü
Görüm fələh vursun, qırsın belini. 
 
Arvad-uşax hamsı bir yerdən, maşallah, amin, – dedilər.  
 
Məclislərdə mən görəndə boyunu, 
Qurvan kəsif, oğul-uşax soyunu, 
Sən çalarsan o Qasımın toyunu, 
Lal edəjəm tüşmənnərin dilini. 
 
Yenə oğul-uşax, amin dedi.  
 
Eşit indi Avdıllanın sözünü, 
İnan, sana söylüyəjəm düzünü. 
Qurtarmışam bu sınıqdan yüzünü, 
Şad eylərəm sənin ova, elini. 
 
Saznan dediyi kimi Avdılla söznən də dedi:  
– Ələhvər qardaş, yaqın bil ki, əyər qurtarmasam, gözüyün 
qavaanda  bu  əllərimi  götüyün  üstə  qoyuf  baltıynan  kəsəjəm. 
Kişiyə  ürəh-dirəh  verif,  təzədən  qoluna  yaxşı  məlhəm  qoydu, 
sarıdı.  Nə  qədər  minnət  ellədilər,  daa  oturmadı,  gejəynən  öynə 
qayıtdı...  
Savax  tezdən  qızıl  kisəsini  götürüf  Qaranın  öynə  aparıf 
dedi:  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
293 
– Aşıx Qara, buyur amanatını. Mən belə iş bajara bilmərəm. 
O  ilan  sümüyüdü,  mən  onu  yəəmmərəm.  Elə  bil  üstünnən  dağ 
götürüldü, rahat öyə gəldi.  
–  Arvad,  –dedi,  –  halal  əməyimiz  hamsınnan  yaxşıdı. 
Başdadı iki günnən bir Ələhvərin qoluna baxmağa. Günü-günnən 
sınıx  yaxşılandı.  Yazın  axırına  kimi  təmiz  qurtardı.  Payız  gəldi, 
toylar başdandı. Əli də saza yatdı. Bir də eşitdi ki, Avdılla kişinin 
oğlu Qasım qonşusu Alı kişinin qızını istiyir. Arvadına dedi:  
–  Arvad,  Avdılla  mənim  qolumu  qurtardı.  İndiyənə  kimi 
ona bir hörmət eləməmişih. Sandığı aç, min manat qızıl pul gəti.  
–  Oğul,  Teymur,  sən  də  o  burux  erkəhlərdən  altı  dənə 
yaxşısını  seç,  bir  də  o  iki  doğmuş  inəyi,  buzoylu-zaddı  qavaxla 
gedəh Avdıllanın öynə.  
Köhnə dost kimi haynan-küynən görüşdülər.  
–  Ə,  Avdılla  qardaş,  eşitmişəm,  oğlun  Alı  kişinin  qızını 
istəyir.  Bə  niyə  tərpənmirsən?  İndiyənətən  sana  heç  nə 
verməmişəm. O ki, qolumu qurtardın, hələlih bunnarı gətirmişəm, 
qavıl elə. Dur, özün də gedəh qızın toyunu danışax.  
Qalxıf getdilər. Qızın atasını razı saldılar.  
Bəli, payızın oğlan vaxtıydı, hər şeyin bol vaxtıydı. Uğurru 
gün  seçdilər.  Ələhvərin  külfəti  oğullu-uşaxlı  toya  gəldilər. 
Ələhvər  istədiyi  dosdarının  da  hamsına  xavar  verdi  ki,  mənim 
xətrimə  buyurun,  Avdılla  kişinin  oğlunun  toyuna  gəlin.  Murtuz 
bəydən də özü xahiş ellədi ki, dostdarını da çağırsın, Murtuz bəy 
də səxavətdi adamıydı. Beş erkəh, bir çöngə də o, pay verdi. Üç 
gün,  üç  gejə  qonşu  kənddərdən  qonaxlar  gəldi.  Ələhvər  də  sazı 
sinəsinə  basıf,  meydanda  çalıf-çağırdı.  Qasım  baxdıqca  peşman 
oldu ki, əyə, mən atama niyə elə söz deyirdim, doğrudan da, belə 
barmaxları  kəsməh  olardımı.  Bir  də  atasının  dediyi  söz  yadına 
tüşdü:  Ay  mənnən  oluf  mana  oxşamıyan.  Rədd  ol  gözümün 
qavağından. Ələhvər çalıf-çağırdıxca Avdılla kişi söyündüyünnən 
ağlıyırdı.  
Murtuz bəy sədri-məclis idi. Dedi:  
– Ə, Avdılla kişi, belə gündə də adam ağlıyarmı?  


Hüseyn Saraçlı 
 
 
294 
– Bəy sağ olsun, bilmirsən, mən niyə ağlıyıram.  
– Niyə ağlıyırsan ki? 
–  Vallah,  söyündüyümnən  ağlıyıram  ki,  nəəxşı  aşıx 
Ələhvərin qolunu qurtardım. O mənim ömrümü uzatdı.   
– Eyvallah, Avdılla kişi! 
Hamı  Avdıllıya  sağ  ol  dedi.  Yaxşı  yeyif-içif  kef  ellədilər. 
Axşam  gəlini  köçürüf,  müvərəhlədilər.  Qasımın  sağdışı  Aşıx 
Ələhvərin oğlu Teymur, yengəsi də qızı Durna xanım oldu.  
Bu  dəm-dəstgahı  aşıx  Qara  eşidif  dedi  ki,  bu  sir  açılajax, 
böyüh tuşmançılıx olajax. Daa mən burda qala bilmərəm, burdan 
köçdü. 
 Ustaddara rəhmət, sizə də can sağlığı.  
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
295 
QARAVƏLLĠLƏR
 
 
KEÇƏLNƏN KOSA 
 
Bir  qarının  bir  keçəl  oğlu  varıydı.  Bunnarın  bircə  put  taxılı 
qalmışdı. Qarı dedi:  
–  Oğul,  apar,  bu  dəni  dəərməndə  üyüt.  Amma  deyillər  kosa 
dəərmənçi xalxın ununnan kömbə salıf yeyir. Ehtiyatdı ol.  
Keçəl dedi:  
– Nənə, qorxma, keçəlin bu çalğalı başı ölüf ki, ona un verə, o 
da kömbə sala.  
– Axır ki, tafşırram, oğul, yadında saxla.  
Keçəl dəni götürüf getdi dəərmənə....  
– Ay dəərnənçi, ay dəərmənçi, dəərmənin novatdımı?   
–  Ayə,  novat  olmuyanda  nədi,  bəri  gəl.  Daşı  da  çişəmişəm,  bu 
saat elə halıdı ki....  
Kosa dəərmənçi suyu açdı, dəni üyütməyə başladı. Sonra dedi:  
– Keçəl qardaş, yaman ajam, nağayrax, gəlsən, bir kömbə salax. 
Amma  belə  şərt  kəsəx:  ya  un  sənnən,  urva  mənnən,  ya  da  urva 
sənnən, un mənnən. Hasına razısan?  
Keçəl fikirrəşdi ki, urvuya az  gedər. Dedi:  
– Un sənnən, urva mənnən.  
Kosa dəhnənin qırağında bir az xamır qatdı. Dedi:  
–  Ay  keçəl,  xamır  suyux  oldu,  urva  gəti.  Böyürdən  də  su  gənə 
tökdü:  –  Ayə,  suyux  oldu,  urva  gəti.  Un  tök,  su  tök.  Axırda  daş 
çınıldadı  tüşdü  –  dən  də  qurtardı,  un  da....  Keçəl  ürəyində:  Vay,  – 
dedi, – nənəm yaxşı demişdi, sözünə baxmadım.  
– Ay keçəl, tez ol, ojaq qala.  
Ojax  qaladılar.  Kosa  bir  kömbə  saldı  ki,  üstündə  bir  boyundu-
ruxlu comuş hərrənərdi.  
Kosa dedi:  
– Aya, a keçəl, indi hərəmiz bir yalan danışajıyıx, kimin yalanı 
quyruxsuz olsa kömbə onundu.  
İstəyirdi ki, kömbüyü də özü yesin. Keçəl dedi:   


Hüseyn Saraçlı 
 
 
296 
– Kosa qardaş, qavaxça sən danış, görəh nə danışajaxsan, sonrra 
da mən.  
Kosa dedi:  
–  Yaxşı,  onda  qulaq  as.  Bir  il  Ağrı  dağının  başında  bostan 
əhmişdim. Bir tağ uzanıf Arazı keçmişdi. Sən deməynən içində bir 
qarpız o qədər  yekələnif ki, üstünnən körpü kimi gəlif-gedirik, hələ 
qəflə-qatır  da  keçirdi.  Bir  dönüş  yaman  yağmışdı,  körpü  surçax-
lamışdı. Bostannan gəlirdim. Birdən əəyğim sürüşdü. Sən deməynən 
suyun  içində  qarpızın  böyrü  ilənifmiş.  Əəyğim  o  ilənmiş  yerdən 
içəri  tüşdü.  Qarpızın  içinnən  xeyli  getdim.  Qavağımnan  bir  kişi 
gəldi. Salamlaşdıx. Dedim: 

 
Ə, nəəzirsən bu qarpızın içində.  
Dedi:   
– Kosa qardaş, yeddi qatar dəvə itirmişəm, tapammıram. Bu da 
mənim danışdığım quyruxsuz yalan.  
Keçəl dedi:  
– Kosa qardaş, qurtardınmı.  
Dedi:  
– Qurtardım.  
– İndi qulaq as, mən danışım.  
–  Ayə,  lələyin  goru  haqqı  doğru  deyirsən,  bir  gün  sənin  bosta-
nına mən də getmişdim. Elə həmən körpüyü gördüm. Bir xurçun da 
qarpız, yemiş dolduruf gəlirdim. O gün yaman da yağmışdı. Gəldim, 
gördüm  köpüyü  də  sel  aparıf.  Fikirləşdim  ki,  Arazı  nətəəri  keçim. 
Oana-buana baxdım, gördüm baldırı qırıx bir örümçəh var, onu tutuf 
xurçunu  belinə  aşırdım,  özüm  də  minif  Arazı  keçdim.  Bilmirəm 
örümçəh suyamı, yükəmi dayanmadı, yıxılıf öldü. Baxdım qarnı çox 
yekədi.  Dedim,  bunun  qarnını  yarım,  görüm  nə  var.  Pıçağı  çıxardıf 
qarnını  yardım.  Qarnınnan  bir  comuş  çıxdı.  Comuşun  qarnını  yar-
dım, bir dəvə çıxdı. Dəvənin qarnını yardım, bir fil çıxdı. Filin qar-
nını yardım, bir tülkü çıxdı. Tülkünün qarnını yardım, bir parça ka-
ğız  çıxdı.  Gördüm  kağızda  yazılıf  ki,  kosa  qələt  eləyir,  kömbə 
keçəlindi. Keçəl bunu dəən kimi kömbüyü götürüf düzəldi öyə.  
Kosa dedi:  
– Yaxşı ellədi, onunku mənimkinnən quyruxsuz oldu.  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
297 
 
DƏVƏ, TÜLKÜ, BĠR DƏ KEÇĠ 
 
Bir dəvə, bir  keçi, bir  də tülkü yol  gedirdilər.  Özdəri də yaman 
ajmışdılar. Baxdılar ki, yerə bir çörəh tüşüf. Dəvə dedi: 
Bunu  bölsək,  heç  kimə  çatmıyajax,  gənə  aj  qalajıyıx.  Uşaxlar, 
gəlin kimin yaşı çoxdusa, çörəyi o yesin.  
Keçi dedi:  
–  Vallax,  Nuhun  gəmisi  hazır  olanda,  siftə  içinə  mən  sıçrıyıb 
minmişəm.  
Dəvə dedi:  
–  Həə,  xeyli  yaşın  varıymış.  Tülkü  qardaş,  indi  sən  de  görəh 
neçə yaşın olar?  
Tülkü dedi:  
– Dəvə qağa, gör keçi nə danışır. Hazır gəminin içinə kim olsa 
minərdi.  Gəminin  taxtaları  vurulanda,  əmim  oğlu  çaqqalnan  orda 
işdəmişik. Atam taxtaları rəndələyif vururdu. Koraları da mən verir-
dim.  Lələm  də  maa  deyirdi  ki,  oğul,  yaxşı  işdə,  gəmiyi  tez  qurtarıf 
səni  əyləndirəjəm.  Özü  də  gərəh  Şirin  qızını  alam,  Asdan  da 
qaynatan olsun.   
Dəvə  gördü  ki,  bunnar  haralardan  danışır.  Çörəyi  ağzına  salıf 
dedi:  
–  Sizin  deməyizdən,  mən  dünənki  uşağammı?  Görün  onda 
mənim neçə yaşım olar?  
 
TƏHNƏ DƏ QALAYLANARMI? 
 
Ər-arvad  iyirmi  ildi  ki,  bir  yerdə  yaşayırdılar.  Bir  gün  arvad 
dedi:  
–  A  kişi,  bu  iyirmi  ildə  heç  mənim  sözümə  baxıfsanmı?  Kişi 
dedi:  
– Yox.  
– Bircə gün də mənim sözümə bax, noolar?  
–  Baş  üstə,  arvad.  Savaxdan  sənin  qulluğunduyam,  nə  isdəsən 
eliyəjəm.  


Hüseyn Saraçlı 
 
 
298 
– Onda and iç!  
– Lələmin urfu haqqı.  
– Cijiyin urfuna da and iç.  
– Cijimin urfu haqqı. Qurtardıxmı?  
- Yox, qurtarmamışıx, kəfinimizə də and iç.  
Kişi and içdi. Axşam danışdılar, yatdılar, savax açıldı.  
– A kişi, büyün harya eedəssən?  
– Kola eetmək istiyirəm.  

 
Bə axşam nə danışdıx.  

 
Hə, arvad, bağışda, harya eedim, de.  

 
Apar təhnəmizi qalaylat. 
– Təhnə qalaylnamaz.  
– And içifsən.  
Kişi təhniyi qonşudakı qalayçıya apardı.  
– Ay qalayçı, bu təhniyi qalayla.  
– A kişi, dəlisənmi, təhnə də qalaylanarmı? Başına havamı gəlif?  
– Büyün arvadın əmrindəyəm, qalayla deyirəm saa.  
– Qalaylıya bilmərəm, təhnə yanar.  
Gördü qalaylamır, qalayçının başını qoltuğuna alıf bərk sıxdı.  
Qalayçı gördü gözü çıxır, dedi:  
– Ayə, yavaş, burax, qalaylıyajam.  
Qalayçı təhniyi ojağa qoyuf, görüyü basdı. Qonşu arvad xəngəl 
pişirirdi, kökürün sapı divinnən qopdu. Ərinə dedi:  
– A kişi, apar bunu qalayçıya ver, sapını yerinə yapışdırsın. Kişi 
qalayçının yanına gəlif dedi:  
– Ay qalayçı, bu köykeren qulpunu düzəlt.  
– Ayə, görmürsən, iş görürəm.  
– Nə iş görürsən, ə?  
Kişi belə baxıb gördü ki, təhnə görüyün üstündə tüstülənir.  
– Ayə, nağayrırsan, təhnə tüstülənir.  
– Qalaylıyıram, nağayrajam.  
– Ə, başına atmı təpif, təhnə də qalaylanarmı?  
Qalayçı dedi:  
–  Başın  qoltux  görsə,  sən  də  qalaylıyarsan,  başın  hələ  qoltux 
görmüyüf.  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
299 
 
MÜNDƏRĠCAT
 
 
M
.Nəbioğlu. Ustadın ruhuna ehtiram .................................... 3 
 
QOġMALAR  
 
Addanıram mən .....................................................................  7 
Sazım .....................................................................................  8 
Gərək  .................................................................................... 9 
Dünyada  ............................................................................... 10 
Görmüşəm  ............................................................................ 11 
Sayır  ..................................................................................... 12 
Gözəldi  ................................................................................. 13 
Məndədi ................................................................................ 14 
Ələsgər  ................................................................................. 15 
Ay Osman  ............................................................................ 16 
Yamanmış  ............................................................................ 17  
Xoş gəlib  .............................................................................. 18 
Məhəmməd  ........................................................................... 19 
Xındı  .................................................................................... 20 
Bığlarım  ............................................................................... 21 
Qədirin  ................................................................................. 22 
Görünməz  ............................................................................. 23 
İlk şəyirdimə  ........................................................................ 24 
Olmaz-olmaz  ........................................................................ 25 
Gəlmədin  .............................................................................. 26 
Gərək  .................................................................................... 27 
Anana  ................................................................................... 28 
Gələrəm  ................................................................................ 29 
Dostum Qulunun oğluna vəsiyyəti və ona cavab  ................. 30 
Yenə  ..................................................................................... 31 
Eyləyər  ................................................................................. 32 
Bax-bax  ................................................................................ 33  


Hüseyn Saraçlı 
 
 
300 
Təzdən  .................................................................................. 34 
Döndü  ................................................................................... 35 
Dedi  ...................................................................................... 36 
Gəlmədi  ................................................................................ 37 
Alagöz  .................................................................................. 38  
Solmaz  .................................................................................. 39 
Adsız məktuba cavab  ........................................................... 40 
 
GƏRAYLILAR 
 
Qocalığım  ............................................................................. 41 
Dədə Şəmşir  ......................................................................... 42  
Gəldim  .................................................................................. 43 
Bulaq  .................................................................................... 44  
Dağlarda  ............................................................................... 45 
Gətirdim  ............................................................................... 46 
Əziz Novruz bayramında  ..................................................... 47 
Gözəl Bakı  ............................................................................ 48  
Azərbaycan  ........................................................................... 49 
Xalqımızın  ............................................................................ 50  
Gürcüstanım  ......................................................................... 51 
Elə gedər  .............................................................................. 52 
Gülbəniz  ............................................................................... 53 
Güllüzarın  ............................................................................. 54  
Ulduz  .................................................................................... 55 
Düşübdü  ............................................................................... 56 
 
MÜXƏMMƏSLƏR   
 
Çəkər  .................................................................................... 57 
Xəngəlin  ............................................................................... 58  
Maralım  ................................................................................ 60  
 
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
301 
DEYĠġMƏLƏR 
 
Türk aşığı Ladiqarstanlı İslamla deyişmə  ............................ 62  
İstanbullu Qul Mehdiylə deyişmə   ....................................... 63 
Əflatun Saraçlı ilə deyişmə  .................................................. 67  
Kəlbəcərli Dəmirçi Abbasla deyişmə  ................................... 69   
Nizami Saraçlı ilə deyişmə  ................................................... 73 
 
DASTANLAR, ƏHVALATLAR 
 
Aşıq Şenliyin Borçalı səfəri  ................................................. 75 
Koroğlunun Dərbənd səfəri  .................................................. 104  
Aşıq Hüseyn Saraçlının Naxçıvan səfəri  .............................. 120  
Aşıq Hüseyn Saraçlının yaylaq səfəri  .................................. 155 
Zərnişan xanımın Çənlibelə gətirilməsi ................................ 175 
Gürcü qızınnan Qaçaq Kərim ................................................ 205 
Mehdi bəy dastanı ................................................................. 229 
Şair Ağacanın Ərzrum səfəri ................................................. 256 
Aşıq Ələsgərin Ağbava səfəri ............................................... 273 
Aşıq Ələhvərnən şəyirdi Aşıq Qara əhvəlatı ......................... 279  
 
 
QARAVƏLLĠLƏR 
 
Keçəlnən kosa  ...................................................................... 295 
Dəvə, tülkü, bir də keçi  ........................................................ 297 
Təhnə də qalaylanarmı?  ....................................................... 297 
 
 
 
 


Hüseyn Saraçlı 
 
 
302 
 
 
 
 
 
HÜSEYN SARAÇLI 
 
 
 
 
 
 
 
 
 
 
NƏĞMƏLĠ SĠNƏMDƏ YÜZ 
DASTAN YATIR 
 
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
303 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” nəĢriyyatının direktoru:  
professor  Nadir Məmmədli 
 
 
 
Korrektor: RəĢad Çobanlı 
Dizayner: Zahid Məmədov 
Texniki redaktor: ElĢad Çobanlı 
 
 
Yığılmağa verilmiş: 23.09.2016 
Çapa imzalanmış: 02.11.2016 
Şərti çap vərəqi: 19 
Sifariş: № 357 
Kağız formatı: 60х84 1/16 
Tiraj: 400 


Hüseyn Saraçlı 
 
 
304 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitab “Elm və təhsil” nəşriyyat-poliqrafiya  
müəssisəsində səhifələnib çap olunmuşdur. 
E-mail: nurlan1959 @gmail.com 

Tel: 497-16-32; 050-311-41-89 
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4. 
 
 
 
 
 
 
 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə