Nəğməli sinəmdə yüz dastan yatır
269
Mustafa:
Şeytan nala çəkdi, dağıldı qalam,
Məhəmməd şaynına enifdi kalam.
Yeddi salavatdan verildi salam,
Onun salamını göyə yazdılar.
Ağacan:
Ağacan dilinnən olarmı xata?
Bə sonra kimiydi getdi zülmata?
Kimin şayanına gəldi ol ata?
Nəyin pərdəsində seyə yazdılar?
Mustafa:
Umud var Mustafa etmiyə xata,
Sonra Xızır getdi o zülmata,
Murtuza şaynına gəldi ol ata,
Ərşin pərdəsində seyə yazdılar.
Hər yannan əhsən dedilər, Kablayı xan dedi:
– Ağacan, balam, neyliyirsən? Fırsantı fota vermə. Gör
nağayrırsan.
Ağacan dedi:
–
Savr ellə, ağam sur verif. İndi baxarsan.
Aldı görəh nə dedi:
Ağacan:
Bir səhrada on beş qazı oturmuş,
Onnarın taxt üstə bir qararı var.
Hərəsində doxsan iki əl gördüm,
Cəsəd bir, gərdən üç, bir də səri var.
– Usta, cavaf ver.
- Oğul, mən qırx cöözə bir ağac atıram, dalını de!
Kablayı xan güldü, paşalar Ağacana əhsən dedi.
Hüseyn Saraçlı
270
Gənə Ağacan:
Doxsan min molladı, doxsan min seyid,
Doxsan min biyaban, doxsan min meyit,
Çəməngahda gördüm doxsan min şəhit,
Doxsan min şəhidin bir məzarı var.
– Usta, cavaf.
– Oğul, kişidə söz bir olar.
Rüştü paşa dedi:
– Olan, yanşax, dəəsən qalıyı aldırdın.
Mustafa dinmədi. Görəh Ağacanın axır sözü nooldu:
Ağacan oxuyar sana bir ayə,
Məhəmməd nə günü gəldi dünyəyə?
Əli də harada tüşdü söydaya?
Ya dəənlər kimdi, nə nəzəri var?
Paşalardan əhsən səsi göyə ucaldı. Dollu Mustafa oturuf kor-
peşman qalyan çəkirdi. Paşalar əmr ellədi ki, sazları yığışdırın.
Sazdar yığışmaxda olsun, ancax Kablayı Ağacana dedi:
– Bunun oturmağına da, bir sözün olarmı?
Ağacan dedi:
–
Baş üstə, ona da dəərəm.
Götürüf bir “Şər-xatai bəhri-divanı” çalıf nə dedi:
Bir quş gördüm havalanmış,
Yuvası səngərdədi.
Bir gəmi dəryaya dalıf,
Çarxları ləngərdədi.
Onu ummana qarğ etdim,
İndi sahil bərdədi.
Günəşin şövqü alındı,
Bulut ona pərdədi.
Tanı qarşını kəsən,
Kimnən alıf dərsini.
Nəğməli sinəmdə yüz dastan yatır
271
Löhü-qələm salavatı,
Keçdi ərşi-kürşini.
Yeddi min ayə içində
Nişan verrəm birsini.
Uruhları ərş-əlada,
Cəsəti yerrərdədi.
Ağacanam, nişan verim
Mən də sana zatımı:
Yüz min yerə yolluyuram
Bir əlif hurfatımı.
Şin-şəərim tənəzzüldü,
Teydə-təriqatımı.
Ustadımdı şir-ajdaha,
Dillərdə əzbərdədi.
Söz tamam oldu.
Ancax Rüştü paşa dedi:
– Olan, yanşax, dəə bilərsənmi bunnar nejə yanşaxdılar?
– Baş üstə, paşam, dəərəm! Bu hərif yer gəzir qaçmağa,
ancax sinəmə gənə bir söz gəldi.
Görəh “Müxəmməs” havasında genə aşığa nejə həcv dedi:
Eşitmişəm hər bir yanda
Həp-kopun vardı, aşıx!
Düşüncəli insannara
Lağ eyləmək ardı, aşıx!
Gəlif keçifsən cəngimə,
İşin ahı-zardı, aşıx,
Boylanırsan hey qaçmağa,
Yerin yaman dardı, aşıx!
Aşıxlıx bir dəryadı,
Hər yetən dalmıya gərəh.
“Divanı”, “Təcnis” yerinə
Hüseyn Saraçlı
272
“Gəraylı” çalmıya gərəh.
İnsan olan bir-birinə
Müxənnət olmuya gərəh.
Sözdərimi eşitmirsən,
Qulaxların kardı, aşıx?
Rüştü paşa dedi:
– Oğlum, yanşax, əsli-nəslini de, görüm kimsən, bunnan
sonra bənim yanşağım sənsən, çoxlu qızıl, altun verəjəm.
Görəh Ağacan adını, kökünü nejə dedi:
Gəl sənə nişan verim,
Şahı-mərdandı usdadım.
Cəfərli soykökümdü,
Bil, Ağacandı öz adım.
Gejə-gündüz diqqətiynən
Dərsimi verif ustadım.
Al sazını, bir cavaf ver,
Yoxsa dilin laldı, aşıx?
Dollu Mustafa qalxdı getməyə, paşa dedi:
- Olan, anasını satdığım, xınzır oğlu, sənin ixdiyarın o
şayırdadı, o ixdiyar verdimi ki, qaçmax istiyorsan?
Ağacan paşıya baş əyif ixdiyar aldı:
–
Qoy getsin mahalına öyünsün, sazdarını da ver, sənin
adına yaxşı döyül. Qorxma, daa bu torpağa gəlməz.
Elə də Dollu Mustafa getdi. Sonra paşa böyük qonaxlıx
düzəltdi. Ağacanı dünyə malınnan qanı elliyif, yola saldı, dedi:
Oğlum, ildə iki-üç dəfə gəlif haqqını apararsan, bizə də
çünbüş yaparsan. Sən kəndimi ucaltdın.
Burda söhbətimiz qurtarır, qalın salamat. Onnara rəhmət,
siz də sağ olun.
Nəğməli sinəmdə yüz dastan yatır
273
AġIX ƏLƏSGƏRĠN AĞBAVA SƏFƏRĠ
Ağbavanın Güllübulax kəndində seyidlərnən aşıx Ələsgərin
dosduğu olur. Bir gün Güllübulax kəndinin seyiddəri aşıx Ələs-
gəri qonax çağırıllar. Onnarda da ədətdi ki, aşıx qonaxları olanda,
ellihnən yığılıf böyüh məclis qurallar, aşığa nağıl, dastan danış-
dırıf qulax asallar. Güllübulaxda gözdən şikəst bir aşıx Nəsif
varıydı. Eşitdi ki, seyiddərə bir aşıx gəlib, özü də seyiddərə
qohumdu. Uşaxlardan soruşdu ki, “aya, adını bildinizmi, adı
nədi?”. Cavaf verdilər ki, deyillər Göyçəli aşıx Ələsgərdi. – Aya,
onu yaman zor aşıx danışıllar. Bu axşam gedif onun yayını
yoxlayajam. Görüm deyilənə görə bir şeyi varmı?
Dedilər: Ə, bu seyiddi, seyidə dolaşma.
Dedi:
– Yox, atamın goru haqqı gedəjəm.
Əvvəlcə axşamnan gəlif eşihdən qulaq asdı. Baxdı ki, çox
yaxşı saz çalammır, heç yaxşı səsi də yoxdu. Uşağı göndərdi ki,
gedin mənim sazımı gətirin. Sazını gətdilər. Sazı köynəyinnən
çıxardıf suyurma içəri girdi. Amma Ələsgər oturuf qəlyan çəkirdi,
hələ dastan başdamamışdı.
– Aya, aşıx hardadı, heç səsi-səmiri çıxmır. Gəlsəniz o
gələnətən mən bir mahnı oxuyam. O bilmirmi burda aşıx var,
məni eşitmiyifmi, burya nəə gəlif?
Nəsifin qohum-əqrəbası da çoxuydu. Dedilər qoy deyişsinlər.
El oğlu sehirdən ki, doymaz. Beləjə deyişmə başdadı.
Aldı Nəsif:
Bir aşıx gəlifdi Güllübulağa,
Xoşa gəlmir nə avazı, nə səsi.
Hayıf ki, görmürəm boy-büsatını,
Deyillər seyiddi, ağır nəfəsi.
Aşıx Nəsif istədi ki, ikinci bəndi desin, Ələsgər qalxdı,
dedi:
Dostları ilə paylaş: |