Dastan yatir


Nəğməli sinəmdə yüz dastan yatır



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə14/65
tarix25.08.2018
ölçüsü1,53 Mb.
#64037
1   ...   10   11   12   13   14   15   16   17   ...   65

                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
85 
– Dəərəm, əfəndim, dəərəm:  
PaĢa səltənətdi, asdan qırımlı, 
Bəlli bədöy minər, qulac kərimli.  
Hər nə verəndə də bir can verimli
Baxan döyül çoxa, aza, Əfəndim!  
 
– Olan, onnarın əvəzi bizim ölkədə olurmu?  
Şennih fikirləşdi ki, hamısı birdi, bu məni cəzalandırajax, gəl 
de ki, bu diyarda onnarı tutan olmaz. Götürüf dedi:  
 
ġennih mədh eliyər iyid sirrini,  
Kimsiyə verməz heç gizdin sirini.  
Səməd bəynən Ġsmeyilin yerini,  
Bu diyarda verməz kimsə, Əfəndim!  
 
Söz tamam oldu. Paşa əlini civinə atıf, iki oyuc Osmannı al-
tunu verif dedi:  
–  Yanşax,  mən  də  gördüm  ki,  onnar  iyiddilər.  Əyər  kəndin 
dansaydın,  boynunu  vurajaxdım.  Ürəyin  istədiyini  götü,  çıx  get, 
bir də belə işə gəlmə. Allah sənə ömür versin!  
Bəli,  Səməd  bəy  keçif  gəldi  Boşşalıya.  Niqalay  Yaponiyay-
nan dava elliyirdi. Qaçaxlar Yapon davasına dəstəsinnən getdilər. 
Yaponu rus basdı. Səməd bəy çox böyük hünər görkəzdi. Qoşun 
böyüyü bunnarı qələmə aldı, Niqalaya xavar verdi. Niqalay bun-
narın günahını bağışladı.  
Aşıx  Şennih  bunnarı  Çıldırda  eşitdi.  Boşşalıya  gəlməli  oldu. 
Amma yolunu bilmirdi. İrvahım adlı bir çovuş varıydı. O, Boşşalı 
mahalını yaxşı tanıyırdı. Şennih dedi ki, İrvahım, deyillər Səməd 
bəy  bağışdanıf.  Sana  da  xeyir  verrəm.  Yola  tüşdülər.  Sağamoy-
dan  aşdılar,  Əyriqardan  İridaşa  gələndə  onnarı  yağış  möhkəm 
istatdı.  
Başkeçidin Qəmərri kəndinə çatanda yağış kəsdi.  
Günün  axşam  tərəfiydi.  Qəmərri  kəndində  uşaxlar  başdarına 
yığışdılar. Hərə bir yannan soruşdu:  


Hüseyn Saraçlı 
 
 
86 
– Əmi, aşıxsınızmı?  
– Aşığıyız, oğul.  
– Onda bizə saz çalarsınızmı?  
– Çalarıx, bala, ancax bizi bir isti, qonaxcıl öyə aparın.  
Uşaxlar onnarı Oyçu oğlu İsmeyilin öyünə gətirdilər. İsmeyil 
kişi  öydə  yoxudu.  Gəlinnər  buxarıyı  qaladı.  Onnar  üst-başdarını 
qurutdular.  
Gənə uşaxlar gəlif dedi: 
– Əmi, dedin sizə saz çalarıx, bə havax?  
Şennih dedi:  
– İrvahım sazı ver, bunnara görüm  bir hava çala bileremmi? 
Sağ olsun bu uşaxlar, yoxsa ölərdik.   
Payızın söyüx tüşən vaxtıydı, sazı da yağış islatmışdı, ha dın-
ğıldatdı, saz düzəlmədi. Baxdı ki, geri yanınan tımbıltı gəler. Sən 
demə  kürkün  dalı  quruyuf  donbalıf.  Uşaxlar  çuvuxnan  qurdalı-
yanda toy kimi səs verir, iki uşax kürkdə toy çaler.  
– Ay bala, neyliyersiniz?  
–  Hə,  əmi,  heç  zəhmət  çəkmə.  Sənin  sazıyın  səsinnən  bu 
kürkün səsi yaxşıdı.  
– Oğlum, düz deyirsiniz, döşüyün.  
Sonra üzünü İrvahıma tutuf dedi: 
– Öyün yıxılsın,  buranın  uşağı belə olanda, gör böyüyü  no-
olar?  
Bu yerdə öy yəəsi gəldi. Salam da yadınnan çıxdı.  
– Ə, aşıxsınızmı?  
– Bəli, ay katda.  
–  Hə,  bir  çalın  görəh.  Sizin  geyiminiz  laf  Ağbaba  adamına 
oxşoyor.  
– Bəli, ordanıyıx.  
– Hə, orda deyillər,  Çıldırrı Aşıq Şennih var, bax, onun söz-
dərinnən bilirsinizsə, oxuyan.  
– Baş üstə, eləmi bilirik ki!...  
Şennih götürüf burda nə dedi:  
 


                                    Nəğməli sinəmdə yüz dastan yatır 
 
 
87 
Allahı sevərsən, qonaq et bizi
Səhər bir müddətə duruf gedərik.  
Gözdən iraq oluf, konuldan cida,  
Lap elə dərbədər oluf gedərik.  
 
– Əyə, mağıl oxuyun. Mən qonaxcıl adamam, Şennihdən oxu-
yun. 
– Baş üstə:  
Qonaxcıl dedilər, biz gəldik sizə
Öz adına layiq hörmət et bizə.  
Günahkar bəndəydik, göründük gözə, 
Bildir yağan qardan alıf gedərik.  
 
– Əə, niyə elə deyersən?   
Savah duran kimi bizi səsdiyin
Paramız olmasa, bizi qısdıyın.  
Atımız var, müĢdərini səsdiyin, 
Dəyər-dəyməzinə satıf gedərik.  
 
Oyçu oğlu dedi:  
–  Əyə,  aşıx,  niyə  elə  söz  oxuyursan.  Mən  elə  adam  deyləm. 
Ə, ləhcəniz Osmannı adamına oxşoyor. Olma elə Şennih sənsən?  
– Katda, qoy deyim:  
 
ġenniyi görüfsən, abdal posdunda, 
Nə durufsan, sən də onun qəsdində?  
Qafa peykanında, həsir üstündə,  
Yorğansız, döĢəksiz yatıf gedərik.  
 
Oyçu oğlu gördü ki, ə, bu elə Şennihdi, dedi:  
–  Amandı, Aşıx  Şennih,  vallah,  tanımamışam.  Əyə,  ay qırıl-
mış, bunnar çörəh yemiyiflərmi? Əyə, durma, bir erkəh gətir kəs, 
surfa aç.  


Hüseyn Saraçlı 
 
 
88 
Məclis  quruldu,  yaxşı  yeyif-içdilər.  Savax  gənə  çay-çörəy 
yeyif yola tüşən vaxtı öy yəəsi Şenniyin qavağına yüz manat qızıl 
pul qoyuf yola saldı.  
Gədihlərdən aşıf, gəlif çıxdılar Bolusun Avdallı kəndinə. Kor 
İsmeyilin öyünə tüştülər. İsmeyilin külfəti onnarı qonax qavıl el-
lədi. İsmeyili soruşdular, dedilər ki, Qızılhajılıya kirvəliyə gedif.  
– Kimə?  
– Cöyrə kişinin oğlu Qaraya. 
Ordan qalxdılar, yolu ələ alıf gəldilər düz Qızılhajılıya.  
Toy öyünnən bir uşax çağırdılar, dedilər, bala, get soruş burda 
Avdallı  İsmeyil  kimdi,  denən  qonax  gəlif,  çağırır.  İsmeyli  çağır-
dılar. İsmeyil gördü ki, Aşıx Şennihdi. Öpüşüf görüşdülər. 
– Gedəh, – dedi, düz içəri toya apardı.  
Şennih dedi:  
– Aşıx səsi gəldi, orda aşıx varmı?  
İsmeyil dedi:  
– Bəli, var.  
–  Onda  mənim  həndəmimi  bir  pünhan  yerə  qoyun.  Aşığın 
üstünə saz aparmazdar.  
Sazı bir qonşuya qoyuf getdilər məclis olan otağa.  
Amma di gəl gör ki, ağaların hamısı altdarında döşək-mütək-
kə  oturmuşdular,  heç  Aşıx  Şenniyi  saymadılar.  Məclisin  əəyə-
ğində  qaldı.  Ortada  iki  aşıx  oxuyurdu.  Kim  kiməydi?  Bu,  İsme-
yilə çox yer elədi. Duruf kirvəsini çağırdı eşiyə, dedi:  
– Kirvə, sənnən bir qat paltar isteyerem, əəyəxdən başa təzə, 
bir saada olmasa, kirvəliyi pozajam, atdanıf gedəjəm.  
Çöyrə kişi dedi:  
–  Kirvə,  bu  nə  sözdü?  İstiyirsən  laf  on  qat  olsun,  nə  çoxdu, 
Əlyətdə dərzi, paltar. Bu saat!  
Bir  adama  kağız  verif,  nə  lazımdısa  yazdı.  Bir  saada  paltar 
gəldi. Möndülədən arxalıx, şalvar, üstündə mahutdan gümüş vəz-
nəli  çuxa,  bir  sallama  sarı  başdıx,  gümüş  kəmər,  xancal,  bir  çər-
kəzi,  gümüş  türk  saatı,  əəyğinə  bir  məs,  üstünnən  də  qondarğa. 
Aşıx  Şennihi  çağırdı  xəlvət  bir  yerdə  geyindirdi,  oldu  bir  bəy, 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə