Dastan yatir


Nəğməli sinəmdə yüz dastan yatır



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə9/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   5   6   7   8   9   10   11   12   ...   65

                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
61 
 
Məhəbbətin sevdasında 
Qəsd eləmə şirin cana.  
Hicranına dözəmmərəm, 
Ağlayaram yana-yana. 
Məcnun kimi baş götürüb 
Çəkilərəm biyabana. 
Məndən belə üz çevirib, 
Girmə bir mələk donuna. 
Mən də Hüseyn Saraçlıyam, 
Gəl ol mənim öz maralım.  
 
 


Hüseyn Saraçlı 
 
 
62 
DEYĠġMƏLƏR
  
 
TÜRK AġIĞI LADĠQARSTANLI  
ĠSLAMLA DEYĠġMƏ  
 
AĢıq Ġslam: 
Cəbrin zindanında zəri-dəst olan, 
Çarxın çəpərindən keçməyən bilməz.  
Yetən olmaz ol mövlanın sirrinə, 
Fanidən baqiyə keçməyən bilməz.  
Hüseyn Saraçlı: 
Kim deyər şirindi, kim deyər acı, 
Eşqin badəsini içməyən bilməz.  
Kim deyər asandı, kim deyər çətin, 
Ustad kürəsində bişməyən bilməz.  
AĢıq Ġslam: 
Mətanət, mərifət var meydanında, 
Rəqibin köksünü gör meydanında.  
Kükrər, nərə atar nər meydanında, 
Bəhri-ümman kimi coşmaya bilməz.  
Hüseyn Saraçlı: 
Halal, haram Quranda var, ayədə, 
Halal itər, haram olsa mayada. 
Tərəqqiynən səfa sürüb dünyada, 
Sonra tənəzzülə düşməyən bilməz.  
AĢıq Ġslam: 
Aşıq İslam sevər mahi-tabanı, 
Gəşt eyləyər bərri çöl-biyabanı. 
Mənim dərdli sinəmdəki yaranı, 
Əl atıb neştərnən deşməyən bilməz.  
Hüseyn Saraçlı: 
Saraçlı Hüseynəm, ellər tanıyır, 
Fələk günümüzü bir-bir sanıyır.  
Dərdimənd görəndə qəlbim qanıyır, 
Sənət qapısını açmayan bilməz



                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
63 
 
ĠSTANBULLU QUL MEHDĠYLƏ DEYĠġMƏ 
I deyişmə  
 
Qul Mehdi: 
Namə yazdım Gürcüstanın elinə, 
Aşıq Hüseyn salamımı götürsün.  
Sədəfli sazını alsın əlinə, 
Oxusun, arzumu dilə yetirsin.  
Hüseyn Saraçlı: 
İstanbuldan namən mənə yetişdi
Oxudum şeiri, sözə yetirdim.  
Qəribliyim gəlib düşdü yadıma, 
Qubarlanıb əli saza yetirdim.  
Qul Mehdi: 
Radio çatdırdı gözəl səsini, 
Dəyişdim ayrılıq, qəm libasını.  
Ajalın amansız zəhri-tasını, 
İçmədim, ömrümü ilə yetirsin.  
Hüseyn Saraçlı: 
Oxudum, sözünü el-oba bildi, 
Dost-qohum şad oldu, həm də söyündü.  
Adın ustad kimi tarixdə qaldı, 
Mən də cavabımı sizə yetirdim.  
Qul Mehdi: 
Vətəndə bəklədim, ustad gəlmədi, 
Həsrətim, hicranım heç azalmadı. 
Bəlkə də, gəlməyə güman qalmadı, 
Dedim, məclisimdə o da otursun.  
Hüseyn Saraçlı: 
Sağ ol ki, bizləri yad etdin sən də, 
Məktubla qovuşduq doğma vətəndə.  
Hüseyn Saraçlıyam, sazım sinəmdə, 
Oxuyub, yaylığı gözə yetirdim.  


Hüseyn Saraçlı 
 
 
64 
Qul Mehdi:  
Bolus şəhərində gördüm özünü, 
Doğma qardaş kimi öpdüm gözünü.  
Qul Mehdinin bu xatirə sözünü, 
İstər əziz bilsin, istər itirsin. 
 
II deyiĢmə 
 
Qul  Mehdi  Faxralıdı,  Həsənnidi,  sifdə  Faxralıya  gələndə 
məni axtarır, tapa bilmir. Gedənə yaxın Bolusda görüĢdük. Dedi, 
burda  səni  bula  bilmədim,  gedirəm  Ġstanbuldan  Ģeir  yazajam, 
oxuyarsan, yazdı da. Mən də 1968-ci ildə cavab göndərdim.  
 
Qul Mehdi: 
Qohum-qardaş orda, uzaq vətəndə
Qərib kimi mən bu eldə qalmışam.  
Puç oldu umudum qürbət diyarda, 
Karvanım yorulub, yolda qalmışam.  
Hüseyn Saraçlı: 
Qohumun-qardaşın burda vətəndə, 
Əlim çatmır, qürbət eldə qalıbsan.  
Burda bacın dözə bilmir həsrətə, 
Orda da sən saralıbsan, solubsan.  
Qul Mehdi: 
Yüküm çox ağırdı, mənzilim uzaq, 
Yollar yoxuşludu, işləmir xizək.  
Mən özüm özümə qurmuşam duzax,  
Nuhun tufanı tək seldə qalmışam. 
Hüseyn Saraçlı: 
Qürbət ellər niyə sənə yurd oldu, 
Məcnun Leyli deyib səhrada qaldı.  
De, Nizami, Vaqif, Vurğun nejoldu? 
Nahaq belə tərki-vətən olubsan? 
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
65 
Qul Mehdi: 
 
Qürbət ellər olsa gözəl və cənnət, 
Mən yolçuyam, xana, bəyə nə minnət? 
Bu gündə yaşamaq deyilmi möhnət? 
Dənizlər aşmışam, göldə qalmışam.  
 
Hüseyn Saraçlı: 
 
Saraçlıyam, verdim sözə zər, ziynət, 
Yolçusansa, xana, bəyə nə minnət? 
Hər adamın öz vətəni bir cənnət
O diyarda niyə məskən salıbsan?!  
 
Qul Mehdi: 
 
Mehdi deyər, bu diyarda gülmədim, 
Naşı düşdüm, ləl qədrini bilmədim. 
Loğmanıydım, dərdə dərman bulmadım, 
Ajalınan qalmağalda qalmışam...  
 
III deyiĢmə 
 
Qul  Mehdi  bu  sözləri  də  Ġstanbuldan  ağır  xəstə  olan  vaxtı 
göndərdi. Mən də cavaf məktubu yazdım.  
 
Qul Mehdi: 
 
Məzar oldu bu qürbət ellər mana, 
Son sözümü ol vətənə yolladım.  
Onun üçün könlüm oldu parvana, 
Şam üstündə yana-yana yolladım.  
 
 


Hüseyn Saraçlı 
 
 
66 
Hüseyn Saraçlı: 
   
Azərbaycan çəkir səni qoynuna,  
Qəm-qubardan könlün yaman dolubdu.  
Gəlib gördün ana yurdu son anda
Ürəyində sızıltısı qalıbdı.  
 
Qul Mehdi: 
 
Bəlkə, umudumun yolu gül olar, 
Bəlkə, solar lalə, sünbül gül olar. 
Bəlkə, söylər insan, bilən dil olar, 
Doğma yurda bir nişana yolladım.  
 
Hüseyn Saraçlı: 
 
Vətən deyən ürəyindi, dilindi, 
Bu həsrətin sözlərindən bilindi.  
Ömür çatar, yenə gəl, öz elindi, 
Çox qəriblər öz elinə gəlibdi.  
 
Qul Mehdi: 
 
Mehdi söylər, yurd da, el də mənimdi, 
Yanır yansın könül, kül də mənimdi.  
Dostlara ərmağan gül də mənimdi
Sözlərimi Gürcüstana yolladım.  
 
Hüseyn Saraçlı: 
 
Qürbət ellər sənə böyük dərd olar, 
Dost istəyən dostluğunda mərd olar.  
Sən gəlməsən, Saraçlı da pərt olar, 
Çox qəriblər məclisində olubdu.  


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə