Dastan yatir



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə5/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   2   3   4   5   6   7   8   9   ...   65

Hüseyn Saraçlı 
 
 
26 
 
GƏLMƏDĠN 
 
İlqar etdin, vədə verdin bahara, 
Bahar fəsli ötüb getdi, gəlmədin!  
Gözlərim hey yolda qaldı, ey sənəm, 
Aylar, illər sona yetdi, gəlmədin!  
 
Sənsiz günlərimi güdaza verdim, 
Ah çəkdim, meylimi bu saza verdim.  
Nahaqdan sinəmi ayaza verdim, 
Yenə boran, çovğun ötdü, gəlmədin!  
 
Hüseyn Saraçlını yada salmadın, 
Qəlbini eşqinlə oda salmadın. 
Bir gecə bizlərdə mehman qalmadın, 
İnamım, ümidim itdi, gəlmədin.  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
27 
 
GƏRƏK  
(Zarafatyana) 
Sadaxlı dostum Əsgər DaĢdəmirova 
 
Gəl sənə söyləyim, ay Əsgər qağa, 
Dostluqda vəfalı, düz olmaq gərək.  
Hər yetənə ürəyimi açmaram, 
Aşığın mətahı söz olmaq gərək.  
 
Bu sözləri mən deyirəm biləsən, 
Ürəyindən pis fikiri siləsən.  
Üçcə arşın saza köynək böləsən, 
Aşığın libası düz olmaq gərək.  
 
Hüseyn Saraçlının eşit sözünü
Dost yolunda qurban verər özünü.  
Görməyəsən nanəcibin üzünü, 
İnsanda həyalı üz olmaq gərək.  
 
 
 


Hüseyn Saraçlı 
 
 
28 
 
ANANA 
Naxçıvanlı Sərraf Qasıma 
 
Eşitdim ki, vaxtsız köçüb dünyadan, 
Rəhmət olsun o nurani anana.  
O körpünü keçəcəkdi hər insan, 
Rəhmət olsun o nurani anana.  
 
Çoxu düşüb bu fələyin selinə, 
Həsrət qalıb qohumuna, elinə.  
Düşməyəsən çərxin fitnə-felinə
Rəhmət olsun o nurani anana.  
 
Geyindim əynimə qəm libasını, 
Könül inildətdi öz havasını. 
Hüseyn Saraçlı da saxlar yasını, 
Rəhmət olsun o nurani anana.  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
29 
 
GƏLƏRƏM 
 
Əgər izin versən, nazənin gözəl, 
Qədəm basıb otağına gələrəm. 
Gül camalın pərvanəsi olaram, 
Busə üçün buxağına gələrəm.  
 
Doymamışam məhəbbətdən, gözəldən,  
Gözəlliyin aşiqiyəm əzəldən.  
Payız vaxtı üşüyəndə xəzəldən, 
İsinməyə ocağına gələrəm.  
 
Saraçlıyam, talasan da canımı,  
Atəşlərə qalasan da canımı, 
Cəllad olub alasan da canımı, 
Cənnət deyib qucağına gələrəm.  


Hüseyn Saraçlı 
 
 
30 
 
DOSTUM QULUNUN OĞLUNA  
VƏSĠYYƏTĠ VƏ ONA CAVAB 
 
Bir az yaxına gəl, İsmayıl, oğlum, 
Taleyim göndərir güzara məni.  
Ömür yollarımı qanlı sel alır, 
Ajalsız öldürür bu yara məni.  
 
Gərək bundan belə torpaqda yatam, 
Çoxdu bu səfərə karvanlar çatan.  
Bir daha görünməz arxanda atan, 
Dünyada yüz axtar, yüz ara məni.  
 
Qulu ki görmədi dostu gözünən, 
Getdi qiyamətə yanar gözünən. 
“Yanıq Kərəmi”ynən, telli sazınan, 
Saraçlı götürsün məzara məni! 
 
***  
 
Arzunu yerinə yetirdim, Qulu, 
Qəmlərə bağladım eşqi, avazı. 
Yayın istisində o zalım fələk, 
Tutdu qar-borana çiçəkli yazı.  
 
Kədərdən inlədi sazımın simi, 
Ömür sarayımın söküldü himi.  
Sinəmin üstündə ölənə kimi, 
Ürəkdən çalaram sən deyən sazı.  
 
İşıqlı dünyada neçə ki varam, 
Yadıma düşdükcə göynəyər yaram.  
Axirət günədək mən unutmaram, 
Qəlbi yaralını, sinə çarpazı.  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
31 
 
YENƏ 
 
Köhnə yaraları gəl təzələmə, 
Yolunda canımı üzərəm yenə. 
Nahaqdan qəlbimə dəysən, əzizim, 
Bağrımın başını əzərəm yenə. 
 
Kəlmələr içində seçib kəlməni
Duydun bircə sözdən əlbəəl məni. 
Tər sinən üstünə gül bənövşəni, 
Sazıynan, sözüynən düzərəm yenə.  
 
İstərəm həmişə deyib güləsən,  
Hicran günlərini çəkmə ilə sən.  
Məhəbbət dərdinə dərman diləsən, 
Məcnun tək dağları gəzərəm yenə.  
 
Eşqdə olmamışam biganə, naşı, 
Keçirdim sınaqdan yarı, yoldaşı.  
Hüseyn Saraçlıyam, hər qədəm başı, 
Dözmüşəm cəfaya, dözərəm yenə.  
 


Hüseyn Saraçlı 
 
 
32 
 
EYLƏYƏR 
 
Yaxşı oğul ariflərdən dərs alar, 
Elmini artırıb dərin eyləyər.  
Mərifəti gözəl, sözü xoş olar
Söhbəti həmişə şirin eyləyər.  
 
Bağban odur, ağac əkə, sala bağ, 
Bu dünyada yaratdığın qalacaq.  
Üzünü həmişə el içində ağ –  
Öz zəhmətin, alın tərin eyləyər.  
 
Saraçlı, sözünü duyanlar qanar, 
Haqqın atəşində sevənlər yanar.  
Vəfasız gen gəzər, qıraq dolanar, 
Yarıynan aranı sərin eyləyər.  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
33 
 
BAX-BAX 
 
Gəzdim obaları mən qarış-qarış, 
Dağların döşündə qayaya bax, bax.  
Gözəl Qaraqoyun behiştə bənzər,  
Hayıf ki, bürküdü, bu yaya bax, bax.  
 
Bu yerlər çəkməyib sinəmə dağı, 
Çoşdurub sazımı ağır yığnağı.  
Burda bir elatın oldum qonağı,  
Hörmətə, ülfətə, həyaya bax, bax.  
 
Yalçın qayaları üzbəüz olar, 
Müdrik qocaların yaşı yüz olar.  
Saraçlı hər zaman əhdə düz olar, 
Dağların maralı Mayaya bax, bax.  


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə