Dastan yatir



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə4/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   2   3   4   5   6   7   8   9   ...   65

Hüseyn Saraçlı 
 
 
18 
 
XOġ GƏLĠB 
Hüseyn Arifə 
 
Elimin, obamın cavan şairi,  
Qədəm basıb bizim elə xoş gəlib.  
Qəlbində yüz arzu, dilində yüz söz,  
Könül salıb gümüş telə, xoş gəlib.  
 
Ruhunda duyuruq Vurğun ətrini, 
Sazın da, sözün də bilər qədrini.  
Düzüb dəstə-dəstə şeir çətrini, 
Müştaq olub şirin dilə, xoş gəlib.  
 
Saraçlının sazı deyər hünərdən, 
İlham alar hər açılan səhərdən. 
Şair könlü qanadlanıb şəhərdən
Borçalıya gülə-gülə xoş gəlib.  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
19 
 
MƏHƏMMƏD 
 
Yaxşı insan gördüm mən Qarabağda, 
Kababçı işləyir – adı Məhəmməd.  
Ayırmır qardaşı, nə də qohumu, 
Əziz tutur dostu, yadı Məhəmməd.  
 
Aydındır mətləbin, imanın, dinin, 
Xoş keçsin həmişə ömürün, günün.  
Nə qədər oğlu var Malbinəsinin, 
Ola bilməz hər övladı Məhəmməd.  
 
Hayıf olsun, obanızda qalmadım, 
“Kərəmi”ni, “Dilqəmi”ni çalmadım.  
Özüm Saraçlıyam, Hüseyndi adım, 
Sönməz bu ülfətin odu, Məhəmməd.  


Hüseyn Saraçlı 
 
 
20 
 
XINDI 
(Zarafatyana) 
 
AĢıq Xındı Məmmədin damına su dolur,  
toyuq-cücələrin hamısı boğulur
 
Eşitdim dərdini, halına yandım, 
Qırılıb dövlətin, bad olub, Xındı!  
Qonşular eşidib dada yetməyib, 
Qohumlar nə yaman yad olub, Xındı!  
 
Hinduşqan çox oldu, xətir görmədin, 
Evində bişirib bir kef sürmədin.  
Dəllək Abdullaya borcsa vermədin,  
Bax, elə damına su dolub, Xındı!  
 
Leşləri üst-üstə yığıb sayıbsan, 
Ağı deyib, baş-gözünə döyübsən. 
Köməyə gələni niyə söyübsən
Onlar da sevinib, şad olub, Xındı!  
 
Nə günah var dağın, çölün selində, 
Dastan oldun Borçalının elində.  
Bircə dənə qalıb damın belində, 
O da ki, canına od olub, Xındı!  
 
İnsafmı, Saraçlı sazda çalmaya? 
Bu söhbəti dildən-dilə salmaya. 
Otuz beş hindoydan biri qalmaya, 
Kim udub, söylə, kim mat olub, Xındı!  
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
21 
 
BIĞLARIM 
 
Mənə dedilər ki, niyə baĢın ağarıb, bığın ağarmayıb. Dedim: 
“Ə, ağlın olsun, insan anadan olanda baĢı tüklü olur. On səkkiz-
iyirmi il sonra bığı çıxır. Beləcə də gec ağarmalıdı bığlar da...” 
 
Baş da, saç da bizə irsi-mirasdı, 
Öz gücünü başdan alır bığlarım.  
Başım kimi qeylü-qala düşməyib
Ona görə cavan qalıb bığlarım. 
 
Ərşi-gürşü, yeri-göyü baş bilər, 
Bu dünyada hər bir şeyi baş bilər. 
Qoca aşıq bığı saçdan baş bilər, 
Çox bığsıza bir dərd olub bığlarım. 
 
Dedilər ki, bel büküldü, ay haray, 
Ay Saraçlı, diş töküldü, ay haray. 
Elə bildim düşmən güldü, ay haray, 
Sən deməynən bir tük salıb bığlarım. 
 


Hüseyn Saraçlı 
 
 
22 
 
QƏDĠRĠN 
 
Dəllər (MuĢevan) kəndindən olan dostum Çoban Qədirə 
 
İtirmərəm hörmətini heç zaman, 
Görüm ki, var olsun özü Qədirin. 
Dosta səxavəti vardı əzəldən, 
Həmişə ağ olsun üzü Qədirin.  
 
Binəsini qurub dağlar belində, 
Yatağı var Babakərin çölündə. 
Borçalı var yurdunda, Dəllər elində, 
Üzünə xoş gəlsin yazı Qədirin.  
 
Ömür yoldaşının əsli-zatı var, 
Xisləti gözəldi, mərifəti var.  
Qonağa, qohuma çox hörməti var
Yaşasın oğulu, qızı Qədirin.  
 
Saraçlıyam, çox obalar gəzmişəm, 
Dərd əhliyəm, hər əzaba dözmüşəm. 
Yaxşıya, yamana şeir yazmışam, 
Könlümün ən şirin sözü Qədirin.  
 
 
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
23 
 
GÖRÜNMƏZ 
 
Narınc Xatun, gəzdim Muğan elini, 
Siz tərəfin qışda qarı görünməz.  
Bizim yerin şiş dağları vüqarlı, 
O yerlərin yaylaqları görünməz.  
 
Vədə versəm, vədəsində gələrəm, 
Dostlarımın əhvalını bilərəm.  
Məclislərdə şadlanaram, gülərəm, 
Ürəyimin rüzigarı görünməz.  
 
Yaranışdan vurğunuyam elimin,  
Ətir saçan çiçəyimin, gülümün.  
Sevən gündən əzbəridi dilimin –  
Saraçlının nazlı yarı görünməz.  


Hüseyn Saraçlı 
 
 
24 
 
ĠLK ġƏYĠRDĠMƏ 
 
Namən gəlib çatdı mənə, ay oğul, 
Cəhd eləsən, o muraza çatarsan.  
Sazın-sözün pərvanəsi olarsan, 
Yana-yana güllü yaza çatarsan. 
 
Öz-özünə barışanda, küsəndə, 
Söz üstündə yarpaq kimi əsəndə
Nadanlarnan haqq-salamı kəsəndə, 
İmran dilli telli saza çatarsan.  
 
Saraçlıyam, sözüm haqdı binadan, 
Gözəllərdi ürəyimi qanadan.  
Ey südəmmiş oğul olsan anadan, 
Bülbül kimi xoş avaza çatarsan. 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
25 
 
OLMAZ-OLMAZ 
 
Halal tut mayanı həmişə, oğul, 
Haramlığnan dövlət-mal olmaz-olmaz.  
Əyər əyri baxsan özgə malına, 
Boş qalar pətəyin, bal olmaz-olmaz. 
 
 
Mərifətnən giriş tutduğun işə,  
Söz gərək ağzından çıxmamış bişə.  
Bağında gül-çiçək bitsin həmişə, 
Tikən yarpağından gül olmaz-olmaz. 
 
İbrət götür Saraçlının sözündən, 
Müxənnətlər düşər elin gözündən.  
Pəhləvan olsan da, demə özündən, 
Hər güləşən Rüstəm-Zal olmaz-olmaz. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə