Dastan yatir


Nəğməli sinəmdə yüz dastan yatır



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə15/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   11   12   13   14   15   16   17   18   ...   65

                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
89 
Şennih  də  yaraşıxlı  adam  olub.  Sarıyanız,  göygöz.  Onu  yanına 
salıf  məclisə  gətirdi.  Bəylər  dirsəhlənmişdilər,  elə  bildilər,  Gən-
cədən bəylər bəyi gəlif. Tez hamsı əəyğə qalxıf dedilər:  
– A bəy, buyurun başa!  
İsmeyil özünü saxlıya bilmədi, dedi:  
– Əyə, a tazı-tula qoyloyan ağalar, bu bəyəx əəyxlihdə qalan 
o kürklü kişi döyülmü? İndi nooldu birdən.  
Ağalar hamısı bir səsdən dedilər:  
– İsmeyil, bizi bağışla. Bu kimdi?  
– Bu Çıldırrı Aşıx Şennihdi.  
Təzədən  hamısı  əyəğə  qalxdı,  üzr  istədi.  İsmeyil  onun  sazını 
gətirtdi, minnət ellədilər ki, bir-iki kəlmə oxsun. Aşıx Şennih sazı 
köhlüyüf burda bir “Osmannı divanısı” çalıf-oxudu:  
 
Ey fələh, sənin dövrəndə
Abad olan görmədim.  
Gedib çənginə tüĢüf,  
Geri gələn görmədim.  
Çox Süleymannar hükmünü,  
Edərdi Qafdan-qafa: 
Taxtında barqarar oluf, 
Binə salan görmədim. 
 
ƏrĢdəki löhü-qələm
Qərq oldu nuruna.  
Ġncil, Zəbur, Tövrat, Quran – 
Yetmək olmaz sirrinə.  
Firqətdən dərs alan, 
Daa dalar dərinə.  
Adı haqqam deyən qulda,  
Qeyri-yalan görmədim.  
 
Səfil ġennih eĢqə düĢüf,  
EĢq ujunnan dardadı.  


Hüseyn Saraçlı 
 
 
90 
Xudamın bir niĢanı, 
Ən ibtida nurdadı. 
Qurvan olum Çıldıra, 
Ədəb-ərkan ordadı. 
Diyar-qürvət vilayətdə, 
Qədirbilən görmədim.  
 
İsmeyil dedi: 
–  Ömrün  uzun  olsun,  aşıx,  nə  yaxşı  oldu  ki,  qədəmlərini 
bizim torpağa basdın? 
Aşıx Şennih cavavı saznan-söznən verdi:  
 
Çox andım ismini, əzvər eylədim,  
Sən tüĢdün fikrimə gənə, Ġsmeyil.  
Mövlam hökm verif, bilinməz sirri, 
Gündə girər yüz min dona, Ġsmeyil.  
 
Hər nadanın məclisində əylənməz,  
Laf atınnan hirsli-hirsli söylənməz.  
Seyraquf yurdunu abad eyləməz,  
Zülümnən qurdurmaz binə, Ġsmeyil.  
 
Qoçax iyidlərin sığmaz qələmə,  
Əl pəncədə hamsı durar salama.  
Qafdan-qafa bayan edim aləmə, 
Bənzər ədalətin günə, Ġsmeyil. 
 
Qovğa günü dağı dələr cidası, 
Koroğludan çoxdu bunun ədası.  
Zal oğlunan artıx gəlir sədası, 
Bərəkallah, belə ünə, Ġsmeyil. 
 
Əflatun xub kamal, əhval bilici, 
ġahin caynaxlısan, tarlan alıcı.  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
91 
Hər zaman çəkəndə əyri qılıncı, 
Qan etməmiĢ qoymaz qına, Ġsmeyil.  
 
Sən də oldun Koroğluya baravar
Hər divanxanada Ģikayətin var.  
ġahlardan qətlinə gələn fərmannar, 
Hesaf etdim çıxır minə, Ġsmeyil.   
 
Məmləkətin Ģana kimi daradı,  
ġam, Hələbdə, Qeysəridə var adı.  
Zamanda bir qəhrəman törədi, 
Səddi-Ġsgəndərdi fəna, Ġsmeyil.   
 
Layıxdı ki, Çanlıbeldə əylənə, 
Koroğludan ədalətdi söylənə.  
Bəzirgannar poza, cənglər paylana, 
Dağlar dönə zimistana, Ġsmeyil.  
 
KəĢmir, ġiraz qüvvətinnən bezdilər, 
Çin-Macində eytiyatın düzdülər.  
Bakıda da Ģəkilini yazdılar,  
Göndərdilər HəĢdərxana, Ġsmeyil.   
 
Orda da durmadın, aĢdın Ġrana, 
Seyraquf yurdunu etdin virana.  
Yeddi iqlim Ģaha qarĢı durana,  
Calallanıf qılınç çaldın, Ġsmeyil.   
 
Ġranda xanıynan iddiya düĢdün,  
Alosman mülkündə durmadın, keçdin.  
Rusiya çarınnan yeni barıĢdın,  
Arxa verdin Gürcustana, Ġsmeyil. 
 
Ġyid odur dözə iyid yolunda, 
Hökmün iĢdər hər divana elində.  
ġennih kimi Ģairlərin dilində, 
Dastan oldun hər lisana, Ġsmeyil.  


Hüseyn Saraçlı 
 
 
92 
 
Söz tamama yetişdi. Hamı əhsən dedi.  
Qızılhacılıdan yola tüşməh vaxtı gəlif çatdı.  
İsmeyil dedi:  
– Qardaş, man sana hələ nəmər vermirəm. Ağam Səməd bəy 
nə versə, onnan  əysik verəsiyəm ki,  bəyin xətrinə dəyməsin. Elə 
də elədi.  
İsmeyil Şenniyin təzə paltarnı görkəzib dedi:  
– Qardaş, Boşşalıda azğın-uzğuna rast gələrsən, soyun aparım 
öyə, gəlif geyinərsən.  
Həmən  gün  Aşıx  Şennihnən  İrvahım  Hallavarın  yanınnan 
Bəylər  kəndinin  içiynən  keçdilər  kiçik  Şülöyrə.  Burda  onnarı 
erməni  qoruxçuları  tutdu.  Şər-şərvət  ellədilər.  Burda  Şennih  sazı 
sinəsinə basıf görəh nə deyəjək dört nəfər Şülöyür ermənisinə:  
 
Biz güzar ellədik sizin ellərə
O gözəl xudaya bağıĢda bizi.  
Gəl incitmə, verim dəyən zararı, 
Aldığın paraya bağıĢda bizi.  
 
İrvahım çovuş ermənicə bilirdi. Dedi:  
– Əyə, bunnarın fikri ayrıdı. Gör nağayrersan, İsənin, Məryə-
min adını çək, bərkə əl çəkələr. Aldı dübarə:  
 
Gəl incidif, biznən etmə davanı, 
Ġstərsən Ġncili, Tövrat, Quranı.  
Sevərsən Ġsanı, Həzrət Musanı, 
Ol Məryəm anıya bağıĢda bizi.  
 
İrvahım genə işarət verdi ki, indi də ağanı nişan ver:  
 
Ağam Səməd bəydi, yolumu gözdər, 
Məkanım Çıldırdı, elimə göndər. 
Sefil ġennih sizə iltimas edər, 
Mehmet Mustafaya bağıĢda bizi.  


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə