Dastan yatir


Nəğməli sinəmdə yüz dastan yatır



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə17/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   13   14   15   16   17   18   19   20   ...   65

                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
97 
Həp bilirəm ərĢin-kürĢün sirrini,  
Ağlım koruĢ, həm gümanım zay döyül.  
 
Aşıx Şennih:  
ƏrĢi mal üzündə qurarsan binə
Qorxuram yelkənin zəminə enə.  
Kəj baxma qəmərə, tən etmə günə
Zehnin kef-kef, səltənətin ey döyül.  
 
Abbasəli:  
Gənə ürcah oldux qəlbi qarıya,  
NaĢı xoryat nə girifdi arıya.  
Gəl “vallah” de, qayıtginən geriyə, 
ġair Abbas hər aĢığa tay döyül.  
 
Aşıx Şennih:  
 
Kəj baxıf ġenniyə tən etmə belə,  
ġad gəlifsən, məlul döndərrəm yola.  
Sana mehri-bürcü, bədənin qala, 
Dua oxu, fəhmin qatı yay döyül.  
 
Söz  tamam  oldu.  Dedilər,  indi  qavağa  kim  tüşəjəh.  Şennih 
dedi ki, atalar üçə kimi deyif, qoy gənə Abbasəli desin:  
 
Abbasəli:  
Əvvəl binə nəynən qurdu dünyəni,  
Zəbti nejə sər üstündə əylədi?  
Yeddinci zəminin ismini söylə
Rafe Adəm nə üstündə əyləndi?  
 
Aşıx Şennih:  
Altı nurdan binə qurdu dünyəni, 
Cismi-candı, sər üstündə əyləndi.  


Hüseyn Saraçlı 
 
 
98 
Yeddinci zəminin ismi hicavdı, 
Rafe Adəm yer üstündə əyləndi.  
 
Abbasəli:  
Azreil öləndən sonra, de, nolu?  
Nəyin qəzəvinnən fatə cəng olu? 
Qaç min illik yoldu siratın yolu?  
Neçə bala Ģər üstündə əyləndi?  
 
Aşıx Şennih:    
Azreil ölənnən açıldı yolu, 
Yomya qəzəbində fatə cəng olu.  
YetmiĢ illik yoldu siratın yolu,  
Yeddi damı nər üstündə əyləndi.  
 
Abbasəli:  
Abbas der, burağa qoydular bizi,  
Nə donda yaratdı löhü-məhbusu?  
O kimdi, məhĢərə tükənməz sözü?  
Qərar tutuf nə üstündə əyləndi?  
Aşıx Şennih:  
ġennih der, qaradı namərdin üzü,  
Yaqutdan, yaratdı löhü-məhbusu.  
Loğmandı, məhĢərə tükənməz sözü,  
Çəkər ahu-zar, üstündə əyləndi.  
 
Hər yandan eyvallah sözü yüksəldi. 
Dedilər,  indi  də  qavağa  Şennih  tüşsün.  Aldı  görəh  o  nejə 
başdadı. 
Aşıx Şennih:  
Dünyə əhvalınnan xavar alan qul,  
Siftə Tanrı sübhan nəyi yaratdı?  
O nəydi ki, endi ildən hicava
Nədən sonra xaki-payı yaratdı?  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
99 
Abbasəli:  
Dünyə əhvalınnan xavardaram mən, 
Siftə Tanrı sübhan nuru yaratdı.  
Touz quĢu endi ildən hicava, 
Keyfdən sonra xaki-payı yaratdı.  
 
Aşıx Şennih:  
Yeddi qat zəminin qaçdı dayağı,  
Qaç qədəmdi kavı-mahın əyəği?  
Siftə zəmzəm nəyə vurdu boyağı? 
Nədən əvvəlinci göyü yaratdı?  
 
Abbasəli:  
Yeddi qat zəminin yetmiĢ dayağı, 
Qırx dörd qədəm kavı-mahın əyağı.  
Siftə zəmzəm nəyə vurdu boyağı, 
Zəbərcəddən əvvəl göyü yaratdı.  
 
Aşıx Şennih ki, harya çəkdi, gəldi. Dedi, gəl elə şey de ki, 
elə bilsin yalandı, amma mənası olsun. Götürüf axırıncı nə dedi:  
 
Qəflətə dalıfsan bir ram et, görüm, 
ġenniyin zəninni bəyan et, görüm.  
O nə sirdi əstafına yet, görüm, 
Can-cəsədsiz, sərsiz muyu yaratdı.  
 
Abbasəli dirəndi, dedi:  
– Bu yalandı, sözün var, söz de.  
Şennih:  
– Əlim Allah, yalan deməm, – dedi.  
Səməd bəy soruşdu:  
– Aşıx, bu sözün açması varmı?  
Şennih dedi:  
– Bəli, var.  


Hüseyn Saraçlı 
 
 
100 
Bəy dedi: 
–  Yalan  olsa,  boynunu  vurajam.  Sonra  üzünü  Abbasəliyə 
tutdu:  
– Bağlı qalırsanmı?  
O dinmədi. Səməd bəy dedi: 
– Aşıx Şennih, açmasını de.  
Aşıx Şennih: 
Gənə uzax oldu ġenniyin suçu,  
Dəəsən alınıf hərifin güjü.  
Sərsiz yarandı ol Məryəmin saçı, 
Kəbə beytullahnan muyu yaratdı.  
 
Sonra Şennih söznən dedi:  
–  Çöllərdə  cığalı,  boz  ot  pitir.  Ona  Məryəmin  saçı  deyillər. 
Qaldı  muy,  o  da  gənə  saçdı.  Deyillər  ki,  Məryəmin  saçınnan 
Kəbədə var.  
Abbasəli  burda  dedi,  ay  mənim  gözüm  kor  olsun,  həmən  ot-
dan  cijim  bir  şələ  damda  kərənin  arasına  qoyuf,  necə  yadıma 
tüşmədi. Doğurdan da, Şennih mənnən güjdüdü.  
Məclis çox razı qaldı. Hər ikisini öpüşdürdülər. Bu qonaxlıx-
dan sonra Abbasəli Şenniyi öyünən apardı. Hörmət ellədi. Səməd 
bəy də ona beş yüz manat pul, bir at, bir qat paltar bağışladı.  
Sonra  qaçax  İsmeyil  onu  Avdallıya  apardı.  Səməd  bəy  nə 
vermişdisə, bu hamsınnan artıx verdi, amma at vermədi ki, bəyin 
xətrinə dəyər, qoy bəxşeyişi onunkunnan az olsun.  
Beləjə, Aşıx Şenniyi hörmət-izzətnən yola saldılar.   
Aşıx  Şennihnən  Səməd  bəy,  İsmeyil  əhvalatı  bunnan  qurtar-
mır. İndi istəyirəm bu haxda bir söhbət danışım.  
Belə nağıl elliyirlər ki, Niqalay hökümətinnən Türkiyənin da-
vası başladı. Səməd bəy Calalı kürdün başını Niqalaya gətirdi. O 
da Səməd bəyin günahından təmiz keçdi, onu bağışladı. Oydu ki, 
yoldaşlarının  da  bağışlanması  üçün  qubernatorun  yanına  getdi. 
Dəstəsi də İmirasan kəndində, İman oğlunun damında gözdüyür-
dü.  Yeyif  içdilər,  yorğun  olduqlarınan  bərk  yatdılar.  Özü  də 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə