Nəğməli sinəmdə yüz dastan yatır
283
Aşıx Qaranın gözü cıvıldadı, dönüf Murtuz bəyə göz vurdu.
Götürdü, nə dedi:
Qara:
Fikrincə mən hələ aşıx döyüləm?
Sözdər bilirəm ki, təzə, bilməzsən.
Qoldan da güjdüyəm, yaxşı nəzər sal,
Bir an meydanımda dözə bilməzsən.
Aşıx Ələhvər
– Eyvallah, oğul, hələ yaxşı gəlirsən. Onda qulaq as:
Mən bilirəm sənin əsil zatını,
Yeritmə meydanda boş inadını,
Tüşün, geridədi işin çətini,
Axır peşman oluf, dözə bilməzsən.
Qara:
Aşıxlıx elminnən daha dolmuşam,
Xalx içində mən də bir ad almışam,
Nə yükün var – öyrənibən bilmişəm,
Daha mana qavır qaza bilməzsən.
Camaat bir-birinə dedi:
– Ə, Qara ki, bütün aşığıymış. Ə, nə deyirsən, cavavını verir,
hər tərəfdən “eyvallah!” səsi gəldi.
Aşıx Ələhvər:
Çox görmüşəm, qürrələnən özünə,
Peşman oluf əlin vurar dizinə;
Sərraf qıymat verər ustad sözünə,
Ələhvər tüşünməz sözə, bilməzsən.
Hüseyn Saraçlı
284
Qara:
Mən Qarıyam, meydanında durmuşam,
Saznan, söznən yaxşı cavaf vermişəm.
Elə bilməginən aciz qalmışam,
Daha qavağımda süzə bilməzsən.
Hər ikisinin sözü tamama yetdi.
Aşıx Ələhvər dedi:
– Oğul, Qara, indi fırsant kimindi?
– Usta, kişidə söz bir olar daa. Dedim ki, qavaxca sən
gedəjəhsən. Daa xırdalama.
– Oğul, özünnən basırsan, amma cücəni payızda sayallar,
həmi də...
Aşıx Ələhvərin bərk ajığı tutdu. Öz-özünə dedi, ə, bu məni
lap heç şey sayırmış. Daa demir ki, ayrı cür başdıyaram.
Fikirrəşdi ki, gəl buna bir qıfılbənd de, görəh nağayrajax.
Mən bu gün bir yerdə nəsə görmüşəm,
Layixdi aləmin var binəsinə.
Görcəyin də ona heyran olmuşam,
Əcabə, onun bu xoş nəfəsinə...
– Aşıx Qara, buyur cavavımı ver.
Aşıx Qara dedi ki, mən qırx cöözə bir ağac atıram.
Götürdü Ələhvər ikinci bəndində nə dedi:
Bir nəzər yetirdim onun seyrinə,
Çiçəkli çəməndə canı-sərinə,
Bəzirgan, tuccar da demə sirrinə,
Cəsəddən can alır, mat peşəsinə.
– Aşıx Qara, nooldu, cavaf vermirsənmi?
– Canım, sözüyün axırını de, görüm harya çıxır dana.
Camaat bir-birinə dəydi. Dedilər:
Nəğməli sinəmdə yüz dastan yatır
285
– Aşıx Qara dərisini genə vermir, tülkü kimi, dəəsən, ilişdi qaldı.
Aşıx Ələhvər:
Bulud da qan qusar onun sərində,
Hökmü zəlzələdi, əsir yerində,
Aləm də qərq olur onun selində,
Ələhvər can deyif bu həvəsinə.
- Aşıx Qara, indi sözün nədi? Cavaf ver.
Aşıx Qara başını yerə tikdi. Camaat pıqqıldadı.
Aşıx Ələhvər birdən ajıxlı-ajıxlı əlini civinə salıf puçağı
çıxartdı. Dedilər ki, görən nağayrajax. O, puçağı salıf başşağı on
dörd pərdənin on dördün də doğradı. Dedi:
– Oğul, bəyax çox yekə-yekə danışırdın. İndi sazı pərdəsiz
çalajayıx. Buna sözün nədi? Aşıx Qara da pərdələrini doğradı.
Aşıx Ələhvər:
Aşıx Qara, sən əlinə,
Pərdəsiz sazı al görüm.
Aşıxlığın dar günü var,
“Yanıq Kərəmi” çal görüm.
Aşıx Qara pərdəni doğruyannan sonra, meydanda cüt öküzü
kimi durdu, daa heç zad çala bilmədi.
Usta dedi:
– Aşıx Qara, koxa dəəndə bığını burursan, gəl ver dəəndə
geri durursan. Belə işdər də var, haa?!
Deyinirdin öz-özünə,
Fikir vermirdin sözünə,
Yaman tər gəlif üzünə,
Götür dəsmalı, sil görüm.
Hüseyn Saraçlı
286
Ələhvərin elmi çoxdu,
Hər sözü müjgandı, oxdu.
Aşıxlıxda sərin yoxdu,
Layıqlı çoban ol görüm.
Söz tamama yetdi. Hər tərəfdən “Ələhvər, eyvallah” sözü
eşidildi. Ələhvər dedi:
– Ay camaat, bu gərəh mana hörmət qoyuydu, qarşıma
çıxmıydı. O ki, çıxdı, cavannıx elədi, zaral yoxdu, keçdi getdi.
Murtuz bəy nəmərrəri götürüf, camaatın içində qoydu Aşıx
Ələhvərin qavağına dedi:
– Halal olsun sana, doğrudan da, kamil aşıxsan.
Aşıx Ələhvər dedi:
– Ay camaat! Əziz qonaxlar, məni bağışdıyın, mən Aşıx
Qarıya bir şey verməmişəm. Bu qızılnan, bu paltarı ona axırıncı
pay verrəm, – sonra gülümsünüf, ajığını xalxa bildirmiyif,
kirimişcə sazını köynəhlədi, Murtuz bəydən icaza alıf, “toyun
mübarək olsun, bəy” dedi, camaatnan xudaafizdəşif getdi.
Aradan qış keçdi, nooruz bayramı gəldi. Ələhvəri qonşu
kənd nooruzduğa apardı. Bayram məclisini qurtarıf gejaynən
atnan öynə qaytdı. Tozağantı qar yağmışdı, yerdə hələ don
varıydı. Birdən at sürüşüf yıxıldı. Ələhvərin sağ qolu biləhdən
yuxarı oxam-oxam oldu. Onu sınıxçı Avdıllanın yanna apardılar.
O, Ələhvərin də yaxın dostuydu.
Avdılla yaşdı kişiydi. Ələhvərin məclisində çox olmuşdu.
Xətrini də çox istiyirdi. Avdılla yaxşı taxta, məlhəm düzəldif,
qolunu sarıdı. Ələhvərcan, heç qorxma, bu qoja canım üçü səni
qurtarajam, – dedi.
Əhvalat aşıx Qaraya çatdı. Belə fırsantı çoxdan gözdüyürdü.
Dedi: yaxşı oldu. Qarannıq düşəndə Ələhvər verdiyi qızılı
götürüf, sazını da qoltuğuna vuruf, düz Avdıllanın öynə gəldi:
– Axşamın xeyir, ay Avdılla dayı.
– Ay axşamın xeyir, aşıx Qara, xoş gəlifsən sən bizim bu
kasıf öyə.
Dostları ilə paylaş: |