Dastan yatir


Nəğməli sinəmdə yüz dastan yatır



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə12/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   8   9   10   11   12   13   14   15   ...   65

                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
77 
Atdandılar.  On  doqquz  atdı  işıxlanar-işıxlanmaz  Calalının 
torpağına  çatdılar.  Gördülər  ki,  mal-qoyun  düzü-dünyeyi  tutuf. 
Səməd bəy  uşaxlardan bir neçəsini seçdi, dedi, uşaxlar, malı qo-
yuna, qoyunu çovana, quzuçuya, sığırçıyı ilxıçıya qatıb dalınnan 
vurarsınız.  Biz  qəsəbəyə  girəjiyik.  Balaja  şəər  kimi  qəsəbələri 
varıydı. Tüşdülər şəərə, əllərinə keçən kürdü qılıncladılar. Kürd-
lər elə bildi göydən əjdaha enif. Bilmədilər nağayırsınlar. Əllərinə 
keçən  qıymatdı  şeylərdən  hərəsi  bir  xurcun  basdılar.  Gördülər 
günün saraltısı dağlardan kəsilir, meydanda da bir kişi görükmör. 
Səməd bəy dedi:  
–  Uşaxlar,  mal-dövlət  indi  Şamdırıya  çatmış  olar,  getmək 
lazımdı.  
Bavakişi oğlu dedi:  
–  Düz  deyirsən,  o  dağların  zağalarında  çox  qanmaz  kürdlər 
var, onlar bilif gəlsə, yaxşı olmaz. Getmək məsləhətdi.  
Odu ki, atdarı sürüf Şamdırıya çatdılar. Baxdılar ki, döylət sel 
kimi yeriyif. Burda Səməd bəy malı, qoynu, atı dədəsi Daşdəmir 
ağanın  malı  kimi  bütün  kəndə  payladı.  Qalanna  naxırçı,  çovan 
tutub dedi:  
– Bavakişi oğlu, indi bu mal-döylət bizə bəs elləyərmi?  
Bavakişi oğlu dedi:  
– Bəyim, əlim Allahda, yeddi sənə bəsdi.  
– Onda sən nə dedin, biz əməl ellədik, indi mən nə desəm sən 
əməl elləməlisən.  
– Baş üstə!  
– İndi bizə dörd qoçax aşvaz, dörd gəlin, dörd qarı ver, fətir 
pişirsin, dörd qoçax gəlin də çay qaynatsın.  
– Baş üstə!  
Başdadılar malı, qoyunu qırıf yeməyə.  
Bəy dedi:  
– Əfəndim, bu doqquz ayda bir yana çıxmax, gəzməh varmı, 
yoxsa bu dörd divar arasında qalajıyıx?  
Bavakişi oğlu dedi:  


Hüseyn Saraçlı 
 
 
78 
–  Əlim  Allah,  buralarda  elə  qar  gələr  ki,  mal-at  töylədən 
çıxmaz, naib-nökər quyulardan su çəkib içirdərlər.  
–  Onda  biz  neyliyək?  –  Mən  Boşşalıdanam,  kefçil  oğlanam. 
Mana  bir  yanşax,  yanı  aşıx  taparsan,  bir  sinədəftər  də  molla, 
yoxsa bağrım doyşan bağrı təki çatdıyar.  
Bavakişi oğlu dedi:  
– Mən haradan alım sizin o Boşşalı mahalının aşığını, sazı nar 
dənəsi  kimi  oycuna  qoysun.  Bizim  bu  qalpax  papaxlarda  nə  elə 
yanşax,  nə  də  elə  molla  bula  bilərsən.  Ancax  Çıldır  mahalının 
Suxara  kəndində  bir  yanşax  var.  Özü  də  haqq  aşığıdı,  adı 
Şennihdi. Bilmirəm xoşuna gələ, gəlməyə? Özün bilərsən.  
Səməd ağa dedi:  
–  Əşi,  mana  haqq  aşığı  lazımdı.  Hədər-cüvərən  aşığı  ney-
nirəm. Ağ otdan balta sapı, qırılanda birni də safla! Uşaxlar, Şah-
marı  yəhərriyin.  Şahmarın  uğuru  kəsərridi.  Qara  daşa  getsə,  boş 
qayıtmaz.  
Götürüf  bir  namə  yazdı  ki,  Aşıx  Şennih,  başını  orda  isdat, 
burda  qıxdırajam.  Yazan  Boşşalı  eşqiyə  Səməd  bəydi.  Naməni 
verdi atdıya, atdı sürüf yola düşdü Çıldır mahalına.  
Şamdıra köyünnən Suxaranın arası iki ağacdıx yoluydu, yanı 
altı verst. Atdı gəlif çatdı Suxarıya. Suxara Çıldır gölünün qırağı 
uzunu düzülü köydü. Gölün qırağında iri daşdıxda ağsaqqal kişi-
lər  söhbət  elləyirdi.  Xoca  və  Aşıx  Şennih  də  burdoydu.  Atdı  ca-
maata salam verdi. Salamını aldılar.  
– Xoş gəlifsən, – dedilər. Biri irəli çıxıf dedi:  
– Oğul, atdan düş, qonax ol.  
– Əvvəlcə deyin görüm, Aşıx Şennih burda varmı?  
– Bəli, burdadı.  
– Bu namə onundu.  
Şennih naməni aldı, ancax oxuya bilmerdi. Xocuya verdi.  
– Xoca, bu namənin məzmununu mana qandır, – dedi. Birdən 
Xocanın  əlini  tutdu,  dedi,  aya,  bərkə  pünhan  namədi.  Çəkildilər 
bir tərəfə. Xudu xoca dedi:  
– Balam, səni eşqiyalar çağırır.  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
79 
Şennih dedi:  
–  Əfəndim,  mən  nejə  varım.  Dövlət  paşası  eşitsə,  boğazıma 
qurğuşun tökər.  
Xoca dedi:  
– Olan get, hamsı birdi, getməsən də eşqıyalar səni öldürəllər.  
Şennih atdıya dedi:  
– Oğlum, sən get, kəndim şam vaxtı gələrəm.  
Axşam  sazını  götürüf  gəldi  həmən  məclisə.  Savaxdan  axşa-
ma, axşamnan savağa aşvaz qazanı sönmürdü, işdəri-peşələri elə 
çalmax-çağırmağıydı.  Camaat  da  axşam-savax  yığılıf  yeirdilər. 
Nə vejdərinə? İmarətə xarcı çıxmıyan elə bilir çöl kəvələyidi. An-
cax çuğula nooluf, Allaha şükür, biri ölsə, beşi doğular. Bir quduz 
var, axşam-savax malın-qoyunun baş-əəyğini daşıyır. Papğı qava-
ğına qoyuf  fikirrəşdi: mən elə baş-əəyəxmi yəəjəm? Bə neylim? 
Öz-özünə dedi: gəl Hüdud paşasına xavar ver, bunnarı qırsın, bu 
talan  maldan  özdəri  də  aparsınlar,  mana  da  versinlər.  Ətəyini 
belinə çirmeyif yola tüşdü, düz Zurzunuya.  
Deyəllər Zurzunada Qazı Əfəndi paşa başında yüz əsgər poşta 
durordu. Şamdırıynan Zurzunanın arası altı ağacdıx yoldu. Gejəy-
nən gəlif çıxdı Zurzunuya. Əsgərrər onu tutdular.  
– Olan, kimsən, neçisən?  
– Qazı Əfəndiynən söhbətim var.  
–  Olan,  Qazı  əfəndi  xabıda  uymuş,  yanı  yatır,  onu  oyatmax 
olurmu ya? Olan, sübhə qalsa, işiniz kötü olar.  
Amma əsgərrər gördülər ki, bu sözdü adama oxşuyur, dedilər 
oyadax. Qapını döydülər:  
– Paşa, oyan!  
– Nə var, əfəndim?  
– Bir hərif kəndini bəkliyor. 
– Olan, buraxın gəlsin!  
Hərifi  yoxluyuf  buraxdılar.  Çuğul  girən  kimi  ədəb-ərkənnən 
salam verdi.  
– Oğlum, nə var?  


Hüseyn Saraçlı 
 
 
80 
– Əfəndim, Boşşalı eşqıyaları Calalı kürdünü çalıf-çapıf gətir-
di. Şimdi Şamdırada yeyif-içməhdədilər.  
– İştə, yanşax da çunbuş yapuyor, yanı, saz çalır, oxuyur?  
–  Savax  nə  sana  baş  əyər,  nə  dövlət  paşasına,  özü  üçün  bir 
ağadı.  
Gəl gör ki, Qazı Əfəndi bu işi bilirdi. Fikirrəşdi ki, islam qar-
daşdı, mana dəymiyən qurd yüz il yaşasın. Calalı kürd onsuz da 
mana  xarac  vermir.  Ancax  bileydi  ki,  bu  təkdi,  burda  kəsdirərdi 
başını. Elə bildi bir neçəsi də İstanbula gedif, ürəyində dedi:  
– Olan, bu xınzır oğlunu bən bə bilməməliydimmi? Olmazdı, 
gərəh getsin. Əsgərə əmr verdi. Suvari hazır oldu, sürdülər gejey-
nən Şamdırıya, Quduz çuğul da yanınnan əl çəkmirdi. 
Qazı əfəndi onnarı qırmax istəmirdi. Dedi:  
–  Oğlum,  köyü  yaxaladıx,  iştə.  Get  gör  genə  həmən  dəmi-
dövrandadılarmı?  
Çuğulu  başınnan  əkdi.  Əsgərə  əmr  verdi  ki,  mərd  qardaşdı, 
iştə,  ataş yapın,  ancax  aradan  yol verin bir  yana getsinlər,  birini 
də  vurmuyun,  mən  bağırajam  ki,  qırın,  ancax  siz  burdakı  sözü 
yaddan  çıxartmayın.  Qazı  əfəndi  bu  tapşırığı  vermişdi  ki,  çuğul 
qayıdıf  dedi  ki,  Səməd  bəy  dirsəyində  müttəkkə-yasdıx,  axşam-
nan əyləşif, yanşax da çunbuş yapıyor.  
–  Of,  anasını  satdığım,  ağlın  urusun  sarı  kazağınamı  gedif, 
əəyğini tırpıldadanda qoyun kimi ülküşə. Mənim bu füsküllü fəs 
əsgərimin qurğuşununun dadını görmüyübsənmi?  
Dörd yanı üzük qaşı kimi arıya aldılar. Amma Səməd bəy bir 
qarolçu tutuf tafşırmışdı  ki,  qar yağana  kimi  damın  üstündə  dur-
sun, qar yağannan sonra heç kim gələ bilməz, yol bağlanar. Ye-
nijə dan yeri ağaran kimiydi, qarolçu tez içəri yüyürdü ki, ay bə-
yim, əsgər hər tərəfi bürüyüf. Səməd bəyin heç vejinə də gəlmədi. 
İsmeyil  peykannan  sıçradı,  əlini  aynalı  tüfəngə  yetirdi.  Səməd 
bəy dedi:  
– Əyə, İsmayıl, nağayrersan?  
– Ay bəyim, görmörsən nə deyir?  
– Nə deyir? Məclisə pozğunnux salma, yerində otu!  


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə