Nəğməli sinəmdə yüz dastan yatır
287
Avdıllanın arvadı Sona kəkotunnan, qantəərdən yaxşı çay
dəmlədi. Çörəh qoydu.
– Ə, xeyir olsun, buralara gələn döyülsən, olmuya Allah
eləməsin, sınığın, zadın var.
– Yox, Avdılla dayı, görürsən ki, saznan gəlmişəm, sənnən
gizdin işim var.
Avdılla kişi uzun çuvuğun qəlyannı dolduruf fikirrəşdi ki,
bu nəə əəlmiş olar. Özü sözə başdadı:
– Ə, aşıx Qara, bilirsənmi, ustanın qolu sınıf?
– Hə, Avdılla dayı, çoxmu qırılıf?
– Eh, Qara, biləhdən yuxarı oxam-oxam oluf.
– Olasıydı, Avdılla dayı.
Qaranın rəngi qızardı. Avdılla kişi dünyəgörmüş adamıydı.
Bildi ki, Qarada nəsə var.
– Hə, – dedi, – aşıx Qara, nəəlifsən? Xeyir ola?
– Uşaxlar yatırmı? Qapıyı bağla, sənnən işim var. Uşaxlar
eşitməsin.
– Elə uşaxlar döyüllər, qorxma de. Qapıyı örtdü.
– Səni mən yaxın adam bilirəm, – deyif civinnən bir kisə
qızıl çıxartdı. Əlində oynadıf çıqqıldatdı, sonra Avdılla kişiyə
verdi. – Bu bir kisə qızıl sənindi, Avdılla kimi. Sana gətimişəm.
Qızılı görüf Avdıllanın gözü qırx illik qəssaf pişiyinin
gözünə döndü. Amma bilirdi ki, Qara bunu elə belə verməz.
– Ə, de görüm bu nə işdi?
– Avdılla kişi, dilnən deyə bilmiyəjəm. Uşax eşitməsə,
alçaxdan saznan dəərdim. Amma bu işimə əməl ellə, yox demə.
– Vallah, əlimnən gələn işdisə, yox demərəm. Tez ol, de
görüm.
Aşıx Qara sazı köynəhdən çıxardıf alçax kök vurdu.
Götürdü görəh Avdıllıya nə dedi:
Başına mən dönüm, Avdılla dayı,
Mətləvim ürəhdən biləsən gərəh.
Hər adama mən sirrimi demərəm,
Yaxşı düşünübən biləsən gərəh.
Hüseyn Saraçlı
288
Avdılla dedi:
– Ə, sazı bəri tut, birini də mən deyim:
Eşidirəm, söylə, ay aşıx Qara,
Mətləvin nədirsə, dəəssən gərəh.
Əlimnən gəlirsə edərəm köməh,
Açıq-aşkar nədi, dəəsən gərəh.
Aya, niyə demirsən, aşıx Qara. Heç qorxma de!
Aldı Qara:
Bir kisə qızıl da yaxşı sərvətdi,
Bu işim düzəlsə böyük hörmətdi,
Sağ qolunu kəssən, sol kifayətdi,
Sınıx qurtarmamış, kəsəsən gərəh.
– Ay zalım oğlu, bu nə sözdü danışdın? Elə iş olarmı, o
sənin ustadındı? Ustasına kam baxanın qavağında tikəsi daş olar.
– Avdılla dayı, gərəh onu məclis üzünə həsrət qoam, o mana
dağ çəkif.
Avdılla kişi gah qızıla baxdı, gah Qarıya. Öz-özünə dedi, ə,
bərkə bu məni sınıyır. Hələ bir soruşum görüm, axırı noolur.
O, sana dərs verif məclisə atdı,
Yoxsa sınıyırsan sən, zarafatdı?
Mahalda tanınmış böyük ustaddı,
Ustada canını verəsən gərəh.
– Yox, Avdılla dayı, ya öləjəm, ya gərəh ona dağ çəkəm!
– Aya, o sana neyləyif ki?
– Bilmirsən ki? Murtuz bəyin toyunda görmədin başıma nə
iş açdı? O vaxtdan bəri ölmüşəm, götürənim yoxdu.
Hər şey Avdılla kişinin yadına tüşdü. Ürəyində dedi, bu
dəvə kinni gör neyləməh istiyir. Bütün yoxsulluğu gözünün
Nəğməli sinəmdə yüz dastan yatır
289
qavağına gəldi. Bilmədi ki, nağayırsın. Bu qızıl bütün
yoxsulluğun daşını atdırardı. Oğlu Qasıma toy elliyərdi, qızını
köçürərdi, bu komasını təzəliyərdi.
Aşıx Qara axırıncı sözünü belə dedi:
Qarıyam, yolunda qoymuşam canı,
Qoymaram ki, qala heç adı-sanı.
Yaqın bil, öldürüf tökərəm qanı,
Mənim mətləvimi biləsən gərəh.
Avdılla kişi dedi, gəl buna gənə bir nəsiyyət de, bərkə bu
yoldan yayına. Amma ürəyində nə Ələhvərdən keçə bilirdi, nə də
bu qızıldan. Götürüf daa nə dedi:
Avdılla der, ətəyinnən tök daşı,
Axıtma gözünnən bu qanlı yaşı,
Yoxsa dəli oldun, itirdin huşu,
Kini ürəyinnən siləsən gərəh.
Qara durdu ki, öynə eetsin. Əəyxüstü dedi:
– Avdılla dayı, sən qeyrətdi kişisən. Mən dəərəm, əyri sarı,
sən təmiz kəs. İndi özün tüşün. Dediymi ellə, bir belə qızıl gənə
verəjəm, kəsməsən sağalmıyajax, gejən xeyrə qalsın.
Avdıllıyı fikir apardı. Bu tərəfdən də Sona gəlif gördü ki,
kişinin qanı yaman qaralıf. Dedi:
– A kişi, sana nooluf, o kürəyi yammış aşıx nə dedi ki,
qanın qaraldı.
Oğlu Qasım yerinnən qalxıf dedi:
– Ana, sən çıx get, mən hamsını eşitdim. Ata, o kişi yaxşı
dedi. O qədər qızılı buraxmax olarmı? Allah qısmatımızı yetirif.
Bax, mən öylənəsiyəm, bajım ərə gedəsidi. İşdəməhdən əlimiz-
əəyğimiz qavar oluf. Qoy kasıflığın daşını atax.
Avdılla birdən Qasıma baxıf ajıxlı-ajıxlı dedi:
Hüseyn Saraçlı
290
– Ay mənnən oluf, mana oxşamıyan, sən nə danışırsan? Elə
barmaxları kəsməh olarmı? Rədd ol gözümün qavaannan!
Avdılla fikirləşdihcə elə bilirdi ki, mütəkkənin altındakı
qızıl döyül, bir gürzə ilandı, qalxıf boğazına dolanıf, çalajax. Tez
yerinnən durdu, əəyğini-başını geyindi. Balaja çamadanını,
dərman-davasını götürüf hazırraşdı getməyə. Arvadı Sona bunu
görüf dedi:
– A kişi, bu gejənin vaxtında harya eedirsən, eşikdə də ça-
pırtmalı qar yağır. Qasım yorğanın altınnan başını çıxartdı, dedi:
– Ana, işin yoxdu, qoy getsin. İndi yaxşıdı. Gejəlihnən işini
görəjəh.
Kişi qapıdan çıxdı. Gejə yarıdan keçmişdi. Yel kəsmişdi,
amma soyuğuydu. Amma o elə bilirdi ki, canında od var. Düz
Ələhvərin öynə gəldi. Darvazıyı döydü, çağırdı. Ələhvərin oğlu
Teymur qalxdı, getdi qapıyı açdı, gördü ki, Avdılla kişidi.
Ələhvər içəridən diluju çağırdı:
– Aya, ay uşax, kimdi gələn.
Teymur dedi:
– Ata, Avdılla əmidi.
Hamsı yorğan-döşəhdən qalxdı, öyü sahmannadılar.
– Ay axşamın xeyir, Ələhvər qardaş.
– Ə, sağ ol, Avdılla qardaş, indijə çimirrənmişdim. Bu andır
məni yaman incidir. Yuxuda gördüm ki, bir gürzə ilan şığıdı
üstümə, məni vurmax istədi. Dedim, əyə, bu məni vurajax,
nağayrım, qaça bilmiyəjəm. Birdən böyürdən çıxdın. Ə, qorxma
burdayam dedin. Elə bu yerdə ayıldım ki, yuxudu. Bu zəhrimar
da amanımı kəsif.
– Ayə, mən də elə yenijə yerimə uzanmışdım ki, birdən elə
bil, qulağıma səs gəldi ki, Ələhvərin qolu incidir nə yatmağın
hayındasan, yoxsa gejənin bu vaxtı gələrdimmi?
– Eyvallah, qardaş, bu da Allahdandı.
Avdılla ürəyində fikirrəşdi ki, əyə, bu zalım oğlu nejə aşkar
görüf bizim işimizi.
– Ələhvər qardaş, fikir eləmə, ağzı yazadı, tez pitər.
Dostları ilə paylaş: |