Hüseyn Saraçlı
254
Qalaçanın dörd yannı kəsif. Nejdi Məmmədxan, vəzir vəkili qaça
bilmir. Mustafa vəzir hökmranlığı ələ alıf, çarmıx qurdurdu.
Mehdi bəyi çağırtdırdı. Nejdi Məmmədxanı, vəzirini, qazı
əfəndiyi, Türfənsə qarıyı da gətizdirdi.
Nejdi Məmmədxanı çarmıxa çəkdirif tafşırdı ki, gündə bun-
nan bir tikə ət kəsin. Vəzirnən, qazı əfəndiyi də gərgiyə verdi.
Dedi, bunnarın əyəxlərinnən soyun. Gündə Nejdi Məmmədxan-
nan kəsdiyiniz ət boyda soyun. Qaldı qarı, yeddi illik bir xam
qatır gətizdirdi. Qarıyı da qatırın quyruğuna bağlatdı ki, bunun
hesavını da qatır çəksin.
Mustafa vəzir bajısınnan görüşdü, Mehdi bəyə təzədən qırx
gün, qırx gejə toy çaldırdı. Xanın, vəzirin əti, gönü qurtaran vaxt
Mehdi bəyin toyu da qurtardı.
Mustafa vəzir camaatı yığıf, Mehdi bəyi xan qoydu. Amma o
vaxtıydı ki, bu tərəfdən Qara xan arvadıynan, o tərəfdən qardaşı
da Məhəmmədəli Gəncədən gəlirdilər. Mehdi bəy qardaşı
Məhəmmədəliyi özünə vəzir qoydu. Əmisi uşaxlarını da
kəmərbəstə. Məhəmmədəli Gəncədən burya köçdü. Bir aşıx
tafdılar, bir də məclis qurdular. Aşıx bunnarın toyunu belə tutdu:
Xəstə könlüm səhət buldu,
Sevdijiyim, sən gələndə.
Açılıf bulut zülflərin
Qamətinə tən gələndə,
Gözdərin tüşdü gözünə,
Mən oldum heyran gələndə.
Havalandım könlüm quşu,
Hürüynən-qılman gələndə,
Baharın tər bənövşəsi,
Ey bağlı gülşən gələndə.
Şikəst könlüm safa buldu,
Bir belə cavan gələndə.
Çoxları ziynət verif,
Tüşüf gözəllik bəhsinə,
Nəğməli sinəmdə yüz dastan yatır
255
Yaqutdan irəng alıf,
O cavahir düyməsinə.
Yaxasınnan zər işdənif,
Qıfıllanıf sinəsinə.
Xavar aldım əhvalını,
Yetik oldum binəsinə,
Dil-dil ötən kəhliyidin,
Oyçular duruf səsinə.
Gözdərinin şivəsinə,
Kirpikləri müjgan oxu,
Qaşdarı kaman gələndə.
Nəvinin oylağıdı,
Əzm edər mahallara,
Xubların qaydasıdı,
Karvanı çıxar yollara,
Sərində sığal verər,
Əbrişim – siyah tellərə,
Durna kimi qatarranıf,
Sonalar üzür göllərə,
Tərifinə dastan dedim,
Tüşsün dillərdən-dillərə,
Şairlərin qaydasıdı,
Tərif deyər gözəllərə,
Ün tüşər biyavana,
Cütünnən ceyran gələndə.
Hüseyn Saraçlı
256
ġAĠR AĞACANIN ƏRZURUM SƏFƏRĠ
İndi sizə kimnən, hardan xavar verim, Ərzurum şəərinnən.
Ərzurumda Rüştü paşa əyləşmişdi. Rüştü paşanın vaxtında Dol
şəərinnən Dollu Mustafa aşıxlıxda tanınırdı. Ərzurumda qavağına
çıxan olmamışdı. Oydu ki, yanda da qırx şəyirdi ildə bir dəfə
gəlif Rüştü paşadan yüz tümən pul, bir at, bir qat livsa, qızıl saat,
nal-barat alıf gedərdi. Paşa elə bilirdi ki, bunnarın qavağına çıxan
aşıx heç tapılmaz. Ona səvəf bunnara belə barat verməliydi.
Gəl gör ki, bu dönüş onnar gələn zaman naxçıvannı Kablayı
xan da paşıya qonax olsun. Xan dedi:
– Paşam sağ olsun, bu nə hay-küydü, olmuya toy işin var?
Paşa dedi:
– Xan, toyum-zadım yoxdu, ancax bir aşıx Dol şəərinnəndi,
ildə bir dəfə gəlif mənnən yüz tümən para, at, fəxri livas, saat,
nal-barat alar, gedər, çünki bu zor yanşaxdı, bizdə də elə yanşax
yoxdu ki, buna xasım ola. Nə yapım, iştə verməliyəm.
Kablayı xan dedi:
– Paşam sağ olsun, mənim bir şayır dostum var Şarayıl
mahalında, gəlsən, onu gətirdəm, bunnarın quyruğunu düysün.
Paşa dedi:
– Əfəndim, elə bir işin varsa, sana böyük töhvə bağışdıyaram,
o yanşax da bənim yanşağım olar.
Çünki Ağacan Kablayı xannan dostuydu. Özü də Ağacanın
sərmayasını, qüvvəsini bilirdi. Götürüf Kablayı bir nama yazdı,
qasidə verif, göndərdi Şarayıl mahalının Yenicə köyünə: “
Ağacın, özünü tez Ərzuruma yetir. Bala meydana, mənim dar
günümdü, başını orda isdat, burda qırxdırram. Yazan dostun
Kablayı xandı, naxçıvannı”. Nama gəlif Ağacana çatdı. Ağacan
mat qaldı ki, Kablayı xanın nə işi olar? Atasına masləət ellədi.
Cabbar kişi dedi:
– Oğul, yaqın, orda dosdugildədi, dosdunun xəstəsi zadı var,
o da bilir ki, sən hər işdən halısan, noolar, get.
Nəğməli sinəmdə yüz dastan yatır
257
Ağacanın yanında bir şəirdi olurdu, Əziz addı. Şəirdi dedi:
– Usda, qoy mən də gedim, bərkə xeyir işi var.
Ağacan dedi:
– Yox, xeyir işi olsa yazardı, yaqın, qağam demişkən, dəlisi
zadı var, sağaltmax lazımdı, mən tək getməliyəm.
Atını minif yola tüşdü.
O getməhdə olsun. Ərzurumda Rüştü paşa Dollu Mustafıya
dedi:
– Sana xasım gəlir.
Mustafa özünü sındırmıyıf dedi:
– Çox yaxşı, onda elan vurdur ki, deyişmə gedəjəh. Paşa elan
vurdurdu ki, yanşaxlar atışması gedəjəh, kim istiyirsə, seyrə
gəlsin. Eloğlu da seyirdən doymaz. Xalx yığılmaxda olsun....
Ağacan bir-iki kitaf, özgə əməl-salahını həyvəsinə qoyuf
Ərzurum şəərinə gəldi. Şəərə girəndə gördü bütün küçələrə elan
vuruluf ki, deyişmə gedəjəh: Dollu Mustafıynan Şarayıllı şayır
Ağacan deyişəjəh. Ağacan istədi geri qayıtsın. Sonra fikirrəşdi ki,
doğan ana utansın. Daa keçif, nə çıxar-çıxar, onu dünyə tanıyır,
məni heç yer tanımır, bağlansam da ayıvı yoxdu. Hası ünvana
yazmışdılar, – gəldi.
Bala meydanda, böyük bir salon ağzına qədər doluydu, düz
gəlif orya çıxdı. Atını mehtərrər tutdu, özünü məclisə gətirdilər:
içəri girəndə nə görsə yaxşıdı, gördü paşalar əyləşif, Kablayı xan
da yannarında. Ağacan baş əydi, paşalar xoş gəldin deyif
görüşdülər, yer görkəzdilər. Kablayı xan bığının altınnan qımışdı.
Ağacan tufarrara göz gəzdirdi. Tufarrarda yer yoxuydu, tosvağa
kimi sazın əlindən. Kablayı Ağacanı himlədi: olan, Mustafa şəərə
gəzməyə çıxıf. Baş şəyirdi Aşıx Məhəmməd qalxıf sazını
köhlüyüf meydana çıxdı, paşalara baş əyif dedi: icaza versəniz,
Qafqazdan gələn şairə bir xoş gəldin dəərdik. Hamı bir yerdən:
çox yaxşı olar, dedi. Ağacan yenijə oturmuşdu. Dedi:
– Balam, bir istəkan çay içməmiş, bir ajı qalyan çəkməmiş
niyə tələsdin.
Məhəmməd dedi:
Dostları ilə paylaş: |