Dastan yatir


Nəğməli sinəmdə yüz dastan yatır



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə2/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   2   3   4   5   6   7   8   9   ...   65

                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 

O,  bir  dastan  aĢığıydı  və  elə  bir  ömür  yaĢadı  ki, 
dünyasını  dəyiĢəndən  sonra  özü  də  dillərdə  dastan  oldu. 
Haqqında  məqalələr  yazıldı,  Ģəninə  Ģeirlər  qoĢuldu. 
Ustadın  vəfatı  münasibətiylə  yazdığı  Ģeirdə  xalq  Ģairi 
Z.Yaqub deyirdi:  
 
Yüz dəfə çək, yersiz ahdan nə çıxar, 
Qəlbi yasda saxlamaqdan nə çıxar! 
Ay Zəlimxan, ağlamaqdan nə çıxar, 
Az sızılda, az inildə, az ağla! 
Saraçlının taleyindən əsər yaz
Saraçlının dastanını yaz, ağla!!! 
 
Z.Yaqub,  Hüseyn  Saraçlının  ölümündən  nə  qədər 
sarsılsa  da,  dərdin  qarĢısında  əyilmədi,  sınmadı,  “Saraç-
lının  taleyindən  əsər  yaz”,  –  dedi  və  yuxarıda  da  qeyd 
etdiyimiz  kimi,  “Hüseyn  Saraçlı  dastanı”  kimi  möhtəĢəm 
bir əsər yazdı. Elə bir əsər ki, xalq yazıçısı Elçin bunu ciddi 
yaradıcılıq  uğuru  hesab  edərək  Z.Yaquba  yazırdı:  “Sənin 
bu  əsərin  yazılı  ədəbiyyatımızda  yeni  “milli  janr”ın 
yaranmasına səbəb olacaqdır”. 
Nə  qədər  ki,  Azərbaycan  xalqı  var,  sazımız  var, 
Türkün  ruhu  dolaĢan  hər  yerdə  Hüseyn  Saraçlı  da  var 
olacaq. Çünki o, hələ sağlığında ikən ölməzliyini qazanıb, 
könüllərdə abidəsini ucaldıb.  
Unudulmaz Ģairimiz Zəlimxan Yaqub demiĢ, Hüseyn 
Saraçlı bu gün də gözdədi,  könüldədi, nəfəsdədi, candadı, 
düĢüncədə, fikirdə, ilikdədi, qandadı – bir sözlə, bizimlədi, 
bizdədi. 
Hörmətli oxucu, 100 illik yubileyi ərəfəsində ustadın 
ruhuna  bir  ehtiram  əlaməti  olaraq  iki  kitab  hazırlamağı 


Hüseyn Saraçlı 
 
 

qərara  aldıq.  Kitablardan  birinə  ustadın  yaradıcılığından 
və dastan repertuarından seçmələrlə yanaĢı,  sağlığında və 
vəfatından  sonra  haqqında  yazılmıĢ  məqalələr,  xatirə 
yazıları və ona ithaf olunmuĢ Ģeirlər daxil edilib  (Hüseyn 
Saraçlı.  Bakı,  “Elm  və  təhsil”,  2016.  368  səh.  (+8  səh. 
Ģəkil)) 
Bu  kitabda  isə  ancaq  Hüseyn  Saraçlının  Ģeirləri, 
deyiĢmələri və dastan repertuarından seçmələr yer alıb.  
 
 
 
 
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 

 
HƏMĠġƏ KÖNÜLLƏR ALANDI SAZIM 
 
QoĢmalar 
  
ADDANIRAM MƏN 
  
Əlimə alanda sədəfli sazı, 
Elə bil səfərə atdanıram mən.  
Gah Koroğlu kimi nərə çəkirəm, 
Gah da Kərəm kimi oddanıram mən.  
 
Arzular ürəkdə qol-qanad atır,  
Nəğməli sinəmdə yüz dastan yatır.  
Elə ki, sevənlər muraza çatır, 
Sevincə bürünüb şaddanıram mən.  
 
Əzəldən bir şirin dilə vuruldum
Sazımda səslənən telə vuruldum. 
Bu doğma obaya, elə vuruldum, 
Hüseyn Saraçlı addanıram mən.  
 
 


Hüseyn Saraçlı 
 
 

 
SAZIM 
 
Sinəsi genişdi söz meydanında, 
Həmişə könüllər alandı sazım.  
Ağardıb üzümü ellər yanında, 
Ən sirli havalar çalandı sazım.  
 
Qəribi vaxtında yara yetirən
Oğul əyləndirən, gəlin gətirən, 
Kamil ustadlardan ibrət götürən, 
Ələsgəri yada salandı sazım.  
 
Qurbani dilinnən dinər hər zaman
Yaxşıya yaxşıdı, yamana yaman.  
Kərəmin eşqindən alışıb yanan, 
Hüseynin dərdinə qalandı sazım.  
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 

 
GƏRƏK  
 
Bu qoca dünyanın əşrəfi insan, 
“Mənəm-mənəm” deyib ötməsin gərək.  
Onun əməlinə el qiymət verər, 
Şərəfsiz yaşayıb getməsin gərək.  
 
Aşığın avazı gəlsin uzaqdan,  
Keçsin imtahandan, çıxsın sınaqdan.  
Desin həqiqətdən, danışsın haqdan, 
Ellərə xəyanət etməsin gərək.  
 
Hüseyn Saraçlının keçibdi yaşı, 
Telli saz həmişə olub sirdaşı. 
Sənət meydanında ağarıb başı, 
Saldığı bu yol-iz itməsin gərək.  


Hüseyn Saraçlı 
 
 
10 
 
 
DÜNYADA 
 
Ürək dostu tək-tək olar, tapasan,  
Yaxşı dostu seçən hanı dünyada? 
Yaxşı dostun ürəyimdə yeri var, 
Bekar dostun çoxdu sanı dünyada.  
 
Öz-özünə alışana yan demə
Ara, axtar, xan olmaza xan demə.  
Hər yetəni əziz tutub can demə,  
Yaxşı dostu yaxşı tanı dünyada.  
 
Yemək dostu bil ki, nanı itirər, 
Şöhrət dostu başa qaxınc gətirər. 
Ürək dostu mətləbini bitirər, 
Dar günündə verər canı dünyada.  
 
Saraçlıyam, saza meyil salmışam, 
Öz dərsimi ustadlardan almışam.  
Dost yolunda canı fəda qılmışam, 
Güdməmişəm şöhrət-şanı dünyada.  
 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə