Dastan yatir



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə10/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   6   7   8   9   10   11   12   13   ...   65

                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
67 
 
ƏFLATUN SARAÇLI ĠLƏ DEYĠġMƏ  
 
Əflatun Saraçlı:  
 
Çoxdan düşmür o tərəfə heç yolum
Nə zamandı üzünüzə həsrətəm. 
Elə bil ki, bağlanıbdı əl-qolum, 
Ayrılığa dözə-dözə həsrətəm.  
  
Hüseyn Saraçlı: 
 
Bilirəm ki, el-obaya bağlısan, 
Yenə düşdük Yastıqara binə, gəl.  
Kimdi belə əl-qolunu bağlayan? 
İnsaf elə, satma günü günə, gəl.  
 
Əflatun Saraçlı:  
 
Dərviş kimi çox şəhərlər gəzmişəm, 
Yaylaqların həsrətinə dözmüşəm.  
Qara qırdan, səsdən-küydən bezmişəm, 
Sıx meşəyə, dağa, düzə həsrətəm.   
 
Hüseyn Saraçlı: 
 
Şairliyin yenə vurub başına, 
Üz tutursan dünyanın o başına.  
Dolan yurdun torpağına, daşına, 
Gözləyirik, çox gəlibsən, yenə gəl.  
 
Əflatun Saraçlı:  
 
Gedib daha yağın, südün ləzzəti
Əlaltından sırıyırlar buz əti.  
Ayrı şeydi elin təzə neməti, 
Bulamaya, görəməzə həsrətəm. 


Hüseyn Saraçlı 
 
 
68 
Hüseyn Saraçlı: 
 
Sən bilirsən Borçalının qədrini, 
Unutmursan naz-nemətin ətrini. 
Gəl dad yenə fəsəliynən fətrini, 
Ata yurdu çəkir, dönə-dönə gəl.  
 
Əflatun Saraçlı:  
 
Əldən gedir gümrahlığım, sazlığım, 
Ürəyimdə düyünlənir yazdığım.  
Borçalıda vədəsini pozduğum, 
Bəstəboya, şəhla gözə həsrətəm.  
 
Hüseyn Saraçlı
 
Gileylənib çox danlama özünü
İkimiz də görmədik yar üzünü.  
Yada salıb eşq, məhəbbət sözünü, 
Qoca vaxtı tənə vurma mənə, gəl.  
 
Əflatun Saraçlı:  
 
Əflatun Saraçlı, ünlü günümüz, 
O hüznlü, toy-düyünlü günümüz, 
İndi nədi sənli, mənli günümüz? 
Göy yaylağa, buz kəhrizə həsrətəm.  
 
Hüseyn Saraçlı: 
 
Hüseynəm, düşdüm qəmə, kədərə, 
Yol qısadı, nə qaldı ki, səhərə? 
Uyuşmadın otuz ildə şəhərə, 
Geri qayıt, öz ata mülkünə gəl. 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
69 
 
KƏLBƏCƏRLĠ DƏMĠRÇĠ ABBASLA DEYĠġMƏ  
 
I deyiĢmə  
 
Dəmirçi Abbas: 
Dərdini mən alım, Hüseyn Saraçlı, 
O səfalı Gürcüstana gəlimmi? 
Göyçə mahalından boş qayıtmışam, 
Elə bil düşmüşəm qana, gəlimmi?  
 
Hüseyn Saraçlı: 
Məndən salam olsun, Dəmirçi Abbas, 
Qədəm basıb Gürcüstana gəlginən.  
O Göyçə dediyin şeir ocağıdı, 
Mahnı götür dil-dəhana, gəlginən.  
 
Dəmirçi Abbas: 
Demirəm mən gəlim yaraşıq kimi, 
Zəifcə közərən bir işıq kimi. 
Üç kəlmə söz bilən bir aşıq kimi, 
Alasan hesaba, sana, gəlimmi? 
 
 
Hüseyn Saraçlı: 
Kəlbəcər elindən təzə-tər gətir, 
Könlünün bağından qönçə dər gətir.  
Ruhunda, dilində Ələsgər gətir, 
Eşitdiyin o ad-sana gəlginən.  
 
Dəmirçi Abbas: 
Əgər gəlməliyəm, yaz, sizə gəlim, 
Qış çıxandan sonra yaz sizə gəlim.  
Evini pir bilim, düz sizə gəlim, 
Heç dönməyim qeyri-yana, gəlimmi? 


Hüseyn Saraçlı 
 
 
70 
 
Hüseyn Saraçlı: 
Sən Sınıq Körpüdən keçmə, sola dön, 
Şirin dil görərsən, bu mahala dön.  
İstər acı danış, istər bala dön, 
Salğadığın bu bəyana gəlginən.  
 
Dəmirçi Abbas: 
Geri dönməz bu dünyadan gedənim
Tək qalmışam, yoxdu kömək edənim.  
Eşqimnən od tutub yanır bədənim, 
Alışmışam, yana-yana gəlimmi?  
 
Hüseyn Saraçlı: 
Doğru anlayıram sədaqət nədi, 
Xəyala gətirmə, söz-söhbət nədi. 
Əziz dost, yolunda var-dövlət nədi, 
İstəsən qıyaram cana, gəlginən.  
 
Dəmirçi Abbas: 
Dəmirçiyəm, baxtı yeyin, zəhri çak, 
Nə canlıyam, nə cansızam, nə də xak.  
Atam düzgün, anam təmiz, özüm pak, 
Sinəmdə bir neçə xana, gəlimmi?  
Hüseyn Saraçlı: 
Borçalının qışı, yazı gözəldi, 
Aşığa yaraşıq sazı gözəldi.  
Saraçlının xoş avazı gözəldi, 
Dinləməyə xana-xana gəlginən.  
 
 
 
 
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
71 
II deyiĢmə 
Dəmirçi Abbas: 
İndi kimə tapşırırsan, 
Söylə görüm, usta, məni. 
Gözüyaşlı bir bülbüləm
Qoyursan qəfəsdə məni. 
 
Hüseyn Saraçlı: 
Ey Dəmirçi, bu dünyada, 
Qoymaram qəfəsdə səni. 
Sidq-candan tapşırıram, 
Bir vəfalı dosta səni. 
 
Dəmirçi Abbas: 
Kərəm kimi yana-yana, 
Dönübsən şeirə, dastana: 
Bənzət özünü loğmana, 
San çarasız xəstə məni. 
 
Hüseyn Saraçlı: 
Ayrılıqdan çəkmə ahı, 
Hər gecənin var sabahı. 
Sinəndəki şahlar şahı, 
Gör qoyarmı xəstə səni. 
 
Dəmirçi Abbas: 
El istəyir səni görə, 
Bir də gəl bu Kəlbəcərə. 
Zərgərsən, bəzək vur zərə, 
Belə qoyma pasda məni. 
 
 
 
 


Hüseyn Saraçlı 
 
 
72 
Hüseyn Saraçlı: 
Ucalarsan bir dağ kimi
Başım üstə bayraq kimi, 
Şölə verən çıraq kimi, 
Görərlər həvəsdə səni. 
 
Dəmirçi Abbas: 
Gəlməsin ömrümün qışı, 
Axmasın gözümün yaşı. 
Əridərəm dağı, daşı, 
Qoyub getmə yasda məni. 
 
Hüseyn Saraçlı: 
Gəz meydanı sola, sağa, 
Qəlbin dönsün bağça, bağa. 
Bir də gedəm Dəlidağa, 
Görəm atın üstdə səni. 
 
Dəmirçi Abbas: 
Dəmirçiyəm, heç dözmərəm, 
Qəmdən qəlbim bağlar vərəm. 
İşdi, dünyadan gedərəm
Dəlidağdan istə məni. 
 
Hüseyn Saraçlı: 
Saraçlı getsə yanından, 
Ruhu ayrılmaz canından, 
On gün addatma, sanınan 
İstərəm Tiflisdə səni. 
 
 
 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə