Dastan yatir


Nəğməli sinəmdə yüz dastan yatır



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə16/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   12   13   14   15   16   17   18   19   ...   65

                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
93 
 
Biri dedi:  
–  Ara,  qaçax,  Səməd  bəyi  dedi,  gəlin,  gedax,  aldığımız  da 
biza basdı.  
Oydu  ki,  buraxdılar.  Şennihnən  İrvahım  getdilər  birbaşa  Qa-
sımlı kəndinə. Səməd bəy də öydüydü. Qazax bəyləri qonağıydı. 
Uzaxdan  Səməd  bəy  gördü  ki,  gələn  Aşıx  Şennihdi.  Qavağına 
çıxdı,  öpüşüf  görüşdülər.  İrvahım  çovuş  ağlamsındı  ki,  ağa,  bizi 
soydular. Aşıx Şenniyin ajığı tutdu, ona bir sillə çəkdi ki, amanı-
na  nə  oldu.  Səməd  bəy  hirsləndi,  qılıncı  çəkdi  ki,  aşığı  vursun. 
Qazax bəyi qoymadı, dedi, əyə nağayrersan, indijə öpüşmədinmi?  
Səməd bəy dedi: 
– Əzizim də olsa, nə hünərnən mənim yanımda adam vurdu. 
Qazax bəylərinnən biri dedi:  
– Aşıx, o nə dedi ki, vurdun?  
Şennih dedi: 
– Bəy, izin ver, saznan deyim. 
Aldı görəh Şennih nə dedi: 
– Əyə, demədinmi Səməd bəyin qonağıyıx?  
 
Dedim, Səməd bəydi sərdərin özü, 
Ġncitməyin bizi, öldürər sizi.  
Çox yalvardıx, tutmadılar heç sözü
Bizi də yalançı bildilər, bəyim.  
 
– Əyə, bilmədinizmi haralı oldular?  
Bəyim, dedim:  
Sənsən bu ġenniyin xoĢ vəfadarı, 
O səbəbdən gəldim bu yana sarı.  
Bu viran ġülöyrün qoruxçuları, 
Bizi döyüf, yola saldılar, bəyim.  
 
Səməd  bəy  əmr  eylədi  ki,  Şahmarı  yəhərrəsinlər,  soyğun-
çuların dalınnan getməlidi. Amma Qazax bəyi qoymadı, dedi ki, 


Hüseyn Saraçlı 
 
 
94 
kişinin özü getdi, sözü getdi birdi. Oydu ki, Şülöyürdə uryadnik 
dururdu.  Səməd  bəy  onun  üstünə  bir  namə  yazdı  ki,  kiçik  Şülö-
yürün qoruxçularının dördünü də bu saat burya göndərməsən, sa-
vax  Şülöyürdə  səni  qılıncdıyajam.  Namə  uryadnikə  çatdı.  Bir 
rəng aldı, bir rəng verdi, çağırdı qoruxçuları ki, əyə, siz nə iş gö-
rüfsünüz?!  Qoruxçular  yalvardılar,  əl-əəyəğə  tüşdülər.  Amma 
Səməd  bəy  bir  yerdə  bənd  ala  bilmirdi.  O  vaxt  öyünün  dalında 
Xan arxı varıydı. Şahmar orya gələndə həmişə kişniyirdi. Birdən 
at kişnədi. Səməd bəy bir az rahatdandı, dedi:  
– Əyə, səni aşıx elə yaxşı vurdu. Bu nə xurcundu?  
Qorxurdun Səməd bəyin gəvəsi, xurcunu olmasın, apareydin?  
Şülöyürün kəndxudaları minnət naməsi göndərmişdilər. Oydu 
ki,  Səməd  bəy  Şülöyür  kəndxudaları  minnətinnən  qoruxçuları 
bağışladı.  
Bəli,  Səməd  bəy  cöngələr,  erkəhlər  kəsdirif,  təzədən  böyük 
bir  ziyafət  qurdu,  məclisdə  həm  ağa,  bəy,  həm  də  rəiyyətdən 
Boşşalının hər yerinnən adamlar varıydı. Avdallıdan İsmeyili də 
çağırdılar. Aşıx Şennih də ortada dövran ellədi.  
Nəysə, burda ağalarnan, rəyiyətin arasında höjət tüşdü. Dedi-
lər:  Aşıx  Şenniyi  deyişdirəjiyik  Quşçu  şair  Abbasəliynən.  Hər 
ikisi şairdi, bir-birinə də taydı. İki katif seçdilər, iki kamil molla 
oturdular ki, kitava baxsın görək sözdər düzdü, yoxsa yox. Mey-
dan açıldı. Hər iki şair meydana girdi. Dedilər: kim qavağa tüşə-
jəh?  Aşıx  Şennih  dedi:  torpax  qüvvətdidi,  Abbasəli  qavağa  tüş-
sün. Burda Abbasəli götürüf dedi:  
 
Gəl sənnən imtahan alım, 
Qəm donunu geyin, aĢıx.  
Ġndijə sinənə vurram, 
Dağıynan düyün, aĢıx.  
Tarlan kimi yol görkəzdin, 
O oylahların yerini.  
ġikar üçün nə tüĢüfsən, 
Sən əlimə bu gün, aĢıx.  


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
95 
Aşıx Şennih:  
 
Arzuluyuf gəlmiĢəm,  
Mən sizi deyif, aĢıx.  
Heçmi səndə möhübbət yox, 
Ey qəlbi xain aĢıx. 
Əzəli, havayı getmə, 
Sonra peĢman olarsan.  
Ha zaman mat etsən, 
O zaman öyün, aĢıx. 
 
Abbasəli:  
Genə verib eĢq əsəri, 
Mana sevda sərini. 
Səni kimi aĢıxların 
AĢdım gizdin sirrini.  
Cəngiynən gəlif meydana, 
Görərsən xasım zorunu. 
Gələndə asta gəlifsən, 
Qaçarsan yeyin, aĢıx. 
 
Aşıx Şennih:  
Mən ki, bilirəm səni
Nə fitneyi-feldəsən.  
Çox çəkməz, indi sən də 
Dəsti-fürsət əldəsən. 
TüĢüfsən astan cənginə, 
Heçmi xavarın yoxdu?  
Özün öz-özünə gəl, 
Sən də az öyün, aĢıx. 
 
Abbasəli:  
Abbasəli abdal oluf, 
EĢq ucunnan dəlidi. 


Hüseyn Saraçlı 
 
 
96 
On iki imam, çahar yarar
Həp xudanın quludu. 
Açaram gizdin mətahım, 
Ləli-mərcan doludu.  
Dürrü-gövhəri görərsən, 
Bayanımı bəyən, aĢıx. 
 
Aşıx Şennih:  
Mən ki, bilirəm səni, 
Nə fitneyi-feldəsən.  
Çox çəkməz, indi sən də 
Dəsti-fürsət əldəsən.  
TüĢüfsən ġennih bəhrinə, 
Abı-umman seldəsən. 
Nejə səni qərq elliyim
Ey hiyləgər, xain aĢıq.  
 
İkinci deyişmə başdandı. Genə Abbasəli qavağa tüşdü:  
 
Abbasəli:  
Çox da callanıf çıxma qarĢıma,  
Mən bir dərya, aĢıxlığın çay döyül.  
Hiddətdənmə, tez gələrsən imlama, 
Hər mətahın cəvahirə tay döyül.  
 
Aşıx Şennih:  
Hiddətdənif imtahana gəlmiĢəm. 
Məfrutə tək təkəbbürrük, ey döyül.  
Hər Ģikara xarac deyif bac alma, 
Bu qısmatda sən yəəsi pay döyül.  
 
Abbasəli:  
Meydanımda genə xasım görünü, 
Sidqiynən çağırram eĢqin pirini. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə