Dastan yatir


Nəğməli sinəmdə yüz dastan yatır



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə3/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   2   3   4   5   6   7   8   9   ...   65

                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
11 
 
GÖRMÜġƏM 
 
Yoxdu əzəlinnən ömrün vəfası, 
Çox boşalıb, çox da dolan görmüşəm.  
Əlvan bənövşəli, laləli çölü, 
Xəzəl olub birdən solan görmüşəm.  
 
Bu fani dünyadı, bilginən, inan, 
Düşdü kəməndinə çox pələng, aslan.  
Vaxtı, tərəqqisi gəlhagəl olan, 
Ajal zindanında qalan görmüşəm.  
 
Saraçlı dünyadan olubdu halı, 
Varsıza, – misaldı, – deyirlər dəli.  
Könül dəryasının coaşnda seli, 
“Borçalı havası” çalan görmüşəm.  


Hüseyn Saraçlı 
 
 
12 
 
SAYIR 
 
Bozaran təpələr, saralan çöllər
Bilmirəm özünü bağ niyə sayır? 
Əsl sənətini bilməyən aşıq, 
Ölübdü, özünü sağ niyə sayır? 
 
Ustadlıq almayan olmaz pəsəndə, 
Dost küsər, sözünü nagah kəsəndə.  
Zibil ki, sovrulur külək əsəndə, 
Yalandan özünü dağ niyə sayır? 
 
Saraçlı, düz yolu əyri çəkənlər, 
Yaxşılıq yerinə pislik əkənlər.  
Ağzından hərcayı, hədyan tökənlər, 
Qaraykən üzünü ağ niyə sayır?  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
13 
 
GÖZƏLDĠ 

 
Günəşli Borçalı cənnətin tayı,  
Babəkəri, Sənan dağı gözəldi.  
Bu yerlərə bəzək verir Kür çayı, 
Dörd yanında bağça-bağı gözəldi.  
 
Əzəl gündən neməti bol, varı bol, 
Günəşi bol, yağışı bol, qarı bol, 
Qonağı bol, həmdəmi bol, yarı bol, 
Gözəllərin hər yığnağı gözəldi.  
 
Saraçlı der: çoxdu burda saz çalan, 
Dost üzünə xonça kimi açılan.  
Bir könüldən min könülə saçılan, 
Bu diyarın çilçırağı gözəldi.  
 
II 
 
Bir cənnətdi Gürcüstanın elləri, 
Borçalısı, Qocor dağı gözəldi.  
Yaraşığı təbiətdən pay alıb, 
Şux bağçası, yaşıl bağı gözəldi. 
 
Gəl dolanaq aranları, dağları, 
Bir cənnətdi bağçaları, bağları.  
Qabaqdadı hələ gözəl çağları, 
Obaların hər novrağı gözəldi.  
 
Düşüb adın dildən-dilə, Saraçlı, 
Nə dərdin var innən belə, Saraçlı.  
Vurulubsan sən bu elə, Saraçlı, 
Hər guşəsi, hər oylağı gözəldi.  


Hüseyn Saraçlı 
 
 
14 
 
MƏNDƏDĠ 
 
Gürcüstan qəlbini açıb söyləyir, 
Dünyanın ən gözəl çağı məndədi. 
Hər diyarda yaxşı adım-sanım var, 
Gözəllərin çox yığnağı məndədi.  
 
Hünərlidi bu diyarın insanı, 
Gülüstana döndəribdi hər yanı.  
Görərsiniz, dolansanız cahanı, 
Qardaşlığın şən ocağı məndədi.  
 
Aranım, yaylağım bağçadı, bağdı, 
Dağlar var, yayda da zirvəsi ağdı.  
Obalarda hər gün kefdi-damaqdı,  
Çəmənlərin buz bulağı məndədi. 
 
Yüz il ömür sürən doymaz yaşından, 
Heç vaxt acı rüzgar əsməz başından.  
Xəbər verən əsrlərin başından, 
Uluların söz-sorağı məndədi. 
 
Saraçlıyam, öz yurduma bağlıyam, 
Beləcə fərəhdən coşam, çağlayam. 
Mən də bu ellərin ozan oğluyam
Sənətin gül açan bağı məndədi.  
 
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
15 
 
ƏLƏSGƏR 
 
AĢıq Ələsgərin 150 illik yubileyində 
 
Cəmi aşıqların ustadı sənsən,  
Yoxdu sözlərinin sayı, Ələsgər!  
Aşıqlar çox gəlib-gedib dünyadan, 
Səni kimi aşıq hanı, Ələsgər! 
 
Həyatda ən ulu ölməz adın var,  
Sənin də yaxının, doğman, yadın var.  
Dahisən, hesabsız qol-qanadın var, 
Şeir kanı, söz ümmanı, Ələsgər! 
 
Eşqinlə canlandı baharım, yazım, 
Sənət hünərindən danışdı sazım. 
Qurbani, Qul Abbas, o dədə Qasım, 
Talan gördü bu dünyanı, Ələsgər! 
 
Sinən yaralandı ahdan, amandan, 
Bir Səhnəbanıdan, bir də zamandan.  
Elə gileyləndin pisdən, yaxşıdan, 
Sənət meydanının xanı, Ələsgər! 
 
Divani, təcnisdən yükün çox oldu, 
Qaynadı, kükrədi peymanın doldu. 
Saraçlı, aşıqlıq müqəddəs yoldu, 
Bu ədəb-ərkanın canı – Ələsgər!  
 
 


Hüseyn Saraçlı 
 
 
16 
 
AY OSMAN 
Osman Sarıvəlliyə 
 
Görüm var olasan səni dünyada
Zəhmətin getməsin bada, ay Osman!  
Bu aşıq qardaşın sənin yolunda, 
Yaxar öz canını oda, ay Osman! 
 
Qoy tale çatdırsın səni yüz ilə,  
Sinəndən çeşmə tək sözlər süzülə.  
Gəzək Borçalını belədən-belə, 
Dostları gətirək yada, ay Osman! 
 
Sazımda səslənir sözün-söhbətin, 
Doğru yolçususan sən həqiqətin. 
Hüseynin belini bükür həsrətin, 
Həmişə düşəndə yada, ay Osman! 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
17 
 
YAMANMIġ 
 Ġstanbulda yaĢayan Borçalı balası Qul Mehdiyə  
 
Vətəndən aralı düşən eloğlu, 
Çəkdiyin qovğalar, qallar yamanmış! 
Tikəndə gözünü doğma ellərə
Xəbərsiz-ətərsiz yollar yamanmış! 
 
Keçirdin ömrünü ağlı, qaralı, 
Qürbətdə göz yaşlı, könül yaralı.  
Qohumdan, qardaşdan, dostdan aralı, 
Yollara uzanan qollar yamanmış! 
 
Bilirəm, həyatın gözü Vətəndi, 
Ürəyin alovu, közü Vətəndi. 
Hüseyn Saraçlının sözü Vətəndi, 
Vətənsiz ötüşən illər yamanmış! 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə